Tanınmış jurnalist Fərid Kuhi təqib olunur. Bu barədə redaksiyamızı jurnalistin yaxınları məlumatlandırıb. Onların redaksiyamıza verdiyi məlumata görə, özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslər hər gün onların yaşadığı ünvana gələrək, Fəridi soruşur, onun harda qaldığı, evə nə vaxt gəlib-getdiyi ilə maraqlanır:
“Bu şəxslərin davranışı,
özünü aparması və danışıq tərzi qanun keşikçisindən daha çox küçə adamını
xatırlatdığından, baş verənlərdən olduqca narahatıq. Fərid qorxusundan neçə
gündür ki, doğma ev-eşiyinə gələ bilmir. Onunla telefon əlaqəsi də saxlaya
bilmirik. Dostlarından aldığımız məlumata görə, hər gün müxtəlif qəzetlərin
redaksiyasında, tanışlarının mənzilində gecələyir.
Fəridə olan basqıların
arxasında onun jurnalist fəaliyyəti dayanır. Bundan bir neçə ay öncə də onu peşə
fəaliyyətinə görə, naməlum şəxslər vəhşicəsinə döymüşdür. Buna görə də, indi
tanımadığımız şəxslərin onunla maraqlanması bizdə təşviş oyadır. Biz bütün
KİV-ləri, hüquq müdafiəçilərinin diqqətini bu məsələyə yönəltməyə çalışacayıq. Əks
təqdirdə, proseslər Fəridin ya həbsi, ya da öldürülməsi ilə nəticələnəcək”.