"O məndən tələb etdi ki, Xoşqədəmi efirdən uzaqlaşdırım" - MÜSAHİBƏ
Читать: 1928
08 Oct 2015 | 21:10
Moderator.az saytı  ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayevin APA-ya müsahibəsini təqdim edir:

- 30 sentyabr - 5 oktyabr aralığında ANS telekanalında yayımlanan 3 veriliş Şura tərəfindən qapadıldı və telekanal xeyli miqdarda cərimələndi. Siz isə bildirdiniz ki, verilişləri özünüz qapadacaqdınız. Ümumiyyətlə, verilişlər ANS-ə xəbərdarlıq edilmədən qapadılıb?

- Yox, təbii ki. “Sən tək deyilsən” və “Xoşqədəmlə Axtarıram səni” verilişlərinin bağlanmasının rəsmiləşdirildiyi iclasa da mən məchul vəziyyətdə getdim. Ən azı mənə deyilə bilərdi ki, sabah bu iki verilişin bağlanması məsələsi qoyulur. Bu baş vermədi. Mənə sentyabr ayının 29-u axşam zəng vurdular və dedilər ki, sabah, yəni ayın 30-da qurumun iclasında olmalıyıq.

Bir neçə dəfə soruşdum, hətta Nuşirəvan Məhərrəmliyə, Qafar Cəbiyevə, Toğrul Məmmədova dəfələrlə zəng vurdum, heç olmaza desinlər ki, sabah nəyi müzakirə edəcəklər, amma dövlət sirri kimi qoruyub saxladılar. Bəlkə səbəbi desəydilər, biz də deyərdik ki, xanımlar və cənablar, müzakirəsinə hazırlaşdığınız layihələr başqa kanalda olduğu kimi bizdə də artıq bağlanıblar və Yaradıcılıq Şurasının qərarı ilə oktyabr ayının 5-dən efirdə olmayacaqlar.

Niyə 5-dən, ona görə ki, bu JEK deyil, müfəttişi yaxşı yola salmadığına görə bağlanmağa məhkum edilmiş iaşə obyekti deyil, bu televiziyadır. Onun öz qayda-qanunu var, proqram siyasəti, verilişin dramaturgiyası, onun bədii silsiləviliyi, tamaşaçı və digər əlaqəli qurumlar qarşısında götürdüyümüz öhdəliklər var. Və ona görə də biz layihəni efirdən məhz oktyabrın 5-də çıxarmışdıq. Amma mən MTRŞ-nın iclasına gələndə artıq Şura öz işini görmüşdü.

Mənə sadəcə olaraq rəsmən bildirdilər ki, bu gündən etibarən verilişi bağlamaq qərara alınıb, mən də izah etdim ki, bizim ”“yaradıcı qrupun müraciəti əsasında bağladığımız verilişi iki gün daha tez bağlamaq barədə qərar çıxarmaq mənasız iş olardı, ona görə də gəlin layihələrin ayın 5-də bağlanması ilə razılaşaq.

Razılaşdılar və mən iclası tərk etdim. Kifayət qədər normal, hətta bəzi məqamlarda ifrat normal fonda keçən toplantıdan sonra məni xoşagəlməz sürpriz gözləyirmiş. Nuşirəvan Məhərrəmli iclasın yekunu barədə çıxardığı qərarı dərc etməklə bütün bu səmimiyyətin, hətta ifrat səmimiyyətin üstündən xətt çəkdi! ANS-in ünvanına elə ittihamlar, elə ağır yarlıqlar yapışdırılmışdı ki...

Ümumiyyətlə, MTRŞ fəaliyyətə başlayandan ANS-lə mübarizə aparıb. Və bəzən mənə elə gəlir ki, MTRŞ elə düşünür ki, o elə ANS-lə mübarizə aparmaq üçün yaradılıb.

Onun yanaşmasında qeyri-normal cəhətlər var. Əslində bu qurum bütün kanallara eyni gözlə baxmalı, Azərbaycanın efir məkanında işləyənlər MTRŞ-nı bütün kanallarla eyni cür davranan tərəfsiz dövlət tənzimləyicisi kimi tanımalıdır. Amma çox təəssüf ki, bu belə deyil və MTRŞ yalnız ANS-i qaralamaqla məşğuldur. Nuşirəvan Məhərrəmlinin MTRŞ sədri kimi bütün fəaliyyəti boyu çıxardığı qərarlara, verdiyi cəzalara baxın. Elə bil ki ANS ona "eksperiment dovşanı" kimi lazımdır. Bəzən qanuna əsaslanaraq cəzalandırıb, bəzən sadəcə cəzalandırıb və cəzalandırdığı səbəblərin qanunda olmadığını görüb və bunu qanun halına salıb ki, “Qanunda boşluq var idi...” Qısası, MTRŞ ANS-ə həmişə qərəzli yanaşıb və sanki rəqib kanallardan biri və əlində inzibati rıcaqlar olan biridir.

