Stalinin Bağırova son sözü: “Sən səfehsən”
Читать: 3000
02 Aug 2015 | 18:33
Stalinin Bağırova son sözü:  “Sən səfehsən”
Stalin:

- Yoldaş Bağırov, sən kimsən?
 
Mir Cəfər Bağırov susur. Stalin təkrar edir:
 
- Soruşuram, sən kimsən?
 
 Bağırov cavab verir:
 
- Siz ki bilirsiniz, mən kiməm: Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi.
 
 Stalin:
 
- Yox, sən əsl səfehsən!
 
  Bağırov susur, Stalin davam edir:
 
- Sən üçüncü dünya müharibəsini başlamaq istəyirsən? İstəyirsən ki, amerikalılar bizə nüvə hücumunu hədiyyə etsinlər? Niyə Cənubi Azərbaycandan bizim silahlı qüvvələrin çıxarılması ilə bağlı əmrimi yerinə yetirmirsən?
 
***
 
Bakının sahilə baxan binalarının birində səs səsə qarışmışdı. Döyüş gedir, “Azadlıq” hayqırtıları, güllə və qılınc səsləri qulaq batırırdı. Bu, üzü dənizə baxan Azərbaycan İstiqlal Muzeyinin binasında “uyuyan tarixin” röyalarından gələn səslər idi. Muzeyin guşələrini gəzdikcə, elə bilirsən tarixi gəzib gəlmisən. Şərəfli və kədərli Cənubi Azərbaycan tarixi guşəsinin ən dəyərli eksponatlarından biri Milli Demokratik Respublikanın müdafiə naziri, general-mayor Cəfər Kavianın mundiri, dəfələrlə auksionda yüksək qiymətə alınması təklif olunan qızıl işləməli “Səttarxan” ordeni, “21 Azər” medalı, Təbriz qoşunları komandanının qılıncı, Seyid Cəfər Pişəvərinin general Cəfər Kaviana yazdığı məktublar, sənədlər, əmr və nizamnamələrin surəti, Səttarxanla Cəfər Kavianın atası Məhəmmədəlinin birgə çəkilmiş nadir fotoşəkli adamı sanki ovsunlayır. Anlayırsan ki, bura bir də gəlməlisən, nəyin, necə, niyə baş verdiyini öyrənməlisən, oxumalısan, bilməlisən. Amma bütün olanları olduğu kimi, təhrif etmədən çatdıran olacaqmı?
 
Öyrənirəm ki, Cəfər Kavianın üç oğlu və üç qızı Bakıda yaşayır. Eksponatları muzeyə oğlu Marks Kavian Arazın o tayından minbir əziyyətlə gətirib və illərlə qoruyub-saxlayıb. Muzeyin əməkdaşları onunla əlaqə yaratmağıma yardımçı oldular və biz, telefonda razılaşdığımız kimi, elə İstiqlal Muzeyində də görüşüb söhbətləşdik.
 
***
 
Cənubi Azərbaycan Demokratik Respublikasının müdafiə naziri olmuş Kavian Cəfər Məhəmmədəli oğlu 1895-ci ildə Təbriz yaxınlığındakı Səhlan kəndində kəndli ailəsində anadan olub. İlk təhsilini ruhani məktəbində alıb. Atası Məhəmmədəli qardaşı İsrafillə birlikdə  azadlıq hərəkatının fəallarından, gizli  inqilabi hərəkatın məşvərətçisi və Səttarxanın yaxın silahdaşı idi. Hərəkat yatırıldıqdan sonra Məhəmmədəli həbs olunub və işgəncələrə dözməyərək vəfat edib.
 
