Avtobusun vurub öldürdüyü 10-cu sinif şagirdinin FOTOSU
1690
11 Jan 2023 | 15:20

Avtobusun vurub öldürdüyü 10-cu sinif şagirdinin FOTOSU

Xəbər verdiyimiz ki, dünən günorta saatlarında 44 nömrəli marşrut avtobusu qəza törədib. Qəzada vurulan 2007-ci il təvəllüdlü Göyüşov İsa Vüqar oğlu ölüb.

Bizim.Media xəbər verir ki, 86 nömrəli tam orta məktəbin X sinfində təhsil alan İsa Göyüşovun fotosu yayılıb. 

Qeyd edək ki, hadisə ötən gün saat 16:30 radələrində Xətai rayonunun Əhmədli qəsəbəsində baş verib. 44 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı xətt avtobusunun İ.Göyüşovu vurması nəticəsində məktəbli hadisə yerində dünyasını dəyişib. 

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər