“BİR KONYA ZİYARƏTİNDƏ”
Читать: 3790
02 Oct 2015 | 18:36
“BİR KONYA ZİYARƏTİNDƏ”
(Yaxın günlərdə oxuculara təqdim olunacaq “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitabından Konya ilə bağlı 4-cü yazı)

“Nə zaman bu şəhərə gələcək oluramsa, içimdə bir həyəcan duyuram. Həzrəti Mevlana düşüncəsiylə mənliyimi sarır”¦” Mustafa Kamal Paşanın bir Konya ziyarətində söylədiklərindəndi. Konyaya hər gəlişi coşqun sayğıyla qarşılanarmış o böyük insanın. O da deyərmiş ki, Konyanın qonaqpərvərliyi məni həddindən artıq mütəəssir edir. Konya Atatürkün İstanbul və İzmirdən sonra ən çox ziyarət etdiyi şəhər olmuşdur. Üst-üstə 13 dəfə Konyaya gəlmiş, toplam olaraq 33 gün burada müsafir olmuşdur.

39 min kvadratmetr bir əraziyə sahiblik edən Konya toplam olaraq 31 qəzanı özündə birləşdirir. 130 ölkəylə ticarət əlaqələri var.

SƏKKİZ SULTAN YATIR

BİR TÜRBƏDƏ 

1220-ci ildə Konyada Anadolu Səlcuqlu dövlətinə başçılıq edən Sultan I Alaeddin Keykubad tərəfindən yaradılmış eyniadlı təpə üzərində inşa etdirilımiş camidə səkkiz Anadolu Səlcuqlu sultanı uyuyur. I Alaeddin Keykubadın, I Rükneddin Məsudun, I Qılınc Arslanın, IV Qılınc Arslanın, II Süleyman şahın, I Qiyasəddin Keyxosrovun, II Qiyasəddin Keyxosrovun, III Qiyasəddin Keyxosrovun qəbri bir yerdədi”¦ Ziyarət edib, ruhlarına dualar oxuduq.

ƏBƏDİYYƏT ARXAYINLIÄžI

 Deyirlər ki, İkinci Dünya savaşı ərəfəsində bir tanışı Tayyip Ağaya öz məqamını bildirmək istəyir:

”“ Aman, Tayyip Ağa, bu dünyanın taleyi nə olacaq?

Tayyip Ağa halını pozmadan soruşur:

”“ Nə var, oğlum, bu dünyanın halında?

”“ Nə olacaq, Tayyip Ağa, baxsana, dünyanın hər tərəfi yıxılıb gedir.

Tayyip Ağa bu dəfə də halını pozmadan cavab verir:

”“ Yıxılırsa yıxılsın, oğlum, dünya yapılarkən daşını sənmi daşıyırdın?..

Dünyanın əbədiliyinə dönməz inamın ifadəsi, şəkillənməsi belədi. Tayyip Ağa əmin-arxayın idi.  Konyanın əbədiyyət qoxuyan durumu da böylə anlatmaqdadı. Keçmişindən və gələcəyindən arxayındı.

MƏNƏ DOSTLARIMLA ƏZİZDİ KONYA

 Xəyal, fikir dostlarım haqqında ilk kəlmədən, ilk sözdən bəhs etmişəm; Hz. Şəms Təbrizi, Cəlaləddin Rumi, Konevi, Sultan Vələd”¦

Gerçək həyatda sıx təmasda olduğum dostlar da əzizdi, doğmadı mənə. Xüsusilə Konyanın millət vəkilləri, bələdiyyə yetkililəri, dəyərli aydın dostlarım”¦

Türkiyənin Baş naziri Əhməd Davudoğlu da məhz bu qədim bölgədə dünyaya göz açıb. Zaman-zaman onunla, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun sabiq rəhbəri M.Kabakçı, millət vəkili Ayşə Türkmənoğlu və bir sıra digər dostlarla görüşüb, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı geniş söhbətlər etmişik. Bu tarixi şəhərdə eyni zamanda bir çox azərbaycanlı elm, sənət xadimlərimiz çalışır, qardaşlıq, tarixi əməkdaşlıq, dostluq ənənələrimizə öz töhvələrini verirlər. Sıx-sıx görüşürəm hər Konyaya gəlişimdə. Eyni zamanda hər səfərimdə mütləq Konya Universitetlərində təhsil alan azərbaycanlı tələbələrimizlə də mütləq görüşür, fikir mübadiləsi aparıram.

