“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” - FOTOLAR
Читать: 8514
12 Aug 2015 | 12:00
“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...”  - FOTOLAR
20 il əvvəl, avqustun 14 ”“ də Azərbaycan televiziyasının efiri auditoriyaya tanış olmayan yeni bir proqramla açıldı. Musiqi və informasiyanın sintezindən yaranmış “Səhər” adlanan bu proqram indiyə qədər efirdə olanlardan fərqli bir veriliş kimi ilk buraxılışdaca tamaşaçıların diqqətini cəlb etdi. Məzmununa, ab-havasına,  dinamikasına, quruluşuna, ritminə, ahənginə, auditoriya ilə ünsiyyət tərzinə görə “Səhər” tamamilə yeni bir proqram idi. Həmin proqramın yaranıb formalaşması, ötən illər ərzində cilalanaraq müasir televiziya formatına düşməsi tanınmış jurnalist və teleaparıcı, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin adı ilə bağlıdır.  
    
Azərbaycan televiziyasında efirə getmiş “7 Gün”, “Təfsilat”, “Gerçəklik” kimi müəllif proqramlarının müəllifi olmuş, ekrandakı obyektiv çıxışları və dərin təhlilləri ilə tamaşaçı rəğbətini qazanmış Qulu Məhərrəmli yarandığı gündən 12 il müddətində “Səhər” proqramına rəhbərlik etmiş, bu proqramın populyarlaşması, müasir ekran məhsuluna çevrilməsi üçün böyük zəhmət sərf etmişdir. 

- Qulu müəllim, o vaxtlar “Səhər” proqramının ortaya çıxması hansı zərurətdən yarandı?

- Belə bir zərurət var idi, çünki həmin illərdə səhər efiri, demək olar ki, boş idi, musiqi və cizgi filmi ilə doldurulurdu. Halbuki o vaxt Rusiya və Türkiyənin Azərbaycana yayılan kanallarında cəlbedici səhər proqramları var idi və bizim də  tamaşaçıların bir qismi həmin verilişlərə baxırdı. Ona görə də 1995-ci ilin hələ iyun ayında AzTV-nin o vaxtkı sədri, mərhum Babək Hüseynoğlu səhər proqramı açmağın zəruriliyi haqqında danışırdı.

- Və bu işi sizə tapşırdılar”¦

- Xeyr, belə bir veriliş hazırlamağı “Xəbərlər” baş redaksiyasına tapşırmışdılar, o vaxt həmin quruma Səyyad Ağbabalı rəhbərlik edirdi. Mən onda kifayət qədər çox baxılan və xeyli enerji alan “7 gün” proqramını aparırdım. Hələ iyul ayının axırlarında səhər verilişi ilə bağlı hazırlıq işlərinə başlandığını eşidirdim, çünki mənimlə çalışan 1-2 rejissoru da həmin işə cəlb etmişdilər, arada onları da iclasa çağırırdılar. Düzünü deyim ki, mən bu hazırlıq proseslərilə maraqlanmırdım və heç ağlıma da gəlmirdi ki, səhər efiri ilə hansısa formada bağlılığım ola bilər.  

- Bəs necə oldu ki, ağlınıza gəlməyən bir iş reallığa çevrildi?
 
- Çox dəqiq xatırlayıram ki, avqustun 13-də, bazar günü mən “7 gün”ü efirə verib getməyə hazırlaşırdım, elə bu vaxt sədrin köməkçisi zəng etdi ki, “heç hara getməyin, sədr sizi qəbul edəcək, sözü var”. Köməkçi bunu deyəndə təxminən axşam saat 10-a qalırdı. Bir azdan getdim və sədrlə görüşdük. 

Babək müəllim bir az qayğılı və narahat görünürdü, bir az ordan-burdan danışandan sonra qayıtdı ki, sabah “Səhər” proqramı efirə çıxmalıdır, amma çağırmışam “Xəbərlər”in əməkdaşlarını, maraqlanıb görürəm ki, ortada heç nə yoxdur, nə stuktur aydındır, nə material var, nə aparıcısı bilinir, nə də düz-əməlli musiqi seçiblər. Babək müəllim çox qəzəblənmişdi ki, bir aydır bu barədə söhbət gedir, amma ortaya heç nə qoymayıblar, redaksiya bəzi süjetləri çəkmək üçün indi ondan əlavə kamera istəyir.
   