Səttarxan hərəkatına fədai kimi lap gənc yaşlarından qoşulan Cəfər Kavian, iki adla - gənc ikən Məşədi, milli hökumətin milli qoşunlar vəziri olanda isə General Cəfər Kavian kimi tanınır.  İnqilabdan sonra isə qardaşını da götürüb mücahidlərlə birlikdə  Bakıya pənah gətirir və iki qardaş 1912-1914-cü illərdə Bakıda yaşayaraq dərziliklə məşğul olurlar. 1914-cü ildə Cənubi Azərbaycana qayıdan Cəfər 1918-ci ilə qədər inqilabi və gizli Sosial Demokrat partiyasının işləri ilə məşğul olur. Fasilələrlə Naxçıvanda və Bakıda yaşasa da, 1920-ci ildə gizli şəkildə yenidən Təbrizə qayıdır və Şeyx Məhəmməd Xiyabani hərəkatında milli fədai başçısı kimi fəaliyyət göstərir. Şeyx Məhəmməd inqilabı məğlub olandan sonra Əbül- Yasin Lahrudi inqilabına qoşulur və fədai başçısı təyin edilir. Hərəkat dayandırıldıqda isə, Kavian mühacirlərlə birlikdə Tiflisdə birləşmiş Qafqaz partiyasına qoşulur. 1922-1924-cü illərdə partiyanın göstərişi ilə Bakıya, Partiya məktəbində təhsil almağa gəlir...
 
Daha sonra İrana qayıdan Kavian1930-cu ilin sonlarında həbs edilir. Məhkəmənin 3472/14 nömrəli qərarında deyilir: "Cəfər Kavian ona görə məsuliyyətə alınır ki, Bir may münasibətilə intibahnamələr nəşr etdirib Tehranda yayırmış. O, Kommunist Partiyasına mənsubdur. İrandakı və xaricdəki kommunistlərlə yaxından əlaqə saxlayır. İran məmləkətinə və onun istiqlaliyyətinə zidd bir adamdır. Ona görə də, Cəfər Kavianın yoldaşları İran qanun məcəlləsinin iyirmi yeddinci maddəsi ilə, Kavianın özü isə həmin qanunun iyirmi səkkizinci maddəsi ilə cəzalandırılaraq həbs olunurlar. Hökm yerinə yetirilir".
 
Kavian ömrünün çox hissəsini zindanda keçirib. Onu həbs edən Ələkbər xan ona zindanda olmazın işgəncələr verib, hətta qızı ilə görüşməyə belə, imkan yaratmayıb. Bütün bu zülmlərə dözən Kavian Ələkbər xana deyib:
 
“Nə bacarırsan elə, bir gün gələcək, sənin paqonlarının yerinə mıx çalacağam”. Marks müəllim deyir ki, on beş il sonra xəstə düşən Kavian öləcəyindən və qisasını ala bilməyəcəyindən ehtiyat edərək, Ələkbər xanın öldürülməsi üçün silahlı dəstə göndərir, zülmü dillərə dastan olan Ələkbər xan öldürülür və şah ölkədə yeddi günlük matəm elan edir. 1945-ci ildə Təbriz şəhərində “Nollar” adlı fədai partizan dəstəsinin yaradılması haqqında Cəfər Kavianın qeydlərində deyilir: “Yerli mürtəce hökumətin üzvlərindən biri olan Azərbaycan İttilaatı- Dövlət təhlükəsizlik idarəsinin rəisi general Ələkbər xan Vəkili səhər evindən çıxıb işə gedərkən, əvvəlcədən müəyyən etdiyim yerdə dörd nəfərlik partizan (fədai) dəstəsi tərəfindən (Sadıq Dadar, Əsi Şahbazi, Şahməmməd, Əhməd Vəkili) mənim göstərişimlə öldürülmüşdür. O şəxs Rzaxan hökümətinin sadiq nökəri və Azərbaycan xalqının düşməni idi. O, 1930-cu ildə və ondan sonrakı illərdə azadlıq sevənləri öldürüb, işgəncəyə məruz qoymuşdur. O cümlədən, Təbriz həbsxanasında mənə və mənim ailə üzvlərimə də çoxlu əzab-əziyyət vermişdir. Mürtəce və satqın Ələkbər xan Vəkilinin ölümü yerli hökumət dərgahında işləyən vəzifəli şəxsləri daha da vahiməyə salır, hətta bəziləri şələ-şüləsini yığaraq Tehrana qaçırlar”.
 