 HƏR QƏZA DOÄžMAMDI,

HƏR KƏND ƏZİZİM

Hər il orta hesabla iki milyon turistin ziyarət etdiyi Konyanın ən böyük qəzası Səlcuqludu. Yaşı 3 min illik vaxt-zaman məsafəsi ilə ölçülür buradakı məskunlaşmanın. Möhtəşəm tarixi əsərləri, muzey və sarayları ilə önəmli bir turizm mərkəzidi Səlcuqlu. Tarixi Sille məhəlləsi burada yerləşir.

Böyük Səlcuqlu İmperatorluğunun hökmdarı Sultan Alp Arslan zamanında belə səsləniş edirdi ərzin səs çatıb-ün yetərinə: “Biz türklər təmiz müsəlmanlarıq və bidət bilmərik. Buna görə də Allah xalis türkləri əziz tutur”.

Tarixi həqiqətdir ki, bəzən bəyliklər çox böyüyür, genişlənir və böyük bir imperatorluğa da çevrilə bilirdi. Məsələn, “bir Səlcuq bəy, bir Osman bəy çıxır, öz adları ilə anılan bəylikləri yenə öz adları ilə anılan bir imperatorluq halına gətirirdilər”. Böyük Səlcuqlu İmperatorluğu 1040-cı ildən başlayaraq, 117 il idarəçiliyini sürdürmüşdü. Bu imperatorluqdan 29 il sonra qurulan Suriya Səlcuqlu İmperatorluğu 118 il ömür edə bilmişdi. Girman Səlcuqlu imperatorluğunun hökmranlığı isə daha az, 95 il olmuşdur. İraq Səlcuqlu dövləti ondan daha az ”“ cəmi 35 il tarixə yoldaşlıq etmişdi. Anadolu Səlcuqlu dövlətinin ömrü isə 215 illik bir zaman məsafəsiylə ölçülməkdədi. O böyük, tam bir yüksəliş dövrü olan dövlətin xatirəsini Səlcuqlu bələdiyyəsi özündə yaşatmaqdadı. Ənənə bu gün də davam edir. Sille bələdiyyəsinin ərazisinə nəzər salmaq bəhs edər; Karadaş camisi, Məzarkayası camisi, Ak cami, Məzarlıq, Kızıl, Mağara kilsələri, Hacı Əli Ağa, Subaşı, Karadaş tarixi  çeşmələri, qədim Sille qonaq evi Sille məhəlləsində yer alıb. Konyaya yolunuz düşsə bu gözəl tarixi məkanları görmədən dönməyin”¦

Sultan Alaeddin Keykubad tərəfindən Səlcuqlu sarayı yaxınlığında ucaldılan cami Səlcuqlu memarlığının ən möhtəşəm abidələrindən biri kimi hələ də diqqət çəkməkdədi.

1264-cü ildə İkinci İzzəddin Keykavus tərəfindən yapdırılmış İnce Minarə muzeyi hələ də tarixə yoldaşlıq edir.

Karatay çini əsərləri muzeyi, Zazadin hanı burdadı.

Tarixi Alaeddin Təpəsi Səlcuqlu qəzasında yer alıb. Eləcə də Ak Monastr, İnce Minarə. Bu minarə Konyada turistlərin ən çox ziyarət etdikləri abidələrdən biridir.

BURASI AHIRLIDI

Ahırlı qəzası isə ən çox bağçılıq, taxılçılıq təsərrüfatı ilə məşhurdu. Burada bol-bol noxud yetişdirilir. Mərkəzi Seydişəhər ”“ Bozkır şosse yolu üzərində yer alıb.

BU DA KARATAY QƏZASI

Bütövlükdə 24 kəndi birləşdirən Karatay, 8 kəndi əhatə edən, torpaqları May Barajının sularından barınan Ağörən qəzalarını gəzib-dolanmağa zamanmı yetər? Hələ bir Ağşəhər qəzası gözləyir səni; batısından Sultan dağları, Ağşəhər gölüdü əl edən sənə”¦ “Gəl məni seyr et” deyir Adıyan çayı. Bu qəza Xoca Nəsrəddinin yaşadığı bir yer kimi tanınır. Hər il ənənəvi Nəsrəddin Hoca şənlikləri başlanır burda.

