AZAL - İqtisadiyyatımızın boğazında qalan kal armud...
Читать: 7123
25 Jul 2015 | 00:11
AZAL - İqtisadiyyatımızın boğazında qalan kal armud...
Prezident: “Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?"

Digər ölkələrlə müqayisədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti şirkətində (AZAL) istənilən istiqamətə bilet qiymətləri təxminən iki dəfə bahadır. Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə bağlı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) şirkətinin fəaliyyətinə tənqidlə yanaşması bu mənada hava yollarından istifadə edən insanların ürəyindən xəbər verdi. 
Həmin müşavirədə dövlət başçısı qeyd etdi ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Hava nəqliyyatı üçün lazım olan yanacaq ölkəmizdə istehsal olunur, bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, aeroportlar dövlət hesabına tikilir. Dövlət tərəfindən AZAL-a yaradılan bu qədər böyük subsidiyalara rəğmən hava yolları şirkəti bilet qiymətlərini süni şəkildə qaldırır.

Prezident AZAL qarşısında çox mühüm sual qoyub: 

“Axı Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?”

Diqqət, hələ ki, AZAL müzakirə aparır...


AZAL-ın qarşısında dayanan böyük sual...(araşdırma)Hazırda hər kəs həmin suallara əməlli cavabın verilməsini gözləyir, lakin hələ ki, yeni heç nə görünmür, manevrlərdən başqa...
Prezidentin “Aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırılması” ilə bağlı verdiyi tapşırıqlardan sonra “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin kollegiya iclası keçirilib və məsələ ciddi şəkildə müzakirə olunub. AZAL-ın vitse-prezident hələlik konkret yeniliyin olmadığını və hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələnin müzakirə olunduğunu bildirib. 
Qurumdan verilən məlumata görə, Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasda İdarə Heyətinin sədri Cahangir Əsgərov bütün heyət üzvlərinə hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının təyin edilməsini, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb.

“Bəzi təkliflər artıq hazırdır”

Azərbaycana xarici turist axınının cəlb edilməsinin vacibliyini vurğulayan sədr bu istiqamətdə artıq işlərin başladığını və ən qısa zamanda “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən turizm marşrutlarında aşağı tarifli özəl uçuşların təşkil ediləcəyini bildirib. Bununla yanaşı, Cahangir Əsgərov mövcud hava xətlərində müəyyən sayda yerlərin aşağı tariflə satışa çıxarılmasına dair bəzi təkliflərin artıq hazır olduğunu və bu tariflərin yaxın günlərdə tətbiq ediləcəyini iclas üzvlərinin nəzərinə çatdırıb. Eyni zamanda diqqətə çatdırılıb ki, bütün bu tədbirlər uçuşların təhlükəsizliyinin yüksək səviyyədə qorunub saxlanılması və mövcud xidmət keyfiyyətinin davam etməsi şərti ilə həyata keçirilməlidir. 

AZAL biletlərə 20 faiz qiymət endirimi ilə yanaşı bir sıra dəyişikliklər edib


Azərbaycan Hava Yolları AZAL-ın bilet qiymətlərinin aşağı salınması ilə bağlı keçirdiyi mətbuat konfransında vitse-prezident Arif Məmmədov biletlərin qiymətinin 99 avro olması ilə bağlı açıqlama verib. Bildirib ki, təyyarənin sərfəli uçması üçün maya dəyəri var: “Biz bu qərardan sonra bəzi marşrutları bağlamaq məcburiyyətində qalacağıq. Hava yollarının çoxlu xərcləri var. Xaricdəki hava limanlarının xərcləri hesablanır. Biz qiymətləri İqtisadiyyat Nazirliyinə təqdim etdik. 99 avrodan aşağı qiymət iki-üç saat başqa ölkəyə gedib-gəlməyin xərclərini ödəmir. Amma ehtiyacın olduğunu nəzərə alaraq buna getmişik”. 
AZAL Sərnişindaşıma Şirkətinin direktoru Eldar Hacıyev bildirib ki, Moskva, Dubay, İstanbul ən populyar olduğundan ilk növbədə aşağı büdcəli uçuşların həmin istiqamətlərdə başlamasına qərar verilib: "Avqustun 7-dən başlayaraq Bakı-Antalya-Bakı istiqamətində aşağı büdcəli uçuşlar təşkil olunacaq. Bunlar bir tərəfə 99 avro qiymətindədir. Amma yük 5 kq çəkidə olmalıdır. Baqajda 20 kq-a yaxın yük üçün 50 manat qiymət təyin olunub. Görünür ki, bu, islahat uçuşlarda qidalanmanı nəzərdə tutulmayıb, yalnız su veriləcək. Baqaj da əlavə pullu olacaq. Bu da biletin “astarını üzündən baha edir”.

“Cəmi 4 sinif satış sinfi olacaq”


AZAL-ın qarşısında dayanan böyük sual...(araşdırma)Qeyd olunur ki, təyyarə satış sistemində lessinq deyilən satış sistemi tətbiq olunur. Təyyarədə bəlli oturacaq sayları var. Cəmi 4 sinif satış sinfi olacaq. Bu günə qədər 17 satış sinfi var idi. Onlar ləğv olunub yerinə 4 satış sistemi yaradılıb. Daha tez bilet alanlar daha ucuz bilet almaq imkanına malik olacaqlar. Bu o demək deyil ki, bahalı bilet almaq istəyənlərin aşağı bilet almaq imkanı olmayacaq. Ucuz biletin geri qayıtma, bileti dəyişmə imkanları yoxdur.
Konfransda bildirilib ki, embrayerlərin alınması 2013-cü ildən başlayır. Bunlar əvvəlcə Bakı-Naxçıvan uçuşları həyata keçirmək üçün alınıb, avqustun 1-də Bakı-İstanbul-Bakı ən aşağı tarif 238 avro, ən bahalı 468 avro olacaq. Əvvəl ən aşağı qiymət 274 idisə, indi bu 238, ən bahalı isə 504 avro idisə, indi bu 468 avro olub".
Göründüyü kimi, hələ ki, Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli sərnişindaşıma xətti yaratmaq niyyəti ölkə başçısının iyulun 13-də səsləndirdiyi iradlara real cavab vermir. 

