Moderator.az-a daxil olan məlumata görə, son bir neçə aydır ki, Sumqayıtda magistral yol və piyada səkilərinin kənarında yerləşən bəzi obyektlərin qarşısındakı ağaclar dibdən kəsilərək yerləri metlaxlanmaqdadır.
Məlumata görə, yol kənarında
obyekt yeri əldə edən iş adamları bu ağacların obyekti “gizlətdiyi”, onun daha
aydın görünməsinə imkan vermədiyi iddiası ilə onların məhvini məqbul sayıb və
onların bu istəyi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilib.
Mənbənin bildirdiyinə görə,
artıq bir sıra obyektlərin qarşısındakı ağaclar müxtəlif bəhanələrlə kəsilib. Kəsilən
ağacların yeri isə izi itirmək məqsədi ilə metlaxlanıb.
Mənbə hesab edir ki, bəzi
iş adamlarının öz obyektlərini “gözə soxmaq”, mağaza və dükanlarına diqqət çəkmək
məqsədi ilə həyata keçirdikləri bu addım yaxın gələcəkdə şəhərin mərkəzi küçələrini
tamamilə yaşıllıqsız qoya bilər. Hansı ki, bu günün özündə də məlum vəziyyətin
ötən illərlə müqayisədə ürəkaçan olmadığı göz önündədir.