Həbsdən sonra azadlığa çıxaraq yenidən Azərbaycanın Zəncan şəhərinə sürgün edilən Cəfər Kavian, 1941-ci ildə Sovet ordusu İrana gəldikdən sonra azad edilərək Təbrizə qayıdır və 1944-cü ilə qədər Təbrizdə müxtəlif antifaşist, xalq partiyalarının yaranmasında yaxından iştirak edir.
 
1945-ci ildə Azərbaycan Demokratik Partiyasının yaradılmasından sonra partiyanın Mərkəzi Komitəsinin üzvlüyünə seçilir və Azərbaycanda partizan hərəkatına başçılıq etmək ona tapşırılır. Milli hökumətin təşkili ərəfəsində hərbi nazir təyin olunaraq, general rütbəsinə qədər yüksələn Kavian göstərdiyi xidmətlərə görə MK-nın, Azərbaycan Milli hökumətinin və Milli Məclisin qərarı ilə “Səttarxan” ordeni və “21 Azər” medalı ilə təltif olunur.
 
- Atam bizi götürüb yenidən Təbrizə qayıdır,- deyə, Marks müəllim söhbətinə davam edir. - O, inqilabi, antifaşist təşkilatlarda çalışmaqla bərabər, Pişəvəri, Doktor Cavid, Şəbüstəri və Padiqanla birləşərək artıq Milli Hökumətin yaranmasının vaxtı çatdığı qərarına gəlirlər. Onun mükəmməl hərbi bacarığından istifadə etməyə başlayırlar. Atam partizan hərəkatına rəhbərlik edir.  Bütün məsələlər öz həllini tapandan sonra Mili Hökumət yaradılır və Cəfər Kavian Milli Məclis tərəfindən Milli Hökumətin müdafiə naziri təyin olunur. Pişəvəri Milli Hökumətin görünən tərəfi idi, Kavian görünməyən tərəfi. Partizan hərəkatının yaradılmasından tutmuş, fədailərin silahlanmasına qədər bütün işlər atamın ixtiyarına verilmişdi. Fədailər Təbrizi şahın zülmkar qoşununun əsarətindən təmizləyirlər. Təbriz nəzarətə götürüldükdən sonra şah ordusunun komandanı təslim olmaq məcburiyyətində qalır. 1945-ci ilin dekabr ayında komandan, general Ələkbər Derəxşani təslim aktını imzalayır və ona həvalə edilmiş rəmzi komandan qılıncını Milli Hökumətin müdafiə naziri general Cəfər Kaviana təhvil verir.
 
Söhbət zamanı generalın oğlu atasının tarixi şəxsiyyət kimi tanınmamasının səbəblərindən danışdı. Dedi ki, tarixi faktlar bilərəkdən saxtalaşdırılır: “Bəzi adamlar Pişəvərini qabağa verib ondan istifadə edərək kitab yazırlar. İstəyim odur ki, Milli Hökumət, Pişəvəri haqqındakı nəsə yazmaq istəyənlər sənədlərlə, tarixi faktlarla tanış olsunlar. Bütün sənədləri İstiqlaliyyət Muzeyinə vermişəm. Gedib tanış olsunlar və görsünlər ki, Milli Hökluməti quranlar, yaradanlar kimlərdi, ona rəhbərlik edənlər kimlər".
 