Qiymətlərin qısa müqayisəsinə baxaq 

Azərbaycandan İstanbul, Paris və Nyu York kimi şəhərlərə uçuş qiymətləri ilə, yaxın Tibilisi və Moskvadan eyni şəhərlərə uçuş qiymətlərini müqayisə edək. 
Bakıdan İstanbula uçuş üçün "Pegasus"da bileti (Bakı-İstanbul-Bakı) 290.98 EUR-ya alınır. Tbilisidən eyni hava yolları şirkəti ilə eyni tarixdə uçuş bileti isə (Tibilisi-İstanbul-Tbilisi) 159.98 EUR-ya başa gəlir. Yəni təxminən 2 dəfə ucuz qiymətə İstanbula bilet əldə etmək olur. Moskva -İstanbul- Moskva bileti üçün isə sərnişinlər təxminən 537 TL, yəni 194 AZN ödəyirlər. Yenə də Bakıdan alınan biletlərlə ən az 100 evro ucuz başa gəlir. Eyni tarixlərdə “Pegasus”dan fərqli şirkətlərlə də Bakıdan İstanbula uçuşun bilet qiymətlərinə baxanda oxşar mənzərə ilə qarşılaşdıq. Türk hava yolları ilə 677 TL (245 AZN), AZAL-la uçmalı olsaq 747 TL (270 AZN) ödəməli oluruq. Bakı-Paris-Bakı , Moskva Paris Moskva, Tbilisi-Paris-Tbilisi xətləri üzrə təyyarə biletlərinin qiymətlərində də fərqlər var: Moskva Paris Moskva 581 TL (210 AZN), Tbilisi-Paris-Tbilisi 856 TL (309AZN). Bakı-Nyu York-Bakı , Moskva- Nyu York- Moskva, Tbilisi- Nyu York -Tbilisi xətləri üzrə təyyarə biletlərinin qiymətlərini də müqayisə edə bilərik. 
Bakı-Nyu York-Bakı 2345 TL (848.89 AZN), Moskva- Nyu York- Moskva 1438 TL (520.556 AZN),Tbilisi- Nyu York -Tbilisi 1890 TL (684.18 AZN).
Deyəsən Azərbaycan Hava Yolları qiymətli vətəndaşlarımızın ölkədən çıxmasını istəmir. İroniyanı bir kənara qoysaq istənilən Avropa ölkəsində belə fərqlərlə vətəndaşlar Hava Yollarını məhkəməyə verə bilərlər.
Mövcud fərqi AZAL-ın Bakı-İstanbul-Bakı, İstanbul-Bakı-İstanbul istiqamətindəki uçuşlara tətbiq edilən endirim aksiyasına nəzər salmaqla da görmək olur. Belə ki, Bakı-İstanbul-Bakı , İstanbul-Bakı-İstanbul ”“ 209 avro- 208.791 AZN-n , Bakı-İstanbul -150 avro-149.85 AZN-ə, İstanbul-Bakı ”“ 133 avro-132.867 AZN-ə endirilib. 

Biletlər artıq 31 oktyabr tarixinə qədər satılıb...

AZAL-ın qarşısında dayanan böyük sual...(araşdırma)Türk hava yollarının eyni istiqamətli uçuşlar üçün tətbiq etdiyi aksiya qiymətlərinə görə isə, Bakı-İstanbul-Bakı uçuşları üçün 179 AZN təklif olunub. Bu aksiyada Gəncə-İstanbul-Gəncə istiqamətində 99 AZN-lə uçuşlar həyata keçiriləcək. Biletlər artıq 31 oktyabr tarixinə qədər satılıb. Hər iki ölkənin hava yollarının təklif etdiyi tariflərə müqayisəli şəkildə nəzərə alsaq görünür ki, aksiya türk hava yollarında daha əvvəlki tarixdən başlayıb, AZAL-ın təklif elədiyi tarixdən daha gec müddətə qədər davam edəcək. Bu türk hava yollarının müştərilərə verdiyi birinci üstünlük. İkinci üstünlük isə təklif olunan qiymətdir. Görünür ki, eyni istiqamətli uçuş üçün AZAL bileti 30 manat baha satır. Bu aksiya ilə olan qiymətlərdir. Endirim olmadan isə Bakıdan İstanbula Türk Hava Yolları ilə uçanlar 677 TL-245 AZN, AZAL-la uçanlar isə 747 TL-270 AZN ödəməli olurlar.

AZAL-ın qiymət siyasəti nəticəsində pullar Gürcüstana axır...

