Qəfildən qeyri-ixtiyari ağlamağa başladım...
Читать: 4457
30 Sep 2015 | 20:32
Qəfildən qeyri-ixtiyari ağlamağa başladım...
(Yaxın günlərdə oxuculara təqdim olunacaq "Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası" kitabından Konya ilə bağlı 2-ci yazı)

SƏNƏ GƏLDİM, QAPINI AÇ...

“Qapını aç, qapını aç... Sənə gəldim, qapını aç...
Bu dünyadan, o dünyadan aldım boyum ölçüsünü...
Əzəl-əbəd arasında, neçə əyyam gəzib-tozdum...
Sığammadım dü-aləmə, sənə gəldim, qapını aç...
Yoldaşım var, iki nəfərik ”“ günah məndən heç ayrılmaz...
Tək deyilsəm noolur, sanki? ”“ Yer-göy sığmış o qapıya...
Bizi də al... qapını aç, qapını aç, qapını aç...”
Samiha Ayverdi

Konyanın o şaxtalı günlərində, soyuğun əl-ayaq kəsən zamanında, günəşin qürub çağında... üz-üzə qalmışdıq. Heç birimiz danışmırdıq... Səssislik içində sükut danışırdı... Eynən “qoy, sükut danışsın, ikimiz susaq” misalı... Bu qədər soyuq olmasına baxmayaraq, heç üşümürdüm ”“ bir qədər öncəki üşüməm səssizcə çəkilib getmişdi. Həzrəti Şəmsin ”“ Eşq Günəşinin yanında idim ”“ həm bu üzdən, həm də iç dünyamın aydınlanması, öz durumumun özümə bəlli olması səbəbindən, yəqin...
Bilirdim, ona nəyisə uzun-uzadı izah etməyə ehtiyac yoxdur. O, mənim niyə gəldiyimi bilirdi, gələcəyimi bildiyi kimi. Heç bir şey hiss etmirdim, heç bir şey duymurdum, onun söylədiklərini qulaqlarımla eşitmirdim, təbii. Qəfildən qeyri-ixtiyari ağlamağa başladım. Özüm də səbəbini bilmədən hönkür-hönkür ağlayırdım... Dayanmadan ağlayırdım. Sanki illərlə bu gün üçün içimə yığılmış gözyaşı vardı da, indi ağzı açılmışdı. Ağlayaraq pıçıltı ilə nəsə söyləyirdim, deyəsən. Amma sonralar nə söylədiyimi heç cür xatırlaya bilmədim...
O isə... o isə susurdu, susurdu...
İlahi, sükut da danışa, anlada, duyula, eşidilə bilərmiş!..
İlahi, sükut da insana huzur verə bilərmiş...
Sükut mənə nələrisə söyləyirdi...
Sanki mənə “neyçün can və könül aynasına baxıb da özünü axtarmırsan, aramırsan?” ”“ deyə sual edirdi...
Nə qədər belə davam etdi, nə qədər ağladım, bilmirəm. Amma artıq gecə idi, qaş qaralmış, şər düşmüşdü. Sürücünü xatırladım. Bu soyuqda məni gözləyirdi. Elə bir az toxtamışdım ki, onun pıcıltılarını eşitməyə başladım.
- Ağla-deyirdi, ”“ Ağla...
Ağla ki, durulsun, təmizlənsin o ürək...
Ağlayan tək gözlərin deyil... Könlün ağlayır... Ağla!
”“ ...
”“ Nəfs-i Ləvvaməyə keçid daxili etirafdan, etirafla axıdılan göz yaşlarından keçir. Ağla. Özünə yolçuluq üçün təmizlənənə qədər ağla... Bu göz yaşların, cavan ömründə çəkdiyin bütün əzab-əziyyətlər, yaşadığın ağrı-acılar, çətinliklər səni Rəbbinə daha da yaxınlaşdıracaq. Utanma. Qorxma. Ağla. Etiraf et. Səmimi ol. Təmizlən. Durul!
Ağlayırdım... Etiraf edirdim... O-na edirdim... Şahidim isə Şəms idi...
O-na yalvarırdım, şükr edirdim... El sözü ilə desəm, Şəmsin üzü hörmətinə, mənə Həqiqətə gedən yolun ikinci mərtəbəsinin qapısını açdığı, Nəfs-i Ləvvaməyə daxil olma niyyəti, gücü, izni verdiyi üçün...