1946-cı ildə Sovet Azərbaycanına pənah gətirən Cəfər Kavian ömrünün sonuna qədər burada yaşayır. Milli Hökumətin qısa müddətdə süquta uğramasında isə rəhbərlərin və fədailərin günahı yox idi. Demokratik Respublikanın süqutu haqqında M. C. Bağırovun köməkçilərindən biri olan Mütəllim Babayev xatirələrində təsadüfən İ. Stalinlə M. C. Bağırovun telefon danışığını eşitdiyini deyirdi. Rəhbər Bağırovu, onun qoşunları Cənubi Azərbaycandan çıxarmaq tapşırığına əməl etmədiyinə görə tənbeh edirdi: “1944-cü ildə faşist Almaniyasına qarşı ikinci cəbhə hücuma başlayanda İ. Stalinin yeni göstərişini aldıq: “Sovet silahlı qüvvələri Cənubi Azərbaycandan çıxarılsın!” Lakin bu tapşırığı Mir Cəfər Bağırov çox həvəssiz və ləng yerinə yetirirdi. O, yaxşı bilirdi ki, qoşun çıxarılsa, şah ordusu Demokratik Respublikanın bütün qurumlarını darmadağın edəcək, adamlara divan tutacaq. Pişəvəri ilə telefon danışıqlarında hər şeyi açıb-ağartmaq istəmir, qoşunlarımızın orada olmasından isitifadə edərək adamların və gərəkli avadanlıqların sərhədin bəri tayına keçməsi tapşırığını verdi. Pişəvəri isə bu qərarla  heç cür razılaşmaq istəmir, telefon xəttində az qala qışqırırdı: “Bu, xəyanətdir, biz belə danışmamışdıq!”.
 
Pişəvəridən söz düşmüşkən, Marks müəllim onun ölümü ilə bağlı səslənən müxtəlif versiyalara aydınlıq gətirir. Deyir, Pişəvəri İrandan Şimali Azərbaycana keçib, burada sığınacaq tapmış insanlarla görüşmək üçün rayonlara səfər edirdi. Nuru Quliyev və Qulam Yəhya Danişyan səfərlərində onu müşayiət edirdi. Gəncəyə gələndə səhər saat dörddə Pişəvərini oyadırlar ki, Şəkiyə qonaq gedirik. Günün o vaxtı qalxıb qonaq getmək ağlabatan olmadığından, Pişəvəri getmək istəmədiyini bildirir. Yola çıxası olurlar. Nuru Quliyevlə Qulam Yəhya yuxularının gəldiyini bəhanə edərək arxa oturacaqlarda otururlar. Yevlax yaxınlığında sürücü Pişəvəri oturan tərəfi körpüyə çırpır. Pişəvəri yaralı halda Yevlax xəstəxanasına aparılır. Yevlax təhlükəsizlik şöbəsinin sədri Lətif Salayev hadisə yerinə gələrək maşının qabaq hissəsinin vurulduğunu görür. Salayev sürücü Qarnik Melikyanın ciblərini yoxlayarkən bir ədəd “Valter” tapançası və on min manat pul tapır. Salayev onun yanında qarovul qoyub, xəstəxanaya, Pişəvərinin yanına gəlir. Onu görən Pişəvəri -“xəyanət, xəyanət, xəyanət”- deyə, zarıyır. Salayev ondan soruşur: “ Yoldaş Pişəvəri, avtomobil sizin, sürücü sizin, nə xəyanət?” Pişəvəri isə bildirir ki, nə maşın onundur, nə sürücü: “Hər ikisi Qulam Yəhyanındır. İran şahı məni öldürə bilmədi, amma bunlar mənim axırıma çıxdı”. Hadisədən bir gün sonra canını tapşıran Pişəvəri Buzovnadakı Nobel bağında dəfn edilir. Marks müəllim deyir ki, bu hadisə baş verəndə onun on yaşı olub. Atası onu Pişəvərinin dəfninə aparmışdı. Mərasimdə Milli hökumətin görkəmli simalarından Padiqan, Qiyami Pənahiyan, Azər, Qulam Yəhya və başqaları iştirak edirdi. Qulam Yəhya başı tənzifli dəfnə gəlmişdi. Amma Qulam sonralar öz xatirələrində yazmışdı ki, Pişəvərinin öldüyündən üç ay sonra xəbər tutub. Marks müəllimin dediyinə görə, Əkrəm Rəhimlinin (Bije) “Seyid Cəfər Pişəvəri” kitabının 195-ci səhifəsində yazılır ki, rəsmi toplantıda Pişəvərinin əmisi oğlu və bacısının əri olan Mirağa Azəri üzünü Qulam Yəhyaya tutub belə bir ittiham səsləndirir: “Qulam Yəhya, Pişəvərini sən öldürdün ki, onun yerinə keçəsən”. Marks Kavian iddia edir ki, 1947-ci ildə Pişəvərinin fədailərlə görüşə general-mayor Cəfər Kavianla yox, məhz Qulam Yəhya ilə getməsi hələ də şübhə doğurur.
 
