Xəbər lenti
08/04/2020 [16:14]:
“Koronavirusla mübarizədə ikinci və daha çətin mərhələyə başlayırıq” - Ruhani
08/04/2020 [16:14]:
Dövlət Agentliyinin səlahiyyətləri artırıldı - FƏRMAN
08/04/2020 [16:06]:
Azərbaycanda ünvanlı sosial yardım alanların sayı artdı
08/04/2020 [16:04]:
Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu
08/04/2020 [16:03]:
Tibbi tullantıların utilizasiyası necə həyata keçirilir?
08/04/2020 [15:57]:
“Yaxın bir neçə il üçün doğum göstəriciləri aşağı düşə bilər” - Koronavirusa görə
08/04/2020 [15:56]:
"Akif Çovdarovun bundan sonrakı işi..." - Təhlükəsizlik zabiti MTN generalının hədəfini açıqladı
08/04/2020 [15:53]:
Baş nazir Milli Məclisə videohesabat verəcək
08/04/2020 [15:46]:
“Ona ən ağır cəza istəyirəm” - Hüquq müdafiəçisindən məktəbli qızı zorlayan müəllimə...
08/04/2020 [15:35]:
Pandemiya elan edən ÜST-ün emblemində 13 yəhudi qəbiləsi və 33 masonluq dərəcəsi rəmzləri?.. 
08/04/2020 [15:27]:
Koronavirusla bağlı mübahisəli məsələlər haqqında RƏSMİ AÇIQLAMA
08/04/2020 [15:16]:
Ronaldoya kim sahib çıxacaq?
08/04/2020 [15:05]:
"Karantin qaydalarını lağ obyektinə çevirənlər düşüncəsiz insanlardır"
08/04/2020 [15:01]:
İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM
08/04/2020 [15:00]:
“Robinzon Kruzo kimi tək, darıxdırıcı həyat yaşayıram” - Əli Mirəlieylə “Evdə qal” söhbəti...
08/04/2020 [15:00]:
“Qısa müddətdə tibbi maska və dezinfeksiyaedici maddələrin istehsalına başlanılması təqdirəlayiqdir”
08/04/2020 [14:58]:
Məşhur müğənni koronavirusdan öldü
08/04/2020 [14:48]:
“Facebook” cütlüklərə yeni sosial şəbəkə təqdim etdi
08/04/2020 [14:40]:
Yeri pandemiya bürüdü, ABŞ-la Rusiya Ayı və Marsı tutmaq üçün mübarizəyə başladı
08/04/2020 [14:38]:
İspaniyanın bu qəsəbəsində korona yoxdur – Səbəb
08/04/2020 [14:36]:
Araz Ağalarov: “Karantindən çıxmaq lazımdır...”