Başqa rəqiblərlə, yəni mövcud kanallarla mübarizə aparmaq asandır, burda nə var ki... Amma məhz MTRŞ kanalı ilə mübarizə aparmaq qeyri-mümkündür. Ona görə ki, o həmişə qurşaqdan aşağı oynayır... Və addımlarını dövlət adından atır. ANS-in ifrat cərimələnməsi də bu faktordan qaynaqlanır.

MTRŞ-nın sədri, ümumiyyətlə, verdiyi qərarlarda obyektiv hüquqi şəraitə və ya qanuna yox, əksər hallarda subyektiv mövqeyə əsaslanır. Məsələn, N. Məhərrəmli “Cəmiyyət bilməlidir ki, MTRŞ fəaliyyətə başladığı ilk gündən efirdəki bayağılığa, şitliyə, süni qalmaqallara qarşı ciddi mübarizə aparıb”-deyəndə mən bilmirəm fikir verirsinizmi, bu cümlə çox səthi, hər yerindən ən amansız tənqidə layiq yüngül bir ifadədir.

Axı bayağılıq, şitlik hüquqi sözlər deyil, Nuşirəvan Məhərrəmlinin xoşuna gələn verilişləri də bir başqası bayağı və şit hesab edə bilər.

Məncə, bu qurum qanuna əsaslanmalıdır, özünün zövqünə yox. MTRŞ sədri deyir ki, cəmiyyət ondan bu tip verilişlərə, ümumiyyətlə, özəl telekanallarda yayımlanan bayağı verilişlərə qarşı mübarizə aparmağı tələb edir. Lakin MTRŞ-nın səlahiyyətləri o dərəcədə deyildi ki, həmin verilişləri bağlasın.

Bu fikrin də arxasında heç nə dayanmır. Əslində biz iddia edə bilərik ki, cəmiyyət bizdən məhz MTRŞ-nın bağladığı verilişlər kimi layihələri tələb edir. Ona görə ki, reytinqlər var, ANS-in qapısında bu saatın özündə də növbə gözləyən, öz dərdinin, probleminin əlindən tutub bizə üz tutub gələnlərin böyük bir siyahısı var. Onun cəmiyyət bizdən bunu tələb edir deməsi guya zəhmətkeşlərdən teleqramlar alan sovet məmurlarının öz antixalq qərarlarını əsaslandırmaq üçün əl atdığı bəhanəyə bənzəyir. Akademik Saxarov sağ olsaydı soruşardı: “O teleqramlardan heç olmasa birini bizə göstərə bilərsinizmi?” 

Nuşirəvan Məhərrəmli, onun “peşəkarları” JEK, əmtəəşünas bacarıqları ilə bizə rəsmən bildirirlər ki, guya bağlanan verilişlərdə kimlərinsə işgüzar nüfuzu, ləyaqəti təhqir olunub, adama deməzlər ki, bir nəfər belə bu verilişləri, haqqında bəhs olunan aparıcı Xoşqədəm Hidayətqızını məhkəməyə verməyibsə, onlar nəyin əsasında belə yalan danışa bilirlər?!

MTRŞ sədri özünə belə ifadələri rəva bilməməlidir: "ANS kanalı Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalıdır və bu onun sifətidir”. Bu əsl məhkəməlik bəyanatdır və Nuşirəvan Məhərrəmli milyonlarla Azərbaycan tamaşaçısını, ilk növbədə burda çalışan bacılarını təhqir etdiyini bilməli və anlamalıdır ki, buna görə cavab vermək lazım gələcək. Bu böyük Heydər Əliyevin həmişə inandığı, son müsahibəsini etibar etdiyi, prezident İlham Əliyevin bel bağladığı, özü də uzaq keçmişdə deyil, elə ötən il bütün kollektivini qəbul edərək nümunə göstərdiyi bir kanalı, dolayısı ilə həmin şəxslərin mövqeyini təhqirdir.

- Sizcə, ANS telekanalı Qarabağla, Azərbaycan həqiqətləri ilə bağlı gördüyü işləri çox qabartmır?

