Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdaxili nəqliyyatın sürətli və nizamlı hərəkətini təmin etmək üçün bəzi marşrutların sonuncu dayanacağında dəyişiklik edib. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Sumqayıt-Binəqədi xətti ilə hərəkət edən 985, habelə Sumqayıt-Sarıqaya xətti ilə hərəkət edən 40 saylı marşrutların sonuncu dayanacaqları dəyişdiirlib. Belə ki, əvəllər bu marşruta məxsus avtobuslar sonuncu dayanacaq kimi “Sülh” küçəsində, “Access” bankın qarşısında dayanırdı ki, bu da mərkəzi yolda hərəkət üçün nəzərdə tutulan zolaqların birini istifadəyə qapadır, nəqliyyatın hərəkətinə maneçilik törədir, qısamüddətli də olsa tıxacların yaranmasına səbəb olurdu. İcra başçısının məlum qərarından sonra hər iki marşrutun sonuncu dayanacağı üçün daha münasib məkan seçilib ki, bu da digər nəqliyyat vasitələrinin rahat və sürətli hərəkətinə imkan yaradır.
Mənbənin sözlərinə görə, gələcəkdə nəqliyyatın fəaliyyətini əngəlləyən digər marşrutların da sonuncu dayanacaq nöqtələrinin dəyişdirilməsi nəzərdə tutulur.