Çünki oxumuşdum, bilirdim ki, dünyada insanların çox azı bu mərtəbəyə keçə bilir...
Ona görə də göz yaşları ilə dayanmadan O-na şükr edirdim...
Mənə Nəfs-i-Əmmarədən xilas olmağa yardım etdiyi üçün...
Bilirdim ki, İnsan ondan o zaman xilas olmağa başlayır ki, nəfsinin qəzalaırını, çatışmazlıqlaırını, yanlış vərdişlərini ayırd edir və onları düzəltmək niyyətinə düşür. Yalnız bundan sonra daxili yolçuluğa çıxmanın Nəfs-i Ləvvamə mərhələsinə daxil olur.
Mən özümə yol(çuluğ)a başlamışdım və Şəms mənə çox şey öyrədə bilərdi.
”“ Ağır olacaqdı bu Yol... ”“ deyirdi Şəms sükut dili ilə... Dinlə, Daxili Yol(çuluq) çox ağır bir Yoldur... Dayanmadan özünlə, nəfsinlə amansız mübarizə aparmalısan. Sənin əsl mübarizə Yolun indi başlanır. Yavaş-yavaş, addım-addım. Böyük çətinliklər qorxutmasın səni.
Onun pıçıltı içində səsini eşidirdim ”“ getdikcə daha aydın, daha təsirliydi. O deyir, mən cavab vermədən dinləyirdim:
”“ Artıq gözlərin bayıra deyil, öz içinə baxmağa başlaşyıb. Nəfs-i Əmmarədən fərqli bir həyata başlamısan...
”“ ...
”“ Daim başqalarını günahlandırırsansa, özündə qüsur tapmaq asan deyil...
”“ ...
”“ Olub-keçən və ya yaşadığın hər şeydə həmişə başqalarını deyil, özünü ələk-vələk, çək-çevir eləyib tənqidə tutmaq asan deyil...
”“ ...
”“ Hər zaman nəfsini qınamaq və günahlandırmaq asan deyil...
”“ ...
”“ Yorulmadan özün ilə mübarizə etmək, nəfsin ilə savaşmaq asan deyil...
”“ ...
”“ Qorxma ”“ deyirdi Eşq günəşi... Deyirdi: “Bəzən xətalar, yanlışlıqlar da edəcəksən, amma dərhal üzülüb, Allahın hüzurunda peşiman olub, ağlayarsansa, Nəfs-i Əmmarəyə geri dönməyəcəksən... Qorxma. Bu halları sıx-sıx özündə görməyə başlayacaqsan. Amma Haqqa qarşı məcburiyyət duyub, gözyaşı tökərək həmin xətaları, yanlışları təkrar etməyəcəksənsə Kamilliyə, Həqiqətə, Haqqa gedən yolun digər mərtəbələrinə qalxa biləcəksən...”
”“ ...
”“ ...Ona getmək istəyirsənsə, Həqiqəti, Haqqı tapmaq istəyirsənsə bundan başqa Yolun yoxdur... Gerçək İnsan olmaq istəyirsənsə bundan başqa Yolun yoxdur...
Nəhayət, bir cümləlik sual verdim:
”“ Bu Yolu gedə biləcəmmi? ”“ Yalvarırcasına soruşdum...
”“ Özündən sor... ”“ dedi Eşqin günəşi.
”“ ...
”“ Amma heç zaman unutma, haraya dönərsən dön, Allahın üzü ordadır...
”“ ...
”“ ...
... Beləcə, sükutla başlayan söhbətimiz sonunda yenə sükutla tamamlandı, sükuta döndü. Ancaq Eşqin günəşi içimdəki buzları əritmiş, küllər altındakı qoru qığılcımlandırmış, alovlandırmışdı...

“SƏN MƏNİM QƏLBİMƏ HAKİM,
SƏNƏ QUL OLDU KÖNÜL...”

Böyük Azərbaycan şairi Nizami Gəncəvi öz könül dostuna xitabən belə yazıb.
Heyranlığın, məftunluğun bundan da o yana səmimi ifadəsi varmı? “Sən əzizsən, mən ucuz” ”“ deyib də, sarınmaqdan mutlu nə ola bilər könül aşiqlərinə?