Sədr bunları da dedi ki,  “Ekran-efir”” qəzetində veriliş barədə  artıq məlumat verilib, təxminən günorta prezident Heydər Əliyev də zəng edib bu proqramla maraqlanırdı ki,  bu nə veriliş olacaq belə?  Bu səbəbdən sədr ciddi narahat idi. 
      
Nə isə, bu söhbətdən sonra Babək müəllim təklif etdi ki, sən bu işlə məşğul ol və özün də sabah çıx “Səhər” proqramını apar. Düzü, nə edəcəyimi bilmədim, etiraz etdim, onunla əsaslandırdım ki, bir az əvvəl “7 gün” efirə getdi, indi 7 - 8 saatdan sonra dediyiniz bu yeni proqramla necə efirə çıxım? Bir-iki aparıcı adı çəkdim ki, onlar bu işin öhdəsindən gələ bilərlər.  Nə qədər israr etsəm də, sədr inadından dönmədi ki, yox, sabah efirə sən çıxmalısan. Bircə kəlmə də əlavə elədi ki,  “mən bu işi sənə sədr kimi yox, bir dost kimi ərk edib deyirəm”. Bundan sonra   müqavimətin mənasız olduğunu gördüm. Bir sözlə, mən əməlli-başlı tərksilah olundum. 

- Və səhər çıxdınız efirə? 

- Yox, hələ efirqabağı xeyli iş var idi. Mənim “hə”mi alandan sonra Babək müəllim şirkətin bədii rəhbəri, mərhum  Vaqif Ağayevi və proqramla məşqul olan adamları da çağırdı, kiçik bir qrup idi, hamısı da tanıdığım işgüzar uşaqlar. Dedi ki, gedin işləyin, nəyiniz varsa ortaya qoyun, Qulu müəllim də baxsın, saf-çürük edin, babat bir şey çıxsın efirə. 
Qalxdıq montaj otağında  proqramın üzərində bir xeyli işlədik. Baxdım ki, hazırlanan materialların əksəriyyəti əyləncəyə hesablanıb, amma mən intuitiv bunu həm də informasiya proqramı kimi təsəvvür edirdim, ona görə Vaqif Ağayevlə birgə strktura əl gəzdirdik, qısa xəbər bloklarını artırdıq, ən vacib elementləri müəyyənləşdirdik, əvvəlcədən hazırlanmış hazır materialların da (valyuta məzənnəsi və s.)  bəzilərini əlavə etdik. Təxminən gecə saat 4-ə işləmiş işi yekunlaşdırıb getdim evə. Səhərin açılmağına az qalırdı, təbii ki, yata bilmədim, aparıcı mətnlərini yenidən işlədim, bəzi təqdimatları dəyişdim. Artıq səhər açılırdı və mən hazırlaşıb evdən çıxdım.

- İlk proqramda efirə kimlər çıxdı, yadınızda qalıbmı?

- Xoşbəxtlikdən “Səhər”in birinci verilişinin videokaseti qalır. Proqramı özüm aparırdım, xəbərləri radiodan dəvət edilən Kəmalə Mikayılova və TV diktoru Dilarə Səlimova oxudular. Yaxşı xatırlayıram ki, həmin gün sübh tezdən maşınla gedib Kəmalə xanımı götürdüm, sonra Dilarə xanımın arxasınca getdik.