Sovet Azərbaycanına pənah gətirəndən sonra Mir Cəfər Bağırovla tez-tez görüşərmişlər. Cəfər Kavianın istəyinə əsasən, Bağırov ona Razin qəsəbəsində üçotaqlı mənzil verir. O evdə indi oğlu Marks Kavian ailəsi ilə birlikdə yaşayır. Marks Kavian danışır ki,  Bağırovla atasının arasında belə bir söhbət olmuşdu:
 
Bağırov: “ Eşitmişəm ki, siz oğlunuzu Təbrizdə güllələmək istəmisiniz?” Atam başa düşür ki, bunu ona xəbər veriblər: “Yoldaş Bağırov, mənim oğlum bilmədən iş yoldaşını öldürüb. Bunu eşidən kimi evə gəlib onu güllələmək istədim, amma buna imkan vermədilər. Belə olan halda, onu dərhal həbs etdirdim. Bir müddətdən sonra mərhumun ailəsi və qohumları şikayətçi olmadıqlarını bildirdilər. Məhkəmə oğlumun günahsız olduğunu bildirdi və ona, sadəcə, şallaq cəzası kəsdi. Mən onun Təbrizdə qalmasını istəməyib, Bakıya, hərbi məktəbə göndərdim.” Bağırov atama dedi: “Sən düz iş görmüsən, o, sadəcə, bədbəxt hadisə idi. Bilirsən, elə şeylər var, edirsən, amma sonra peşman olursan. Mənim oğlum döyüşdə həlak oldu. Mənə deyəndə ki, onun cənazəsini gətirək Vətəndə dəfn edək, razı olmadım. Krıma gedib, onu başqa əsgərlərlə birgə oradaca dəfn elətdirdim. İndi isə buna peşmanam.” Bu vaxt Bağırovun gözləri dolmuşdu. Sonralar məlum olur ki, o, oğlunun cənazəsini Bakıya gətirdərək dəfn etdirmişdi.
 
Araşdırma zamanı məqalələrin birində o vaxtlar Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Cəfər Kavianın yetmişinci illərdəki münasibətləri haqqında olan məqam diqqətimi çəkdi. Oğlu Marks deyir: “ Yadıma gəlir ki, atam Heydər Əliyevlə tez-tez telefonla səmimi söhbət edərdi. O, bizim yaşadığımız evə də gələrdi. Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsində olanda o, bir gün atamı yanına dəvət etdi. Atam nasaz olduğundan, məni də özü ilə apardı. O vaxtlar atam darıxırdı, qüssədən, kədərdən tez-tez xəstələnirdi. Təbriz hadisələrindən danışan zaman atamın halı pisləşdi. Heydər Əliyev dərhal ona təcili yardım çağırtdırdı və ona tibbi yardım göstərildi. Vidalaşıb ayrılanda atam paltosuna əl uzatdı. Heydər Əliyev ona kömək etmək istəyəndə atam etiraz etdi. Atamın etirazına qarşı böyük şəxsiyyət  Heydər Əliyev səmimiyyətlə dedi: “Hörmətli Vətən generalı! Biz polkovniklər Sizin qulluğunuzda dayanmağa həmişə hazırıq!”.
 