- Biz heç vaxt bu xidmətlərimizi xüsusi qabartmırıq. Və Sizə də çox təşəkkür edirik ki, ANS-in döyüş keçmişini unutmursunuz. Nuşirəvan Məhərrəmlinin bunu unutması isə təbiidir. Çünki mən bilmirəm ki, biz o zaman həyatımızla, qardaşlarımızın həyatı ilə risk edəndə, şəhid verəndə Nuşirəvan Məhərrəmli harda idi? Mən də eyni müvəffəqiyyətlə Nuşirəvan Məhərrəmlini təhqir edə bilərəm, amma mən ailə, ANS tərbiyəsi görmüşəm.

Yaxşıdı ki, biz onunla bir döyüşdə olmamışıq. Yoxsa Allah bilir indi kim harda idi?!! Bir də ki, Nuşirəvan Məhərrəmli öz aləmində kinayə ilə "Vahid Mustafayev tipli" ifadəsini işlədir. Bununla nə demək istəyir? Yəni Vahid Mustafayev kimi olmaq düz deyil? Yəni belə olmaq istəməsin heç kim?

Yəni Qarabağ döyüşlərini lentə almaqla tarixə həkk etmək, yaralanmaq, veteran olmaq, “Xoca”, "Qanlı Yanvar" filmlərini çəkərək millətini və dövlətini dünyada ən yüksək dəyərlərə layiq şəkildə təqdim etmək, ANS kimi dəqiq qərəzsiz və vicdanlı, rüşvətdən uzaq bir qurum yaratmaq pis işdir?! İndi Nuşirəvan Məhərrəmli bizi 90-cı illərin ab-havası ilə yaşamaqda ittiham edir. Bəli, ANS həmişə 90-cı illərin ovqatını özündə saxlayır.

Ona görə ki bu mübarizə, işğalçı ilə üz-üzə dayanmış insanların həmişə özündə daşıdığı ovqatdır. Biz həmişə hesab edəcəyik ki, həyətdə 90-cı ildir və bizim torpaqlarımız işğal altındadır, müstəqilliyimizə qəsd etməyə amadə dövlətlər var, “döyüş alın yazımızdır!". O ki qaldı, ANS-ə o dövrdə böyük imkanlar yaradılmasına, Nuşirəvan Məhərrəmlinin bu bəsit düşüncəsini bir az silkələməyə çalışım. O dövr Sovet dövrü idi. Azərbaycan heç özü müstəqil deyildi və heç kim bizə imkan yaratmamışdı, o zaman da biz sovet Nuşirəvanları ilə mübarizə apararaq fəaliyyət göstərirdik. O dövrdə də hər şey belə rahat deyildi, həbs edilirdik, Şüvəlan həbsxanasına atılırdıq, döyülürdük...

Şükürlər olsun ki o dövrün şahidləri var. Amma Sovet İttifaqı rəhbərliyinin qadağa qoyduğu Heydər Əliyevin müsahibəsini Allah bilir hansı əziyyət bahasına çəkib efirə verirdik”¦ Yəni hər zamanın Nuşirəvan Məhərrəmlisi olub. Sadəcə, bizim o Nuşirəvanlar şəxsi maraq və qulluq mövqeyinə yox, Sovet qanunu olsa da hər halda mövcud qanuna əsaslanırdılar. Yəni “Salam, Azərbaycan”ı Nuşirəvan Məhərrəmlinin sadəcə kadrını göstərdiyinə görə 10 gün bağlamaq o zamanın ağıllı məmurlarının ağlına gəlməzdi. Təsəvvür edirsiniz? N. Məhərrəmli bir televiziya layihəsini yalnız ona görə bağlamaq qərarına gəlir ki, burda onu göstəriblər. İndi bu məntiqi inkişaf etdirək. Müxbir polisi tənqid etməməlidir ki, onu sabah polis tutub aparacaq, səhiyyə sistemini tənqid etməməlidir ki, həkim onu müayinə etməkdən imtina edəcək. 

- Cərimələrin miqdarı barədə nə deyə bilərsiniz?

- Cərimələr adekvat deyil. Biz də öz monitorinqlərimizi aparırıq və bu yaxınlarda məhkəməyə təqdim edəcəyik. Azərbaycanda bu sahədə ən az qanun pozuntusu elə ANS-dədir. Vaxtı çatanda bu sahədəki vəziyyəti əks etdirən məlumatları ictimailəşdirəcəyik. Amma onu da deməliyəm ki hətta kanallarda belə şeylər olubsa, bu Nuşirəvan Məhərrəmlinin icazəsi olmadan baş verməyib.