08/04/2020 [14:33]:
ÜST-nin koronavirusa yoluxan əməkdaşlarının sayı açıqlandı
08/04/2020 [14:32]:
ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik
08/04/2020 [14:18]:
İranda koronavirusdan ölənlərin sayı 4 000-i ötdü
08/04/2020 [14:16]:
İspaniyada pandemiya qurbanlarının sayı 14,5 mini ötdü
08/04/2020 [14:10]:
Parlamentin sabahkı iclasına bəzi deputatlar qatılmayacaq
08/04/2020 [14:07]:
Karantin rejimi üçün saxta jurnalist vəsiqəsi hazırlayanlar həbs edildi
08/04/2020 [14:04]:
Ermənistanda koronavirusdan ölənlərin sayı 9-a çatdı
08/04/2020 [13:59]:
Bu ölkə geri dönən vətəndaşlarını sərhəddə ATƏŞLƏ QARŞILAYIB
08/04/2020 [13:50]:
İradə İbrahimova: "Toya gedə bilmədiyim üçün ATV mənə qadağa qoydu”
08/04/2020 [13:32]:
Türkiyə universitetlərində dərslər yayda keçirilə bilər
08/04/2020 [13:30]:
Gürcüstanda şəhər meri istefa verdi
08/04/2020 [13:25]:
“Vaksin tapılana qədər koronavirus yox olacaq”
08/04/2020 [13:22]:
"Dərs vaxtı" verilişinin aprelin 9-u üçün CƏDVƏLİ müəyyənləşib
08/04/2020 [13:20]:
Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır
08/04/2020 [13:18]:
Türkiyənin tanınmış aktyoru vəfat etdi
08/04/2020 [13:18]:
"Xanıma deyirəm ki, gəl "hindiyski" görüşək" - Rasim Balayev
08/04/2020 [13:11]:
Koronavirusun qarşısının alınmasının yolu açıqlandı
08/04/2020 [13:09]:
Qlobal dövlət borcları rekord həddə çatıb
08/04/2020 [13:08]:
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb
08/04/2020 [12:57]:
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
08/04/2020 [12:54]:
Bu nazirlik 2 milyon manatlıq "Khazar LX" avtomobili alır
08/04/2020 [12:53]:
“Bu, Allahın bəlası olduğu üçün Çindən, Amerikadan yox, Ondan kömək istəməliyik...”
08/04/2020 [12:52]:
“Düşünürəm ki, bu bəla insanlar arasında mehribanlığı və anlaşmanı gücləndirəcək”
08/04/2020 [12:51]:
Azərbaycan sahibkarları dövlətdən azı 250 manat maliyyə dəstəyi alacaq
08/04/2020 [12:50]:
Ter-Petrosyan Koçaryan və Sarqsyanı xəyanətdə ittiham etdi
08/04/2020 [12:45]:
Korona bəlası bitməmiş başqa virus yayılır – yenə bir Asiya ölkəsində
08/04/2020 [12:35]:
AAYDA: 4 rayonda 700-ə yaxın şəxs işə götürüləcək
08/04/2020 [12:33]:
Qarabağda koronavirus aşkarlanan kənd karantinə alındı
08/04/2020 [12:31]:
"Savaşı aparanlar ilk öncə damardan töküləcək qanı düşünürlər, qarından töküləni deyil..."
08/04/2020 [12:27]:
Koronavirus komandanın da başını yedi...
08/04/2020 [12:13]:
“Elə ailə var ki, cəmi bir nəfər işləyir, 250 manat maaş alır”
08/04/2020 [12:11]:
Türkiyədə terror aktı törədilib, 5 nəfər ölüb
08/04/2020 [12:09]:
Dövlət Komitəsi kişiləri ev işlərini görməyə çağırdı
08/04/2020 [12:09]:
Onlayn etibarnamənin tətbiqinə başlanıldı
08/04/2020 [12:08]:
Onlayn yolla narkotik satan şəxs SAXLANILDI
08/04/2020 [12:07]:
"Bu mübarizədə yeganə silahımız isə həmrəyliyimiz və birliyimizdir.."
08/04/2020 [12:06]:
50 il birgə yaşamış cütlük koronavirusdan vəfat edərkən bir-birinin əlini buraxmadı
08/04/2020 [12:05]:
Prezident və ailəsini öldürən şəxs 45 ildən sonra həbs edildi
08/04/2020 [12:04]:
“Bizdə hələ bu təhlükə çoxlarına çatmır, qonşum deyir ki, yalandı...”