AZAL-ın qarşısında dayanan böyük sual...(araşdırma)Müqayisə üçün digər qiymətlərə nəzərə salaq: 
Əgər AZAL-ın Bakı-İstanbul-Bakı uçuşu üçün bileti 270 AZN-dirsə, Tbilisidən eyni istiqamətə uçuş 160 AZN-ə başa gəlir. Vaxt var idi ki, Gürcüstan vətəndaşları xarici ölkələrə, əsasən də Rusiyaya Azərbaycandan uçurdular. Lakin indi Rusiya Gürcüstana yolu açandan sonra burda da rəqabət artacaq. Artıq Azərbaycan vətəndaşları Rusiyaya və hətta Avropa ölkələrinə də Gürcüstan yolu ilə gedə bilərlər.
Bir müddət əvvəl media nümayəndələri Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qaraba𔝠klubuna “Dnepr”lə qarşılaşmada dəstək vermək üçün Kiyevə yola düşdü. Media qrupu oktyabrın 20-də qatarla Bakıdan Tiflisə, oradan isə təyyarə ilə Kiyevə uçub. Halbuki Bakıdan birbaşa Kiyevə uçuşlar da həyata keçirilir. Səfər təəssüratlarını danışan jurnalistlər Kiyevə niyə məhz Tiflis yolu ilə getdiklərini AZAL-ın bilet qiymətləri ilə əlaqələndiriblər. Bildiriblər ki, Bakı-Kiyev-Bakı uçuşu 380 AZN-lə başa gəlibsə, onlar Tiflis yolu ilə 180 AZN-ə gedib gəliblər. 200 AZN fərqin nədən qaynaqlanması insanı düşündürür. 
Maraqlıdır ki, Gürcüstan yanacağı müxtəlif dünya ölkələrindən aldığı halda, Azərbaycan özü istehsal edir. Belə olan halda AZAL-ın qiymət siyasəti nəticəsində Azərbaycan pulları Gürcüstana axır. Bundan həm ölkə iqtisadiyyatı, həm avia şirkətlər uduzur, həm vətəndaşlarımız müəyyən qədər əziyyət çəkir. Bir tərəfdən də, bütün bunlar Azərbaycanın imicinə xələl gətirir və insanları narazı salır. Çünki Azərbaycandan xaricə gedib-gələnlərin sayı artır. İnsanlar tədricən digər xarici aviaşirkətlərin Avropaya uçuş qiymətlərini öyrənirlər, bu barədə məlumat toplayıb yerli qiymətlərlə müqayisə edirlər və aradakı böyük fərqi görürlər. Ona görə də bu gün heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti xarici ölkələrə getmək üçün biletləri əcnəbi şirkətlərdən almağa üstünlük verirlər.

“Başqa ölkələrə uçmaq üçün Tbilisiyə gedən Azərbaycan vətəndaşlarının sayı heç də azalmayacaq...”

AZAL-ın qarşısında dayanan böyük sual...(araşdırma)Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov avqustun 1-dən "Azərbaycan Hava Yolları" QSC-nin bəzi istiqamətlər üzrə biletlərin 30%-inə 20% endirim tətbiq edəcəyi barədə yaydığı xəbəri şərh edərkən bildirib ki, AZAL biletlərinə 20 faiz endirim tətbiq edilməsindən sonra da başqa ölkələrə uçmaq üçün Tbilisiyə gedən Azərbaycan vətəndaşlarının sayı azalmayacaq.
"Bu, Tbilisiyə gedənlərin sayını azaltmayacaq. Sərnişinlərin bir qismi, xüsusilə də gənclər 10 manat aşağı qiymətə görə başqa ünvana üz tuta bilərlər. Burada isə yenə də 80 avroya qədər aşağı qiymətdən söhbət gedir”. 
Ekspert bildirib ki, indi də Bakıdan hətta İstanbula uçmaq üçün Tbilisiyə üz tutanlar çoxdur. Səbəb aydındır, təyyarə biletlərinin qiymətində iki dəfəyə qədər fərq var. Məsələn, - iyulun 23-nə Bakıdan İstanbula bir baş gediş üçün Atatürk hava limanına ən ucuz bilet 192 avroya təklif edilir. Amma həmin tarixdə Tbilisidən Atatürk hava limanına gediş-gəliş biletini 166 avroya həll etmək mümkündür. Səfəri bir az təxirə salıb avqustun 15-dən uçmağı qərara aldıqda isə gediş-gəliş biletini 144 avroya almaq olar. AZAL-da isə həmin tarix üçün İstanbulun Atatürk hava limanına bilet 280 avroya təklif edilir. Bu, nəinki Azərbaycanın qərb bölgələrinin, hətta paytaxt Bakının sakinlərini belə xarici səfərlərə Gürcüstan paytaxtından getməyə meylləndirir. Bakıdan Tbilisiyə avtobusla gediş də elə baha deyil, 10-12 manata gecə saat 12-də avtobusa minib, səhər saat 09-də Tbilisi hava limanına çatmaq mümkündür. Bəlkə də elə bu səbəbdəndir ki, iyulun 21-də qapalı kollegiya iclası keçirən "Azərbaycan Hava Yolları" QSC aşağı büdcəli sərnişindaşıma xəttinə avqustun 1-dən Bakı - Antalya - Bakı, sentyabrın 1-dən isə Bakı-İstanbul-Bakı reyslərini daxil edib. Oktyabr ayından isə bu sıraya Moskva və Dubay reysləri də daxil olacaq. Aviaşirkət iddia edir ki, yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq. 
Ekspertin fikrincə, sözügedən reyslərin biletlərinin 30 faizinə edilən endirimlər heç də sadə vətəndaşlara fayda verməyəcək: "Dövlət təşkilatları, bir sıra iri şirkətlər, ezamiyyətə gedən məmurlar məcburi şəkildə AZAL-ın xidmətlərindən istifadə etməlidirlər. Təbii ki, onlara ayrılan büdcə biletin ən aşağı qiymətinə uyğun gəlir. Bu məcburiyyət onları ən ucuz biletləri götürməyə vadar edəcək. Nəticədə, geniş sərnişin kütləsi bu ucuzlaşmadan yararlana bilməyəcək. Bütün bu problemlər AZAL-ın inhisarçı olmasından qaynaqlanır. 

