Qadınları narahat edən mastopatiya
Köşə
Oxunub: 25028
25 Nov 2015 | 20:22
Qadınları narahat edən mastopatiya
(Birinci söhbət)

Həkimə getmişdiniz, döşünüzdə mastopatiya olduğunu dedilər, həyəcanlandınız? Stressə düşməyin. Bilin ki, süd vəzinin 50-dən çox xoşxassəli xəstəliyi var, mastopatiya da onlardan biridir. Bu termin süd vəzində klinik olaraq düyünlü bərkimə, ağrı, bəzən süd axarlarından ifrazat gəlməsi kimi əlamətlərlə xarakterizə olunan xoşxassəli patologiyalarda işlədilir. Klinik müayinələr nəticəsində qadınların 20 faizində, mammoqrafik, exoqrafik və histoloji müayinələr nəticəsində isə 50 faizində mastopatiya aşkar edilir.

Ötən söhbətlərimizdən SVX-nin risk faktorları arasında mastopatiyanın olmadığını bilirsiniz. Yersiz stressə düşməmək, əsassız həyəcan yaşamamaq üçün onu da yadda saxlayın ki, mastopatiya xərçəngönü xəstəlik deyil. Amma yenə də diqqətli olmaq lazımdır. Çünki SVX ilə xəstələnmənin yüksək faiz təşkil etdiyi ölkələrdə mastopatiyalar da geniş yayılmışdır. Bu səbəbdən bir sıra alimlər düşünürlər ki, mastopatiya süd vəzi xərçənginin əmələ gəlmə ehtimalını 1,5-2 dəfə çoxaldır.

İndi gəlin bir çox qadınların şikayətləndiyi döş ağrılarının, daha doğrusu, mastopatiya xəstəliyinin kökünü araşdıraq. Az öncə dedik ki, mastopatiya süd vəzində düyünlü, yaxud diffuz bərkimələrin əmələ gəlməsi, ağrının olması, bəzən də gilədən ifrazatın gəlməsi ilə xarakterizə olunan patoloji prosesdir. Bu proses hormonal pozğunluqlar nəticəsində əmələ gəldiyi üçün dishormonal adlandırılır.

Xəstəlik zamanı döşün toxumasında əmələ gəlmiş xarakter dəyişikliklər histoloji müayinə ilə aşkar edilir və bu nasazlıq süd vəzində birləşdirici toxuma, kista, axar və payların genişlənməsi kimi dəyişikliklərlə xarakterizə olunur. Həkim hansı komponentin üstünlük təşkil etdiyinə diqqət yetirərək yekun diaqnozu qoyur.

Təcrübə göstərir ki, mastopatiya əsasən intellektual əməklə (zehni fəaliyyətlə) məşğul olan, stress və psixoloji gərginlik keçirən qadınlar arasında geniş yayılıb. Əgər mastopatiyalı xəstələrin ümumi portretini çəkməli olsaq, görərik ki, həmin qadınların əksəriyyəti reproduktiv yaşdadır, aktiv sosial və cinsi həyatı var, ailəlidir, anamnezində əksəriyyəti abortla nəticələnmiş bir neçə hamiləlik olub, az uşaq doğub və az əmizdirib. Bu qənaətlərdən belə nəticəyə gəlmək olur ki, süd vəzilərinin vəziyyəti qadınların sosial, psixoloji və fiziki sağlamlığının güzgüsüdür.

Hə, əziz xanımlar. Mastopatiyanın 50-yə yaxın forması var, onunla xəstələnmənin pik həddi 45 yaşdır. Müayinələr zamanı bu patologiyaya SVX ilə müqayisədə 200 dəfə çox rast gəlinir, yəni daha geniş yayılıb. Statistika göstərir ki, yaşı 30-dan yuxarı olan xəstələrin 20-60 faizində mastopatiyanın müxtəlif formaları aşkar edilir. Bu xəstəliyə ən çox reproduktiv yaşda (25 yaşından 45 yaşına qədər) rast gəlinir və bir çox hallarda aybaşıdan kəsildikdən sonra xəstəliyin bütün əlamətləri yoxa çıxır.

