“İnsanları insanlığa səsləyir, onlara Allahdan ədalət və mərhəmət diləyirəm”
Опрос
Читать: 4685
12 Aug 2015 | 18:20
“İnsanları insanlığa səsləyir, onlara Allahdan ədalət və mərhəmət diləyirəm”

Görkəmli tənqidçi və ədəbiyyatşünas, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin Qubada, Alekseyevka qəsəbəsindəki bağ  evində  olduğunu  bilirdim. Onu da bilirəm ki, professor hər yay burada  istirahət əvəzinə işləyir... Zəng vurub görüşmək istədiyimi söylədim. Məni səmimi qarşıladı. Çağdaş ədəbi prosesdən, Quba regionunun ədəbi-ictimai mühiti barədə söhbət etdik. Ayrılanda ondan 7 sualıma cavab verməyi xahiş etdim... Və beləcə bu müsahibə alındı.

 

-Nizaməddin müəllim, Azərbaycanın dünya miqyasına təqdim edilə biləsi geniş dünyagörüşə malik alimlərindən biri olduğunuz üçün başlayaq dünyanın durumundan: Bugünki dünyada baş verənlər sizcə insan cəmiyyətinin növbəti qanlı mərhələsimi, yoxsa Zühur və Qiyamət yaxınlaşmasını şərtləndirən əlamətlərdir?

 

-Nə odur, nə də bu. Dünya öz işindədir. Hər təzə gələn nəsil elə bilir ki, Dünya onundur, Süleyman peyğəmbər də elə bilirdi. Bir gün Həzrət Süleyman öz başının dəstəsi ilə gedirmiş. Görür ki, əldən düşmüş qoca bir qarı dayanıb yolun kənarında. Yanında da bir xəmir təknəsi.

Süleyman soruşur: Sənə nə kömək edim? Qarı cavabında: Bu xəmir təknəsini qaldırıb çiynimə  qoymaq lazımdır- deyir. Süleyman pəhləvanlarına əmr edir. Hansı pəhləvan təknəyə əl atıb güc vurursa qolları, ayaqları qırılır. Axırda Süleyman əleyhüssəlam özü atdan düşür. Təknəyə güc vurduqca qurşağadək girir torpağa, təknə isə yerindən tərpənmir. Allahın öz peyğəmbərinə rəhmi gəlir, onu salamat saxlayır. Qarı dişsiz ağzını açıb gülür: Sənsən Dünya mənimdir ”“deyib- öyünən Süleyman?! Və təknəni çiyninə qoyub uzaqlaşır... Təknə dünyanın simvolu imiş. Biz Süleymana qalmayan Dünyanın müvəqqəti sakinləriyik. Allah onu bizə kirayəyə verib. Bu dünyadan qədri bilinmədən köçmüş Qubalımız olan filosof şair Ələkbər Salahzadənin  kirayənişin qaldığım vaxt əzbərlədiyim misralarını xatırlayıram:

Bu Dünya kirkirədi                                                                                                                                      Kirədəyik, kirədə,                                                                                                                                              Ömrümüzü veririk                                                                                                                                        Elə buna görə də...                                                                   

Mən şair deyiləm,həvəskaram. Bir şeirimdə belə misralar var:

Dünyanın içindən keçib gedirəm,                                                                                                                Dünyanı əynimə biçib gedirəm. 

Nə dünya mənimdi, nə mən dünyanın    

Onu şərab kimi içib gedirəm.

Bu gün Dünya adlandırdığımız Yür kürəsində (Əslində Dünya ərş və fərşdir) lokal müharibələr gedir. Şərq-İslam ölkələri dağılır. Mən əvvəl elə düşünürdüm ki, Şərqdə gedən müharibələr, xaçlı (xristian) dünyasının İslam aləminə hücumu onsuz da baş tutmayan  İslam birliyinə  rəxnə salmaq niyyətindən törəyib. Əlbəttə, bu da olmamış deyil. Rusiyanın Ukraynada törətdiklərindən sonra mən də belə qənaətə gəlirəm ki, bunlar imperialist dövlətlərin bölüşdürülmüş dünyanı yenidən bölüşdürmək cəhdləridir. Xüsusilə, Rusiya və Amerika Dünya ağalığından-hegemonluğundan əl çəkmir, Ərəb nefti və Orta Asiya qızılına can atır. Rusiya keçmiş sovet məkanına daxil olan 14 respublikanın müstəqilliyi ilə nəinki barışa bilmir, Ermənistan kimi yarımmüstəmləkə halında saxlamaq istəyir. Və bir maraqlı faktor da var: Dünyada Çin kimi üçüncü bir güclü dövlət olsa da, Türkiyə Cümhuriyətinin də iqtisadi, hərbi və siyasi nüfuzunun artması, üçüncü monodövlətin meydana çıxması, başqa sözlə qüvvətli şərikin yaranması, rus məsəli ilə desək “Tretiy liçnıy” “həqiqətini” qabardır. Amerikanın Türkiyəni Orta Doğu Projesinin maşasına çevirərək  Suriya ilə daimi münaqişədə saxlaması, İŞİD bəlasının, PPK terrorunun ayağına aparması, önündən çəkilməyə vadar etməsi  gücdən, nüfuzdan salamanın gedişləridir.