Konyaya ilk gəlişimin şəkillənməsini Nizami babamızın bu misraları qədər heç nə, heç bir söz düzümü ifadə edə bilməz: “Sən mənim qəlbimə hakim!”. O ilk səfərim çərçivəsində Konya Səlcuq Universitetində düzənlənən konfransa dəvətli idim. Çox dəyərli, görkəmli sənətşünas alimimiz İlham müəllim başda olmaqla Səlcuq Universitetinin müəllimləri təşəbbüs göstərmişdilər ki, Azərbaycan ”“ Türkiyə, “Bir millər, iki dövlət“ olan qardaş ölkələrimizin birliyinin daha da gücləndirilməsi istiqamətində hər birimizin, gənclərimizin üzərinə düşən vəzifələri bir arada müzakirə edək. Çıxış zamanı gənclərimizin ortaq tariximizi öyrənməsinin vacibliyini xüsusi vurğuladıq. Eyni zamanda bütün Türk dünyasının ortaq problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın törətdiyi Xocalı soyqırımının dünyada daha geniş tanıdılması və günahkarların ədalət qarşısında cavab verməsinə nail olmamız istiqamətində gənclərimizin daha duyarlı olması, birlikdə səylərimizi daha da gücləndirmənin önəmini müzakirə etdik. Konyada Qarabağ parkının açılması, Xocalı Soyqırımı qurbanlarına abidənin qoyulması təklifimiz tədbir iştirakçıları tərəfindən dəstəkləndi. O cümlədən qədim Konyanın Azərbaycan bölgələrindən biri ilə qardaşlaşması barədə fikirlərimiz də müsbət dəstək aldı.

“YAD ET MƏNİ, AŞIQANƏ YAD ET!”

Konyaya ikinci səfərimin də öz unudulmaz xatirələri var. Rəsmi görüşlər, Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsi, sözdə erməni soyqırımı iddiaları ilə bağlı konfranslar bitən kimi həmən Konya ilə yenidən baş-başa qalmaq üçün hər kəsdən ayrılıb Konyanı pıçıltılar arxasınca gəzməyə başladım. Heç unutmuram. Elə, o cür mistik yaşam anı həyatımda nadir hallarda baş verib. Həzrəti Mevlananın qəbrini təkrar ziyarət etdim. Özünün dediyi kimi, susmaqda, dinləməkdə idim. İç dünyama və Mevlana dərgahına çəkilmişdim. Birdən isti, istilikdən də çox məhrəm, nəvazişli bir əlin çiynimə qonduğunu hiss etdim. Sanki Mələk qanadı, göyərçin lələyi idi... Sanki nurdan, şəfəqdən yapılmış xəyal heykəli dayanmışdı önümdə və dilsiz, susqun baxışlarıyla mənə düşüncələrini anladırdı. Mən o sükut heykəlinin anlatmaq istədiklərini sonradan bütün aydınlığı ilə dərk etdim, buldum, anladım...

MƏNƏVİ BİR BORC

Üçüncü gəlişimin təfərrüatlarınına keçməzdən əvvəl bəri başdan Məram bələdiyyə başqanının Konyada yeni salınacaq parkda Azərbaycanın 3 tarixi abidəsinin ”“ Şirvanşahlar sarayının, Möminə Xatun Türbəsinin və Qız Qalasının kiçildilmiş modellərinin qoyulacağını söyləyəndə keçirdiyim qürur hissini demək, söyləmək istəyirəm. Məram ilə bizim Şəki şəhəri qardaşlaşıblar. Məramım Alavar məhəlləsində Şəki parkı salınıb. Məram bu baxımdan örnək bələdiyyələrdəndir.
Bələdiyyə başkanı ilə görüşümdə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabımın ikinci hissəsini yazmağı planlaşdırdığımı və bu hissədə mənəviyyat dünyamız və ortaq tariximizdə xüsusi yer tutan Konya ilə bağlı geniş yer ayıracağımdan söz açdım: “Konya haqqında yazmaq mənim üçün mənəvi bir borcdur. Bu kitabı yazmaqda məqsədim Türk dünyasını daha geniş tanıtmaq, gənclərdə sahiblik duyğusunu daha da yüksəltməkdir. Gənclərimiz bizim olana “mənim”, “sənin” olaraq yox, “bizim” olaraq sahiblənməlidirlər. Eyni zamanda vurğuladım ki, Türkiyənin uğuru Azərbaycanın uğuru, Azərbaycanın uğuru isə Türkiyənin və bütün Türk dünyasının uğurudur.