Dəfələrlə Nuşirəvan Məhərrəmli toplantılarda deyib ki, mən Sizə mövcud qanunları pozub əlavə reklam verməyə icazə verirəm. Biz yaxşı anlayırdıq ki bu qeyri-rəsmi “icazə"nin altında hansı məqsədlər var. MTRŞ son zamanlar tez-tez Prezidentin ona verdiyi səlahiyyətlərə istinad edir və hədələyir: “Bağlayacağıq, asacağıq, kəsəcəyik!” Bu ona oxşayır ki, uzun müddət silah gəzdirsə də atəş açmağa icazəsi olmayan birisinə qəflətən aydın olur ki, qanuna görə silahdan istifadə edə bilər və bundan sonra yeri gəldi-gəlmədi atəş açmağa başlayır.

N. Məhərrəmli MTRŞ sədri olsa da, hələ də TV-ni bilmir və başa düşmək istəmir ki, şou televiziyanın əslində mahiyyətidir. “Şou” Azərbaycan dilinə ingiliscədən elə “göstərmək” kimi tərcümə olunur. N. Məhərrəmli isə bizə "şou"nu, yəni göstərməyi qadağan edir. Hər şey bu qədər bəsit. Dünya televiziyası artıq format etibarilə dəyişir, indi rəsmi xronika televiziyası zamanı deyil, belə verilişlərə tamaşaçı baxmır. N. Məhərrəmlinin bizə tez-tez misal çəkdiyi Rusiya TV-lərində də Malaxovsayağı layihələr aparıcı yer tutur.

Qordon öz siyasi layihəsini buraxdı, artıq qadın-kişi, ailə-məişət mövzusunda tok-şoular aparır. Biz göstərməsək də, camaat buna baxacaq. Sadəcə, peyk vasitəsilə və başqa ölkələrin kanallarında. MTRŞ özünün dar çərçivəsindən çıxmalı bu proseslərə daha geniş baxmalıdır. O, bizim sosial layihələrə baxıb əsəbiləşməməli, onları bağlamamalı, əksinə o layihələrin daha maraqlı və keyfiyyətli olması üçün treninqlər və təlimlərin keçirilməsi təklifi ilə çıxış etməlidir. Hələ ki Nuşirəvan Məhərrəmli ancaq gücünü göstərir. Gördük. İndi də ağlını göstərsin bu qurum.

Və nəhayət, biz heç kimi arxamızca aparmalı deyilik. Yoxdu belə bir televiziya hədəfi. Bu sovet zamanında idi. Televiziya təbliğat vasitəsi idi. İndi tv şou və informasiya vasitəsidir. O cümlədən sosial şou və informasiya vasitəsi. Siyasi şoulardan daha çox sosial şoular baxılır. Bu tendensiyanın qarşısını heç kim ala bilməz. Ən azı ona görə ki, prezident İlham Əliyevin təbirincə desək, internet var, youtube var. Camaat özü çəkib hara lazımdırsa, orda yerləşdirəcək. Bu yaxınlarda xüsusilə N. Məhərrəmlinin oxuması üçün bir məqalə yazacağam. Bilməmək eyib deyil, bilməyib soruşmamaq eyibdir. 

- Siz MTRŞ-nin o toplantılarında iştirak etmisiniz. Bu fikirlərinizi, arqumentlərinizi orda səsləndirmədiniz ki?

- Mən həm “Sən tək deyilsən” və “Xoşqədəmlə Axtarıram Səni” layihələrinin bağlandığı, həm də “Salam, Azərbaycan!” verilişinin bağlanması ilə nəticələnən toplantıda soyuqqanlı idim. Hər iki toplantıda sakit idim. Birinci iclasdakı davranışımdan sonra guya mənim içəridə mum, bayırda isə aslan olmağım barədə Allaha təvəkkül yazılanlar sadəcə gülüncdür. Mən ilk iclasdan belə yanaşma gözləmirdim.

Amma ikinci toplantıda qarşımda dost yanaşması görmədim və mən də ”səni sevəcəyəm sən sevməsən də" deyə oxumadım! Bu ən azı anlaşılan olmazdı. Mənə MTRŞ nifrətlə baxırdı. Əsəbdən çənələri əsirdi”¦ Mən anlamıram, axı "verilişlər saxta ssenarilər əsasında hazırlanır" nə deməkdir? Verilişlərin ssenariləri jurnalistin təxəyyülünə əsaslanmalıdır. Və bu heç də həmişə gerçəyə söykənmir. BBC dinozavrlardan sənədli film çəkib, Nuşirəvan Məhərrəmli bunu bilmir? Yoxsa elə bilir ki həmin filmi o günlərin şahidlərinin ssenarisi əsasında çəkiblər?

