Dörd uşaq anası rəfiqəsi Marina ilə diskotekaya gedib.
Rusiyada Çelyabinsk polisi Çelyabinsk şəhər sakini, çoxuşaqlı anaYekaterina Sorginanın necə itkin düşməsini araşdırır. Çoxuşaqlı ananı artıq 12 gündür ki, axtarırlar.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, 24 yaşlı çoxuşaqlı ana avqustun 1-də itkin düşüb.
Bu gün axtarışlara müstəntiqlər də qoşulub.
İstintaq komitəsinin əməkdaşları işin bütün mövcud materiallarını yoxlamağa başlayıblar. Bu fakt axtarışı sürətləndirməlidir.
İtkin düşənin ərinin sözlərinə görə, dörd uşaq anası rəfiqəsi Marina ilə diskotekaya gedib.
Qonşu evə qayıdıb, Yekaterina isə yox. On gün ərzində əri Aleksey və qonşuları öz səyləri ilə onu tapmağa çalışıblar, amma nəticə olmayıb. Sonda polisə müraciət ediblər.
Vilayət KİV-nin məlumatına əsasən, itkin düşən qadın evdən tez-tez gedirdi, hətta bir dəfə bir aylıq getmişdi, amma hər dəfə qayıdırdı. İndi isə onun beş aylıq körpəsi var. Bundan başqa, Yekaterina psixonevroloji dispanserdə nəzarətdədir.
Sorginlər ailəsi kommunal mənzildə dörd uşaqla yaşayırlar. Ailəni avtoservisdə işləyən ər təmin edir. Bu yaxınlarda o, birinci mərtəbənin pəncərəsindən yıxılıb və hər iki ayağını sındırıb, bununla əlaqədar hal-hazırda işləyə bilmir.
Çoxuşaqlı ananın həmin gecə əylənməyə bərabər getdiyi qonşusu Marina, onların azərbaycanlılarla mənzildə əyləndiklərini bildirib. Mənzilin harda olduğu Marinanın yadında deyil, çünki həmin an “kefli olub”. Amma qohumlar Marinaya inanmırlar, onlar bu keçmiş narkomanın yalan söylədiyini düşünürlər.
Gənc cütlüyün dörd uşağı var. Böyük uşağın 6 yaşı var, kiçik isə hələ beş aylıqdır.