“Azərbaycan informasiya müharibəsində geri qalır”.
Bunu Moderator.az-a
açıqlamasında siyasi şərhçi Elxan Mehdiyev bildirib. Politoloqun sözlərinə görə,
dünya ictimaiyyəti daha çox erməni mətbuatının verdiyini informasiyalar əsasında
məlumatlanır:
“Son vaxtlar cəbhə xəttindəki
mövcud gərginlik və hər iki tərəfdən verilən itkilər dünya mətbuatında da öz əksini
tapmaqdadır. Lakin ermənilər hər zaman olduğu kimi bu gün də təcavüzkar qismində
Azərbaycanı təqdim edir, öz itkilərini qabardırlar. Azərbaycan tərəfinin
verdiyi tkilər haqqında isə dünya mətbuatında heç nə yoxdur. Azərbaycan öz itkiləri
haqqında dünyada səs sala bilmir. Bu, bir daha göstərir ki, informasiya müharibəsində
ermənilər bizdən qabaqdadır və bu geriliyi aradan qaldırmaq lazımdır”.
Seymur Əliyev