Moderator.az xəbər verir ki, VİP sədri Əli Əliyev Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib, o cümlədən bayram günü ilə əlaqədar yaranan qeyri-müəyyənliklə bağlı narahatlığını dilə gətirib:
“Qəribə
vəziyyətlə üzləşmişik. Haqqın.az saytı Şamaxı rəsədxanasının elmi katibi Vaqif
Xəlilova istinadən məlumat yayıb ki, Azərbaycan ərazisində 16 iyul saat 6.25
yeni ay görüntüsü qeydə alınıb. Eyni qurumun direktoru Namiq Cəlilov isə Trend-ə
bildirib ki, ay bu gün, 17 iyul tarixdə axşam gün batdıqdan sonra görünəcək. Bu
o deməkdir ki, 1-ci versiyaya görə Azərbaycanda müsəlmanlar, bütün dünya müsəlmanları
kimi, bu gün səhər Bayram namazını qılmalı və Fitr bayramını qeyd etməlidirlər.
2-ci açıqlamadan nəticə hasil edənlər isə Bayram namazını sabah qılmalı, bu gün
isə oruc saxlamalıdırlar. Bu anlaşılmazlıq yalnız elmi qurum sayılan Şamaxı
Astrofizika rəsədxanası tərəfindən yaradılmır. Paralel olaraq şeyximiz
Allahşükür Paşazadə tərəfindən də verilmiş fətvaya görə bu gün bayram axşamı,
sabah isə bayram günü elan edilib. Bu qəribəliklər fonunda bütün dünya müsəlmanları
17 iyulu Ramazan bayramı kimi qeyd edirlər. Səhv etmirəmsə, sabah yalnız biz və
İran rəsmi səviyyədə Bayramı qeyd edəcəyik. Binəva sıravi müsəlman kimə
inansın? Rəsədxananın direktoruna, yoxsa elmi katibinə, Trend-ə, yoxsa
Haqqın.az-a, Məkkəyə, İstanbula, yoxsa Quma, Bakıya? Bilirəm ki, çox mürəkkəb
suallardır. Lakin eyni zamanda inanıram ki, dövlətimz ayaq üstə möhkəmləndikdən,
öz müctəhidlərimiz yetişdikdən, gələnəklərimiz bərpa olunduqdan sonra belə
suallar qalmayacaq. Bu gözəl Bayram münasibətilə əqidəsindən, mövqeyindən və
zamanından asılı olmayaraq bütün müsəlmanlarımızı təbrik edirəm. Allah millətimizi
bu günə xatir bəlalardan uzaq, əminamanlıq və rifaha ürcah etsin. Amin”.