Azərbaycanda monopoliya; fəsadlar, çıxış yolları və gözləntilər...
Köşə
Oxunub: 14509
27 Dec 2015 | 22:43
Azərbaycanda monopoliya; fəsadlar, çıxış yolları və gözləntilər...

                   

 

Son günlər ölkəmizin iqtisadi həyatında baş verən dəyişikliklər eləcə də son devalivasiya hadisəsi dərhal sosial həyatımıza təsir etməyə başladı. Belə ki, dollar qarşısında manatın yenidən öz dəyərini 55 faiz itirməsi cəmi bir neçə saat sonra bazar qiymətlərinə ciddi şəkildə təsir göstərməyə başladı. Təbii ki, bundan ən çox ziyan çəkən sadə, zəhmətkeş vətəndaşlarımız və illərdi çörək axtarışında olan işsizlərimiz oldu. Bundan əlavə məlum oldu ki, gözlənilməz (bu, əslində gözlənilən idi) problemlərə qarşı hazırlığımız çox aşağı səviyyədədir. Bu da ondan qaynaqlanır ki, ölkə büdcəsinin əsas hissəsi neftdən gələn gəlirlər hesabına formalaşmış, nəticədə məmur sinfində arxayınlıq yaranmış və sonda iqtisadiyyatımızın digər sahələri bərbad duruma düşmüşdür. Qeyri-neft sektoru isə ölkədə az qala iflic vəziyyətindədir.  Bu məqamda oxucuda haqlı sual meydana çıxa bilər: Bəs bu qədər keçən müddət ərzində qeyri-neft sektoru niyə inkişaf etdirilməyib? Məncə, bu sualın tək bircə cavabı var; Qeyri-neft sektorunun inkişaf etdirilməməsinin səbəbi Azərbaycanı virus kimi ağuşuna alan monopoliyadır.

Monopoliya nədir və necə yaranır?

Monopoliya yunan mənşəli sözdür. İki sözün birləşməsindən yaranıb: monos-tək, poleo-satıram deməkdir. İqtisadiyyatın inkişafı üçün əsas şərt azad rəqabət mühitinin yaradılmasıdır. Lakin monopoliya azad rəqabətlə daban-dabana ziddir. Monopoliya olan yerdə azad rəqabətdən və nəticədə inkişafdan söhbət gedə bilməz. Maraqlıdır ki, Azərbaycanda bütün sahələrdə - təhsildə, gömrükdə, bazarda, səhiyyədə, ərzaqda, ayrı-ayrı servis sahələrində monopoliya hökmranlıq etsə də Azərbaycan dilinin orfoqrafiya lüğətində monopoliya sözü yoxdur. Bizim ölkəmizdə bu sözə alternativ olaraq inhisar sözündən istifadə olunur. İnhisar sözü də “təkəl” və ya “təkəlçilik” mənasını verir ki, bu da mahiyyətcə elə monopoliya deməkdir. İnhisar kapitalın təmərküzləşməsi və mərkəzləşməsi nəticəsində meydana gəlir. Dünya tarixində ilk inhisarlar 19-cu yüzilliyin ortalarında görünməyə başladı. Monopoliya yaratmaqda məqsəd təklif olunan xidmətlər və istehsal olunan əmtəə üzərində tam nəzarətə sahib olmaq və daha çox maddi qazanc əldə etməkdir.

Monopoliyanın təzahür formaları və fəsadları

Dediyimiz kimi, monopoliya nəticəsində azad rəqabət sıradan çıxır, ayrı-ayrı xidmətlərin və istehsal olunan hər hansı bir əmtənin qiyməti yalnız bir fiziki və ya hüquqi şəxs tərəfindən müəyyən edilir. Daha aydın və ayrıntılarla belə deyə bilərik;

- həm istehsal firmasına və həm də satış mərkəzinə yalnız bir mərkəzdən mütləq nəzarət olduğu üçün bazara istənilən qiymət tətbiq oluna bilir.

-Bir mərkəzdən idarə olunan bazara digər əmtəə təklifçilərinin daxil olması birmənalı şəkildə mümkünsüz olur.