Hal-hazırda mastopatiya üçün spesifik olan risk faktoru yoxdur. Mastopatiya multifaktoral xəstəlik olmaqla həm genetik amillərdən, həm də ətraf mühit amillərindən asılıdır. Süd vəzilərində dishormonal xəstəliklərin inkişafında isə əsas rolu hipotalamo-hipofizar sistemin vəziyyəti oynayır. Qadının neyrohumoral sistemində baş verən dəyişikliklər hormondan asılı olan orqanlara, o cümlədən süd vəzilərinə təsir göstərir. Belə ki, yumurtalıqların steriod hormonları, prolaktin, qalxanabənzər vəzin hormonları döşdə proliferativ proseslərin aktivləşməsinə səbəb olur. Deməli, mastopatiyanın əmələ gəlməsinin səbəbi neyro-humoral amillərdir. Elə “neyro” sözündən məlumdur ki, bu xəstəliyə sinir sisteminin

xəstəlikləri ”“ stress, depressiya, nevrozlar səbəb ola bilər. Ona görə də özünüzü əsəbiləşməkdən, hirslənməkdən qoruyun. Bilirik, işin yorğunluğu, uşaqların dəcəlliyi, ailə qayğıları bəzən sizi hövsələdən çıxardır. Amma yenə də əsəblərinizi cilovlamaq öz əlinizdədir... “Humoral” faktor isə orqanizmin daxili mühitini bildirir ki, bunun da vəziyyəti bioloji aktiv maddələrin təsirindən, məsələn, hormonlardan asılıdır.

Qadınların əksəriyyəti mastopatiyalara ciddi əhəmiyyət vermir. Amma bilin ki, dishormonal hiperplaziya sizin sağlamlığınıza ciddi zərbə vura bilər, lazımi müalicənin vaxtında aparılmaması fibroz düyünlərin bədləşməsinə səbəb olar... Bilirsiniz ki, normal halda hormonların aylıq dövriyyəsi nəticəsində aybaşı qabağı döşlər şişir və postmenstruasyon mərhələdə involyusiya (geri inkişaf) baş verir. Hər hansı mənfi amilin təsirindən hormonal balans pozulur, nəticədə onlar ya normadan az, ya da çox ifraz olunur ki, bu da süd axarlarının genişlənməsinə, birləşdirici (fibroz) toxumanın və vəz toxumasının dəyişilməsinə səbəb olur. Bu halda menstruasiya önü dövrdə yaranmış xarakterik bərkimələr menstruasiyadan sonra da qalır.

Bizə elə gəlir ki, süd vəzinin toxumasında genetik zədələnmə olduqda risk faktorlarının təsiri nəticəsində döşdə xərçəng inkişaf edir. Əgər hüceyrələrdə genetik zədələnmə yoxdursa, o halda etnik risk faktorları mastopatiyanın müxtəlif formalarını yaradır.

Tədqiqatçıların əksəriyyəti süd vəzi toxumasındakı patoloji dəyişiklikləri onunla əlaqələndirir ki, menstruasiya siklinin sonunda sıfıra yaxınlaşmalı olan estrogenlərin miqdarı azalmır, əksinə yüksək qalır. Xəstəliyin başqa bir səbəbi isə hipofiz vəzində sintez olunan, süd vəzilərinin inkişafına səbəb olan, süd əmələ gətirən və analıq instinktini formalaşdıran prolaktinin ifrazının çoxalmasıdır. Prolaktin hormonu hamiləlik dövründə, süd vəzi laktogenezə hazırlaşan dövrdə xüsusilə vacibdir. Çünki o, süddə protein, karbohidrat və lipidlərin sintezini təmin edir. Laktasiya (uşaq əmizdirmə) qurtardıqdan sonra prolaktinin miqdarı hamiləlikdən əvvəlki dövrdə olan miqdaradək enir. Bu hormonun miqdarının

hamiləlikdən və uşaq əmizdirmə dövründən kənar çoxalması isə mastopatiyanın inkişafına səbəb olur. Çox vaxt prolaktinin miqdarı əsasən gecə vaxtları artır, buna görə də standart hormonal müayinə zamanı aşkar edilmir. Hormonun sekresiyasının belə qeyri-müntəzəm artması döşlərin şişməsinə, ödemli və ağrılı olmasına (xüsusilə menstrual siklin ikinci yarısında, yaxud menstruasiya qabağı), həmçinin vegetativ pozğunluqlara, miqrenə bənzər baş ağrılarına, ətrafların ödeminə, qarında ağrıya və meteorizmə səbəb olur. Bu kompleks aybaşı qabağı sindrom kimi xarakterizə edilir. Əlamətlər isə menstrual qanaxma başlandıqdan sonra çox vaxt itir. Prolaktinin normadan çox sekresiya olunması süd vəzilərinin xronik stimulyatoru olmaqla yanaşı mastopatiya əmələ gətirir.