HƏR BİRİ ƏZİZDİ, DOÄžMADI MƏNƏ”¦


Altunəkin, Bəyşəhər qəzalarından söz açım sizə”¦ Bəyşəhərin quzeyi Sultan Dağları, doğusu Ərənlər, güneybatısı Dədəgöl dağları ilə çevrələnib. Böyükkörpü və Böyük çayları burdan axıb keçər öz nəğməsiylə. Burada mədən sularının qaynağı boldur.

Bozkır qəzası 10 kəndi bağlayır bir-birinə. Yıldızlı dağları bu səmtdən baxar, güney batısında Esenler dağı”¦ Çerşenbe suyundan içəsən gərək”¦

Cihanbəyli qəzası Cihanbəyli obası, İnsuyu dərəsi, Duz gölüylə çevrələnib. Çəltikli, Dərbənd qəzaları göz çəkir elə. Dərbənd Aladağın ətəyindədi. Dərəbucuq qəzası Dədəgöl, Geyik, Geytan dağlarına söykənib durur. Bağ-bağat yeridi ilkdən, əzəldən. Doğanhisar qəzası səbzə və meyvə məskənidi. Burda mal-qara bəslənər bütün fəsillər.

Əmirqazi, Ərikli qəzaları fabrik, zavod yatağıdı.

Hadim qəzası zəngin meşəsiylə, Göysuyuyla tanınar. Eləcə də Güneysınır, Halkapinar qəzalarında dədə-babadan arpa, buğda, şəkər çuğunduru əkilib-biçilər.

Konyanın İlğın, Kadınhanı, Kulu, Sarayönü qəzalarının hər birinin öz gözəlliyi var. Dəyirmanözü və Bizarözü dərələri, Samsam, Köpek və Kiçik göllər Kulu qəzasının yavrularıdı. Daşkənd qəzası Geyik dağlarına sahiblik edir. Qoyun-keçi sürüləri barı-bərəkəti sayılır hər vaxt. Duzluqçu xəfif düzəngahlar məkanıdı. Mal-qara bəslənir bu gözəl eldə.

KONYA MƏTBƏXİNDƏN SÖZ AÇIM SİZƏ

Süfrələrdən Ərəbaşı, Bamya şorbaları kəm olmaz ki! Tirid bişirərlər, düyün plovu dəmlərlər. Ətrəkmək, Fırın kababı, Sacarası, yoğurt (qatıq) şorbasından dad ki, dadasan”¦ Gözəl mətbəxi var Konyanın.

BURASI BİR ELM OCAÄžIDIR

Konyada Səlcuq, Nəcməddin Erbakan, Karatay, Mevlana, Qida və Tarım Universitetləri kimi tanınmış elm-təhsil ocaqları var. Hər birində müəllimlik edən çoxlu dəyərli dostlarım var. Bu elm-təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrimizin də sayı hər il daha da artır ki, onlar bu gün də, gələcəkdə də qardaş ölkələrimiz arasında bağların daha da möhkəmlənməsinə xidmət edəcəklər.

KONYANIN GÖZ-BƏBƏYİ MERAM

Yetkililər Meramı Anadolunun ən önəmli tarix və mədəniyyət mərkəzlərindən olan Konyanın göz-bəbəyi adlandırır. Tunc dövrünə qədər ulaşan zəngin tarixi ilə Meram bir çox müxtəlif, dəyişən mədəniyyətlərə ev sahibliyi edib.  İbn Battütadan tutmuş Evliya Çələbiyə, İbn Bibiyə qədər bir çox tarixi şəxsiyyətlər Meramla bağlı ən səmimi ürək sözlərini söyləmişlər. Evliya Çələbi Konyanı ziyarət edərkən Meramı Belqraddakı  Valiva, Budın, Sudan, Mora və Alaşəhər kimi mədəniyyət mərkəzləri ilə müqayisə edir. Meram bu təsvirlərdə su, yaşıllıq və tarix qoynu, qucağı kimi qələmə verilir.