Konyada keçirdiyim o unudulmaz görüşləri, ziyarətləri indi an-an xatırlayır, yenidən yaşayıram. Konyanı andıqca böyük qəlb şairimiz Məhəmməd Füzulinin ölməz misrası öz istəyim, fikrimin əksi kimi şəkillənir yaddaşımda: “Ey, nə xoş günlər idi səninlə həmraz idim”.

“SƏNİN VARLIÄžINI VƏSF ETMƏK ÜÇÜN...”

Yüzilliklərin o biri başında Malatyalı Mevlana Şəmsəddin belə rəvayət edirmiş ki, günlərin gözəl bir günündə Şeyx Seyfəddin Baharzının oğlu Müzhirüddin Konyaya təşrif buyurur. Fəzilətli kişilər onun ziyarətinə gəlib layiqincə hörmət göstərirlər. Təsadüfən həmin gün Mevlana Həzrətləri bütün dostlarla birgə Meram məscidinə gedibmiş. Şeyx Müzhirüddin Konyaya gəlişinin Mevlanaya yetməməsindən təəccüblənir. Təbii ki, bir şəhərə gələnin ziyarət edilməsi gərəkdi. Söz sahibinə çatdırılır. Mevlana halını pozmadan cavab göndərir: “Biri Bağdaddan gəldi, bu biri isə öz evindən və məhəlləsindən kənara çıxdı... Əlbəttə, Bağdaddan gələni ziyarət etmək gərəkdi. Biz həqiqətdə məkansızlıq Bağdadından gəldik. Bu əziz şahzadə isə bu dünyanın bir məhəlləsindən gəlir. O halda ziyarət edilməyə biz daha çox layiqik”. Cavabı Şeyx Seyfəddin Baharzının oğlu Müzhirüddinə çatdırırlar. Dinləyir və durub Mevlananın ziyarətinə gedir. Qəlbinin ən səmimi sözlərini açıb-tökür: “Babam demişdi ki, dəmirdən çarıq gey, əlinə dəmir əsa al, Mevlananı aramaya get. Çünki o ulu kişinin söhbətini dinləmək ən böyük fəzilətlərə yetmək məqamıdı... İndi şahidi oldum ki, babam doğru buyururmuş. Sizin məqamınız babam söylədiyindən də uca imiş. Sənin varlığını vəsf etmək üçün nə söyləsələr də yenə azlıq edər. Sən söylənilənlərdən daha böyük bir kamal sahibisən...”
O böyük kamal sahibinin unudulmaz deyimləri ilə baş-başa daxil oluram yenə Konyaya. Bələd­çimiz, sabiq millət vəkili, ədəbi-tarixi məxəzlərin ensklopedik bilicisi, gözəl aydın və insan Abdulla Gencer oldu. Sultan Yavuz Camisinə açılan geniş həyətdə unudulmaz bir səmimiyyətlə bizə “Xoş gəldiniz!” ”“dedi və Konyada olduğumuz bütün vaxt ərzində bilgilərini əsirgəmədi, sonacan bizimlə oldu.