08/04/2020 [12:03]:
Azərbaycanda Ramazan ayının nə vaxt başlanacağı açıqlanıb
08/04/2020 [12:01]:
Rusiyada koronavirusa yoluxanların sayı 8 mini ötdü
08/04/2020 [11:58]:
Onkoloji xəstələrin koronavirusdan qorunması üçün tövsiyələr AÇIQLANDI
08/04/2020 [11:40]:
Azərbaycanda bir gündə 1569 sürücü məsuliyyətə cəlb olundu
08/04/2020 [11:38]:
Tanınmış qarmon ifaçısı vəfat etdi - FOTO
08/04/2020 [11:35]:
ABŞ senatorları Səudiyyə ilə nefti müzakirə edəcəklər
08/04/2020 [11:34]:
“Baklift-2”nin sabiq rəisi barəsində cinayət işi başlanıb
08/04/2020 [11:33]:
Qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır - RƏSMİ
08/04/2020 [11:32]:
Sahib Rəhimov vəfat edib
08/04/2020 [11:31]:
Lerikdə hamilə məktəbliyə görə 59 yaşlı müəllim həbs edildi
08/04/2020 [11:30]:
SMS-lə icazə alanlara vacib xəbər - VİDEO
08/04/2020 [11:29]:
Bakıdakı yarışdan sonra bu da təxirə salındı
08/04/2020 [11:22]:
Azərbaycanda həkimlərin səfərbərliyi elan edilə bilərmi? - AÇIQLAMA
08/04/2020 [11:19]:
Cek Dorsi koronavirusla mübarizəyə 1 milyard bağışladı
08/04/2020 [11:12]:
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! - 5 TÖVSİYƏ
08/04/2020 [11:11]:
İkiqat “Grammy” mükafatçısı koronavirusdan öldü
08/04/2020 [11:10]:
“Koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib” - TƏBİB
08/04/2020 [11:09]:
"Koronavirus ABŞ-da qaraları öldürür" –“BBC”
08/04/2020 [11:08]:
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI
08/04/2020 [11:08]:
Tramp ÜST-ü tənqid etdi
Bütün arxiv bir sırada
16/10/2015 [22:46] - Köşə - ( 2808 dəfə baxılıb)

Kabab iyinə gedənlər...

Mətləb Mütəllimli

Bəli, bizim dediklərimiz yavaş - yavaş öz yerini tutur. Bir qrup özünə siyasətçi deyənlər, ziyalılar, partiya sədrləri, başqa sözlə, hakimiyətin yağlı dilinə növbəti dəfə aldadılmış adamlar qollarını çırmalayıb atdandılar seçki meydanına, girmək istədilər deputatxanaya, xüsusi təyinatlıların yanına. Elə bildilər ki, sanki dərəbəylikdir, demokratiya o qədər çiçəklənib, artıq Milli Məclisin yiyəsi yoxdur, kimin kefi istəsə icazəsiz gedib orda otura bilər. Bu binəvalar elə təsəvvür etdilər  ki, nəhayət, ədalət bərpa olunub - YAP - ın ölkə üzrə vahid siyahısında onlara vəd verildiyi kimi boş yer ayrılıb. Biz dedik - Ay qardaşlar, ay başınıza dönüm, daşı tökün ətəyinizdən, əl çəkin bu boş deputat sevdasından, gəlin yalançı seçki - meçki oyununda özünüzü rüsvay eləməyin. Məgər sizə hələ də məlum deyilmi, seçki artıq bitib, deputatlar çoxdan təyin olunub, saxta mandatlarını da çoxdan alıb dürtüblər cibişdanlarına. İndi qurulan səhnə isə sadəcə bədbəxt millətin gözünə kül üfürməkdir, dekorasiyadır. Axı, hansı vicdanlı adam imanını yandırıb deyə bilər ki, bu keçən 22 il müddətində YAP hakimiyyəti bircə dəfə də olsun ədalətli, normal seçki keçirib?                                                                                                                                                                                                                           
Siz bu həngamələri lap əvvəldən, bineyi qədimdən bilə - bilə niyə özünüzə nahaqdan əziyyət verirsiniz, papağınızı boş yerə günə yandırırsınız? Axı, o da sizin və bizim yadımızdan çıxmayıb ki, bir yetim, saxta mandatın dərdindən hələ seçki başlamamış  müdrik poza verib deyirdiniz ki, ”İndidən seçkinin necə keçiriləcəyi barədə nəsə demək düzgün deyildir.” Rus demişkən, “Vot tebe na”, indi aldınız payınızı?                                                                                                                                   