Dünyanın yolu nadanlıqdan insanlığa doğru yönəlib. Müharibələr nadanlığın silahlı təzahürüdür. Bu gün lokal müharibələr sayəsində Şərqdə böyük İslam mədəniyyəti məhv olur, abidələr, ziyarətgahlar dağıdılır, usaqdan qocayadək insanlar qırılır. Özünü sivil dövlət ,insan haqlarının müdafiəçisi və demokratiyanın beşiyi hesab edən Amerika dünyaya divan tutur, xalqları qorxu və vahimə içində saxlayır. Dünyada mərhəmət azalıb.Qurtuluş Allaha sığınmaq və ədalətə tapınmağdadır.

 

-Qurula bilsəydi, Türk ”“ İslam aləminin aparıcı ölkələrindən biri olmaq imkanına malik Bütöv Azərbaycanın müasir milli dövlətçilik məfkurəsini ”“ Azərbaycançılığı formalaşdırmış bir filosof alim kimi bu günümüz və gələcəyimiz haqda düşüncələriniz maraqlı olardı...

 

-Bütöv Azərbaycan mənim ən böyük arzum, Turan milli idealımdır. Mənə həsr olunmuş “Filosof tənqidçi” (2011) kitabının ilk səhifəsində yazılıb:“Mənim arzum : Azərbaycanı  bütöv görmək”. Ötən il məni Qazaxıstana Turan şəhərinin açılışına dəvət etmişdilər, təəssüf ki, gedə bilmədim. Hər halda Azərbaycanı bütöv görmədən ölmək istəmirəm. Hal ”“ hazırda “Türkmənçay” adlı iki pərdəli, altı şəkilli tarixi faciə üzərində işləyir və bu mətləbi səhnəyə gətirmək, çox şeyləri unutmuş qloballaşma dövrünün kreativ Azərbaycan gəncliyinə göstərmək istəyirəm.       

“Azərbaycançılıq” (2006) kitabımda yazılıb: “Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm!”-bu mənim şüarımdır. Bir  də belə yazılıb: “Azərbaycançılıq türkçülüyün vətən əxlaqi müstəvisində dərkidir”. “Vətən əxlaqi” böyük türkçü Ziya Göyalpın sözüdür. Vətəni  zaman ”“ zaman yağmalanmış xalq üçün vətənçilikdən böyük anlayış yoxdur. “Vətən övladımızın məskənidir, Vətən əcdadımızın mədfənidir”( A.Səhhət). Bundan daha yaxşı demək çətindir.

Əlbəttə, tarixi bir ədalətsizlik nəticəsində 200 ildən artıq bir”“ birindən ayrı düşmüş xalqın birləşməsi müəyyən problemlər də doğuracaq. Lakin ən ədalətli hakim olan TARİX öz səhvini düzəldəcək və hər şeyi yerbəyer edəcəkdir, inşəallah

Tarixi bir həqiqətdir ki, bu gün Azərbaycan dünyada görünməmiş vüsətlə yenidən qurulur, tikilir.Beynəlxalq aləmdə iqtisadi və siyasi nufuz qazanır.Bununla bərabər Azərbaycanda ümummilli siyasi mühitin formalaşması ləngiyir...

 

-Azərbaycanda Ədəbiyyat nəzəriyyəsinin elmi əsaslarını yenidən işləyib hazırlamış bir filoloq alim olaraq çağdaş ədəbiyyatımızın Azərbaycanın bugünki durumunda cəmiyyətə aşılamalı olduğu milli-mənəvi dəyərlər və ortaya qoyduğu əsərlərdə bədii sənətkarlıq səviyyəsi sizi qane edirmi?

 

-Mən, hər şeydən öncə peşəkar tənqidçiyəm. Ədəbiyyat tarixinə nəzər salsaq görərik ki, dünyanın böyük yazıçılarından bir çoxu tənqidi sevməyib; məsələn. A.P.Çexov. E.Hemenquey kimi sənətkarlar onu hətta lazımsız hesab ediblər.

Bəli, mənim bu gün ölkənin bütün ali məktəblərində istifadə olunan “Ədəbiyyat nəzəriyyəsi”(2012) dərsliyim təkcə Azərbaycan ədəbi-nəzəri fikrinin imkanları hüdudunda deyil, dünya ədəbiyyatının təcrübələri əsasında yazılıb, hansı dilə tərcümə olunsa o ölkədə dərslik kimi istifadə edilə bilər.                                                        