- Bu mübahisənin mahiyyətində Nuşirəvan Məhərrəmli ilə Xoşqədəm Hidayətqızı arasında şəxsi qalmaqalın dayandığını demisiniz? Özünüz bu dediyinizə inanırsınız?

- Çox təəssüf ki, bu, belədir. Hər şey onun Xoşqədəm xanımla şəxsi münasibətləri ilə başladı. O məndən tələb etdi ki, onu efirdən uzaqlaşdırım. Mən ona etiraz edəndən sonra məsələ artıq Sizin müşahidə etdiyiniz şəkli aldı. Çox təəssüf edirəm ki, şəxsi məsələ bu həddə çatdı. Düşünürəm ki, MTRŞ-nin ya məsələlərlə yanaşma tərzi dəyişməlidir, ya da N. Məhərrəmli başda olmaqla bu qurumun üzvləri.

- Nuşirəvan Məhərrəmli deyir ki, o, Sizə Xoşqədəm xanımın verilişində quraşdırılmış səhnələrin olması barədə faktları göstərib... 

- Bir dəfə Nuşirəvan Məhərrəmli Xoşqədəm Hidayətqızını və məni yanına dəvət etdi. Mən getdim və bu zaman Xoşqədəm xanımla bağlı hazırlanmış bir verilişi mənə göstərdi. Və sonda bildirdi ki, belə verilişdən sonra belə adamların gərək ayağı efirə dəyməməlidir. Əslində televiziya şərtilikləri sevir və bu baxımdan burada da elə bir qəbahət yox idi. Xoşqədəm xanım verilişi maraqlı etmək üçün adətən xüsusi musiqiyə müraciət edir, verilişin ssenarisinə publisistik müdaxilələri olur, bəzən hətta quraşdırılmış səhnələrə yol verir ki, televiziya üçün bu normal haldır. N. Məhərrəmli isə görünür bunu bilmədiyindən və ya buna hələ öyrəşə bilmədiyindən əsəbiləşmişdi. Mən sakit tərzdə baxdım və görəndə ki, Nuşirəvan Məhərrəmli çox əsəbiləşib, sadəcə soruşdum ki, maraqlıdır belə bir verilişi Xoşqədəm xanımın köhnə kanalı efirə neçə buraxırmış”¦ Vəssalam. Çünki orda tədbir görüləsi bir şey yox idi. 

- Siz, doğrudanmı, MTRŞ-dan milli-mənəvi dəyərlərin tərifini istəmisiniz?

- Bəli, biz Nuşirəvan Məhərrəmlidən mili-mənəvi dəyərlərin siyahısını və tərifini istəmişik. İndi də istəyirik. Çünki bu qurumun işi şəxsi rəy və fərdi zövqün bu və ya digər telekanala müncər edilməsi olmamalıdır.

Nuşirəvan və Mir Şahin fərqli zövqlərə malik insanlardır və bu təbiidir. Məsələn, mən Slavomir Mrojeki sevə bilərəm, Nuşirəvan Mirzə İbrahimovu. Mən “Sveca qorela”-ya qulaq asa bilərəm, Nuşirəvan “Tarla qızları”na. Amma əlimizdə qanun olanda biz bu sənədə istinad edirik və istinad etdiyimiz sənəd bizim zövqümüzü arxa plana atır.

İndiki halda Nuşirəvan Məhərrəmli məndən Pasternakı Mirzə İbrahimova dəyişməyi tələb edir. Bu doğru deyil. Mən verilişi yalnız ona görə bağlamalı deyiləm ki, bu N. Məhərrəmlinin xoşuna gəlmir.

Ona qalmış olsa, onun xoşu da, ümumiyyətlə, mənim xoşuma gəlmir. Amma görürsünüz ki, səhv də verilsə, böyük yanlış da olsa biz MTRŞ-nın "Salam, Azərbaycan!”ın 10 günlük dayandırılması barədə qərarını icra edirik. Məhkəməyə isə mütləq verməliydik və verdik. “Sən tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni! layihələrini isə biz özümüz bağlamışıq. Və qərarın da ləğv edilməsi üçün məhkəməyə müraciət etmişik. Bizim bağladığımız verilişi niyə MTRŞ öz qərarıyla cəza tədbiri kimi cəmiyyətə təqdim edir? Bu layihələri biz bağladıq və səbəbini də biz bilirik.

- Bundan sonra necə edəcəksiniz?

