Ölkəmizdə demokratiyanın mövcud durumu ilə Qarabağ problemi arasında əlaqənin mövcud olub-olmaması, bu iki məsələnin bir-birinə bağlılıq səviyyəsi ilə bağlı ictimai-siyasi müstəvidə fərqli fikir və yanaşmalar mövcuddur. Bəzi siyasilər bu iki məsələ arasında hər hansı bağlılıq görməsələr də, demokratiya və Qarabağ faktoru arasında yetərincə bağlılığın mövcud olduğunu iddia edənlər də az deyil.
Maraqlıdır,
demokratiya və Qarabağ problemi arasında həqiqətən də bir bağlılıq varmı? Azərbaycanda
demokratik cəmiyyətin formalaşmaması Qarabağ probleminin həllinə hansısa şəkildə
təsir göstərirmi? Demokratiyanın bərqərar olmasını təmin etmədən Qarabağı azad
etmək, ölkə suverenliyini təmin etmək olarmı?
Moderator.az xəbər verir ki, bununla bağlı
“Hürriyyət” qəzetinə açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli
Orucov hesab edir ki, bu problemlər fərqli problemlərdir:
“Bu problemlər ayrı-ayrı problemlər
olduğundan yanaşmaya da fərqli yöndəmlər tələb edir. Qarabağ promleminin
köklərini də, səbəblərinin də yaxşı bilirsiz. Və hər kəsə məlumdur ki, münaqişə
Rusiya tərəfindən yaradılıb və Kremldən də idarə olunur. Ermənilər sadəcə burda
heç dekorasiya da deyil.
Gürcüstan Azərbaycanla müqayisədə demokratik
və açıqdır. Lakin orda da milli zəmində münqişələr tənzimlənməyib. Cənibi
Osetiya və Abxaziya itirilib. Cavaxetiyada erməni təhlükəsi qalır.
Ermənistan-Azərbaycan münaqişəsinin
tənzimlənməsində vasitəçi olan ATƏT Minsk Qrupunun həmsədr ölkələrinindən ABŞ
və Fransa demokratiyanın beşiyi sayılır. Lakin onların da münqişəyə münasibəti
birmənalı deyil. İkili yanaşmalar mövcudur və əksər hallarda da Erməni
təəssübkeşliyi sərgiləyirlər. Halbuki demokratiyanın təməl prinsipləri
işğalçılığı, təcavüzü, terroru və zorakılığı rədd edir.
Münaqişənı yaradan və körükləyən Rusiyada
avtoritar və qapalı rejim var. Müharibə və imperiyapərəst qüvvələr post sovet
məkanına daxil olan müstəqil dövlətlərə daha ciddi və açıq təhlükə törədir.
Rusiyadakı rejim maraqlıdır ki, ətraındakı dövlətlər də qeyri-demokratik və
totalitar rejimlər olsun ki, onlarla müqyisədə xalqına demokratik görüntüsü
yaratsın. Eyni zamanda totalitar dövlət başçını ram etməklə bütövlükdə dövləti
ram etsin”.
Ə.Orucovun qənaətincə, ölkədə demokratiyanın
bərqərar olması Qarabağ probleminə də yardım edə bilər:
“Azərbaycanda
demokratiyanın qurulması münaqişənin həllinə müsbət təsir göstərə bilər. Erməni
cəmiyyətinin bir qisminin diqqətini bu cəlb edə bilər. Ermənilərin bununla
bağlı bəhanələrinə son qoyular. Beynəlcxalq dəstəyimiz daha da arta bilər və
mğvqelərimiz güclənər. Ən əsası daxildə milli həmrəylik və milli birlik əldə
olunar olunar dövlətə inam güclənər. Bunlar isə həlledici faktorlardır”.
Seymur Əliyev