Bizim ədəbiyyatda həmişə Allah vergisi olan istedad sahibləri yazıb yaradıb. Bu gün də, Allaha şükür, istedadlı yazıçı və şairlərimiz var. Əlbəttə, ad çəkmək həmişə müqayisə, mübahisə və qısqanclıq doğurur. Amma bu məni heç vaxt narahat etməyib, çalışmışam ki, dahi Sabir demiş - “Pisi pis, əyrini əyri, düzü həmvar yazım”.Nəsr sahəsində Anar, Elçin, Ç.Abdulayev,V.Babanlı, S. Səxavət,  A.Məsud, M. Süleymanlı, A. Abbas, M. Çəmənli, E. Hüseynbəyli, H.Mirələmov, S. Elcanlı və b. poeziya sahəsində F. Sadıq, N. Həsənzadə, F.Qoca, R.Rövşən,S.Rüstəmxanlı,M Yaqub, Z.Yaqub, M.İsmayıl, B.Bayatlı (Cəbrayılzadə), Ç.Əlioğlu, P.Qəlbinur. E. İskəndərzadə, V. Bəhmənli, R.Məcid, B.Vəziroğlu, Ə.Ol, A. Cəmil,A.Həsənli,S.Sarvan və b. hərə öz istedadı və peşəkarlığı səviyyəsində əzmlə  yazıb yaradır. Əgər sağ olsaydılar V.Səmədoğlu və Ə.Salahzadənin adlarını bu sıranın önündə yazardım. Etiraf edim ki, gənclərin əsərlərini oxumağa imkanım olmayıb, ona görə də adlarını çəkə bilmirəm. Bir ay öncə, sayənizdə özü və yaradıcılğı ilə yaxından tanış olub kitabına ön söz yazdığım Məmməd Qədir ruhən gənc olsa da yaşı 50-ni keçmiş şairlərdəndir.

Tənqid və ədəbiyatşünaslıq haqqında mülahizələrimi “Ədəbiyyat qəzeti”ndə dərc olunan “Tənqiddə meyarsızlıq sindromu” silsiləsində (hələlik 9 məqalə) deməyə çalışmışam.Dramaturgiyamızın dəyərli nümunələrini xalq yazıçısı Elçin yaradır. Ə.Əmirlinin, F.Mustafanın bu sahədəki fəaliyyəti təqdirəlayiqdir.

 

-Sonuncu “Mən kiməm” avtobioqrafik ”“ həyatnamə kitabınız həmişəki kimi müsbət mənada ehkam və çərçivələri dağıdaraq iki (mustəqillikdən öncəki və sonraki) cəmiyyətin yığcam təhlili tarixnaməsinə çevrilmişdir. Kitabı yazarkən demək istəmədiyiniz və ya yadınıza düşməyən mətləblərdən hansınısa oxucularınızla bölüşmək istərdinizmi?

 

-“Mən kiməm” ötən yay 60 yaş ərəfəsində elə burada- Qubada, Alekseyevka qəsəbəsindəki  bağ  evimdə  birnəfəsə  yazılıb. Fikirləşirdim ki, bu fani dünyada  60 il həyat sürmüş, ömrü özünütəsdiq, haqq və ədalət uğrunda təkbaşına mübarizələrdə keçmiş,ötən ömrü illərin sayı tək deyil, əməllərin silsiləsi ”“ tale kimi yaşamış, millətini və dövlətini sevən bir ziyalı özü haqqında bir yazı qoyub getməlidir. Şübhəsiz ki, hər şeyi yazmaq mümkün və lazım deyil. Çalışmışam ki, məni və zəmanəni (mənim fikrimcə) səciyyələndirən əsas faktları və olayları təqdim və təhlil edim.Obyektiv və səmimi yazmağa cəhd etmişəm, hələlik oxuculardan və alim-ziyalı dostlarımdan ürəkaçan rəylər eşidirəm.

Əgər istəsəydim, bu kitabı bir neçə cilddə yazardım. Mən həmişə həyatda həqiqi mənada  yaşamağa, arzu və istəklərimə nail olmağa çalışmışam.Yazıçı,  professor dostum Aqşin Babayev 50 yaşımda haqqımda yazdığı məqaləni “Sürətlə yaşayan adam” adlandırmışdı...

Kitabda, bir çox mətləbləri sətiraltı mənalarda vermişəm. Doğulduğum İspik  kəndinin və mənsub olduğum nəslin tarixini, məxsusən də mənə həyatda nümunə olmuş atam Şəmsəddinin obrazını geniş vermək istərdim. Ailə-məişət mövzusunda, intim həyatdan danışmağı və yazmağı xoşlamıram. Çox istərdim ki, elmi yaradıcılıq axtarışlarımı və filologiya elmimizə verdiyim töhfələri geniş şərh edim.

1993-1998-ci illərdə fəal siyasətə qoşulmağımı səhv hesab edir, ömrümün itirilmiş dövrü kimi qiymətləndirirəm, əsl alim siyasətlə məşğul olmamalıdır. Amma ziyalı mövqeyini ortaya qoymaqdan da çəkinməməlidir. Siyasətdə əxlaq yoxdur,  əxlaqsız da ziyalı olmur...

Gələcəklə bağlı baxışlarımı, dünya görüşümdəki ziddiyyətləri daha dərindən şərh edə bilərdim.Allah ömür versə  tələbəlikdən ürəyimdə gəzdirdiyim “Kirayənişin” romanımda nəslimin, ömrümün və dövrümün vacib olaylarını əks etdirəcəyəm.