(Ardı var)
Похожие новости
09:51, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
09:51, Сегодня
Цены на нефть завершили первый квартал уверенным ростом
09:45, Сегодня
В Баку 29-летнего мужчину сбил автомобиль
09:40, Сегодня
В Азербайджане у граждан изъяты оружие и боеприпасы
09:39, Сегодня
Охваченный огнем небоскреб в Бразилии попал на ВИДЕО
09:37, Сегодня
Сегодня стартует повторное собеседование в рамках конкурса по приему на должность замдиректора в школах
09:28, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(29.03.2024)
09:21, Сегодня
В Баку сотрудник ЖЭУ лишился ног в результате ДТП
09:11, Сегодня
В Сабирабадском районе автомобиль столкнулся с конной повозкой: есть пострадавшие
09:05, Сегодня
Азербайджанская нефть подорожала
09:04, Сегодня
На каких улицах столицы наблюдаются транспортные заторы? - СПИСОК + ФОТО
09:01, Сегодня
Очередной миграционный караван отправлен в город Физули - ФОТО
08:32, Сегодня
Сербия внимательно следит за инициативой создания «зеленого» коридора Азербайджан-ЕС
08:30, Сегодня
Канадская бабушка побила женский рекорд по стоянию на планке - ФОТО/ВИДЕО
08:28, Сегодня
Грузия планирует увеличить частоту авиарейсов в Германию
08:00, Сегодня
Глобальное потепление изменило вращение Земли
07:39, Сегодня
Спецслужбы Франции рекомендовали отменить церемонию открытия ОИ-2024 в Париже
07:19, Сегодня
Японцы выпустили смартфон, который можно мыть
03:55, Сегодня
УЕФА может расширить заявку команд-участниц Евро-2024
02:51, Сегодня
В Украине скончался журналист-азербайджанец
01:37, Сегодня
Определились полуфиналисты Кубка Азербайджана по футзалу
00:10, Сегодня
Два члена правительства Греции подали в отставку
00:09, Сегодня
Посольство Казахстана в Украине призвало сограждан покинуть Одесскую и Харьковскую области
00:08, Сегодня
В Китае начались продажи первого электрокара от Xiaomi - ВИДЕО
00:07, Сегодня
Назначен новый проректор Сумгайытского государственного университета
00:04, Сегодня
Армения боится помогать России обходить санкции Запада
00:03, Сегодня
Айк Марутян анонсировал создание новой партии в Армении
00:02, Сегодня
Шахмар Гусейнов получил пост советника главы SOCAR
00:00, Сегодня
Уроженец АзССР сознался в Москве в убийстве, совершенном в 2001-м году
28 Mar 2024 | 23:58
Азербайджанские эксперты идентифицировали останки 107 пропавших
28 Mar 2024 | 23:56
В Турции снимут ремейк «Холопа»
28 Mar 2024 | 23:49
Пожар в жилом здании в Гяндже-(фото, видео)
28 Mar 2024 | 23:44
Число жертв в Газе достигло 32552
28 Mar 2024 | 23:32
Симонян: Членство в ЕС является наиболее приемлемым вариантом для Армении
28 Mar 2024 | 23:24
В Баку 62-летний мужчина скончался на рабочем месте
28 Mar 2024 | 23:19
В Польше подозревают экс-главу Еврокорпуса в разглашении секретных данных
28 Mar 2024 | 23:10
В США допустили крупный теракт на Олимпиаде в Париже
28 Mar 2024 | 23:01
Боевые товарищи Национального героя Эльбруса Аллахвердиева поделились воспоминаниями о нем - ВИДЕО
28 Mar 2024 | 22:54
УЕФА может изменить регламент Евро-2024
28 Mar 2024 | 22:49
Нетаньяху заявил о захвате стратегических активов ХАМАС
28 Mar 2024 | 22:45
Папа Франциск омыл женщинам ноги-(видео)
28 Mar 2024 | 22:44
В Сумгайыте начался капитальный ремонт дорог - ФОТО/ВИДЕО
28 Mar 2024 | 22:24
Симонян анонсировал майскую встречу с Гафаровой
28 Mar 2024 | 22:23
В ЮАР автобус упал с моста, есть погибшие
28 Mar 2024 | 22:18
В бакинском ресторане произошел пожар - ФОТО/ВИДЕО
28 Mar 2024 | 22:09
ООН: Боевые действия на востоке ДР Конго вынудили почти 6 млн людей покинуть свои дома
28 Mar 2024 | 21:54
В Белом доме сравнили российских чиновников с «продавцами навоза»
28 Mar 2024 | 21:50
СМИ: Мощный взрыв прогремел в столице Сомали
28 Mar 2024 | 21:48