Birinci verilişin həyəcanı da qalıb yadımda. Veriliş başlamazdan əvvəl studiyada bir az narahatlıq, ağırlıq var idi, mənim zarafatlarım da kara gəlmirdi, bəzi rejissorların və qaraqabaq texniki işçilərin gərginliyi mənə də sirayət etmişdi, amma hamı bir-birinə təskinlik verirdi ki, hər şey yaxşı olacaq. Doğurudan da dövlət himnindən sonra “Səhər”in çağırış musiqisi səslənəndə, sanki studiyaya bir rahatlıq çökdü, hər şey çox rəvan getdi.
  Studiyada musiqiləri dinləyəndə bir daha əmin oldum ki, bədii rəhbər Vaqif Ağayev və gənc rejissorlarımız yaxşı, xoş ovqat yaradan musiqilər seçiblər ki, bunun da təsiri dərhal hiss olunurdu. İndi dəbdə olan bürclər, məişət xidmətinə aid olan yeni xəbərlər də tamaşaçı auditoriyası üçün xeyli maraqlı idi. Yeni xəbərlər oxundu və bəzi xəbərlərə də özüm elə studiyadan şərhlər verirdim. Bir sözlə, elə ilk buraxılışdaca proqram xoş ovqat yarada bildi.

- İlk verilişə qonaq dəvət etmişdinizmi? 

- Yox, görünür, proqramın efirə getmək ehtimalı o qədər aşağı olmuşdu ki, efirə qonaq çağırılmamışdı. Əslində indi proqrama baxanda heç qonağa ehtiyac da duyulmur. İlk veriliş üçün bir saat efir vaxtı nəzərdə tutulmuşdu və bu bir saat hiss olunmadan  keçib getdi.  
   
Proqram sona çatanda hamı bir-birini təbrik edirdi, qadınlı-kişili məni də xeyli adam qucaqlayıb-öpür, ürəkdən təbrik edirdi, gözləri yaşaran, hətta sevindiyindən ağlayan da var idi. Bir azdan Babək müəllim də gəldi və qrupu yığıb hamımıza yaxşı əhval-ruhiyyə ilə təşəkkür elədi, hiss olunurdu ki, verilişdən çox razı qalıb.  Bildirdi ki, proqramı bundan sonra elə bu heyət hazırlayacaq və Qulu Məhərrəmli də “Səhər”in rəhbəri olacaq.

- Bəs Babək müəllim Heydər Əliyevin proqrama baxıb-baxmaması ilə bağlı bir söz demədi? 

- Düzü, o barədə söhbət olmadı. Hər halda baxmış olardı, çünki Babək müəllimin gözləri gülürdü. Hiss olunurdu ki, proqram yaxşı rezonans doğurub. Biz otağında olanda çox görkəmli adamlar zəng edib bu veriliş münasibətilə sədri təbrik edirdilər. Məncə, 20 il əvvəl efirə çıxmış bu proqramın çox uğurlu taleyi oldu”¦

- Deyəsən, başlanğıcdan televiziyanın özündə bu proqrama qısqanclıqla yanaşanlar da vardı”¦

- Qısqanclıqdan çox, bu verilişin çox sürəcəyinə inamasızlıq var idi, proqramın taleyinə bədbin yanaşırdılar. Çoxları hesab edirdi ki, əvvəlki səhər verilişləri kimi bu da müvəqqəti olacaq, mən kimi əməkdaşlığa dəvət edirdimsə, hamısından bu sözü eşidirdim. Təbii ki, bir qisim adamlar da bu fikri bilərəkdən yayırdılar. 
    
Bu qənaət üçün əslində müəyyən səbəb də var idi, məsələn, “Səhər görüşləri” proqramı var idi, amma ömrü qısa olmuş və bağlanmışdı. Daha sonra 1992-ci ildə “Xoş gördük” proqramı efirə getmişdi, onu da bağlamışdılar. Gənclik baş redaksiyasının ara-sıra həftəlik səhər proqramı efirdə görünürdü, o da çox yaşamamışdı. Ona görə də belə bir rəy formalaşmışdı ki, AzTV-də səhər verilişi alınmır. Amma bizim bəxtimizdən hər şey yaxşı getdi və  proqram tədricən populyarlıq qazanmağa başladı.

- Bəs sonralar aparıcı problemini necə həll etdiniz?

- Aparıcı siyasəti ilə bağlı TV rəhbərliyi ilə aramızda müəyyən fikir ayrılığı var idi. Sədr istəyirdi ki, bu problem televiziyanın işə yeni qəbul olunmuş diktorlarının hesabına həll etsin. Məsələn, qısa müddət aparıcılıq etmiş Könül və Solmaz xanım bu işi qismən yarıda bilirdilər. 
   