 

-Azərbaycan ziyalısının qarşısında cəmiyyəti yenidən kodlaşdırmaq, öldürülmüş milli-mənəvi dəyərləri diriltmək,işqal altında olan Qarabağımızı unutdurmamaq kimi ağır bir missiya durur. Sizcə mövcud və yetişməkdə olan ziyalı nəsli bunu öhdəsinə götürə biləcəkmi?!

 

-Hər gələn nəsil öz üzərinə düşən tarixi missiyanı yerinə yetirməyəndə, həm sonrakı nəslin, həm də tarixin yükü ağırlaşır. Məsələn, 1937-ci il repressiyalarından sonra gələn nəsil vahimə və xofdan xilas ola bilmədi. Mən, 1996-ci ilin yayında “Panorama” qəzetində 37-nin represiyya qurbanı olmuş tənqidçi və ədəbiyyatşünaslar Əli Nazim, Bəkir Çobanzadə, Mustafa Quliyev, Əmin Abid, Atababa Musaxanlı, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı haqqında silsilə oçerklər çap etdirdim. Hər məqalənin altında yazırdım ki, bu adamın nəslindən kim varsa səsimə səs versin. Qorxu və vahimə bir qism insanlarda elə xroniki hal almışdı ki, A.Musaxanlının qızından başqa heç kim səsini çıxarmadı. Ondan sonra mən “Ədəbiyyat və incəsənət” qəzetində “İtmiş nəslin ardınca” adlı silsilə məqalələr çap etdirdim.

Əlbəttə, klassik irsimiz, xüsusən də 60-cı illər ədəbiyyatının abu-havası ilə böyüyən müasir nəsil az-çox öz mədəni-mənəvi və tarixi vəzifəsini yerinə yetirir. Şirməmməd Hüseynov, Rafiq Əliyev, Qulu Məhərrəmli, Aslan İsmayılov, Rəşid Mahmudov və b. kimi ziyalılar bir çox müşküllərə diqqət yönəldərək ictimai fikri canlandıra bilmişlər. Amma, ziyalı mövqeyi və ictimai qınaq təsir imkanlarını demək olar ki, itirdiyindən nəticələr heç də  ürəkaçan deyil. Azərbaycan Respublikasının Dövlət Başçısı Cənab İlham Əliyevlə ölkənin görkəmli ziyalıları arasındaki maneəni aradan qaldırmağa ciddi ehtiyac vardır.  Bizə tarixin mürəkkəb, ziqzaqlı keçid dövründə yaşamağın anlaşılmazlıqları və çətinlikləri nəsib oldu. Biz sosializmdən istiqlal dövrünə 20 yanvar qırğını, Xocalı soyqrımı, Qarabağ müharibəsinin qanlı olaylarını, həm də əsrdən-əsrə (XX əsrdən XXI əsrə), II minillikdən III minilliyə keçidin psixoloji yükünü daşımalı olduq. Böyük Türk sufisi Yunus Əmrə demiş- “Biz dünyadan gedər olduq, gələnlərə salam olsun”. Özündən çox razı görünən kreativ düşüncəli nəsil hələ tarixin sınağından çıxmalıdır. Əcnəbi dildə danışmağı üstünlük hesab edənlərə Mirzə Cəlilin “Anamın kitabı” pyesini oxumağı məsləhət görərdim. Vaxtilə böyük mütəfəkkir Əlibəy Hüseynzadə deyirdi: “Nə qədər ki, biz Avropanı beynimizdə həzm etməmişik, o çağadək avropalıların mədəsində həzm olunmaq zorunda qalacağıq”. İstərdim ki, gənc nəsil özgənin dalınca qaçarkən özünü, kökünü, dəyərlərini unutmasın. Hər halda yeni gələn nəsilə ümid edirəm... Ümid isə ən şirin yalandır.

Qarabağ düyününə gəldikdə deməliyəm ki, bu balaca problem deyil, Azərbaycan müstəqilliyinin tale məsələsidir. Azərbaycan Respublikasının tarixi sərhədlərini bərpa etməsək istiqlalımızın gələcəyindən arxayın ola bilmərik... Düşünürəm ki, Minsk Qrupunun vasitəçiliyi ilə aparılan 20 illik sülh danışıqları dayandırılmalı, bu müşkül ölkənin daxili işi sayılaraq tezliklə həll edilməli, cırlaşmaqda olan gələcək nəsillərə buraxılmamalıdır. Bu baxımdan gənc alim, dəyərli ziyalı Faiq (Qəzənfəroğlu) Ələkbərovun müraciətində xalqın vicdanına ünvanladığı fikirlərlə tamamilə razıyam.

 

-Təmsil etdiyiniz Quba bölgəsinə mənsub olan elm, ədəbiyyat, mədəniyyət adamlarının yaradıcılığına, fəaliyyətinə güya soyuq münasibət sərgilədiyinizi irad tuturlar. Bu barədə nəsə demək istərdinizmi...