Sovet hökumətindən ailəsinə Kavianın Fəxri Xiyabanda dəfn edilməsi təklif edilsə də, onlar heç vəchlə buna razı olmur. O, əmanət məzar kimi, nə zamansa yenidən doğulduğu şəhərdə dəfn edilməsi məqsədi ilə, taxta qutu içində Bakıdakı məzarlıqlardan birində dəfn edilir.  
 
 “Əziz Kavian! Biz sənin, xalqına və Vətəninə olan borcunu artıqlaması ilə ödədiyinə şəhadət veririk. Sənin pak məzarın qarşısında and içirik və səni əmin edirik ki, sənin amal və arzularını həyata keçirmək uğrunda son nəfəsimizə qədər çalışacağıq.”- Sadıq Padiqan.
 
İstiqlal Muzeyində tarixi şəxsiyyət-- general-mayor Cəfər Kavianın oğlu Marks Kavianla söhbətimiz bitmək bilmirdi. Əlimdəki sənədlər, məqalələr haradan başlayacağım barədə qərarımı dəyişmişdi. Əlbəttə ki, “21 Azər” jurnalındakı Demokratik Respublikanın yaranmasına dair müxtəlif materiallar,  publisist, istefada olan polkovnik-leytenant Şəmistan Nəzirlinin “Yada düşdü” jurnalındakı “General Cəfər Məmmədzadə” adlı məqaləsi, “Azərbaycan” qəzetinin 20 dekabr, 1945-ci il sayında çıxan “Xalq Qoşunları vəziri Ağayi Cəfər Kavian” başlıqlı yazı, Cəfər Kavianın öz dəst-xətti ilə yazdığı tərcümeyi-hal, 1975-ci ildə Cəfər Kavianın dəfn mərasimi zamanı Sadıq Padiqanın nitqinin  və digər sənədlər, yazılı, internet və video materiallar bizim, hadisələrə daha geniş prizmadan yanaşmağımız üçün kifayət edirdi, amma imkanlarımız məhduddur - cəmi iki qəzet səhifəsi. Mövzuya yenidən qayıtmağın lazım olduğunu deyə bilmərəm, amma İstiqlal Muzeyinə gəlmək lazımdı, həm də dönə-dönə./Aydın Yol
Похожие новости
16:50, Сегодня
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
16:47, Сегодня
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
16:47, Сегодня
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
16:45, Сегодня
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
08:52, Сегодня
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
08:47, Сегодня
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
08:45, Сегодня
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
08:41, Сегодня
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
08:40, Сегодня
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
08:32, Сегодня
TikTok начал тестировать конкурентную Instagram платформу
08:28, Сегодня
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
08:15, Сегодня
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
08:02, Сегодня
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
08:00, Сегодня
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
07:49, Сегодня
Иранские системы ПВО сбили три беспилотника
07:43, Сегодня
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
07:38, Сегодня
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
07:37, Сегодня
США не поддержали ответную атаку Израиля на Иран
07:18, Сегодня
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
07:00, Сегодня
Мадуро: Нефтяная промышленность Венесуэлы будет развиваться вопреки санкциям США
06:32, Сегодня
Иран приостановил полеты над некоторыми городами
06:31, Сегодня
В Баку изъято большое количество безакцизных сигарет
06:28, Сегодня
Ученые обнаружили остатки самой крупной змеи в истории Земли
06:28, Сегодня
В иранской провинции Исфахан произошел взрыв
06:24, Сегодня
В Баку автомобиль сбил 7-летнюю девочку
06:12, Сегодня
В Индии начался первый этап масштабных парламентских выборов