Biz çalışırıq ki, Prezidentimizin, Baş Komandanımızın qarşımıza qoyduğu məsələləri həll edək. Doğrudan da İlham Əliyevin fədakar siyasəti nəticəsində bu gün Azərbaycan nüfuzlu, qüdrətli bir dövlətə çevrilib. Biz də imkanlarımız çərçivəsində bu inkişafda iştirak etməyə çalışırıq, Azərbaycanın müsbət imicini təsdiqləmək və bu imicin təbliğat manerası yox, artıq dövlətin gerçək sifəti olduğunu izah etmək üçün çalışırıq.

Amma belə məmurlar öz düşünülməmiş hərəkətləri ilə ANS-in vuruşduğu qüvvələrin əlinə kart-blanş verir, bizim mübarizə imkanlarımızı məhdudlaşdırır. Özü də bunun məhz Azərbaycanda parlament seçkiləri ərəfəsində edilməsi də bizi çox məyus edir.

Bir sıra xarici mətbuat orqanları ANS-ə dövlət tərəfindən təzyiqlər haqda danışmağa başlayıb. Doğrudur, biz 72 ölkəni özündə birləşdirən ENEX və nüfuzlu EBU kimi nəhəng telebirliklərin üzvü kimi belə xəbərlərin yayılmasının qarşısını alırıq. Yəqin müşahidə edirsiniz ki, bir jurnalist 15 sutkalıq həbs olunanda belə çaxnaşan beynəlxalq media bu gün ANS-in ən populyar layihələrinin bağlanması ilə bağlı susur. Bu bizim xidmətimizdir. Çünki bilirik ki, N. Məhərrəmlinin şəxsi qərəzliyi nəticəsində yaranmış xoşagəlməz vəziyyətdən dövlətimiz əziyyət çəkməməlidir.

Sadəcə MTRŞ ANS üçün bir sıra məqamlara görə əlverişsiz şərait yaradıb. Məsələn, tariximizdə diqqət yetirsəniz görərsiniz ki, ANS seçki kampaniyasında iştirak etməməyi barədə xüsusi bəyanatla çıxış edirdi.

Kiçik bir şəxsi məsələyə görə MTRŞ-nın bu boyda hay-küy qaldırmasından sonra isə bizim belə bir bəyanat verməyimiz görün necə təsir bağışlayacaq. Xarici mətbuat bunu ANS-ə edilən ciddi təzyiqin nəticəsi tək qiymətləndirə bilməzmi? Amma belə ehtimali əngəllərə baxmayaraq, fürsətdən istifadə edərək, Sizin vasitənizlə elan edirəm ki, seçki kampaniyasında iştirak etməyəcəyik.

Biz dünyadakı diaspora və səfirliklərimizlə böyük işlər görürük. Nüfuzlu ENEX assosiyası və EBU Birliyinin üzvü olaraq Azərbaycanın unikal inkişaf yolu barədə bu qurumlara, onların vasitəsilə aparıcı Avropa televiziyalarına materiallar göndəririk. Azərbaycanın düşmənləri ilə mübarizə aparırıq. MTRŞ-nın münasibətindən, atdığı addımlardan sonra bizi, arqumentlərimizi necə qəbul edəcəklər?!

Amma yenə də Allah hamıya kömək olsun. O cümlədən Nuşirəvan Məhərrəmliyə də. Bunu deməyə bizim haqqımız var. Çünki biz Azərbaycanın müstəqilliyi uğrunda vuruşanda, yararlananda, şəhid verəndə, həbsxanalara atılanda bunu hər bir azərbaycanlı kimi Nuşirəvan Məhərrəmli uğrunda da etmişik.