 

-Əksər qubalılar kimi, ola bilsin ki, mən də uzaqdan soyuq görünürəm. Biz hər dəqiqə “can”, “qurban olum” deməyi, şit-şit öpüşməyi xoşlamırıq. Bizim məhəbbətimiz dərində olur. Adamları çətin sevir və çətin də ayrılırıq. Qubalılar qürurlu və mərhəmətlidir, Şah dağından vüqarı, Babadağdan ülviyyət və mərhəməti almışıq, bulaq suyu içib, füsünkar təbiətdən gözəlik əxz etmişik... İki böyük alim ”“ AMEA-nın müxbir üzvləri, Ədəbiyyat institutunun direktoru bakılı Əziz Mirəhmədovla məşhur lüğətçi ,qubalı Əliheydər Orucov (hər ikisinə Allah rəhmət eləsin!) bir gün məni yanlarına çağırıb soruşdular: Mərc gəlmişik, bilmək istəyirik ki, qubalıların ən spesifik xüsusiyyəti nədir? Dedim ki, qubalılar bəşəri düşüncəlidir, yerlipərəst deyillər. Əziz müəllm dedi: Əşi, bunu hamı bilir. Onda mən dedim: Qubada hansı qapını döysən arxasıından  bir ailə hakimiyyəti çıxır. Hər ikisi razı qaldı. Mərci uddum və udduğum pulla iki ağsaqqala yaxşı bir qonaqlıq verdim.

Qubalılarda şərqililik və avropalılıq vəhdət təşkil edir, onlar yüksək dövlətçilik diyğusuna malik qanunpərəst  insanlardır. Ona görə də cəsarətli, mərd və sözü üzə deyəndirlər. Elə son 100 ildə və mənim yaşadığım dövrdə Qubadan görkəmli ziyalılar, dövlət xadimləri, generallar çıxıb. Azərbaycanın ilk duramaturq qadını Səkinə Axundzadə, ilk rəssam qadını Reyhan Topçubaşova, xalq artistləri Fatma Mehrəliyeva və Zümrüd Məmmədova, Bəşir Səfəroğlu və Afaq Bəşirqızı, sovet Azərbaycanın rəhbərlərindən Mircəfər Bağırov,  görkəmli iqtisadçı və ictimai xadim Vahid Əhmədov, tibb elmləri doktoru, keçmiş dövlət katibi Lalə Şövkət, tarixçi alim, AMEA-nın müxbir üzvü İlyas Babayev, ədəbiyyatşünas professor Abdulla Abbasov, professor Ələkbər Qubatov,  “Quba tarixi” kitabının müəllifi, tarix elmləri doktoru, professor Şahin Fazil, mərhum folklorşünas, AMEA-nın müxbir üzvü Azad Nəbiyev, professorlar Tofiq Rüstəmov, Vaqif Piriyev, Nazif Qəhramanlı (Ələkbərli), Böyükağa Çərkəzov,  Azərbaycan xalqının etnogenezini araşdırmış tarix elmləri doktoru Qiyasəddin Qeybullayev, tanınmış yazıçı Rahim Dünyamalı, tanınmış şairə Firuzə Məmmədli, ədliyyə generalı Zavər Qafarov, ordu keneralı Yaşar Aydəmirov... hansını deyim.

Quba mənim üçün Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Dərbəndə qədərki ərazini əhatə edir. Qubada istedadlı adamlardan ibarət ədəbi mühit var. Fəqət onları bir araya gətirən təşkilatçı yox idi.  Hiss etmişdim ki, AYB-nin Quba filialında calız dedi-qodu, xırda intriqalar var.Ümid edirik ki,yeni təyin olunmuş bölmə sədri V.Əlixanlı bu muşkulləri aradan qaldıra biləcək. Quba polietnik rayondur, bütün idarəçilik vəsilələrində bunu həssaslıqla nəzərə almaq lazımdır. Unudulmamalıdır ki, qubalıların əksəriyyəti türkəsilli Azərbaycan xalqının tərkib hissəsidir...

 

-Qarşıdan gələn 2015-ci il seçkilərində doğulduğunuz və ya yaşadığınız rayondan (dairədən) Milət vəkilliyinə namizədliyinizi irəli sürmək fikriniz varmı?! Ümumiyyətlə Azərbaycanda keçirilən seçkilərin hansısa bir əhəmiyyəti olurmu?

 

-İcazə verin bu siyasi sualınıza cavab verməyim. Bir dəfə tanışlarımdan birini xaricə yola salırdım. Ayrılanda o mənə dedi: Gedirəm, bəlkə bir də görüşmədik; hamının bildiyi şeylərdən danışma, bu səni hörmətdən salar; unutma ki, SSRİ-də iki əsas dərman var: daxilə qəbul etmək üçün aspirin, üstdən sürtmək üçün yod; qadınlara “can”, “qurban olum” demə, bu kişiyə yaraşmır, səhv edəndə peşmançılığını bildirmə...

