Müstəqil ekspert Elçin Qurbanov Putinin BMT
Baş Assambleyasının toplantısında Azərbaycan haqqında işlətdiyi fikirləri şərh
edib. Şərhi Moderator.az oxucularına təqdim edirik:
V. Putinin
BMT Baş Assambleyasının kürsüsündən Azərbaycanın mövqeyini müdafiə etməsi yaxşı əlamət
deyil. Bu siyasi aktyorluğun nümunəvi detallarından idi. Çox siyasilər belə bir
çıxışın Azərbaycanın xeyrinə olmasını düşünsələr də, əminliklə deyə
bilərəm ki, Putinin Azərbaycan
icması qarşısında öz çəkisini qoruyub saxlamaq cəhdini, özünü Azərbaycanın dostu
kimi göstərməyə çalışması dövlət
olaraq əleyhimizə hərəkət
kimi qiymətləndirilməlidir.
Əslində
Azərbaycana qarşı ən
geniş şəkildə təxribat
qoxusu saçan siyasi mövqe
çox insanlar üçün keçərli
olsa da, siyasilər
batini həqiqətləri düzgün qiymətləndirməlidirlər. Mən insanlara diqqətli
olmağı və təxribatlara uymamağı
məsləhət görürəm. Çünki istənilən çağırış
Xalqın xeyrinə olmayacaq. Ərəb baharının
solmaz çiçəklərinin burada da əkilməsinə yol
vermək olmaz. Ona görə də
siyasi hakimiyyətin özündə
belə xəyanətkar qüvvələrin
üzə çıxarılması və xalqla yaxın
dostluq mərhələsinə keçid olmalıdır.