Rusiyanın baş naziri Dmitri Medvedev Krım məsələsi ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. O, bu məsələnin biryolluq qapandığını və Krım xalqının keçirdiyi referendumla öz gələcəyini müəyyən etdiyini bildirib.
Maraqlıdır, doğrudanmı
Krım məsələsi birdəfəlik qapanıb və Ukrayna öz ərazi bütövlüyünü təmin etmək
üçün heç bir şansa malik deyil?
Moderator.az-a açıqlama
verən politoloq Hikmət Hacızadə məsələnin bu cür qoyuluşu ilə razılaşmadığını
bildirib:
“Mən Medvedevin fikirləri
ilə razılaşmır və onları ciddi qəbul etmirəm. Medvedev reallığı deyil, öz xəyallarını
dilə gətirir. Krım məsələsi qapanmayıb. Krım Ukraynanın bir parçasıdır və dünya
da bunu belə qəbul edir. Medvedevin bu cür açıqlamaları təbliğat xarakterlidir.
Gələcəkdə hər şey ola, vəziyyət kəskin şəkildə dəyişə bilər. Medvedevin özünü
beynəlxalq məhkəməyə verə bilərlər. Odur ki, bu kimi bəyanatları ciddiyə almaq
lazım deyil”.
Seymur Əliyev