Meram kəlməsi “Amac, arzu, hədəf, qayə, mövzu” anlamındadı. Meram şəhər mərkəzindən 8 km-lik məsafədə, batıdakı Loras dağının dik meyilli çılpaq yamacları boyunca Konya yönünə doğru yelpazə kimi açılan bir yaşıllıqlar məkanıdı. Əsl gözəlliyini Səlcuklular zamanında əldə edib. Bu gözəlliklər Karamanoğulları, Osmanlılar və Cümhuriyyət dönəmlərinin quruculuq işlərilə zaman-zaman artıb, çoxalıb. Meramın Mevlanalı və Mevlevili zamanları Səlcuklu başkəndi Konyanın tarixinə unudulmaz xatirələr bəxş etmişdir. Bu məkan o qədər əfsunkardır ki, yüzillərin o başında Konyaya gələn ünlü müsafirlər, bəylər, şahzadələr, sultanlar Meramda qarşılanırdılar. IV Sultan Murad 1637-ci ildə Meram bağlarında dincəlmiş, “Cedidiyye”, “Hadika-i Maarif”, “Sefiyye” adında məktəblər o zamanlarda fəaliyyətə başlamışdı. Yaxşıya, xeyirə doğru dəyişmək Meramın ruhundan, yaşam tərzindən irəli gəlir. Həzrəti Mevlananın özü də bu dəyişmənin, yeniləşmənin bayraqdarı, məsləhətçisi olmuşdu. Bu barədə deyilənlər, hekayət edilənlər saya-hesaba gəlməz. Tək bircəsini yada salmaq kifayət edər ki, bu böyük insanın düşüncə ənginliyinin çevrəsini fəhm edə biləsən”¦

ÜÇ YOLLA GƏLƏRSƏN GƏLSƏN MERAMA

“Meram bir az məkandır, bir az da insan!” söyləyən tarixçi Saim Sakaoğluna ehtiramla “Düz buyurmusunuz, əfəndim, yüzdə yüz belədi!” səslənişimi  boğa bilmirəm. Yenə də unudulmayan xatiratları dinləyib dururam: “Həzrəti Mevlana Hüsaməddin Çələbinin bağında qonaqmış”¦ Sübh çağı bağçada dolaşarkən bülbüllərin nəğmələri Həzrəti Pirin zikrinə qarışır. Məsnəvi şairi də öz səmimi istəyilə bülbüllərin susmasını istər.  Yəni, iki gözəlliyin bir arada olmasına şaşırır, istəmir bülbüllərin xoş cəhcəhi Mevlananın xoş avazını eşidilməz edə. O gün-bu gün, Meramda bülbül ötməz deyirlər”¦” Ancaq Meramda xatirələr birər-birər ötməkdədi və biri o birinin haqqına sahib çıxası da deyil. “Merama üç yolla yetmək olar” deyilməkdədi”¦ Ən qədimi Əski yoldur. Yenisini də eyni adla anırlar; Yeni  yol! Bir də Aşkandan dolaşıb Yakadan keçəndi”¦

Məncə, Meramın bir əbədi, dəyişməz yolu da var ki, o da Könül, Qəlb yoludu.

 Â«SƏNMİ YAŞLISAN, SAQQALINMI?»

Bir gün Mevlana Həzrətləri könül dostlarıyla bərabər Meram məscidindən şəhərə dönürmüş. Qarşılarına çıxan bir rahib onlara baş endirib təzim edir. Mevlana ona ötəri bir nəzər salıb sorur: “Sənmi yaşlısan, saqqalınmı?”

Rahib “Mən saqqalımdan iyirmi il böyüyəm-deyir, ”“ o, daha sonra çıxdı”.

Həzrət Mevlana bu cavabı alınca belə deyir: “Ey zavallı, saqqalın səndən daha sonra çıxdığı halda dəyişdi və kamala yetdi. Sənsə əvvəllər necə idinsə, indi də o cür qalıbsan; qaranlıq və pərişanlıq içində üzürsən. Əgər dəyişməz və olğunlaşmasan, yazıqlar olsun sənə!”