-Firmanın istehsal etdiyi mallardan digər sahibkarların istehsal etmək imkanları məhdudlaşdırılır və sonda əlindən alınır. Çünki digərləri eyni maldan istehsal etsələr belə bazara giriş imkanları yoxdur.

Nəticədə azad rəqabət mütləq şəkildə aradan qaldırılır, qiymətlər bir fiziki və ya hüququ şəxs tərəfindən fantastik dərəcədə şişirdilir, ölkədə istehsal sahələri iflic vəziyyətinə düşür, sahibkarlıq fəaliyyəti üçün real şərait meydana gəlmir, cəhdlər olarsa, süni maneələr yaradılır, rayonlarda orta sahibkarlıq sıradan çıxarılır və bunun da nəticəsində 10 minlərlə işsiz gənclər ordusu meydana çıxır. Bu mənzərə yəqin ki, oxucularımıza çox yaxşı tanışdır. Çünki eyni mənzərəni artıq bizim ölkəmizdə də müşahidə etməkdəyik və bu gün 100 minlərlə vətəndaşımız monopoliyanın yaratdığı acı nəticələrin ağrılarını daha ciddi və daha dərindən hiss etməyə başlayıb.

Azərbaycanda monopoliya və onun ağır sosial-iqtisadi nəticələri

Çox böyük təəssüf hissi ilə deyirəm ki, son 10 illiklərdə tarixin və taleyimizin bizə verdiyi tarixi şanslardan yararlana bilmədik. Nədir bu şanslar? İmperiya boyunduruğundan azad olduq, yeraltı və yerüstü sərvətlərimizə tam sahiblik hüququ əldə etdik. Qara qızılımıza sahib olmaq, ondan dövlətin və millətin mənafeyi naminə, gələcək nəsillərin rifahı üçün faydalanmaq imkanı qazandıq. Lakin Tanrının millətə bəxş elədiyi qara qızıl millətə daha çox qara gün gətirdi. Neftdən gələn gəlirdən hər rayonda zavod, fabrik açıb, orta sahibkarlığı inkişaf etdirmək, təhsilimizi, səhiyyəmizi, elmimizi dünya arenasına çıxarmaq, dövlətin 25-30 illik ehtiyatını yaratmaq əvəzinə səlahiyyət sahibləri şəxsi biznesini qurdu. Ölkənin inkişafını iflic vəziyyətə qoydu, azad rəqabəti sıradan çıxardı, ölkə özü boyda monopoliya meydanına çevrildi.

Təkcə bununla da bitmədi. Bütün sahələr monopoliyada olduğu üçün və bazara alternativ istehsal malları gəlmədiyi üçün istehsal olunan əmtənin keyfiyyəti çox aşağı düşdü və dünya standartlarına cavab vermədi. Bazarı tələb və təklif tənzimləmədi, bazarda hər şeyi inhisar sahibi müəyyən etdi. İstehlakçı seçim hüququndan məhrum edildi. Nəticədə ölkə bazarları keyfiyyət göstəriciləri olduqca aşağı olan və xaricdən gətirilən mallarla doldu. Vətəndaşlara köhnəlmiş dərmanlar, geni dəyişdirilmiş meyvə-tərəvəz məhsulları, sintetik geyim vasitələri satıldı. Təhsilimiz gerilədi, səhiyyəmiz insanların etibar etmədiyi bir duruma gəldi. Xəstələrimiz müalicə üçün qonşu ölkələrə üz tutdu.

Bununla da bitmədi. Ölkədə monopoliyanın at oynatması nəticəsində kənd təsərrüfatı sistemi dağıldı. Kəndli əkib-becərdiyi məhsulu satmaq üçün bazar tapa bilmədi. Çünki bütün bazarlar inhisarçının əlində oldu. Bu səbəbdən kəndli öz məhsulunu yerində olduqca aşağı qiymətə satmağa məcbur oldu. Pambıqçılıq ləğv edildi, heyvandarlıq sıradan çıxarıldı. Ona görə ki, monopolist pambıqdan hazırlanan parçanı xaricdən gətirib inhisarında olan bazarda satdı. Digəri bu bazara girə bilmədi. Pambıqı əkib-becərən sahibkar məhsulu harda satacaqdı? Məmurlar ayrı-ayrı rayonlarda fermalar yaratdılar, mal-qara alıb saxladılar, kəndlilərin pay torpaqlarını onlar üçün süni problemlər yaradaraq dəyər-dəyməzinə aldılar. Yəni onlardan başqası bazara çıxara biləcək sayda heyvan saxlaya bilməzdi. Bütün bunlar isə monopoliyanın virus kimi bütün sahələri işğal etməsindən sonra baş verdi. Ən pisi də oldu ki, ölkəmizdə bu monopoliyanı yaradanlar yüksək vəzifə tutan məmurlar oldu.