05:57, Сегодня
Израиль нанес удар по объекту в Иране
05:28, Сегодня
Девочка пообедала в ресторане быстрого питания и получила повреждение мозга - ФОТО
05:15, Сегодня
Определились все полуфиналисты Лиги конференций
04:55, Сегодня
Белый дом опроверг заявление Байдена о съедении его дяди людоедами
04:28, Сегодня
Товарооборот между Казахстаном и Якутией вырос почти в два раза
04:02, Сегодня
В Баку мужчина не пожелал вернуть долг знакомому и убил его: дело направлено в суд
03:31, Сегодня
Вывод российских миротворцев из Карабаха положил начало новой эпохе - ВИДЕО
03:06, Сегодня
МВФ повысил прогноз экономического роста для Узбекистана на 2024 год
02:54, Сегодня
Азербайджанский водитель фуры уже три месяца не может пересечь границу Грузии - ВИДЕО
02:46, Сегодня
Ходжалинский аэропорт переходит под контроль Азербайджана - ВИДЕО
02:39, Сегодня
В Гейгеле произошла авария: есть пострадавшие
02:04, Сегодня
В Баку мужчина нанес своему отцу тяжелую травму
02:02, Сегодня
США заблокировали резолюцию о признании Палестины полноправным членом ООН
01:28, Сегодня
Житель Кельбаджара: Из 113-дневного окружения в Башлыбеле живыми спаслись 29 человек - ВИДЕО
01:17, Сегодня
Заслуженный артист: Я не сплю после смерти сына
01:12, Сегодня
Хроника Западного Азербайджана: Армения вскоре может быть стерта с карты мира - ВИДЕО
00:53, Сегодня
В Агдашском районе повесился 30-летний мужчина
00:47, Сегодня
Глава COP-29 встретился с главой Европейского инвестиционного банка - ФОТО
00:19, Сегодня
25-летний житель Губы повесился на лестнице
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:47
МИД Ирана заявил, что ответные шаги Тегерана завершены
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:23
В Баку у наркокурьера изъяли 5 кг марихуаны и 3 000 таблеток метадона - ВИДЕО
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 23:01
Исследователь: Через несколько дней после Башлыбельской трагедии две семьи остались в окружении - ВИДЕО
18 Apr 2024 | 22:57
В Абшеронском районе 30-летний мужчина покончил жизнь самосожжением
18 Apr 2024 | 22:47
Азербайджанский боксер стартовал с победы на чемпионате Европы
18 Apr 2024 | 22:41
Житель поселка Бина: Ощущение, будто мы живем в Сомали - ВИДЕО
18 Apr 2024 | 22:34
Глава Сил обороны Кении погиб в авиакатастрофе- (обновлено)
18 Apr 2024 | 22:28
УЕФА оштрафовал "Барселону"
18 Apr 2024 | 22:22
Хуситы атаковали 98 судов после обострения в секторе Газа
18 Apr 2024 | 22:00
Солнце готовит Земле космический шторм в ближайшие дни
18 Apr 2024 | 21:47
У берегов Мексики зафиксировали сильное землетрясение
18 Apr 2024 | 20:53
Власти Украины приговорили Анатолия Карпова к 15-ти годам тюрьмы
18 Apr 2024 | 20:48
Партнеры по НАТО могут поставить Украине шесть систем Patriot
18 Apr 2024 | 20:46
Заседание Совета Украина-НАТО пройдет 19 апреля на уровне министров обороны
18 Apr 2024 | 20:40
Фон дер Ляйен: Отток капитала из ЕС составляет €300 млрд в год
18 Apr 2024 | 20:35
В России хотят усилить войска в Украине бездомными собаками
18 Apr 2024 | 20:25
Макрон: ЕС выступает за введение новых санкций против Ирана и России
18 Apr 2024 | 20:23
Столтенберг ждет, что Украина сама обеспечит себя войсками
18 Apr 2024 | 20:21
В борьбе с тиктокерами полиции следует обратить внимание на пропаганду разврата
18 Apr 2024 | 20:20
Национальный герой Азербайджана перенес инфаркт