Mən isə tamamilə yeni simalar, həm də jurnalistləri istəyirdim, hətta xəbər aparıcılarının da yeni olmasının tərəfdarı idim. Məsələn, xəbərləri əvvəldə adını çəkdiyim Kəmalə xanımın oxuması yaxşı idi, sonra radiodan başqa bir xanımı ”“ Elmira Məmmədovanı cəlb etdik, ilk dövrlərdə bu eksperimentlər  pis alınmırdı. Babək müəllim yaradıcı adam olduğu üçün mənə güzəştə gedirdi. Məsələn, çətinliklə də olsa, mən onu razı saldım ki, yaxşı efir fakturası olan Sevil Nuriyevanı əsas aparıcılardan biri edək. Sevil efirə çıxdı və proqrama tamamilə yeni hava gətirə bildi. 
   
Tezliklə, biz proqramın efir müddətini  saat yarıma, sonra iki saata çatdırdıq, bir ildən sonra isə üç saat efirə çıxırdıq.

- Deyəsən o vaxt “Səhər”də rus və ingilis dillərində də xəbərlər də gedirdi... 

- Bəli, biz bu niyyətimizi deyəndə B.Hüseynoğlu normal qarşıladı, çünki bu dillərdə informasiyaların yayılmasına ehtiyac çox idi, ən azı Bakıdakı səfirliklər bununla maraqlanırdı.  Ona görə də proqram açılandan bir neçə gün sonra rusca, təxminən bir ay sonra isə proqramının içərisində ingilis dilində xəbərlər bloku verməyə başladıq. Ruscada problem yox idi, amma yerli xəbərlərin hamısını ingilis dilini özümüz tərcümə edirdik. Rus dilində xəbərlər buraxılışını indi ABŞ-da yaşayan Nərgiz Şəkinskaya, hazırda BSU-nun müəllimi olan Lamiyyə Cabbarlı (indi Vəzirovadır), bu gün də AzTV-də çalışan Vaqif Ceyhunoğlu, Leyla Əliyeva, bir də Samir Əsgərxanovun özü aparırdı.(Kiminsə adını unutsam, gərək məni bağışlasın!).
   
İngilis dilində xəbər buraxılışını isə mütəxəssislərin sınağından keçdikdən sonra ilk dəfə Vəfa adlı bir xanım apardı, daha sonra Ülviyyə Fəxrəddin qızını cəlb etdik və dərhal da uğur qazandı. Bu həmin Ülviyyə xanım idi ki, sonralar  müəyyən müddət Prezident Aparatında çalışdı və “Azərcel”də bacarıqlı menecer kimi fəaliyyət göstərdi. Sonrlar ingilis dilində xəbərləri Nigar Kərəmqızı və başqaları apardı.

- Bəs o dövrdə bu qədər xəbəri hardan tapırdınız?

-Xəbər mənbələri ilə rəhmətlik Samir Əskərxanov və mən məşğul olurduq. Əksər təşkilatlarla, o cümlədən xarici səfirliklərlə yaxşı əlaqələrimiz var idi. Həmin dövrdə Azərtacla yanaşı, digər agentliklər də - “Turan”, “Şərq” və başqaları yaxşı işləyirdilər. Məsələn, həmin vaxtda “Trend” yeni yaranmışdı və biz sıx əməkdaşlıq edirdik, hətta eyni adlı iqtisadi xəbərlər bloku yaratmışdıq ki, bütün xəbər və təhlilləri agentlik özü təmin edirdi. Bizim o dövrdə verdiyimiz xəbərlərin ümumi həcmi, “Xəbərlər” proqramından iki dəfə çox idi, amma əvvəldən qoyulmuş qaydaya görə biz rəsmi məlumatları bu proqramdan götürüb verirdik.

- Əsas başlanğıc dövrüdür, bax bu dövrdə sizə kimlər kömək edib, kimlərin bu işdə əməyi olub?