Və budur, artıq neftin həcmi azalıb, qiyməti 65-70 faiz aşağı düşüb. Neft ucuzlaşan kimi də ölkədə gərgin sosial-iqtisadi vəziyyət yaranıb. Səbəb budur ki, bu illər ərzində neftdən gələn milyardlara gəlir doğru istiqamatə xərclənməyib, hər şeyə monopolistlər nəzarət edib, əksinə süni maneələr yaradılaraq ölkədən çıxarılıb, qeyr-neft sektoruna yatırım qoyulmayıb, orta sahibkarlığın inkişafı üçün dövlət təşviqi olmayıb, xarici investorların ölkəmizdə iş qurması üçün şərait yaradılmayıb və sair. Xarici investorlar məsələsi  mübahisəli olduğu üçün bu məsələyə bir qədər aydınlıq gətirək.

Xarici investorlar, yoxsa xaricə gedib qayıdan pullarımız?

Son 12 ilin görüntülərinə görə Azərbaycan ən çox xarici investorların cəlb olunduğu məkandır. Hətta 2005-ci ildə BMT-nin hesabatlarının birində (Ticarət və İnkişaf Konfransının hesabatında) Azərbaycanın adı bu sırada liderlər cərgəsində yer almışdı. Lakin cəmi bir neçə ay sonra dünyada məşhur olan Forbes jurnalı investisiya qoyulması üçün cəlbedici olan ölkələrin siyahısını yaymışdı. Bu siyahıda Azərbaycanın adı 122-ci yerdə idi. Siyahıda isə cəmi 135 ölkənin adı çəkilirdi. Bəs əslində nə baş verirdi?

Əslində Forbes jurnalı yanılmamışdı. Sonralar məlum oldu ki, ölkədə kifayət qədər imkanlılaşmış məmurlar oğurluq pullarını leqallaşdırmaq üçün, yəni haramlarına halal görüntüsü vermək üçün pullarını xarici banklara yatırır, sonra əcnəbi şirkət adı altında həmin pullar hesabına ölkəmizdə investisiya qoyur. Yəni əslində bizim xarici investor hesab etdiklərimiz öz yerlilərimiz, məmurlarımız idi. Beləcə dolayısı ilə bütün sahələri inhisara alır, mütləq monopoliya yaradırdılar. Bu gün isə uzun illərdi davam edən monopoliyanın ağır nəticələrini yaşamaqdayıq.

Bəs çıxış yolu nədir?

Monopoliyanın fəsadları haqqında danışdıq. Bilirik ki, vətənimizi bürüyən bu yara nəticəsində deyilən acınacaqlı vəziyyət bizim ölkəmizdə nəinki davam edir, hər gün bir az da kəskin formada özünü göstərir. Lakin “artıq heç bir çıxış yolu yoxdur”- fikrində deyiləm. Əlbəttə, vəziyyət kifayət qədər ağır həddə gəlib çatmış, ancaq hələ də ölkəni bu bataqlıqdan çıxarmağın yolları tükənməyib. Monopoliyadan qurtulmaq və ölkədə sosial-iqtisadi rifaha nail olunması üçün nələr etmək olar? Daha doğrusu hansı tədbirlərin görülməsi zəruridir? Fikrimcə, bunun üçün təcili olaraq aşağıda sadalanan addımların atılması gərəkdir:

1. Ölkədə çox ciddi kadr islahatına start verilməlidir. Ən azı hazırki yarıtmaz  məmur ordusunun 70 faizi tutduğu vəzifədən uzaqlaşdırılmalıdır. Vakant yerlərə gənc və orta yaş sinfindən olan savadlı, dövlətinə bağlı olan işgüzar insanlar gətirilməlidir. Bu zaman həmin işçinin hansı partiyaya mənsub olması heç bir əhəmiyyət daşımamalı, yalnız şəxsi keyfiyyətləri və qabiliyyəti əsas götürülməlidir.