(İkinci söhbət)

Hə, əziz xanımlar, çoxsəbəbli xəstəlik olan mastopatiya genetik və etioloji faktorlarla, həmçinin qadınların yaşayış tərzi ilə əlaqədardır. Get-gedə qadınların daha çox sosiallaşması, karyera dalınca düşməsi, gənc yaşda ailə qurmağa meylinin azalması bu xəstəliyə təkan verən amillərdəndir. Zəmanəmizdə süd vəzi xəstəliklərinin artması bilavasitə doğuşların sayının az olması ilə, gecikmiş doğuşlarla, abortlarla əlaqədardır. Mastopatiya əsasən əsəbləri zəif olan qadınlarda rast gəlindiyindən bəzən həkimlər bu xəstəliyi “histerik şiş” adlandırırlar.

Yadda saxlayın ki, qeyri-müntəzəm cinsi həyat qadın orqanizmində hormonal balansı pozur. Müasir dövrdə bir çox qadınlarımız taleyin gərdişindən normal qadın həyatı yaşaya bilmirlər. Nəticədə cürbəcür xəstəliklər meydana gəlir. Praktika göstərir ki, qadının yalnızlığı, davamlı ailə münasibətlərinin olmaması süd vəzilərində patoloji proseslərin inkişafına təkan verir. Ona görə də, tək yaşamağa məcbur qalmış qadınlar sağlamlıqlarına daha diqqətli yanaşmalıdırlar.

İtaliyada aparılmış maraqlı bir tədqiqatın nəticələri çox ibrətamizdir: ölkənin qadın monastrlarında kütləvi tədqiqatlar aparılıb və... məlum olub ki, uşaq

doğmayan və normal cinsi həyat yaşamayan qadınlarda süd vəzi ilə bağlı problemlər normal həyat tərzi keçirən qadınlara nisbətən xeyli çoxdur.

Deməli, müntəzəm cinsi əlaqə, müsbət hamiləlik, körpəni uzun müddət əmizdirmək qadın gözəlliyinin əsas atributlarından olan döşlərin xəstələnməsinin qarşısını almaq üçün yaxşı profilaktikadır. Bu, eyni zamanda mastopatiyanın erkən mərhələdə müalicəsi üçün ən yaxşı yoldur. Çünki qadın kimi normal həyat tərzi yaşayan şəxsdə süd vəzinin toxuması cavanlaşır və xırda kistalar təbii yolla sorulur.

Amma... onu da bilin ki, təkcə normal cinsi həyatınızın olması sizi süd vəzi xəstəliklərindən sığortalaya bilməz. Niyə? Deyək ki, ailəlisiniz, əriniz yanınızdadır, planlaşdırdığınız sayda uşaqlarınız var. Daha uşaq istəmirsiniz. Amma hamiləlikdən yayınmaq mümkün olmur. Siz də məcburən vaxtaşırı aborta gedirsiniz. Bilin ki, hamiləliyin süni yolla pozulması süd vəzilərində patoloji proseslərin inkişafını sürətləndirir. 3 dəfə və daha artıq tibbi abort keçirən qadında mastopatiyanın inkişaf etmə riski 7,2 dəfə çoxalır.

Mastopatiyadan qorunmaq istəyirsinizsə, yemək-içməyinizə də diqqət edəcəksiniz. Çünki bu patologiyanın qida ilə əlaqəsinin olduğu daha bir isbat edilmiş hipotezdir (ehtimaldır). Əlbəttə, qida ləzzətli olmalıdır. Ancaq heyvan mənşəli yağlardan, qızardılmış və hisə verilmiş məhsullardan, qəhvə və şirniyyatdan çox istifadə etmək doğru deyil. Bu məhsulların həddindən çox istifadəsi maddələr mübadiləsinin pozulması ilə nəticələnir ki, bu da orqanizmdə ciddi disbalans yaradır, yəni balansı pozur. Yadda saxlayın ki, gündəlik qida rasionumuza ekoloji təmiz məhsullar, vitaminlə zəngin olan qidalar (xüsusilə beta-karotin və vitamin C) daxil etməliyik.