18 Apr 2024 | 20:18
Менингит всего за сутки погубил 17-летнюю испанскую спортсменку
18 Apr 2024 | 20:17
Луи Боно находится с визитом в Грузии
18 Apr 2024 | 20:12
Казахстан запретил импорт авиатоплива
18 Apr 2024 | 20:02
Шахин Аббасов зарезал москвича ударом в пах за замечание о парковке
18 Apr 2024 | 20:01
ВОЗ: Более 25 тыс. человек заболели холерой в марте текущего года
18 Apr 2024 | 19:53
Украина блокирует пророссийские TikTok-каналы
18 Apr 2024 | 19:45
Предотвращено покушение на Зеленского
18 Apr 2024 | 19:42
«Карабах» улучшил положение в мировом рейтинге
18 Apr 2024 | 19:41
Генсек ООН призвал не допустить эскалации в Красном море
18 Apr 2024 | 19:37
Индия передумала строить свои корабли в Турции
18 Apr 2024 | 19:34
На севере Турции произошло землетрясение магнитудой 5,6
18 Apr 2024 | 19:29
В Гаджигабуле задержан наркокурьер
18 Apr 2024 | 19:16
При TƏBİB создан Республиканский центр педиатрии, назначен директор
18 Apr 2024 | 19:14
В Баку состоялся показ документального фильма о литовском моряке "Прыжок"
18 Apr 2024 | 19:14
Во Франции совершено нападение с ножом: ранены дети
18 Apr 2024 | 19:10
"Галатасарай" ищет альтернативу Мауро Икарди
18 Apr 2024 | 19:05
Аргентина заявила о намерении стать глобальным партнером НАТО
18 Apr 2024 | 19:04
Российская военная база в Армении подверглась кибератаке
18 Apr 2024 | 19:01
Новая угроза в связи с наводнением в Иране: берегитесь крокодилов! - ВИДЕО
18 Apr 2024 | 18:54
Новый председатель Госкомитета принял посла Турции
18 Apr 2024 | 18:52
Вагит Алекперов возглавил рейтинг богатейших миллиардеров России
18 Apr 2024 | 18:47
МИД Армении: На брюссельской встрече не было секретной повестки
18 Apr 2024 | 18:45
Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью Baku TV - ВИДЕО
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 19:41
Генсек ООН призвал не допустить эскалации в Красном море
18 Apr 2024 | 19:34
На севере Турции произошло землетрясение магнитудой 5,6
18 Apr 2024 | 19:29
В Гаджигабуле задержан наркокурьер
18 Apr 2024 | 20:35
В России хотят усилить войска в Украине бездомными собаками
18 Apr 2024 | 20:02
Шахин Аббасов зарезал москвича ударом в пах за замечание о парковке
18 Apr 2024 | 19:45
Предотвращено покушение на Зеленского
18 Apr 2024 | 20:01
ВОЗ: Более 25 тыс. человек заболели холерой в марте текущего года
18 Apr 2024 | 20:18
Менингит всего за сутки погубил 17-летнюю испанскую спортсменку
18 Apr 2024 | 19:53
Украина блокирует пророссийские TikTok-каналы
18 Apr 2024 | 19:42
«Карабах» улучшил положение в мировом рейтинге
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 19:41
Генсек ООН призвал не допустить эскалации в Красном море
18 Apr 2024 | 19:34
На севере Турции произошло землетрясение магнитудой 5,6
18 Apr 2024 | 19:29
В Гаджигабуле задержан наркокурьер
18 Apr 2024 | 20:35
В России хотят усилить войска в Украине бездомными собаками
18 Apr 2024 | 20:02
Шахин Аббасов зарезал москвича ударом в пах за замечание о парковке
18 Apr 2024 | 19:45
Предотвращено покушение на Зеленского
18 Apr 2024 | 20:01
ВОЗ: Более 25 тыс. человек заболели холерой в марте текущего года
18 Apr 2024 | 20:18
Менингит всего за сутки погубил 17-летнюю испанскую спортсменку
18 Apr 2024 | 19:53
Украина блокирует пророссийские TikTok-каналы
18 Apr 2024 | 19:42
«Карабах» улучшил положение в мировом рейтинге
Писатели