Ona görə etmişik ki, bizim müstəqil dövlətimiz olsun. Amma bu dövləti qorumaq prosesi yalnız cəbhədə baş vermir. Dövləti hər kəs öz yerində qorumalıdır. Və gərək MTRŞ da ona arxalananlara arxadan atəş açmasın!
Похожие новости
08:52, Сегодня
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
08:47, Сегодня
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
08:45, Сегодня
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
08:41, Сегодня
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
08:40, Сегодня
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
08:32, Сегодня
TikTok начал тестировать конкурентную Instagram платформу
08:28, Сегодня
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
08:15, Сегодня
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
08:02, Сегодня
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
08:00, Сегодня
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
07:49, Сегодня
Иранские системы ПВО сбили три беспилотника
07:43, Сегодня
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
07:38, Сегодня
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
07:37, Сегодня
США не поддержали ответную атаку Израиля на Иран
07:18, Сегодня
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
07:00, Сегодня
Мадуро: Нефтяная промышленность Венесуэлы будет развиваться вопреки санкциям США
06:32, Сегодня
Иран приостановил полеты над некоторыми городами
06:31, Сегодня
В Баку изъято большое количество безакцизных сигарет
06:28, Сегодня
Ученые обнаружили остатки самой крупной змеи в истории Земли
06:28, Сегодня
В иранской провинции Исфахан произошел взрыв
06:24, Сегодня
В Баку автомобиль сбил 7-летнюю девочку
06:12, Сегодня
В Индии начался первый этап масштабных парламентских выборов
05:57, Сегодня
Израиль нанес удар по объекту в Иране
05:28, Сегодня
Девочка пообедала в ресторане быстрого питания и получила повреждение мозга - ФОТО
05:15, Сегодня
Определились все полуфиналисты Лиги конференций
04:55, Сегодня
Белый дом опроверг заявление Байдена о съедении его дяди людоедами
04:28, Сегодня
Товарооборот между Казахстаном и Якутией вырос почти в два раза
04:02, Сегодня
В Баку мужчина не пожелал вернуть долг знакомому и убил его: дело направлено в суд
03:31, Сегодня
Вывод российских миротворцев из Карабаха положил начало новой эпохе - ВИДЕО
03:06, Сегодня
МВФ повысил прогноз экономического роста для Узбекистана на 2024 год
02:54, Сегодня
Азербайджанский водитель фуры уже три месяца не может пересечь границу Грузии - ВИДЕО
02:46, Сегодня
Ходжалинский аэропорт переходит под контроль Азербайджана - ВИДЕО
02:39, Сегодня
В Гейгеле произошла авария: есть пострадавшие
02:04, Сегодня
В Баку мужчина нанес своему отцу тяжелую травму
02:02, Сегодня
США заблокировали резолюцию о признании Палестины полноправным членом ООН
01:28, Сегодня
Житель Кельбаджара: Из 113-дневного окружения в Башлыбеле живыми спаслись 29 человек - ВИДЕО
01:17, Сегодня
Заслуженный артист: Я не сплю после смерти сына
01:12, Сегодня
Хроника Западного Азербайджана: Армения вскоре может быть стерта с карты мира - ВИДЕО
00:53, Сегодня
В Агдашском районе повесился 30-летний мужчина
00:47, Сегодня
Глава COP-29 встретился с главой Европейского инвестиционного банка - ФОТО
00:19, Сегодня
25-летний житель Губы повесился на лестнице
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:47
МИД Ирана заявил, что ответные шаги Тегерана завершены
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:23
В Баку у наркокурьера изъяли 5 кг марихуаны и 3 000 таблеток метадона - ВИДЕО
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 23:01
Исследователь: Через несколько дней после Башлыбельской трагедии две семьи остались в окружении - ВИДЕО
18 Apr 2024 | 22:57
В Абшеронском районе 30-летний мужчина покончил жизнь самосожжением
18 Apr 2024 | 22:47
Азербайджанский боксер стартовал с победы на чемпионате Европы
18 Apr 2024 | 22:41
Житель поселка Бина: Ощущение, будто мы живем в Сомали - ВИДЕО
18 Apr 2024 | 22:34
Глава Сил обороны Кении погиб в авиакатастрофе- (обновлено)
18 Apr 2024 | 22:28
УЕФА оштрафовал "Барселону"
18 Apr 2024 | 22:22
Хуситы атаковали 98 судов после обострения в секторе Газа
18 Apr 2024 | 22:00
Солнце готовит Земле космический шторм в ближайшие дни
18 Apr 2024 | 21:47
У берегов Мексики зафиксировали сильное землетрясение
18 Apr 2024 | 20:53
Власти Украины приговорили Анатолия Карпова к 15-ти годам тюрьмы
18 Apr 2024 | 20:48