Hələ o da sizin və bizim yadımızdadır ki, siz qaça - qaça gedib prezidentin köməkçisi ilə deputat seçkisini müzakirə etmək istəyirdiniz. O da sizə çox mədəni surətdə “poşel” dedi, sonra da  ” Biz seçkinin müzakirəsinə hələ hazır deyilik, gəlin Bakıda keçiriləcək Avropa Oyunlarını müzakirə edək” demədimi? Deputat mandatı eşqi ilə alışıb yandığınıza görə bu tələbi tərəddüd etmədən qəbul etdiniz. Millətin qanı bahasına başa gələn hakimiyyətin pula tələ oyunu - Avropa Oyunlarını keçirməyi ağızdolusu təriflədiniz, bəh - bəhlə alqışladınız. Sonra nə oldu. Özünü hakimiyyətə müxalifət hesab edən sizin  hərənizin cibinizə bir bilet dürtüb, avtobusa basıb apardılar avropalıların özlərinin gəlmədikləri stadiona.                                                                                                                                                                                 
Məgər bu qədər zırıltıdan sonra hələ də başa düşmürsünüz ki, bu hakimiyyət manevr etməyi, ələ salmağı, barmağa dolamağı çox yaxşı bacarır, bu işdə super pərgardır. Məgər keçən deputat seçkiləri yadınızdanmı çıxıb? Hərləyib, fırlayıb, dilə tutub, söz verib 16 siyasi partiyanı seçkilərə qatdılar. Bəs nəticəsi nə oldu? Nəticəsi əla oldu. YAP-ın orbitində fırlanan 5-6 partiyanı çıxmaq şərtilə, bütün qalanları hamısı getdi işinin dalınca, fışdırıq  çala - çala...                                                                                                                                           
İndi özünüz bir daha şahid oldunuz ki, bu seçki komediyasında da cürbəcür fırıldaqlara əl atırlar, hərəni bir adla yola saldılar. Birinə dedilər “İmza vərəqlərində bütün imzalar eynidir”, digər bir başqasına dedirlər ”Seçicilər şikayətçidir, deyirlər bizi aldadıb qol çəkdiriblər” və sair və ilaxir...                                                                                                 
Bütün bu məzələnmədən sonra  İstəyirsən, get saxtakar professor Məzahir Pənahovun dairələrdəki saxtakarlıqda püxtələnmiş nümayəndələrini yerindəcə güllələ, yaxud tapşırıq yerinə yetirən icra hakimiyyətinin qabağında öz başına bir 7 qramlıq güllə çax, xeyri yoxdur. İstəyirsən, lap get Koroğlu körpüsündən özünü kəlləmayallaq aşağı tulla, bu da faydasızdır. Çünki fatihə verilib, qurtarıb gedib.                                                                                                                                                       
Əlbəttə, bu saxtakarlıqların qarşısını alacaq, ona sipər çəkəcək yalnız və yalnız  bir qüvvə vardır, o da - Xalqdır. Amma nə yazıqlar ki, onun da mütləq əksəriyyəti dilənçi günündə yaşamasına baxmayaraq 2 addımlığındakı seçki məntəqəsinə gedib seçkiyə qatılmır, layiqli namizədləri müdafiə etmir, gələcəyini saxtakarlara etibar edir. Xalqın digər bir hissəsi, büdcə təşkilatlarında çalışanlar və məntəqələrdə, seçki dairələrində çörəklərinə haram qatıb 100-200 manat müqabilində vicdanını satır, seçkini saxtalaşdırır, özləri də sifarişlə səs verirlər.                                                                                                                                          
