Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Sputnik” agentliyinə açıqlamasında Azərbaycan və Avrasiya İttifaqı ilə bağlı məsələ ilə əlaqədar maraqlı fikirlər səsləndirib.Belə ki, XİN rəhbəri Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını istisna etmədiyini bildirib.
“Heç zaman heç zaman demə”
söyləyən E.Məmmədyarovun bu açıqlaması elə ilk andan ciddi müzakirələrə səbəb
olub.
Azərbaycanın Avrasiya
İttifaqına üzv olmasının mümkünlüyü ilə bağlı səslənən fikirlər nədən xəbər
verir? Həqiqətənmi Avrasiya İttifaqında təmsilçilik ölkəmizin maraqlarına xidmət
edir? Yoxsa E.Məmmədyarovun bu açıqlaması Rusiyanın ölkəmizə yönəlik təzyiqlərinin
nəticəsidir?
Moderator.az xəbər verir
ki, məsələ ilə bağlı “Hürriyyət” qəzetinə açıqlama verən Şərq-Qərb Araşdırmalar
Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu belə bir açıqlamanı doğuracaq bir
deyil, bir neçə səbəbin mövcud ola biləcəyini vurğulayıb:
“Burada çox səbəblər ola bilər. Səbəblərdən
biri o ola bilər ki, rəsmi Bakı Qərbə müəyyən mesaj vermək istəyir. Məsələn
bildirmək istəyir ki, Azərbaycan Qərbdən uzaqlaşıb Rusiyaya qoşula bilər. Lakin
təcrübə göstərir ki, bu cür mesajlar effekt vermir. Qərbin münasibəti dəyişmir.
Qərb Azərbaycanı insan haqları və azadlıqlarının məhdudlaşdırılmasına görə tənqid
edir və bundan sonra da edəcək. Qərb bu davranışı ilə həm də onu göstərir ki,
o, heç bir dövlətin, heç bir hakimiyyətin onunla sərt dillə danışmasını qəbul
etmir. Amma təəssüflər olsun ki, Bakıda ya bunu görmür və anlamır, yaxud
anlamaq istəmirlər. Ya da ki, həqiqətən də siyasi kurs müəyyənləşib və Avrasiya
İttifaqına doğru gedirik. Əgər həqiqətən də rəsmi Bakı Avrasiya ittifaqına
doğru getməyə qərar veribsə, o zaman bu cür eyhamlı açıqlamalar nəyə lazımdır?
Niyə deyirlər ki, bu quruma üzv olmağı istisna etmirik? Elə açıq şəkildə desinlər
ki, Avrasiya İttifaqına doğru gedirik və quruma üzv olmağa qərar vermişik. Belə
bir qəti mövqe vəziyyəti aydınlaşdırar. Lakin görünən odur ki, bunu da istəmirlər”.
Seymur Əliyev