"Biletlərin güzəştli 30 faizinin artıq satıldığını yalandan söyləmək istəyən kassirə heç kim mane ola bilməyəcək”

AZAL-ın qarşısında dayanan böyük sual...(araşdırma)Məşhur səyyah Azər Qərib isə öz AZAL-ın qapalı iclasından sonra yayılmış açıqlamanın möhtəkirliyə yol aça biləcəyinə diqqət çəkib. "Facebook” səhifəsində status yazan səyyah bildirib: "Biletlərin güzəştli 30 faizinin artıq satıldığını yalandan söyləmək istəyən kassirə heç kim mane ola bilməyəcək. Həm də heç kim bilmir ki, 20% güzəşt hansı tarifdən ediləcək. Bəs, istinad etmək üçün vahid tariflər hardadır? Harda onunla tanış olmaq olar?” Azər Qərib öz statusunda Avropa istiqamətlərinə də aşağı büdcəli xətlərin tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Bölgələrdəki hava limanlarımızda...

Hazırda Azərbaycanda altı hava limanı var. Qubada tikiləcək aeroportdan sonra Azərbaycandakı hava limanlarının sayı yeddiyə çatacaq. AZAL-ın prezidenti Cahangir Əsgərov mətbuata açıqlamasında bildirib ki, ölkənin bütün bölgələrində hava limanlarının inşasını nəzərdə tutulur. Bir halda ki, ölkənin ən aparıcı hava limanı olan “AZAL” qiymət siyasəti yürüdə bilməyib öz müştərilərini qaçırırsa, onda boş qalan bölgələrdəki limanların sayını artırmaq kimə lazımdır? 

AZAL-ın səyahət xəritəsi

AZAL-ın qarşısında dayanan böyük sual...(araşdırma)Avropada və dünyada dövlət büdcəsindən maliyyələşən hava yolları şirkətləri səyahət etməyi sevən, lakin bunun üçün çox pul ayıra bilməyən insanlara əlverişli imkanlar yaradır. Azərbaycanda isə vəziyyət əksinədir. Məsələn, gəlin real mənzərəyə nəzər salaq. AZAL-ın rəsmi səhifəsində Bakı-Antalya reysi üzrə bilet qiyməti Biznes Klass üçün təqribən 788 manat təşkil edir. Tbilisi-Antalya reysini həyata keçirən “Turkish Airlines” isə bu uçuşu 170 dollara yaxın təklif edir. Hətta Türkiyə və Avropaya belə Gürcüstan aviaşirkətləri ilə gedirlər. Statistikaya nəzər salsaq görərik ki, 2014-cü ildə Gürcüstana 5.515.559 turist gəlib, yəni günə təqribən 15.111 turist düşür. İyun ayında Avropa Oyunları zamanı Azərbaycana cəmi 28 min turist gəlib ki, bunun da xeyli hissəsini Rusiyadan və digər ölkələrdən gələn könüllülər təşkil edib. Deməli, hətta onları da saysaq, Gürcüstanın 2 gündə qəbul etdiyi turist sayı, bizim 1 ayda qəbul etdiyimiz turistlərdən çoxdur. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə ölkəyə turizm məqsədilə 2 milyon 129 min 500, 2014-cü ildə təqribən 2 milyon 300 min insan gəlib.

Azərbaycan daxilində biletin qiyməti 

AZAL-ın qarşısında dayanan böyük sual...(araşdırma)Qərara görə, Bakı-Naxçıvan-Bakı reysi üçün qiymət 95 manat, Gəncə-Naxçıvan-Gəncə reysində 39 manat, Bakı-Gəncə-Bakı istiqamətində birtərəfli uçuş qiyməti isə 56 manat olacaq. Bakı-Lənkəran-Bakı reysi ilə biletin qiyməti 41 manat, Bakı-Zaqatala-Bakı reysləri üzrə qiymət isə 52 manat təsdiqlənib. Bundan başqa, Şuranın qərarına əsasən yükün, poçtun və normativdən artıq baqajın daşınması üçün tariflər isə hər bir kiloqram üçün 30 qəpik müəyyənləşib. Amma Tarif Şurası özü Nazirlər Kabinetinə müraciət edəcək ki, Naxçıvana uçuşların qiyməti azalsın. Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir, hava nəqliyyatı onun ölkənin başqa əraziləri ilə əsas nəqliyyat növüdür.

“Bakıdan Gəncəyə avtobusla getmək üçün xərclənən vəsaitlə Avropada Parisdən Madridə uçmaq mümkündür...”

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, dünyada neftin qiyməti ucuzlaşdığı üçün aviaşirkətlər ciddi endirim kampaniyaları həyata keçirirlər, qiymətlərdə xeyli dərəcədə ucuzlaşma hiss olunur. Azərbaycanda isə Bakıdan Gəncəyə avtobusla getmək üçün xərclənən vəsaitlə Avropada Parisdən Madridə uçmaq mümkündür. London-Köln-London marşrutu üzrə 500 km-lik uçuş 31 manata, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 400 km-lik uçuş 100 manata başa gəlir. 
Məsələn, Antalya - Ankara 69 TL, İstanbul - Hurgada 219 $, İstanbul - Şarm El-Şeyh 219 $ , İstanbul - Graz 119 $, İstanbul - Darüsselam 624 $, İstanbul - Abuja 631 $ ,İstanbul - Hakkari 99 TL, Ankara - Antalya Uçak Bileti 69 TL-dir.

