“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev Moderator.az-a açıqlamasında ölkə mediasının ölü vəziyyətdə olduğu və onun ayağa qalxması üçün təsirli vasitələrə ehtiyac duyulduğunu bildirib:
“Medianı bərpa eləmək
lazımdır. Medianı yenidən ayağa qaldırmaq, onu yenidən diriltmək lazımdır. Bu
gün dünyada həm dövlətlərin yürütdüyü siyasət nəticəsində, həm də sosial
medianın bir növ dağıdıcı təsiri nəticəsində mediada mənfi proseslər gedir. Azərbaycanda
da media Rusiya və digər ölkələrdə olduğu kimi tamamilə ölü halına salınıb. Onu
əvvəlki halına qaytarmaq, diriltmək üçün ona gərəkli olan iynələri vurmaq
lazımdır. Vurmaq lazımdır ki, media dirilsin, fəaliyyətə başlasın, öz
funksiyalarını yerinə yetirsin”.
Seymur Əliyev