Hər yaşda gözəl olmağa can atan Azərbaycan xanımları bəzən artıq çəkidən özlərini qoruya bilmirlər. Bunun ziyanı barədə çox eşitmisiniz. Ancaq aranızda köklüyün mastopatiyaya da təsir etdiyini bilən az tapılar. Unutmayın ki, piy

toxuması orqanizmə hava, su, qida ilə daxil olan toksik birləşmələri tutub saxlamaq qabiliyyətinə malik olduğundan artıq çəki süd vəzilərində patoloji proseslər əmələ gətirir. Həmçinin piy toxumasında süd vəzilərinə spesifik təsir edən estrogenlərin toplanması nəticəsində hormonal tarazlıq pozulur.

Orqanizmin daxili mühit faktorlarından piylənmə, şəkərli diabet və arterial hipertenziya da mastopatiyanın əmələ gəlməsində müəyyən rol oynaya bilər. Məlumdur ki, bunlardan hər üçünün bir xəstədə olması mastopatiya və SVX-nin əmələ gəlmə riskini 3 dəfə artırır. Yumurtalıqların iltihabi xəstəlikləri də cinsi hormonların əmələ gəlmə prosesini pozur.

Əgər el arasında deyildiyi kimi, “zob”unuz varsa, bu da risk faktoru ola bilər. Çünki bir sıra qadınlarda mastopatiyanın yaranmasına qalxanabənzər vəzin xəstəliyi təkan verir. Yəni bu vəzin hipofunksiyası (endokrin vəzilərinin funksiyasının zəifləməsi) zamanı mastopatiyanın yaranma riski 3,8 dəfə çoxalır. Həmçinin qaraciyər, öd yolları və öd kisəsinin də xəstəlikləri mastopatiyanın yaranmasına təsir edə bilir. Məlumdur ki, qaraciyər orqanizmdə estrogenlərin parçalanmasında çox vacib rol oynayır. O xəstələndiyi halda orqanın bu qabiliyyəti zəifləyir, bəzən hətta itir ki, nəticədə hormonun (estrogenin) orqanizmdə miqdarı artır.

Bunu da unutmayın ki, süd vəzinin travmaları, hətta mikrotravmalar belə ciddi ağırlaşmalara səbəb ola bilər. Məsələn, metroda və avtobuslarda sıxılmalar, evdə və ya yolda təsadüfən dirsəklə, yaxud çanta ilə vurulan zərbələr və s.

İndi isə dediklərimizi ümumiləşdirək və mastopatiyanın risk faktorlarını yadda saxlayaq:

* Doğmayıb, yaxud cəmi 1 uşağı varsa;

* İrsən ana xətti ilə belə problemlərlə qarşılaşdıqda;

* Uşaq əmizdirməyib, yaxud az əmizdiribsə;

* Müntəzəm cinsi həyatı yoxdursa;

* Tez-tez stresslərə məruz qalırsa;

* Mənfi ekoloji şəraitdə yaşayırsa;

* Piylənmə, şəkərli diabet, yumurtalıqların iltihabi xəstəlikləri, qalxanabənzər vəzin və qaraciyərin xəstəlikləri varsa;

* Alkoqol və siqaret istifadə edirsə;

* Süd vəziləri hətta cüzi travmaya məruz qalıbsa.

Xəstəlikdən qorunmağın ən yaxşı yolu onu önləmək olduğu üçün bu əlamətlərə diqqət yetirin. Bilin ki, onlar çox vaxt mürəkkəb qarşılıqlı əlaqədə olmaqla, mənfi fon yaradırlar. Bacardıqca özünüzü qoruyun. Hər insan ilk növbədə özü özünün həkimi olmalıdır. Amma iş işdən keçib, xəstələnmisinizsə, qorxmayın və özünüzü üzməyin. Hər dərdin bir çarəsi var. Sizin də şəfa tapmaq şanslarınız yüksəkdir.

GÜNAY ƏHMƏDOVA,
onkoloq, tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası.
Oxşar xəbərlər
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"