-Əlbəttə, televiziya sintetik sənət sahəsidir, burada  proqram kollektiv əməyin bəhrəsi kimi ortaya çıxır, təbii ki, öndə kimin olması da həlledicidir. “Səhər”  mozaik veriliş tipidir və ilk növbədə rejissor işi, dizaynı, cazibədar keçidləri və oynaq ritmi ilə diqqəti cəlb edirdi, məzmunun bu şəkildə verilməsi bizim TV-də yeni estetika idi. Hesab edirəm ki, bu estetikanın cızılmasında ilk dövrdə bədii rəhbər, rəhmətlik Vaqif Ağayev müəyyən iş görmüşdü, Natiq Ağayevin rəhbərlik etdiyi rejissor qrupu da yaxşı bir ansambl idi, sonralar ondan estafeti alan Hikmət Yaqubov, eləcə də rejissorlar Samir Məmmədov, Rahim Sadıqbəyli, Aynur Şıxıyeva, Ramilə Məmmədova, Arzu Əliyev və başqaları da işimizə ciddi töhflər veriblər. 

- Bəs hansı çətinliklər vardı? Kimlər sizə belə deyək ki, “mız” qoyurdu?

- Çətinliklər həddindən artıq çox idi. Əsas kadr qıtlığı vardı. Bayaq dediyim səbəbdən heç kim “Səhər” proqramına gəlmək istəmirdi. İkincisi də texniki problemlər çox idi. Bu proqrama ilk vaxtlar çoxları, sadəcə musiqi proqramı kimi baxırdı, ancaq getdikcə proqramın informasiya yükünü artırdıq, bu zaman istər-istəməz montaj problemi ortaya çıxırdı. Bəzən uşaqlar gecə saat 3-ə qədər qalıb işləyirdilər. Yəni yaxşı proqram hazırlamaq üçün çox ciddi işləmək lazım gəlirdi. 
   
Təşkilati, texniki, maliyyə problemlərimizin həlli üçün ona-buna minnətçi düşürdük, xeyli enerjimiz gedirdi. Məsələn, gecə saatlarında montaj bitəndən sonra uşaqların evə getməyə maşını olmurdu. Mən bu işi Səbayıl polisində yüksək vəzifədə çalışan bir dostumun boynuna qoymuşdum və 1-2 ay bizə bu yardımı etdi. Şirkət daxilində sədr də, müavinlər də bizə mümkün yardımı eləməyə çalışırdılar. Ədalət naminə deməliyəm ki, o vaxt şirkətin maliyyə idarəsinin rəisi işləyən, indiki sədr Arif Alışanovun da “Səhər”ə köməyi dəyib. 

-Doğrudan?

- Bəli, mən olan şeylərdən danışıram. O vaxt biz çalışırdıq ki, əməkdaşlar babat maaş-qonorar alsınlar ki, gözləri onun-bunun əlində olmasın. “Səhər”in bütün əməkdaşları, xüsusən də rejissorlar gərgin iş qrafikilə işləyirdi və bunun üçün də babat pul almalıydılar, Alışanov buna kömək elədi.


- Babək Hüseynoğlunun güclü dəstəyi olduğu halda maliyyə müdirinin bu işə mane olmaq imkanı vardımı?

- Belə niyyəti olanlar, bəlkə də vardı, amma bu adam onların sırasında deyildi. Onda reallıq  belə idi: “Səhər” elə start götürmüşdü ki, hamı ona kömək etməyə meyilli idi, o cümlədən də maliyyə idarəsi.

- Yəni mane olmamasının özü də bir dəstək idi... 

- Yox, mən belə  deməzdim, insafən o adam həmin dövrdə bu işə dəstək verdi, əvvəla, münasibətlərimiz yaxşı idi, ikincisi də, hamı “Səhər”in ilk addımlarından razı idi. Dediyiniz kimi, ortada da sədrin bəlli yanaşması vardı. Məsələn, canlı veriliş üçün işçilərin əmək haqqına 30 faiz əlavə etmək A.Alışanovun təşəbbüsü oldu,  onun bizə münasibətdə sonralar yol verdiyi yanlışlıqları bir yana qoyuram, amma o vaxt elədiklərini də dana bilmərəm.  