Əlbəttə, milət vəkili olaraq millətimə və dövlətimə faydalar vermək istərdim, buna bir alim və pedoqoq kimi mənəvi haqqım da var. Fəqət, bu mümkün olan iş deyil, həmin problem  bir çox dövlətdə seçki meydanında həll olunmur...

44 yaşımdan bu günədək üç dəfə AMEA-nın müxbir üzvlüyünə namizədliyim verilib. Lakin, çağdaş ədəbiyyatşünaslıq elmində 1-ci olan mən yox, 11-ci  olan birisi “seçilib”... Ziyalısına qiymət qoymayan cəmiyyətin gələcəyi yoxdur. Ziyalılar arasında ayrıseçkilik salanlar nəinki Azərbaycan elminə və təhsilinə, millətə və dövlətə zərbə vururlar. Və sevmədiyim rus yazıçısı Qriboyedovun bir sözü yadıma düşür: “A sudyi kto?”.. Mən dünyada hər bir cəmiyyətdə yaşaya, hər cür adamla yola gedə bilirəm, fəqət, ədalətsiz və xəyanətkar adamlarla yox. 7 sualın 7 cavabını burada bitirmək istərdim. İnsanları insanlığa səsləyir, onlara Allahdan ədalət və mərhəmət diləyirəm.

 

-Ürəyimizdən xəbər verən diləyinizə Amin deyir, verdiyiniz dəyərli müsahibəyə görə də təşəkkürümüzü bildiririk, Nizaməddin müəllim.

 