Meramın öz kutsal, pirani keşmişini hifz etməklə bərabər modern şəkildə yeniləşməsi, çağdaş dünyamızın ən üstün dəyərlərinə sahiblənməsi Mevlana nəsihətindən gəlir. Bu dediklərimizə şahid olmaq üçün Mecidiyye Camisi səmtindən Meramın hüsnü-camalına bir baxışlıq göz yetirmək bəs edər. Ya da vaxt tapıb Yeniyol Caddesi boyunca yolçuluq edəsən gərək”¦Meramda hər ağac altı, hər ev bir gözəllik qaynağıdı. Çələbi qonaq evlərinin müsafiri olanlar bu gözəllikləri bir ömür boyunca unuda bilməzlər. “Xamırı, mayası eşqlə yoğrulub Meramın” söyləyənlərin zövqünə əhsən. Yıldız köşkünə bircə gecəlik mehman olanlar bu zövqün hardan gəldiyini daha gözəl duyar, gözəl anlayar. Aşbaz Vəlinin Türbə qapısı önündə necə xatırlamayasan bu olmuşları? Bir göz qırpımındaca xəyalın necə qanadlanmasın yüzilliklərin o biri başına: Dərgahın mutfağında odun tükənibmiş. Aşçı Vəli “Nə yapalım?” deyə Mevlanadan soruşur. O da cavabında ayaqlarını qazanın altına salıb yemək bişirən aşbazın hekayətini nəql edir. Bir az sonra həmin yerdən keçən Mevlana durumu görərkən “vay, atəşbaz, vay!”  deyərək gülümsünür. Aşçı Vəli Şemseddin Yusufun adı o gündən-bu günə “Atəşbaz Vəli” olaraq qalır. 1265-ci ildə haqqa qovuşur, türbəsi Meram yolu üstündədi. O səmtin adı “Aşıklar” deyə anılmaqdadı. Burası bir huzur köşəsidi. Uzaqdan, yaxından gələnlərin qalması, dincəlməsi və ədəbi məclislərə qatılması üçün yanında bir zaviyesi də var. Meramın hər daşından, hər qədəmindən bir Mevlana xatirəsi oyanmaqdadı. Cemal Ali dede Türbəsinin qədim-qayımlığı şahiddi ki, bu deyilənlər doğruların doğrusudu. Cemal Ali Dədənin Mevlananın Lələbəyi, baxıcısı olduğu söylənir. Sultanül-Ulemanın könüldaşları ilə bərabər Konyaya gəldiyi bilinir. Gəlmiş, o böyük şəxsiyyətlərə bir ömürlük xidmət etmiş və haqq dünyasına qovuşmuşdur. Məzar və türbəsi Dürüst səmtindədi. Bu tərəflər 5-6 yüz il əvvəllərə qədər Meramın ən canlı, ən qaynar yeri olub. Yaya yolundan Meram, Göycegiz və Dere səmtinə buradan keçilir. Mevlevi dərvişlərin, Çələbi həzrətlərinin xatirəsi, ruhu burada uyumaqdadı. Cemal Ali məscidinin bir adı Dədəbağı, bir adı da Təkkəbağı məscididi. Bir az yorğun-arğın görünməyi var. Yeddi sərdabədən biri Dədəyə, digərləri yaxınlarına aiddi.
Похожие новости
01:00, Сегодня
Стало известно время проведения матча за мировую шахматную корону
00:59, Сегодня
В прошлом году в Иране казнили почти 800 человек - ВИДЕО
00:27, Сегодня
Великобритания направит в Польшу истребители Typhoon в 2025 году
00:16, Сегодня
Помощника депутата Европарламента задержали за шпионаж в пользу Китая
00:07, Сегодня
Пентагон призвал Ирак обеспечить безопасность американских сил в республике
23 Apr 2024 | 23:01
Германия поддерживает Азербайджан и Армению на пути к достижению прочного мира
23 Apr 2024 | 22:54
Директор "Интера" объявил о подписании иранского футболиста
23 Apr 2024 | 22:45
Глава МИД Нигера обсудил с послом США вывод американских войск из страны
23 Apr 2024 | 22:42
Замминистра обороны РФ задержали по подозрению в получении взятки
23 Apr 2024 | 22:29
Армянская полиция начала задерживать активистов, перекрывших трассу в Тавушской области - ВИДЕО
23 Apr 2024 | 22:15
СМИ: Немецкие школьники стали массово переходить в ислам
23 Apr 2024 | 22:07
Временно закрыта одна из остановок скоростного поезда Баку - Агстафа