“Bizdə qiymət artımının iqtisadi əsası yoxdur”

AZAL-ın qarşısında dayanan böyük sual...(araşdırma)İqtisadçı Oqtay Haqverdiyev bildirib ki, Azərbaycanda təyyarə biletlərinə qiymətlərin baha olması monopoliya ilə bağlıdır. Sanki, bu, bir sirrdir, nə üçün qiymətlər kəllə-çarxa çıxıb, nə baş verir ki, bizim sadə insanlarımız normal qiymətlərlə istədikləri ölkəyə gedə bilmirlər?! Onun sözlərinə görə, qiymətin bahalaşmasına təsir edən əsas amillərdən biri yanacaqdır. “Başqa ölkələr kimi, yüksək oktanlı benzini idxal etməyə ehtiyacımız yoxdur. Bilmirəm, belə olan halda nə üçün biletlər ucuz deyil”.
O, AZAL-ın başqa aviaşirkətlərlə necə rəqabət aparmasına təəccübünü də gozlətməyib. İqtisadçı ekspert deyib ki, xarici ölkələrdə mövsümlə əlaqədar qiymətlərdə endirimlər olur. “Bizdə isə əksinə, daha da bahalaşdırılır. Ümimiyyətlə, bizdə qiymət artımının iqtisadi əsası yoxdur. Görünür, bunu ancaq qazanc əldə etmək üçün edirlər. Buna başqa cür ad qoymaq doğru deyil."
Onun sözlərinə görə, təyyarənin müasirliyi, xidmətin yüksəkliyi biletlərin baha qiymətə olmasına təsir göstərə bilər. Azərbaycan son illər istər nəğd pula, istər lizinq, istərsə də kredit yolu ilə bir neçə təyyarə alıb, anqarlardakı köhnə hava nəqliyyatları təzələnib. Bəlkə, bura xərclənən pulu çıxarmaq üçün bilet baha edirlər. Amma başqa ölkələrdə də müasir təyyarəələr var və çox normal xidmət aparırlar. 

Qiymətlərin baha olması ilə bağlı sakinlərin fərqli düşüncələri


AZAL-ın qarşısında dayanan böyük sual...(araşdırma)Əhali arasında bəziləri "Azərbaycan Hava Yolları" QSC isə xarici aviaşirkətlərin eyniistiqamətli uçuşlarının daha ucuz olması ilə razılaşmır, qiymətlərin bahalığının xidmət keyfiyyətinin yüksək olması ilə əlaqələndirirlər. Belə dəyərləndirilmə aparılır ki, bizim təyyarələr onlardan keyfiyyətlidir, komfortludur, servis yüksəkdir, uçuşlarımız təhlükəsizdir və sair. 
Əksəriyyət qiymətlərin baha olmasından narazılıqlarını bildirir, bəziləri bunu bahalı təyyarə amili ilə əlaqələndirirlər. Rusiyada yaşayan azərbaycanlı Bayram Süleymanov isə düşünür ki, AZAL rəqiblərini bazara buraxmır. Onun sözlərinə görə, AZAL bazarda öz mövqeyini qorumağa çalışır. Digər rəqibləri bazardan sıxışdırıb çıxararaq daha çox vəsait qazanmaq istəyir. “AZAL və digər şirkətlər arasında qiymət fərqi həddindən çoxdur. İndi bazarda rəqiblərin olmaması, müştərinin seçim imkanı məhdud olması AZAL-ın istədiyi qiyməti təklif etməsinə gətirib çıxarır. Təyyarə biletlərinin qiymətinin baha olması Azərbaycana turist axınının qarşısını alır."


“Azərbaycanı hava nəqliyyatı qovşağına çevirmək çətin deyil”


Xatırladaq ki, AZAL bu ilin mart və aprel aylarında Macarıstanın WizzAir və Türkiyənin Pegasus hava yollarının Azərbaycanda fəaliyyətini dayandırıb. Buna səbəb bu iki hava yolunun təyyarə biletlərinin ucuz qiymətə satılması olub. Çünki xarici şirkətlərin xidmətindən istifadə olunması pulların ölkədən getməsi deməkdir. Bu baxımdan AZAL-da qiymətləri müəyyənləşdirən zaman digər aviaşirkətlərin eyni istiqamətdə olan uçuş tarifləri nəzərə alınmalıdır. Yekun nəticə onu göstərir ki, Azərbaycanda qiymətlər qonşu ölkələrdən də ucuz olmalıdır. Çünki Azərbaycan aviasiya kerosini istehsal edən ölkədir. Biz hətta aviasiya kerosinini bəzi ölkələrə satırıq. İndi Azərbaycanda elə bir mexanizm yaratmaq olar ki, ətraf ölkələrin sakinləri məhz Azərbaycan üzərindən uçmağa üstünlük versinlər. Yəni Azərbaycanı hava nəqliyyatı qovşağına çevirmək çətin deyil. Amma çox təəssüf ki, hələlik bu arzu olaraq qalır.

AZAL biletlərin ucuzlaşmasına imkan vermir?


Ekspertlər isə bildirirlər ki, biletlərin qiymətinin baha olması AZAL-ın bazardakı monopolist mövqeyindən qaynaqlanır. İddialara görə, ucuz uçuşlar həyata keçirən şirkətlər AZAL-ın qəzəbinə gələrək, ölkəni tərk etməli olur. Ölkəni tərk etməyənlər isə AZAL-la rəsmi olmayan qiymət müqaviləsi bağlamalıdır. Həmçinin, bildirilir ki, Azərbaycandan uçuşlar reallaşdıran başqa hava yolları firmaları üçün əlavə “ödənişlər” də tələb olunur. Bu da onların da qiymətləri yüksək saxlamasına səbəb olur. Turizm agentlikləri də bildirirlər ki, “turpaket”lərdə təqdim edilən məbləğin təqribən 70 faizini bilet qiymətləri təşkil edir. Həmçinin, bildirilir ki, AZAL-dakı süni qiymət artımı digər şirkətlərə rəqabət aparmaq üçün də imkan yaratmır. Bəzi məlumatlara görə, hava yolları vasitəsilə sərnişin daşınması ilə məşğul “Turan Air” şirkəti artıq fəaliyyətini dayandırıb. Hava nəqliyyatı ilə sərnişin daşınmasında özəl sektoru bir şirkət - “Silk Way Business Aviation” MMC təmsil edir. Bu şirkətin bazarda payı cüzidir - sərnişin daşımalarının 0,4 faizi özəl şirkətlərin payına düşür. Daşınmaların 99,6 faizini AZAL həyata keçirir və beynəlxalq hava yollarına görə tarifləri də özü müəyyənləşdirir. Bu tariflər sanki havadan götürülüb və heç bir iqtisadi əsaslandırması yoxdur. Şirkət monopolist mövqeyindən istifadə edərək, tarifləri orta statistik azərbaycanlılar üçün əlçatmaz edib. Ekspertlər isə bildirirlər ki, səbəb AZAL-ın bazarda heç bir rəqibinin olmamasıdır. Bu səbəbdən dünyaboyu müşahidə edilən endirim kampaniyaları da AZAL-da müşahidə edilmir. Həmçinin, neftin qiymətinin ucuzlaşması da bu məsələdə təsirsizdir. AZAL bazarda qiymətləri istədiyi səviyyədə saxlaya bilir. 