В Евлахском районе легковая машина врезалась в бетономешалку: есть погибший
28 Mar 2024 | 21:44
Зеленский: Путин не остановится, он горит идеей восстановить СССР
28 Mar 2024 | 21:35
В отношении Рамиза Мехтиева возбуждено административное дело
28 Mar 2024 | 21:35
В Огузском районе приняты меры в отношении лиц, продававших табачные изделия несовершеннолетним
28 Mar 2024 | 21:34
Израиль задействовал систему Patriot для перехвата летевшего из Ливана аппарата
28 Mar 2024 | 21:14
Расул Багиров назначен постоянным координатором ООН в Беларуси
28 Mar 2024 | 21:01
Время имсака, ифтара и намаза девятнадцатого дня месяца Рамазан - ФОТО
28 Mar 2024 | 21:01
Израильтян предостерегают от поездок в ряд стран
28 Mar 2024 | 20:47
Суд ООН требует от Израиля обеспечить доставку гумпомощи в Газу
28 Mar 2024 | 20:24
Аббас утвердил состав нового правительства Палестины
28 Mar 2024 | 20:14
В бакинской тюрьме скончался бывший главврач, осужденный за хищение более полумиллиона манатов
28 Mar 2024 | 19:51
Марокканский журналист: Посещение Карабаха позволило мне понять правду
28 Mar 2024 | 19:46
В Афганистане произошло сильное землетрясение
28 Mar 2024 | 19:43
Стали известны правила проведения тестового этапа по приему на работу руководителей детсадов - ОБНОВЛЕНО
28 Mar 2024 | 19:35
Федерация: Проведение турнира "Великий шелковый путь" в Баку - показатель развития бокса в стране
28 Mar 2024 | 19:25
В Азербайджане 23 новых наркотических средства добавлены в список запрещенных веществ
28 Mar 2024 | 19:24
Премьер Италии осудила Макрона за идею отправить войска в Украину
28 Mar 2024 | 19:16
В России задержали 9-летнюю девочку, предложившую незнакомой женщине устроить теракт - ВИДЕО/ФОТО
28 Mar 2024 | 19:13
Число заявок на пособие по безработице в США снизилось
28 Mar 2024 | 19:03
Оценена стоимость строительства аналога "Крокусу"
28 Mar 2024 | 19:02
В Мингячевире загорелось здание общежития: жильцы были эвакуированы - ВИДЕО
28 Mar 2024 | 18:57
СК РФ объявил о задержании еще одного подозреваемого по делу о теракте в «Крокусе»
28 Mar 2024 | 18:50
Утверждены правила предоставления субсидий на железнодорожные пассажироперевозки в окрестностях Баку
28 Mar 2024 | 18:43
Деяния ночи аль-Кадр: Имеющим возможность желательно накрыть стол нуждающимся - ФОТО
28 Mar 2024 | 18:43
"Смертельный" вред коррекции носа филлерами - ПРЕДУПРЕЖДЕНИЕ КОСМЕТОЛОГА
28 Mar 2024 | 18:31
ГЭЦ выбирает аудитора
28 Mar 2024 | 18:25
Задержан подозреваемый в краже телефона и сумки у жителя Баку - ВИДЕО
28 Mar 2024 | 18:21
В Баку в квартире обнаружено тело
28 Mar 2024 | 18:10
Еще четыре азербайджанских боксера вышли в финал международного турнира в Баку
28 Mar 2024 | 18:04
В МВД отреагировали на жалобу спортсменки об избиении ее сожителем - ФОТО/ВИДЕО
28 Mar 2024 | 18:02
Вниманию желающих стать заместителем директора
28 Mar 2024 | 18:00
СМИ: США не передали РФ все данные о подготовке теракта, чтобы не выдать свои источники
28 Mar 2024 | 17:56
Почему в Сумгайыте объединили школу и музыкальный колледж? - ВИДЕО
28 Mar 2024 | 17:52
В Азербайджане введены требования к цвету пассажирских автобусов
28 Mar 2024 | 17:49
Скончался заслуженный артист Азербайджана - ФОТО
28 Mar 2024 | 17:47
Главный тренер сборной Азербайджана по баскетболу: Я доволен выступлением девушек во Франции
28 Mar 2024 | 17:44
В Бардинском районе автомобиль столкнулся с мопедом: есть пострадавший
28 Mar 2024 | 17:41
Супруга Чингиза Мехдиева разоблачила мужа: компания на Сейшелах, дорогая недвижимость в США и Азербайджане
28 Mar 2024 | 17:32
Агентство отреагировало на жалобу жильцов затопленных домов в Гяндже - ФОТО
28 Mar 2024 | 17:29
В Казахстане река вышла из берегов: жители ловят рыбу голыми руками - ВИДЕО
28 Mar 2024 | 17:28