23 Apr 2024 | 21:53
На митинге в Армении сожгли флаги Азербайджана и Турции - ВИДЕО
23 Apr 2024 | 21:52
Армен Григорян пропустит саммит высокого ранга в России
23 Apr 2024 | 21:42
Латвия откажется от изучения в школах русского языка как второго иностранного
23 Apr 2024 | 21:41
В МИД России заявили о необходимости согласования мирного договора между Баку и Иреваном
23 Apr 2024 | 21:32
Первого ребенка, родившегося в Ханкенди, назвали в честь Верховного главнокомандующего
23 Apr 2024 | 21:31
Ученые ввели новый цвет для шкалы предупреждения об опасной жаре
23 Apr 2024 | 21:30
В Баку охранник спортзала украл из кассы 12 000 манатов - ВИДЕО
23 Apr 2024 | 21:17
СМИ: Уровень пессимизма среди германской молодежи побил рекорд
23 Apr 2024 | 21:15
Экс-посол Великобритании: С нетерпением жду завтрашней поездки в Лачын
23 Apr 2024 | 21:11
В Ханкенди задержан мужчина, скрывавший оружие от полиции
23 Apr 2024 | 21:10
Еще не представленный смартфон Google появился в продаже в Африке - ВИДЕО
23 Apr 2024 | 21:08
Жителям Молдовы напомнили о штрафах за георгиевскую ленту
23 Apr 2024 | 21:03
Протестующих против демаркации границы с Азербайджаном армян разогнали-(видео)
23 Apr 2024 | 20:51
Награждены победители чемпионата Азербайджана по волейболу - ОБНОВЛЕНО + ФОТО
23 Apr 2024 | 20:42
В Сумгайыте мужчина выбросился с пятого этажа больницы
23 Apr 2024 | 20:37
Труп пропавшей в Шекинском районе женщины найден в реке - ФОТО
23 Apr 2024 | 20:33
В Швеции провели крупную антинаркотическую операцию, изъято около 1,4 тонны кокаина
23 Apr 2024 | 20:32
Президент Ильхам Алиев пригласил премьер-министра Норвегии на COP29
23 Apr 2024 | 20:26
Эчмиадзин против дружбы народов и за территориальные претензии
23 Apr 2024 | 20:21
Стали известны призовые сборной Грузии в случае выхода из группы на ЧЕ по футболу
23 Apr 2024 | 20:18
В Армении гонят прочь росмиротворцев
23 Apr 2024 | 20:12
Ливень вызвал ряд негативных последствий в Шамахинском районе - ОБНОВЛЕНО + ФОТО
23 Apr 2024 | 20:12
Семье родившегося в Ханкенди ребенка выделили квартиру - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
23 Apr 2024 | 20:05
Вынесен приговор мужчине, совершившему развратные действия в отношении школьницы
23 Apr 2024 | 20:03
Генсек НАТО не считает нынешний период предвоенным
23 Apr 2024 | 19:57
Глава МАГАТЭ предрек скорейшее создание Ираном ядерного оружия
23 Apr 2024 | 19:56
В Баку незаконно заняли тротуар под парковку - ВИДЕО
23 Apr 2024 | 19:50
Азербайджанский флаг взвился над освобожденным газахским селом (видео)
23 Apr 2024 | 19:38
Президент: Некоторые страны начали холодную войну против Азербайджана
23 Apr 2024 | 19:31
В Товузе стартовали ремонтные работы на ж/д станции
23 Apr 2024 | 19:24
В Бардинском районе похитили 23-летнюю девушку? - ОБНОВЛЕНО
23 Apr 2024 | 19:23
Оборонная промышленность Великобритании переходит на «военные рельсы»
23 Apr 2024 | 19:18
Австралийский премьер «наехал» на Маска
23 Apr 2024 | 19:16
В Евросоюзе планируют отключить TikTok Lite
23 Apr 2024 | 18:41
Еще на одном столичном проспекте прокладываются велосипедные дорожки
23 Apr 2024 | 18:35
В Азербайджане мужчина записал убийство жены - ПОДРОБНОСТИ
23 Apr 2024 | 18:23
В Товузе компания оштрафована на крупную сумму за нарушение трудовых прав