Партнеры по НАТО могут поставить Украине шесть систем Patriot
18 Apr 2024 | 20:46
Заседание Совета Украина-НАТО пройдет 19 апреля на уровне министров обороны
18 Apr 2024 | 20:40
Фон дер Ляйен: Отток капитала из ЕС составляет €300 млрд в год
18 Apr 2024 | 20:35
В России хотят усилить войска в Украине бездомными собаками
18 Apr 2024 | 20:25
Макрон: ЕС выступает за введение новых санкций против Ирана и России
18 Apr 2024 | 20:23
Столтенберг ждет, что Украина сама обеспечит себя войсками
18 Apr 2024 | 20:21
В борьбе с тиктокерами полиции следует обратить внимание на пропаганду разврата
18 Apr 2024 | 20:20
Национальный герой Азербайджана перенес инфаркт
18 Apr 2024 | 20:18
Менингит всего за сутки погубил 17-летнюю испанскую спортсменку
18 Apr 2024 | 20:17
Луи Боно находится с визитом в Грузии
18 Apr 2024 | 20:12
Казахстан запретил импорт авиатоплива
18 Apr 2024 | 20:02
Шахин Аббасов зарезал москвича ударом в пах за замечание о парковке
18 Apr 2024 | 20:01
ВОЗ: Более 25 тыс. человек заболели холерой в марте текущего года
18 Apr 2024 | 19:53
Украина блокирует пророссийские TikTok-каналы
18 Apr 2024 | 19:45
Предотвращено покушение на Зеленского
18 Apr 2024 | 19:42
«Карабах» улучшил положение в мировом рейтинге
18 Apr 2024 | 19:41
Генсек ООН призвал не допустить эскалации в Красном море
18 Apr 2024 | 19:37
Индия передумала строить свои корабли в Турции
18 Apr 2024 | 19:34
На севере Турции произошло землетрясение магнитудой 5,6
18 Apr 2024 | 19:29
В Гаджигабуле задержан наркокурьер
18 Apr 2024 | 19:16
При TƏBİB создан Республиканский центр педиатрии, назначен директор
18 Apr 2024 | 19:14
В Баку состоялся показ документального фильма о литовском моряке "Прыжок"
18 Apr 2024 | 19:14
Во Франции совершено нападение с ножом: ранены дети
18 Apr 2024 | 19:10
"Галатасарай" ищет альтернативу Мауро Икарди
18 Apr 2024 | 19:05
Аргентина заявила о намерении стать глобальным партнером НАТО
18 Apr 2024 | 19:04
Российская военная база в Армении подверглась кибератаке
18 Apr 2024 | 19:01
Новая угроза в связи с наводнением в Иране: берегитесь крокодилов! - ВИДЕО
18 Apr 2024 | 18:54
Новый председатель Госкомитета принял посла Турции
18 Apr 2024 | 18:52
Вагит Алекперов возглавил рейтинг богатейших миллиардеров России
18 Apr 2024 | 18:47
МИД Армении: На брюссельской встрече не было секретной повестки
18 Apr 2024 | 18:45
Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью Baku TV - ВИДЕО
18 Apr 2024 | 18:41
Байден: США с союзниками вводят санкции против Ирана
18 Apr 2024 | 18:39
Экс-министра обороны Армении оставили под арестом
18 Apr 2024 | 18:26
Во сколько обходится тонировка автомобильных стекол? - ВИДЕО
18 Apr 2024 | 18:07
Президент Грузии прокомментировала митинги в стране против закона об иноагентах
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 16:20
Польские фермеры возобновили протесты на границе с Украиной
18 Apr 2024 | 17:08
Военный атташе США в Армении посетил Гюмри
18 Apr 2024 | 17:34
Иран пригрозил ударить по ядерным центрам Израиля
18 Apr 2024 | 17:30
Аэропорт Дубая вернется к полноценной работе в течение 24 часов
18 Apr 2024 | 15:52
СМИ: США одобрили операцию Израиля в Рафахе за отказ бить по Ирану
18 Apr 2024 | 17:29
В Гаджигабуле поезд насмерть сбил женщину
18 Apr 2024 | 17:47
Дело женщины, обвиняемой в убийстве супруга, переквалифицировано
18 Apr 2024 | 16:37
Квентин Тарантино отказался снимать свой финальный фильм с Брэдом Питтом
18 Apr 2024 | 17:13
Байден обвинил каннибалов в пропаже тела своего дяди - ВИДЕО
18 Apr 2024 | 17:50
Британия расширила на 13 позиций санкционный список по Ирану
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 16:20
Польские фермеры возобновили протесты на границе с Украиной
18 Apr 2024 | 17:08
Военный атташе США в Армении посетил Гюмри
18 Apr 2024 | 17:34
Иран пригрозил ударить по ядерным центрам Израиля
18 Apr 2024 | 17:30
Аэропорт Дубая вернется к полноценной работе в течение 24 часов
18 Apr 2024 | 15:52
СМИ: США одобрили операцию Израиля в Рафахе за отказ бить по Ирану
18 Apr 2024 | 17:29
В Гаджигабуле поезд насмерть сбил женщину
18 Apr 2024 | 17:47
Дело женщины, обвиняемой в убийстве супруга, переквалифицировано
18 Apr 2024 | 16:37
Квентин Тарантино отказался снимать свой финальный фильм с Брэдом Питтом
18 Apr 2024 | 17:13
Байден обвинил каннибалов в пропаже тела своего дяди - ВИДЕО
18 Apr 2024 | 17:50
Британия расширила на 13 позиций санкционный список по Ирану
Писатели