- Ümumiyyətlə, gərək heç nədə heç kimin haqqı danılmasın. 

- Tamamilə haqlısınız. Mən bu proqramın inkişafında iynənin ucu qədər olan hər kəsə minnətdaram. Məsələn, proqramda “Şənbə qonağı” rubrikasını açanda bənzərsiz Roza Tağıyeva bizdə bir müddət aparıcılıq etdi, bu ideyanı isə yaxşı qələmi və dramaturji düşüncəsi olan Əhməd Oruc vermişdi.  Sonra tezliklə Samir Əskərxanov və Rafiq Savalan mənim müavinlərim təyin edildi, işlər yavaş-yavaş axara düşdü, getdikcə proqramda redaktor işi hiss olunmağa başladı. 
   
Proqram efirə çıxandan bir müddət sonra  biz indi yaxşı jurnalist kimi tanınan Cəsarət Valehovu, indi AzTV-də işləyən Salar Aslanov, İTV-də çalışan Rauf Rəcəbovu, sonralar bir müddət “Səhər”ə rəhbərlik etmiş Nəcibə xanımı işə götürdük.  

- Amma adını çəkdiyiniz İTV-çi Rauf Rəcəbov iddia edir ki, o, “Səhər” proqramını yaradanlardan biri olub, buna necə baxırsınız?
 
                                                                                              
 Ardı var...