23 Apr 2024 | 18:08
В Губадлы после капремонта передан в пользование жилой дом - ФОТО/ВИДЕО
23 Apr 2024 | 17:51
Недовольство ролью США в мире увеличилось
23 Apr 2024 | 17:49
В освобожденном Ханкенди родился первый малыш - ФОТО
23 Apr 2024 | 17:47
Пашиняна обвинили в нагнетании напряженности в Тавушской области
23 Apr 2024 | 17:25
В Барде 45-летний мужчина похитил молодую девушку с целью женитьбы
23 Apr 2024 | 17:23
В Иране полиция нравов начала брать взятки с женщин - ФОТО
23 Apr 2024 | 17:14
В Баку на объекте по продаже мучных изделий выявлены недочеты - ФОТО
23 Apr 2024 | 17:05
Евро-2024: среди арбитров турнира скандальный турецкий рефери - ФОТО
23 Apr 2024 | 16:47
Парламент Великобритании принял закон о депортации беженцев
23 Apr 2024 | 16:29
Армия Израиля заявила о ликвидации двух командиров "Хезболлы"
23 Apr 2024 | 16:25
Футболиста сборной Ирана дисквалифицировали за объятия с болельщицей во время матча - ВИДЕО
23 Apr 2024 | 16:06
Блинкен раскритиковал Израиль за нарушение прав человека
23 Apr 2024 | 15:53
Стали известны подробности в связи с суицидом девушки в Шамкирском районе
23 Apr 2024 | 15:45
Закон о создании искусственных земельных участков на Каспии вызвал споры в Милли Меджлисе
23 Apr 2024 | 15:35
Гвардиола может вернуться в "Барселону"
23 Apr 2024 | 15:22
Расходы на восстановление освобожденных территорий Азербайджана выросли на 5%
23 Apr 2024 | 15:21
Жозе Моуринью назвал матч, изменивший направление его карьеры
23 Apr 2024 | 15:17
Глава МИД Азербайджана встретился с премьер-министром Чехии - ФОТО
23 Apr 2024 | 15:14
Дорожная проблема поселка Бинагади: 20 "неудобных" лет - ВИДЕО
23 Apr 2024 | 15:13
В сводном бюджете Азербайджана образовался профицит в размере более 3 млрд манатов
23 Apr 2024 | 15:12
Президент: Экономика Азербайджана демонстрирует устойчивый рост даже в условиях кризиса
23 Apr 2024 | 15:11
Президент: Поддерживаем тесные партнерские отношения со странами ЕврАзЭС, за исключением Армении
23 Apr 2024 | 15:05
Хикмет Гаджиев: Азербайджанская сторона положительно оценивает итоги визита Президента Ильхама Алиева в Россию
23 Apr 2024 | 14:58
ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с самоубийством подростка в Астаринском районе - ОБНОВЛЕНО + ФОТО
23 Apr 2024 | 14:56
Прогноз погоды в Азербайджане на 24 апреля
23 Apr 2024 | 14:46
Обвиняемый в организации уклонения граждан от военной службы предстанет перед судом
23 Apr 2024 | 14:39
Ильхам Алиев: COP29 является проявлением большого уважения международного сообщества к АР
23 Apr 2024 | 14:37
ОЗА осудила попытки Армении ограничить деятельность гражданского общества и свободу слова
23 Apr 2024 | 14:37
В Азербайджане мужчина целится из пистолета в проезжающие машины? - ВИДЕО
23 Apr 2024 | 14:32
Талибы захватили расположенный в Кабуле дом афганского посла в Таджикистане
23 Apr 2024 | 14:29
В ООН раскритиковали британский закон о высылке нелегальных мигрантов в Руанду
23 Apr 2024 | 14:19
В Евлахском районе расследуется хищение в крупном размере в яслях-детском саду
23 Apr 2024 | 14:13
Федерации гимнастики Азербайджана и Багамских островов подписали меморандум
23 Apr 2024 | 14:12
Эльнур Мамедов в Международном суде: В Армении идеи Нжде живы на официальном уровне
23 Apr 2024 | 14:10
В Азербайджане предлагается запретить электронные сигареты