Cabir Albantürk, şair-publisist 

Похожие новости
18:25, Сегодня
Россия устами Лаврова «выстрелила себе в ногу» на азербайджанском треке
18:00, Сегодня
Орбан: НАТО стоит согласиться с идеей буферной зоны в Украине
17:24, Сегодня
Зарегистрированных потребителей наркотиков не будут принимать в налоговые органы
17:18, Сегодня
Спецслужбы Таджикистана задержали еще девять подозреваемых в теракте в «Крокусе»
17:05, Сегодня
В Азербайджане за 2 месяца по гослинии выданы ипотечные кредиты на 52 млн манатов
16:28, Сегодня
Фазиль Мустафа: Агрессия Ирана против Армении вполне возможна
16:00, Сегодня
В «Крокусе» убит полковник российского ГРУ
15:12, Сегодня
Ряд полномочий Минюста передается Судебно-правовому совету
15:01, Сегодня
В праздники поезда по маршруту Баку-Габала-Баку будут курсировать ежедневно
14:48, Сегодня
В Азербайджане мужчины смогут выйти на пенсию на 5 лет раньше при определенных условиях
14:43, Сегодня
В Н-ской воинской части прошли командно-штабные учения
14:07, Сегодня
В Азербайджане должностным лицам налоговых органов специальное звание будет присваиваться бессрочно
13:57, Сегодня
Китай построил в пустыне копию правительственного района столицы Тайваня
13:43, Сегодня
Сабир Рустамханлы: Пенсионный возраст слишком высок
13:42, Сегодня
Главком ВСУ о подготовке Россией наступления на Харьков
13:37, Сегодня
Житель Хачмаза проглотил вилку, а обратился к врачу лишь спустя месяц - ВИДЕО
13:27, Сегодня
Сиявуш Новрузов предложил ужесточить наказание за финансирование терроризма
13:25, Сегодня
Франция может отменить церемонию открытия Олимпиады: организаторам рекомендуют «перейти к плану Б»
13:18, Сегодня
Депутат предложил обеспечить всем детям без родительской опеки образование за счет государства
13:15, Сегодня
Завтра в Азербайджане воздух прогреется до 25 градусов
13:08, Сегодня
Минобороны Швеции: Продолжаются обсуждения поставок Украине истребителей Gripen
12:56, Сегодня
В Ереване ведутся обыски по 40 адресам в рамках дела о нападении на полицейский участок
12:43, Сегодня
Азербайджанские гимнасты примут участие в Кубке мира в Анталье
12:41, Сегодня
Проведен обыск в доме армянского полковника, критикующего Пашиняна - ВИДЕО
12:34, Сегодня
В Баку сдан в эксплуатацию новый электробус - ФОТО
12:32, Сегодня
Почему AzTV не опубликовало интервью Араика Арутюняна? - ЗАЯВЛЕНИЕ
12:30, Сегодня
Милли Меджлис утвердил новые правила проведения спецопераций против религиозного экстремизма
12:29, Сегодня
Азербайджан в прошлом году сократил чистые финансовые обязательства более чем на 1 млрд долларов
12:28, Сегодня
Азербайджан в прошлом году увеличил чистые финансовые активы более чем на 3 млрд долларов
12:26, Сегодня
Процесс перевода учащихся подготовительных групп, IV и VI классов будет приостановлен
12:25, Сегодня
АвтоВАЗ начал производство Lada в Азербайджане
12:17, Сегодня
В Азербайджане отменяется возрастной ценз для кандидатов в судьи
12:15, Сегодня
Еще 35 семей вернулись в родной Физули - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
12:14, Сегодня
В Грузии спасатели ищут попавшего под лавину мужчину
12:13, Сегодня
Можно ли восстановить города Карабаха по облику жилых районов Вены? - ВИДЕО
11:32, Сегодня
После решения Кабмина началась массовая продажа Prius - ФОТО
11:25, Сегодня
Выявлена ​​причина плотности на шоссе Баку - Сумгайыт - ФОТО
11:15, Сегодня
Омбудсмен распространила заявление в связи с 31 марта - Днем геноцида азербайджанцев
11:14, Сегодня
Турнир «Большого шлема» в Анталье: в первый день турнира в борьбу вступят три азербайджанских дзюдоиста
11:10, Сегодня
В Сабирабадском районе автомобиль врезался в телегу: есть пострадавшие
11:09, Сегодня
В Хырдалане обнаружено 12 гранат - ФОТО/ВИДЕО
11:07, Сегодня
В Газахе задержан подозреваемый в сбыте наркотиков - ФОТО
11:02, Сегодня
В прошлом году из Азербайджана за границу переведено более $3 млрд
10:57, Сегодня
Заседание рабочей группы Арктического совета пройдет 3 апреля
10:55, Сегодня
Сегодня «Карабах» может досрочно оформить чемпионство в ПФЛ
10:55, Сегодня
Азербайджан привлек почти $7 млрд прямых иностранных инвестиций в прошлом году
10:51, Сегодня
Армения запретила трансляцию передач с Владимиром Соловьевым
10:43, Сегодня
Какие фрукты и овощи пользуются повышенным спросом на рынках? - ВИДЕО
10:42, Сегодня
В Ширване у задержанного изъяли 4 кг наркотиков - ФОТО
10:34, Сегодня
В Индии при падении такси в ущелье погибли 10 человек
10:33, Сегодня
США заявили об уничтожении четырех БПЛА хуситов
10:32, Сегодня
В ЕП заявили, что Нидерланды не пресекают случаи уклонения от санкций Россией
10:28, Сегодня
В Уджарском районе в школе произошел пожар
10:24, Сегодня
Спустя неделю после теракта люди несут цветы к мемориалу возле "Крокус Сити Холла" - ВИДЕО
10:17, Сегодня
Кулеба предупредил Индию о "красной линии" из-за сотрудничества с Россией
10:16, Сегодня
Польша подняла в небо самолеты из-за дальней авиации России
10:04, Сегодня
В Гейчае ВАЗ врезался в стену: есть пострадавшие - ФОТО
10:00, Сегодня
Сотни палестинских детей запустили в Газе воздушных змеев - ВИДЕО
09:53, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
09:51, Сегодня
Цены на нефть завершили первый квартал уверенным ростом
09:45, Сегодня
В Баку 29-летнего мужчину сбил автомобиль
09:40, Сегодня
В Азербайджане у граждан изъяты оружие и боеприпасы
09:39, Сегодня
Охваченный огнем небоскреб в Бразилии попал на ВИДЕО
09:37, Сегодня
Сегодня стартует повторное собеседование в рамках конкурса по приему на должность замдиректора в школах
09:31, Сегодня
В Азербайджане скончался профессор Института археологии