Ancaq qiymətlərdə yenə də fərq var. Belə ki, Bakıdan İstanbula Türk Hava Yolları ilə uçanlar, AZAL-la uçanlarla müqayisədə təqribən iki dəfə az pul ödəyirlər
Həmçinin, o da bildirilir ki, Gəncədən İstanbula uçuş həyata keçirən “OnurAirz” şirkəti Bakıya buraxılmır. Macarıstanın “Wizz Air” hava yollarının Bakı-Budapeşt marşrutu da bağlanıb. Əvvəlcə aviareysin rentabelli olduğu bildirilsə də, sonradan qiymətlərin ucuzluğu səbəbindən şirkət ölkədən çıxarılıb. “Wizz Air” həftədə iki dəfə 180 yerlik təyyarə ilə uçuşları həyata keçirirdi. Macarıstana səfər edənlərin sayının artmasının əsas səbəbi kimi, bu reysin qiymətlərinin digər reyslərlə müqayisədə çox aşağı olması göstərilir. Və çox ucuz səfərlər təşkil edən “Wizz Air”ə artıq iki ildir ki, Azərbaycanda fəaliyyət imkanı verilmir. Həmçinin “Peqasus” Airlines şirkəti Gəncədən Türkiyəyə ucuz qiymətə səfərlər təşkil edirdi. Artıq buna da imkan verilmir. Türk Hava Yolları ilə isə AZAL qiymət sazişi bağlayıb ki, qiymətlər aşağı düşməsin.
Ekspertlər də ölkədə təyyarə biletlərinin baha olmasının əsas səbəbinin inhisarçılıq olduğunu vurğulayırlar. Yəni bazarda digər müstəqil oyunçular yoxdur. Nə yerli, nə də xarici şirkətlər bazara buraxılmır. Müəyyən qədər yer tutan “Türk Hava yolları” şirkəti isə Azərbaycanın diktə etdiyi qaydalara görə fəaliyyətini qurur. Yəni tam müstəqil şəkildə fəaliyyət göstərə bilmir. Məsələn, Bakıdan digər ölkələrə uçuşlar təşkil edə bilmir. 
Ekspertlər həmçinin bildirirlər ki, aviauçuşların qiymətinin Tarif Şurası tərəfindən tənzimləməsi daha düzgün olardı. 

“Turistlər AZAL-ın yüksək qiymətləriylə Azərbaycana uçmağa maraq göstərmirlər”


AZAL-ın qarşısında dayanan böyük sual...(araşdırma)İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, AZAL-da aviabilet qiymətinin yüksək olması turizm sektorunun inkişafını ləngidir. Onun sözlərinə görə, bu hal vətəndaşların yerli aviakampaniyalardan istifadəsini məhdudlaşdırır. Son dövrlər xaricə gedən vətəndaşlarımızın bir qismi Gürcüstanın paytaxtından Avropa ölkələrinə və digər ölkələrə səfər edirlər. Bu da sərmayənin artıq digər ölkələrin aviakampaniyalarına yönəlməsinə səbəb olur. Bundan başqa, bu, ölkəyə gələn turistlərin sayına da təsir göstərir. Bakıya gələn turistlərin xərci artır. Belə ki, turistlər AZAL-ın yüksək qiymətləriylə Azərbaycana uçmağa maraq göstərmirlər.
İqtisadçı bildirir ki, tariflər yüksək olduğu üçün Bakıya uçan digər aviaşirkətlərində də biletlər baha olur. Belə ki, Türk Hava Yollarının Tiflis uçuşu ilə Bakıya uçuşunu müqayisə etsək, Bakıya uçuşla müqayisədə bu, təxminən 60 faiz ucuzdur. Bu səbəbdən də Azərbaycan vətəndaşı Türk Hava Yollarından Gürcüstana uçan reyslərə üstünlük verir, nəinki Bakıya uçan reyslərə. Buna görə də yalnız qiymətlərin endirilməsi deyil, eyni zamanda həm də tariflərin endirilməsi labüddür.
İqtisadçı bildirir ki, AZAL-ın bilet qiymətlərini 40 faizə qədər endirməsi mümkündür: “İndiki məqamda əgər AZAL qiymətləri, eləcə də tarifləri 40 faiz aşağı salarsa, bu, AZAL-ın mənfəət normasına təsir göstərməyəcək, şirkət yenə mənfəətlə işləyəcək. Bu da, eyni zamanda, imkan verəcək ki, vətəndaşlar daha ucuz reyslərdən istifadə etməklə xarici ölkələrə səfərlər etsin. Həmçinin, əcnəbilər daha ucuz turizm paketləri almaqla Azərbaycana səyahət edə biləcəklər ki, bu da ölkəmizə gələn turistlərin sayının artmasına gətirib çıxaracaq”.