23 Apr 2024 | 13:49
МЧС: В Гяндже снесена незаконная постройка - ФОТО/ВИДЕО
23 Apr 2024 | 13:39
Сегодня день памяти Анара Мамедханова
23 Apr 2024 | 13:37
Английский клуб требует 120 млн евро за погибшего игрока
23 Apr 2024 | 13:31
Дорожная полиция предупредила водителей автобусов - ФОТО/ВИДЕО
23 Apr 2024 | 13:25
Турция отмечает День национального суверенитета и детей - ВИДЕО
23 Apr 2024 | 13:22
Эльнур Мамедов: Обращение Азербайджана в Международный суд относится к сути CERD, в отличие от иска Армении
23 Apr 2024 | 13:19
В столичном кафе совершена крупная кража
23 Apr 2024 | 13:13
В Баку оштрафованы лица, продававшие табачные изделия школьникам - ФОТО/ВИДЕО
23 Apr 2024 | 13:11
20-летняя девушка совершила суицид в день, когда была намечена ее свадьба - ОБНОВЛЕНО
23 Apr 2024 | 13:05
Стали известны некоторые подробности в связи с самоубийством подростка в Астаринском районе - ОБНОВЛЕНО + ФОТО
23 Apr 2024 | 13:02
В этом году из оборота изъяты наркотики на общую сумму более 51 млн манатов
23 Apr 2024 | 12:58
Напряженная обстановка в Тавуше: автомобиль "Еркрапа" наехал на демонстрантов - ВИДЕО
23 Apr 2024 | 12:55
В Шамкирском районе резко подешевели огурцы
23 Apr 2024 | 12:54
Армянскую рабочую группу по делимитации покинули два человека: Встречи с правительством были неэффективными
23 Apr 2024 | 12:47
Очередная группа бывших вынужденных переселенцев прибыла в Физули - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
23 Apr 2024 | 12:44
Мужчина избил сестру, отругавшую его малолетнего ребенка - СУД
ЕЖЕДНЕВНО
23 Apr 2024 | 05:01
На платной дороге Баку - Губа произошла авария: пострадали граждане России - ФОТО
23 Apr 2024 | 07:35
Великобритания выделит Украине пакет военной помощи на $617 млн
23 Apr 2024 | 05:13
Помощи США недостаточно для наступления ВСУ – СМИ
23 Apr 2024 | 03:33
В КНДР проведены ядерные учения
23 Apr 2024 | 07:40
Госдепартамент: В Иране этнические азербайджанцы подвергаются дискриминации
23 Apr 2024 | 07:56
Жительница Физули: Нашей радости нет предела
23 Apr 2024 | 02:37
Аэропорты Стамбула за три месяца обслужили свыше 27,1 млн пассажиров
23 Apr 2024 | 04:25
Премьер-министр Грузии посетит с визитом Венгрию
23 Apr 2024 | 08:10
В Баку автомобиль врезался в бетонное ограждение, есть раненый
23 Apr 2024 | 06:36
В Физули отправлена очередная группа бывших вынужденных переселенцев - ВИДЕО
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
Ежемесячно
23 Apr 2024 | 05:01
На платной дороге Баку - Губа произошла авария: пострадали граждане России - ФОТО
23 Apr 2024 | 07:35
Великобритания выделит Украине пакет военной помощи на $617 млн
23 Apr 2024 | 05:13
Помощи США недостаточно для наступления ВСУ – СМИ
23 Apr 2024 | 03:33
В КНДР проведены ядерные учения
23 Apr 2024 | 07:40
Госдепартамент: В Иране этнические азербайджанцы подвергаются дискриминации
23 Apr 2024 | 07:56
Жительница Физули: Нашей радости нет предела
23 Apr 2024 | 02:37
Аэропорты Стамбула за три месяца обслужили свыше 27,1 млн пассажиров
23 Apr 2024 | 04:25
Премьер-министр Грузии посетит с визитом Венгрию
23 Apr 2024 | 08:10
В Баку автомобиль врезался в бетонное ограждение, есть раненый
23 Apr 2024 | 06:36
В Физули отправлена очередная группа бывших вынужденных переселенцев - ВИДЕО
Писатели