09:28, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(29.03.2024)
09:21, Сегодня
В Баку сотрудник ЖЭУ лишился ног в результате ДТП
09:11, Сегодня
В Сабирабадском районе автомобиль столкнулся с конной повозкой: есть пострадавшие
09:08, Сегодня
СМИ: Кристофера Нолана наградят рыцарским титулом - ФОТО
09:05, Сегодня
Азербайджанская нефть подорожала
09:04, Сегодня
На каких улицах столицы наблюдаются транспортные заторы? - СПИСОК + ФОТО
09:01, Сегодня
Очередной миграционный караван отправлен в город Физули - ФОТО
08:32, Сегодня
Сербия внимательно следит за инициативой создания «зеленого» коридора Азербайджан-ЕС
08:30, Сегодня
Канадская бабушка побила женский рекорд по стоянию на планке - ФОТО/ВИДЕО
08:28, Сегодня
Грузия планирует увеличить частоту авиарейсов в Германию
08:00, Сегодня
Глобальное потепление изменило вращение Земли
07:39, Сегодня
Спецслужбы Франции рекомендовали отменить церемонию открытия ОИ-2024 в Париже
07:31, Сегодня
Возвращающаяся в Физули бывшая вынужденная переселенка: Очень тяжело вспоминать те страшные дни
07:19, Сегодня
Японцы выпустили смартфон, который можно мыть
07:09, Сегодня
Байяндик Гейдаров: Наше государство создает рай в Физули
06:59, Сегодня
В Азербайджане стали тратить больше денег на непродовольственные товары - ВИДЕО
06:38, Сегодня
Анализ ДНК помог восстановить лицо древнекитайского императора - ФОТО
06:18, Сегодня
Илон Маск увидел нового любовника бывшей девушки и отписался от нее - ФОТО
05:57, Сегодня
Lamborghini впервые за 20 лет сменила логотип - ФОТО
05:37, Сегодня
Названы три потрясения, с которыми столкнется европейская экономика
04:38, Сегодня
Король коренных новозеландцев призвал уравнять в правах людей и китов
03:55, Сегодня
УЕФА может расширить заявку команд-участниц Евро-2024
03:08, Сегодня
Олавио Жуниньо перейдет во французский клуб? - ЗАЯВЛЕНИЕ
02:51, Сегодня
В Украине скончался журналист-азербайджанец
02:35, Сегодня
На китайском телеканале Phoenix показана специальная передача, посвященная Азербайджану - ФОТО
01:48, Сегодня
Западному Зангезуру может быть предоставлен особый статус по образцу Калининградской модели? - ВИДЕО
01:37, Сегодня
Определились полуфиналисты Кубка Азербайджана по футзалу
00:58, Сегодня
В Азербайджане подорожает шоколад? - КОММЕНТАРИЙ + ВИДЕО
00:10, Сегодня
Два члена правительства Греции подали в отставку
00:09, Сегодня
Посольство Казахстана в Украине призвало сограждан покинуть Одесскую и Харьковскую области
00:08, Сегодня
В Китае начались продажи первого электрокара от Xiaomi - ВИДЕО
00:07, Сегодня
Назначен новый проректор Сумгайытского государственного университета
00:04, Сегодня
Армения боится помогать России обходить санкции Запада
00:03, Сегодня
Айк Марутян анонсировал создание новой партии в Армении
00:02, Сегодня
Шахмар Гусейнов получил пост советника главы SOCAR
ЕЖЕДНЕВНО
28 Mar 2024 | 19:35
Федерация: Проведение турнира "Великий шелковый путь" в Баку - показатель развития бокса в стране
28 Mar 2024 | 19:51
Марокканский журналист: Посещение Карабаха позволило мне понять правду
28 Mar 2024 | 19:24
Премьер Италии осудила Макрона за идею отправить войска в Украину
28 Mar 2024 | 19:13
Число заявок на пособие по безработице в США снизилось
28 Mar 2024 | 19:25
В Азербайджане 23 новых наркотических средства добавлены в список запрещенных веществ
28 Mar 2024 | 19:03
Оценена стоимость строительства аналога "Крокусу"
28 Mar 2024 | 21:35
В отношении Рамиза Мехтиева возбуждено административное дело
28 Mar 2024 | 21:01
Израильтян предостерегают от поездок в ряд стран
28 Mar 2024 | 20:47
Суд ООН требует от Израиля обеспечить доставку гумпомощи в Газу
28 Mar 2024 | 21:14
Расул Багиров назначен постоянным координатором ООН в Беларуси
ЕЖЕНЕДЕЛЬНО
23 Mar 2024 | 23:33
Владелец «Крокус Сити Холла» Араз Агаларов впервые прокомментировал теракт - ВИДЕО
23 Mar 2024 | 23:31
В Карабахе сократится количество населенных пунктов: порядок предоставления жилья будет изменен? - ВИДЕО
23 Mar 2024 | 20:15
МЧС РФ впервые опубликовало список погибших при теракте в "Крокус сити холл"
23 Mar 2024 | 23:51
BBC: Двое участников нападения на «Крокус Сити Холл» убиты
23 Mar 2024 | 19:10
В Баку пройдет турнир «Великий шелковый путь» с участием 11 стран
24 Mar 2024 | 00:14
Школьник по имени Ислам вывел из «Крокус Сити Холла» более 100 человек во время теракта - ВИДЕО
23 Mar 2024 | 21:21
Блинкен о теракте в Москве
24 Mar 2024 | 01:01
В Азербайджане планируют увеличить командировочные расходы? - ВИДЕО
23 Mar 2024 | 23:00
Польша направит больше военнослужащих на свои восточные границы
24 Mar 2024 | 00:40
В Иране во время акций протестов более 120 человек лишились зрения - ФОТО
Ежемесячно
28 Mar 2024 | 19:35
Федерация: Проведение турнира "Великий шелковый путь" в Баку - показатель развития бокса в стране
28 Mar 2024 | 19:51
Марокканский журналист: Посещение Карабаха позволило мне понять правду
28 Mar 2024 | 19:24
Премьер Италии осудила Макрона за идею отправить войска в Украину
28 Mar 2024 | 19:13
Число заявок на пособие по безработице в США снизилось
28 Mar 2024 | 19:25
В Азербайджане 23 новых наркотических средства добавлены в список запрещенных веществ
28 Mar 2024 | 19:03
Оценена стоимость строительства аналога "Крокусу"
28 Mar 2024 | 21:35
В отношении Рамиза Мехтиева возбуждено административное дело
28 Mar 2024 | 21:01
Израильтян предостерегают от поездок в ряд стран
28 Mar 2024 | 20:47
Суд ООН требует от Израиля обеспечить доставку гумпомощи в Газу
28 Mar 2024 | 21:14
Расул Багиров назначен постоянным координатором ООН в Беларуси
Писатели