Milli Məclisin bu gün keçirilən toplanısında millət vəkili Zahid Oruc KİV haqqında qanuna dəyişilik edilməsini təklif edib. Millət vəkilinin sözlərinə görə, dəyişikliyə əssən bundan sonra Müdafiə Nazirliyi ilə bağlı xəbərlərin birinci sırada, əsas xəbər kimi verilməsi təmin edilməlidir.
Maraqlıdır, KİV haqqında qanuna bu şəkildə dəyişikliyin edilməsi məqbuldurmu? Müdafiə Nazirliyi ilə bağlı xəbərlərin ilk sırada verilməsi tələbi medianın fəaliyyətinə müdaxilə hesab edilə bilərmi? Bu dəyişikliyi mediamızın hərbiləşməsi və hakimiyyət tərəfindən idarə edilməsi kimi qiymətləndirmək mümkündürmü?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən fəaliyyətini dayandıran "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı ölkə mediasının çoxdan idarə edildiyini vurğuladı:
"Azərbaycan mediası artıq çoxdandır ki, idarə olunur. Bu fakt millət vəkili Zahid Oruca da məlumdur və onun bu cür təklif səsləndirməsi də məhz bununla bağlıdır. Əgər Azərbaycan mediası idarəedilən olmasaydı, bu cür təkliflər də dilə gəlməzdi".
Seymur Əliyev