AZAL haqqında qısa qeyd:

Azərbaycan Respublikasının milli aviadaşıyıcısı ”“ “Azərbaycan Hava Yolları” QSC (Azerbaijan Airlines) 1993-cü ildə yaradılıb. Hava gəmiləri parkı 30 müasir təyyarədən ibarət olan və baza hava limanı Bakıda, “Heydər Əliyev adına Beynəlxalq Hava Limanı” olan daşıyıcı Avropa, Asiya, ABŞ və MDB üzrə 57 istiqamətdə uçuşlar yerinə yetirir və bu göstəriciləri nəzərə alaraq Qafqaz və Xəzər regionlarında qabaqcıl mövqedədir. 24 dekabr 2014-cü il tarixində dünyanın ən müasir təyyarələrindən biri olan “Boeinq 787 Dreamliner”-i istismara verdikdən sonra “Azərbaycan Hava Yolları” Müstəqil Dövlətlər Birliyində bu tip təyyarəni istismar edən ilk aviaşirkət olmuşdur. “Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə “Azərbaycan Hava Yolları” 1 milyon 800 mindən çox sərnişin daşıyıb. Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL isə mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.
Belə bir nüfuza sahib olan və məhz sərnişinlər üçün yaradılan aviaşirkətin bilet qiymətlərini kəllə-çarxda saxlaması sərnişinləri narazı salmaqla yanaşı, ölkənin nüfuzuna təsir göstərir. Bunu aradan qaldrmaq üçün mütləq ciddi addımların atılması çox vacibdir. (İnform.az)