İndi bu gün Azərbaycanda “məmə” deyəndən “pəpə“ yeyənə qədər hamı yaxşı  bilir ki, öz cibişdanı naminə  millətini köləliyə sürükləyən indiki hakimiyyət heç kimdən, heç nədən çəkinmədən əbədi saxtakarlığını davam etdirərək uca səslə deyir ki , ”Ay bədbəxtlər! Siz nə deyirsiniz deyin, siz nə sayırsınız sayın, siz nə çalırsınız çalın, biz heyvagülü oynayacağıq.”                                                                                                                     
Bilənlər bilir, bilməyənlər də bilsin ki, rayonlarda, kənd yerlərində camaat mal - qarasını xəstəlikdən qorumaq üçün ildə bir neçə dəfə onları duzlağa aparır. Bir dəfə duzlaqda duz yemiş heyvan ikinci dəfə ora güllə kimi gedir, ayağının altını görmür, nə olsa basıb keçir.                                                                                                                                                    
İndi bizim bəzi siyasətbazlar - alçalmaqla ucalmaq istəyənlər də yalan vədlərə inanıb mandat eşqi ilə saxta seçkilərə qaçdılar, üzü üstə yerə sərilib kor - peşman əliboş qaldılar.                                                                                                                                                    
Bax, belə yerdə atalar deyib ki :  “ Getdilər kabab iyinə, gördülər eşşək dağlayırlar...”   


Mətləb Mütəllimli, istiqlalçı millət vəkili                                                                                                                                                                                       

"Qeyri-mümkün sanılan şey doğrudan da mümkün oldu – bir virus bütün dünyanı alt-üst etdi..."
Koronavirus müalicəsində bir ilk: Virusa qalib gələn həkim donor oldu...
Mübahisə etdiyi qonşusunu öldürən müəllim intihar etdi - FOTO
Bütün dünyanın gözlədiyi xəbər Çindən gəldi - 3 AY SONRA BİR İLK...
Millət vəkili aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı etdi - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
“Robinzon Kruzo kimi tək, darıxdırıcı həyat yaşayıram” - Əli Mirəlieylə “Evdə qal” söhbəti...
Cəmiyyət
“Bu, Allahın bəlası olduğu üçün Çindən, Amerikadan yox, Ondan kömək istəməliyik...”
Dünya
"Koronavirus ABŞ-da qaraları öldürür" –“BBC”
Gündəm
Koronavirus: Ümumbəşəri bəla, yoxsa Qarabağın azadlığı üçün fövqəlfürsət?
Mədəniyyət
Azərbaycanın ilk rəngli və satirik jurnalı – Mətbuat tariximiz
Yazar
Seymur Əliyev
Bizi nəinki koronavirus, hətta cəhənnəm belə dəyişə bilməz
İlham İsmayıl
Dünya dəyişəcək, Qarabağ siyasəti necə?
Oqtay Qorçu
Koronavirusun siyasi coğrafiyası - Dördüncü yazı...
Şahin Quliyev
Koronavirus bizə nəyi sübut etdi?
Bəsti İsmayıl
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
Sultan Laçın
Allahın bu vədini unutmayaq: “HƏR ÇƏTİNLİKDƏN SONRA BİR ASANLIQ GƏLƏR!..”
Həftənin ən çox oxunanları
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
48 saat içində "COVID-19"-un "atasını yandıran" dərman tapıldı - İVERMECTİN...
Kişi arvadını həyətdə yad adamla tutdu, cinsiyyət orqanın kəsdi - 18+VİDEO
Mütəxəssislər koronavirusun zəif nöqtəsini tapdı...
Putinin kurs yoldaşı onu koronavirusu dünyaya yaymaqda suçladı - ŞOK İTTİHAM...
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı - FOTOLAR
Tibb bacıları koronavirusa görə soyunub, etiraz etdilər - FOTOLAR
İradə Zeynalova hər kəsi şoka saldı: “Rusiyada 40 min nəfər koronavirusdan ölüb” - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247