“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7522.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7523.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7524.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7525.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7526.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7527.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7528.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7529.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7530.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7531.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7532.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7533.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7534.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7535.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7536.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7537.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7538.jpg">“Arif Alışanovun yol verdiyi yanlışlıqları bir yana qoyuram...” <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7539.jpg">
Похожие новости
17:06, Сегодня
Женские марши в Грузии
17:02, Сегодня
Британия приступила к производству «самого смертоносного» танка
17:00, Сегодня
В Баку горит рынок пиломатериалов
16:46, Сегодня
В Монголии погибло 7 миллионов голов скота 
16:43, Сегодня
В Баку обнаружены тысячи пачек сигарет без акцизных марок
16:30, Сегодня
В Баку горит развлекательный центр - ВИДЕО
16:26, Сегодня
Гаджи Нуран: Имя Джаваншира Мамедова постоянно было на слуху благодаря скандалам
16:23, Сегодня
Назван предварительный мотив убийства азербайджанца в Подмосковье - ВИДЕО/ОБНОВЛЕНО
16:19, Сегодня
Джейхун Байрамов принял посла Ирана по случаю завершения его дипмиссии
16:15, Сегодня
МИД Турции: Соглашение между Азербайджаном и Арменией - важный вклад в мирный процесс
16:10, Сегодня
В Агджабеди автомобиль насмерть сбил пешехода
16:02, Сегодня
Проходит церемония прощания с Джаванширом Мамедовым - ОБНОВЛЯЕТСЯ + ФОТО/ВИДЕО
15:59, Сегодня
МЧС снесло незаконные постройки в Лянкяране - ФОТО/ВИДЕО
15:46, Сегодня
В Германии обсудят подготовку Азербайджана к COP29
15:42, Сегодня
В Конго в результате вооруженного нападения погибли 16 мирных жителей
15:41, Сегодня
В Грузии могут и пересмотреть закон об иноагентах 
15:31, Сегодня
Причина смерти Джаваншира Мамедова: У него в сердце было четыре стента, нервы доконали его
15:26, Сегодня
Объявленный в международный розыск преступник экстрадирован из Казахстана в Азербайджан
15:21, Сегодня
Ударивший светофор подросток приглашен в полицию вместе с родителями - ВИДЕО
15:17, Сегодня
Китай готовится провести крупнейшую реорганизацию армии за десятилетие
15:09, Сегодня
Эльза Сеидджахан о Джаваншире Мамедове: Он был большим мастером - ВИДЕО
15:05, Сегодня
В Турции горит историческое здание периода Османской империи - ФОТО
15:01, Сегодня
В Подмосковье застрелили азербайджанца - ВИДЕО
14:54, Сегодня
Министры культуры Азербайджана и ОАЭ обсудили вопросы связанные с COP29
14:43, Сегодня
Турция и Египет координируют усилия по доставке помощи в Газу
14:41, Сегодня
В Турции перевернулся микроавтобус, много пострадавших - ФОТО
14:33, Сегодня
30-градусная жара, град, снег: прогноз погоды в Азербайджане на 21 апреля
14:26, Сегодня
Закир Гасанов поручил оказать необходимую поддержку выходящим из Карабаха миротворцам РФ
14:20, Сегодня
В Билясуваре пожилая женщина повесилась на своем платке
14:12, Сегодня
Объявлено место захоронения Джаваншира Мамедова - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
14:01, Сегодня
Flydubai восстановила режим полетов из аэропорта Дубая
14:01, Сегодня
В шести селах Курганской области РФ объявлена срочная эвакуация из-за паводка
13:58, Сегодня
В Азербайджане скоропостижно скончался 42-летний прокурор
13:45, Сегодня
Премьер Армении заявил, что российские пограничники покинут посты в Товузгале
13:37, Сегодня
Азербайджанский технический университет преобразован в юридическое лицо публичного права
13:31, Сегодня
Таджикистан вводит визовый режим с Турцией
13:25, Сегодня
Проблема с дорогой в Огузском районе устранена - ФОТО/ВИДЕО
13:08, Сегодня
С чем связан затор на шоссе Баку - Сумгайыт? - ВИДЕО
11:41, Сегодня
Возбуждено уголовное дело по факту убийства в столице 22-летней девушки - ОБНОВЛЕНО
11:40, Сегодня
Обнаружен ранний биомаркер рассеянного склероза
11:36, Сегодня
В Баку задержаны водители, устроившие драку посреди дороги - ВИДЕО
11:34, Сегодня
В Австрии создали дрон, летающий исключительно на энергии Солнца - ФОТО
11:30, Сегодня
Пашинян все же рассказал соратникам о встрече в Брюсселе
11:29, Сегодня
Стала известна причина смерти 49-летнего заслуженного артиста - ОБНОВЛЕНО
11:24, Сегодня
США планируют очередной крупный пакет военной помощи Украине
11:11, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
11:09, Сегодня
В Баку подросток устроил «драку» со светофором - ВИДЕО
11:06, Сегодня
В Турции перевернулся автобус, пострадали 19 человек
10:56, Сегодня
В Хыналыге выпал град - ФАКТИЧЕСКАЯ ПОГОДА
10:52, Сегодня