В Агдеринском районе обнаружены оружие и боеприпасы
28 Mar 2024 | 17:10
В Азербайджане такси будут белого и красного цвета
28 Mar 2024 | 17:08
Крайне тяжелые условия содержания ждут террористов, напавших на "Крокус"
28 Mar 2024 | 17:07
В Иране активисток приговорили к 60 годам тюрьмы в совокупности - ФОТО
28 Mar 2024 | 17:04
Напавшие на "Крокус Сити Холл" террористы могли быть под влиянием психотропных веществ
28 Mar 2024 | 17:02
В Иране сотни тысяч школьников бросили учебу - ФОТО
28 Mar 2024 | 16:58
Массовая драка произошла в аэропорту Парижа - ВИДЕО
28 Mar 2024 | 16:42
В Турции допустили причастность иностранной разведки к теракту в Crocus
28 Mar 2024 | 16:35
В праздничные дни в ДТП погибли 7 человек
28 Mar 2024 | 16:29
Алла Пугачева прервала молчание после теракта в «Крокусе»: Скорбь должна быть в душе, а не в соцсетях - ФОТО
28 Mar 2024 | 16:25
В США во время учений потерпел крушение военный вертолет
28 Mar 2024 | 16:22
Успешно завершился первый рейс контейнеровоза Maersk на биотопливе
ЕЖЕДНЕВНО
28 Mar 2024 | 10:08
105 лет на страже безопасности государства и народа - ФОТО/ВИДЕО
28 Mar 2024 | 10:33
Глава СГБ: Франция провоцирует Армению на новую войну
28 Mar 2024 | 11:27
Начальник СГБ: Франция серьезно обеспокоена условиями, сложившимися для подписания мирного договора с Арменией
28 Mar 2024 | 11:03
В Азербайджане пройдет международная конференция по разминированию
28 Mar 2024 | 10:28
В Ханкенди обнаружены оружие и боеприпасы
28 Mar 2024 | 11:04
Центральный банк Азербайджана снизил учетную ставку
28 Mar 2024 | 10:11
Четыре человека погибли в результате поножовщины в США
28 Mar 2024 | 11:09
Община: Франция стремится внедрить в регионе свои гнусные геополитические планы
28 Mar 2024 | 12:32
Завтра в Азербайджане воздух прогреется до 20 градусов
28 Mar 2024 | 12:45
В Кыргызстане заявили о попытках вербовки граждан страны для участия в терактах в РФ
ЕЖЕНЕДЕЛЬНО
23 Mar 2024 | 23:33
Владелец «Крокус Сити Холла» Араз Агаларов впервые прокомментировал теракт - ВИДЕО
23 Mar 2024 | 23:31
В Карабахе сократится количество населенных пунктов: порядок предоставления жилья будет изменен? - ВИДЕО
23 Mar 2024 | 20:15
МЧС РФ впервые опубликовало список погибших при теракте в "Крокус сити холл"
23 Mar 2024 | 23:51
BBC: Двое участников нападения на «Крокус Сити Холл» убиты
23 Mar 2024 | 19:10
В Баку пройдет турнир «Великий шелковый путь» с участием 11 стран
24 Mar 2024 | 00:14
Школьник по имени Ислам вывел из «Крокус Сити Холла» более 100 человек во время теракта - ВИДЕО
23 Mar 2024 | 21:21
Блинкен о теракте в Москве
24 Mar 2024 | 01:01
В Азербайджане планируют увеличить командировочные расходы? - ВИДЕО
23 Mar 2024 | 23:00
Польша направит больше военнослужащих на свои восточные границы
24 Mar 2024 | 00:40
В Иране во время акций протестов более 120 человек лишились зрения - ФОТО
Ежемесячно
28 Mar 2024 | 10:08
105 лет на страже безопасности государства и народа - ФОТО/ВИДЕО
28 Mar 2024 | 10:33
Глава СГБ: Франция провоцирует Армению на новую войну
28 Mar 2024 | 11:27
Начальник СГБ: Франция серьезно обеспокоена условиями, сложившимися для подписания мирного договора с Арменией
28 Mar 2024 | 11:03
В Азербайджане пройдет международная конференция по разминированию
28 Mar 2024 | 10:28
В Ханкенди обнаружены оружие и боеприпасы
28 Mar 2024 | 11:04
Центральный банк Азербайджана снизил учетную ставку
28 Mar 2024 | 10:11
Четыре человека погибли в результате поножовщины в США
28 Mar 2024 | 11:09
Община: Франция стремится внедрить в регионе свои гнусные геополитические планы
28 Mar 2024 | 12:32
Завтра в Азербайджане воздух прогреется до 20 градусов
28 Mar 2024 | 12:45
В Кыргызстане заявили о попытках вербовки граждан страны для участия в терактах в РФ
Писатели