Похожие новости
00:25, Сегодня
В одном из районов Азербайджана будет ограничено газоснабжение
00:23, Сегодня
ГЭЦ: 485 человек не явились на выпускной экзамен
00:21, Сегодня
В Газахе с радостью восприняли новость об освобождении четырех сел района - ФОТО
00:16, Сегодня
В бакинском метро пожилой мужчина упал на рельсы
00:12, Сегодня
Сегодня день рождения легендарной азербайджанской «свекрови»
00:10, Сегодня
Агиль Рустамзаде: Израиль хотел «прощупать» ПВО Ирана
00:09, Сегодня
Жители Словакии собрали 2 млн евро на покупку снарядов для Украины
00:03, Сегодня
В Белом доме пообещали немедленно возобновить поставки оружия Киеву
00:02, Сегодня
Фон дер Ляйен против столкновений между Израилем и Ираном
19 Apr 2024 | 23:48
Мужчина поджег себя во время судебного процесса по делу Трампа в Нью-Йорке - ВИДЕО
19 Apr 2024 | 23:27
Юг Германии завалило снегом: горнолыжные курорты заявили о возобновлении работы
19 Apr 2024 | 23:01
Сход оползня в Стамбуле повредил 14 домов- (фото)
19 Apr 2024 | 23:00
Аэропорт Дубая ограничил число прибывающих рейсов
19 Apr 2024 | 22:54
Цукерберг обошел Маска в списке богатейших людей планеты
19 Apr 2024 | 22:49
"Аль-Наср" одержал волевую победу над "Аль-Фейхой": Мане оформил дубль - ВИДЕО
19 Apr 2024 | 22:45
Армяне заблокировали трассу в Баганыс Айрым и Ашагы Аскипара-(фото)
19 Apr 2024 | 22:08
Мировые расходы на оборону достигли рекордного значения
19 Apr 2024 | 21:54
В Армении не знают, к чему приведет сотрудничество с ЕС
19 Apr 2024 | 21:52
Мирзоян признал наличие проблем между Ереваном и Москвой
19 Apr 2024 | 21:42
Часы Михаэля Шумахера уйдут с молотка
19 Apr 2024 | 21:28
Страны G7 выступили с призывом к Баку и Еревану
19 Apr 2024 | 21:23
Евросоюз приветствует договоренность о возвращении 4 сел Газаха
19 Apr 2024 | 21:19
СМИ: Генсек НАТО официально одобрил удары Украины по территории России
19 Apr 2024 | 21:10
Оползень в исмайыллинском селе: возникла опасность для жильцов близлежащих домов - ВИДЕО
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 20:53
СМИ: Угрожавший взорвать консульство Ирана мужчина имел психические отклонения - ОБНОВЛЕНО + ВИДЕО
19 Apr 2024 | 20:49
В Баку прошла церемония открытия Кубка мира по художественной гимнастике
19 Apr 2024 | 20:45
Число жертв в Газе достигло 34012
19 Apr 2024 | 20:32
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
19 Apr 2024 | 20:29
Иранский посол в Армении не хочет комментировать вывод РМК из Карабаха
19 Apr 2024 | 20:26
В некоторых районах Азербайджана ожидаются дожди и град - ПРЕДУПРЕЖДЕНИЕ
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 20:11
В Азербайджане арестован руководитель сайта
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 20:04
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
19 Apr 2024 | 20:03
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
19 Apr 2024 | 20:01
Орбан: Запад близок к отправке военных в Украину
19 Apr 2024 | 19:53
Сотрудники МЧС спасли оказавшихся в беспомощном положении несовершеннолетних - ВИДЕО
19 Apr 2024 | 19:53
Хакеры заявили о взломе базы данных ЦАХАЛ
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 19:45
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
19 Apr 2024 | 19:18
Раскрыто 85% преступлений, совершенных в Азербайджане в I квартале 2024 года
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 18:53
Осужденный за жестокое убийство жены скончался в тюрьме
19 Apr 2024 | 18:44
Гаити потребовал от Франции миллиардных репараций
19 Apr 2024 | 18:28
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
19 Apr 2024 | 18:13
Желающие вступить в брак должны пройти психологическое обследование? - ВИДЕО
19 Apr 2024 | 17:57
В Иране гектары сельхозугодий затоплены селевыми водами - ВИДЕО
19 Apr 2024 | 17:51
Депутат: Плата за обучение в частных школах достигла космических размеров
19 Apr 2024 | 17:49
Процесс делимитации границ между Азербайджаном и Арменией будет основан на Алма-Атинской декларации
19 Apr 2024 | 17:45
Артуро Видаль - о клубе своей мечты
19 Apr 2024 | 17:45
Токаев запретил ввоз вейпов в Казахстан
19 Apr 2024 | 17:43
Люди впервые стали жертвами болезни оленей-зомби
19 Apr 2024 | 17:37
Моуринью назвал команду, за которую будет болеть в ЛЧ
19 Apr 2024 | 17:32
Верховному Меджлису Нахчыванской АР предоставлено новое право
19 Apr 2024 | 17:28
Мясника арестовали из-за долга в 20 000 манатов - ПОДРОБНОСТИ
19 Apr 2024 | 17:23
В Беларуси игрока "Что? Где? Когда?" приговорили к 3,5 годам лишения свободы - ФОТО
19 Apr 2024 | 17:16
В Хыналыге выпал град - ВИДЕО
19 Apr 2024 | 17:10
Состоялась восьмая встреча комиссий по делимитации госграницы: Армения возвращает Азербайджану четыре села
19 Apr 2024 | 17:10
Жозе Моуринью отправился в Турцию для переговоров с "Бешикташем"
19 Apr 2024 | 17:05
В Баку выявлены цеха производства подпольной продукции - ФОТО
19 Apr 2024 | 17:00
TƏBİB о состоянии женщины, которую молодой человек облил бензином и поджег - ОБНОВЛЕНО + ФОТО
19 Apr 2024 | 16:55
На Абеля Магеррамова подали в суд
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:43
Шведский функционер "Нефтчи": Настоящий болельщик не оставит команду никогда
19 Apr 2024 | 16:37
В первый день медицинской акции более 100 жителей Физули прошли офтальмологический осмотр - ФОТО
19 Apr 2024 | 16:33
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:25
В Азербайджане введено наказание за передачу СМИ фото потерпевших лиц без их согласия
19 Apr 2024 | 16:05
Лавров: Претензии Еревана о бездействии российских миротворцев необоснованны
19 Apr 2024 | 15:56
Турция призывает к сдержанности на фоне эскалации между Израилем и Ираном
19 Apr 2024 | 15:54
В Азербайджане отцы тоже будут иметь право получать за детей трудовую пенсию на льготных условиях
19 Apr 2024 | 15:47
"Нефтчи" переедет на новую учебно-тренировочную базу
19 Apr 2024 | 15:38
Джейхун Байрамов обсудил с премьер-министром Палестины ситуацию в Газе
19 Apr 2024 | 15:36
Законопроект о создании искусственных земельных участков на Каспии принят в первом чтении
19 Apr 2024 | 15:32
Забивший гол акробатическим ударом ветеран: В тот момент я позабыл, что у меня нет ноги - ВИДЕО
19 Apr 2024 | 15:23
В Азербайджане понятые не будут привлекаться к процессу личного досмотра
19 Apr 2024 | 15:01
Лавров: Россия в случае новых переговоров не будет делать пауз в боевых действиях с Украиной
19 Apr 2024 | 13:53
Стало известно, когда "Барселона" вернется на "Камп Ноу"
19 Apr 2024 | 12:01
ВМС и ВВС Азербайджана провели тактические учения в Каспийском море
19 Apr 2024 | 11:05
Мбаппе принял окончательное решение по своему будущему в ПСЖ
19 Apr 2024 | 10:57
Ниджат Абасов потерпел шестое поражение в Торонто
19 Apr 2024 | 09:15
В России разбился военный самолет
19 Apr 2024 | 08:52
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
19 Apr 2024 | 08:47
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
19 Apr 2024 | 08:45
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 08:40
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
19 Apr 2024 | 08:32
TikTok начал тестировать конкурентную Instagram платформу
19 Apr 2024 | 08:28
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
19 Apr 2024 | 08:15
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
19 Apr 2024 | 08:15
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
19 Apr 2024 | 08:02
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
19 Apr 2024 | 08:00
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
19 Apr 2024 | 07:49
Иранские системы ПВО сбили три беспилотника
19 Apr 2024 | 07:43
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
ЕЖЕДНЕВНО
19 Apr 2024 | 07:13
Израиль нанес "ограниченный" удар по Ирану
19 Apr 2024 | 08:15
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 07:38
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
19 Apr 2024 | 07:43
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
19 Apr 2024 | 07:49
Иранские системы ПВО сбили три беспилотника
19 Apr 2024 | 07:18
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
19 Apr 2024 | 07:37
США не поддержали ответную атаку Израиля на Иран
19 Apr 2024 | 08:02
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
19 Apr 2024 | 08:47
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 07:13
Израиль нанес "ограниченный" удар по Ирану
19 Apr 2024 | 08:15
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 07:38
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
19 Apr 2024 | 07:49
Иранские системы ПВО сбили три беспилотника
19 Apr 2024 | 07:43
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
19 Apr 2024 | 07:18
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
19 Apr 2024 | 07:37
США не поддержали ответную атаку Израиля на Иран
19 Apr 2024 | 06:32
Иран приостановил полеты над некоторыми городами
19 Apr 2024 | 08:02
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
Ежемесячно
19 Apr 2024 | 07:13
Израиль нанес "ограниченный" удар по Ирану
19 Apr 2024 | 08:15
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 07:38
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
19 Apr 2024 | 07:43
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
19 Apr 2024 | 07:49
Иранские системы ПВО сбили три беспилотника
19 Apr 2024 | 07:18
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
19 Apr 2024 | 07:37
США не поддержали ответную атаку Израиля на Иран
19 Apr 2024 | 08:02
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
19 Apr 2024 | 08:47
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
Писатели