Впервые в США: Байден назвал количество произведенного в его стране урана
10:37, Сегодня
Генпрокуратура об убийстве на столичном хлебзаводе - ОБНОВЛЕНО
10:34, Сегодня
Азербайджан за год увеличил валютные резервы на 10%
10:29, Сегодня
Скончался заслуженный артист Азербайджана Юрий Омельченко
10:29, Сегодня
Глава ХАМАС встретится с Эрдоганом
10:18, Сегодня
Глава МИД Ирана назвал сбитые над Исфаханом беспилотники детскими игрушками
10:07, Сегодня
Премьер-лига Азербайджана: сегодня состоятся еще два матча XXXI тура
09:56, Сегодня
ВВС Израиля нанесли удар по опорным пунктам террористов: есть убитые
09:45, Сегодня
Мухтар Бабаев: COP29 имеет ключевое значение для планирования помощи бедным странам
09:43, Сегодня
В Гаджигабуле задержаны подозреваемые в незаконном обороте наркотиков
09:30, Сегодня
В Баку молодой парень убил возлюбленную на почве ревности и ранил себя ножом - ОБНОВЛЕНО
09:28, Сегодня
Всех участников массовой драки на турнире ММА в Москве пожизненно дисквалифицируют - ОБНОВЛЕНО + ВИДЕО
09:23, Сегодня
В Индонезии вновь произошло извержение вулкана Руанг - ФОТО/ВИДЕО
08:52, Сегодня
Госдолг Чехии побил рекорд
08:51, Сегодня
Блинкен приветствовал возвращение Азербайджану четырех сел Газахского района - ФОТО
08:09, Сегодня
Гутерриш призвал Азербайджан и Армению решить все вопросы для нормализации отношений
07:31, Сегодня
Прибрежным водам Мадагаскара угрожает массовая гибель кораллов
06:58, Сегодня
Скамейки парка в центре столицы находятся в ужасном состоянии - ВИДЕО
06:38, Сегодня
Товарооборот между Турцией и Африкой достиг $37 млрд
05:49, Сегодня
Производство автомобилей в Казахстане выросло на 4%
04:56, Сегодня
Военный эксперт прокомментировал возвращение четырех сел Газахского района - ВИДЕО
04:52, Сегодня
Экспорт Грузии сократился на 9,3%
04:37, Сегодня
В коровьем молоке впервые обнаружили птичий грипп
03:57, Сегодня
В Индии планируют запустить первое городское аэротакси
03:53, Сегодня
На военной базе близ Багдада произошел взрыв
03:35, Сегодня
В Азербайджане может подорожать хлеб? - ВИДЕО
03:15, Сегодня
Tesla отзовет практически все Cybertruck из-за технической неисправности
03:04, Сегодня
В Узбекистане продолжает замедляться рост цен на вторичное жилье
02:35, Сегодня
Азербайджанский парабадминтонист вышел в полуфинал международного турнира
02:15, Сегодня
В Нафталане 40-летняя женщина получила сильные ожоги
02:08, Сегодня
В этом году в Азербайджане начнется строительство еще 5 солнечно-ветряных станций
02:01, Сегодня
Уроженка Западного Азербайджана: Армяне вынудили жителей покинуть село, угрожая сожжением - ВИДЕО
01:46, Сегодня
Серия А: "Ювентус" вырвал ничью в выездном матче с "Кальяри" - ВИДЕО
01:28, Сегодня
Уроженец села Ашагы Аскипара: Я сейчас на седьмом небе от счастья - ВИДЕО
01:21, Сегодня
Житель Агдаша столкнулся с мошенничеством: у него возникла задолженность в 105 000 манатов - ВИДЕО
01:18, Сегодня
В Иране побит рекорд по объему внешней торговли
01:06, Сегодня
Спецпредставитель ЕС назвал обнадеживающей работу комиссий по делимитации Азербайджана и Армении - ФОТО/ВИДЕО
01:00, Сегодня
Турецкая Суперлига: "Бешикташ" обыграл "Анкарагюджю" в домашнем матче - ВИДЕО
00:56, Сегодня
Армяне требуют встречи с Пашиняном
00:52, Сегодня
Осужденная на 17 лет женщина рассказала о самой тяжелой для нее ночи в тюрьме - ВИДЕО
00:38, Сегодня
Во время матча на Товузском городском стадионе вновь возникла опасная ситуация - ВИДЕО
00:26, Сегодня
В Иране в день атаки на Израиль начались нападения на женщин из-за нарушений правил ношения хиджаба - ВИДЕО
00:25, Сегодня
В одном из районов Азербайджана будет ограничено газоснабжение
00:23, Сегодня
ГЭЦ: 485 человек не явились на выпускной экзамен
00:21, Сегодня
В Газахе с радостью восприняли новость об освобождении четырех сел района - ФОТО
00:16, Сегодня
В бакинском метро пожилой мужчина упал на рельсы
00:12, Сегодня
Сегодня день рождения легендарной азербайджанской «свекрови»
00:10, Сегодня
Агиль Рустамзаде: Израиль хотел «прощупать» ПВО Ирана
00:09, Сегодня
Жители Словакии собрали 2 млн евро на покупку снарядов для Украины
00:03, Сегодня
В Белом доме пообещали немедленно возобновить поставки оружия Киеву
00:02, Сегодня
Фон дер Ляйен против столкновений между Израилем и Ираном
ЕЖЕДНЕВНО
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 18:28
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 19:45
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 20:32
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
19 Apr 2024 | 20:03
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 17:10
Состоялась восьмая встреча комиссий по делимитации госграницы: Армения возвращает Азербайджану четыре села
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 18:28
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
Ежемесячно
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 18:28
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 19:45
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 20:32
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
19 Apr 2024 | 20:03
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
Писатели