2. Sayı 10-larla olan nazirlik və komitələrin ən azı 30 faizi ləğv edilməli, bəzi nazirlikliklər isə birləşdirilməlidir. Nazirlikliklər üçün ən optimal say müəyyən edilməlidir.

3. Gömrük xidməti ləğv edilməli, səlahiyyətləri daha operativ işləmə mexanizminə malik olan qurumlardan birinə verilməlidir. Bu ASAN Xidmət də ola bilər. Bu yolla ölkəyə idxal olunan mallar üzərinə qoyulan monopoliya aradan qaldırılmalı və ölkədə ərzaq bolluğunun yaradılmasının təminatı reallaşdırılmalıdır.

4. Kənd təsərrüfatının inkişafı üçün dövlət səviyyəsində ciddi addımlar atılmalıdı. Kənd rayonlarında təsərrüfatla məşğul olan insanlara faizsiz kredit verilməli və onlardan ən azı 3 il müddətinə heç bir vergi alınmamalıdır. Bu işləri sürətləndirmək və səmərəliliyi artırmaq üçün hər rayonda bir neçə Aqroservis xidməti yaradılmalı və bu xidmətlərə rayon İcra hakimiyyətlərinin müdaxiləsinə yol verilməməlidir.

5. Orta sahibkarlığın inkişafı üçün ciddi tədbirlər görülməli və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün bütün şərait yaradılmalıdır. Onlara dövlət faizsiz kredit verməli, 5 il heç bir vergi almamalı, krediti tam şəkildə qaytarmaq üçün 15-25 il vaxt verilməlidir. Bu yolla ölkədə 10 minlərlə orta sahibkarın meydana çıxmasına, 100 minlərlə insanın iş yeri ilə təmin olunmasına, azad iqtisadi rəqabətə və monopoliyanın tam şəkildə aradan qaldırılmasına nail olmaq olar.

Oxucu sual verə bilər: Bəs dövlət bu krediti 10 minlərlə sahibkara hansı hesabdan ödəyəcək?

Bunun da çox sadə yolu var: 15-20 ildi karrupsiya hesabına milyonlar, hətta milyardlar toplamış 20-30 nəfər məmurun xalqdan oğurladığı pullar dövlətin büdcəsinə köçürülməli, toplanan milyardlar 20-30 min sahibkara faizsiz kredit olaraq verilməlidir. Beləcə, həm monopoliya aradan qalxar, həm sahibkarlar işsiz insanları işə cəlb edər, həm də ölkədə sosial-iqtisadi rifaha nail olunar. Əks halda vəziyyət getdikcə daha da gərginləşər və sosial partlayş baş verə bilər. Nəticədə məmurların topladığı pullar özlərinə və xalqa deyil, yaranmış xaosdan yararlanmağa çalışan imperialist güclərin əlinə keçər. Ölkəmiz isə uzun illər yadların tapdağı altında qala bilər. Bu üzdən itirəcək vaxtımız yoxdur.

Şəxsən mən bir hüquqşünas və ölkədə baş verən son prosesləri yaxından izləyən ziyalı kimi çox narahatam və istəsəm də Azərbaycanın yaxın tarixi ilə bağlı nikbin düşünə bilmirəm. Lakin bəzən özünə və sözünə hörmət etdiyim ziyalılarımızın bu mövzuda bədbin olmaması məndə də bir qədər inam yaradır. Ölkədə gedən proseslərin sabahı ilə bağlı bədbin olmayan siyasilərimizdən biri də Fəzail Ağamalıdır.

Fəzail Ağamalı bu mövzuda nikbin düşünür

Son devalivasiya hadisəsindən sonra Prezident Aparatının məsul işçisi Əli Həsənov müsahibə vermiş və son proseslərlə bağlı dövlət tərəfindən ciddi addımlar atılacağını demişdi. Bu müsahibədən sonra jurnalistlərin ən çox üz tutduqları ziyalılarımızdan biri olan Fəzail Ağamalı saytların birində devalivasiya ilə bağlı münasibət bildirərkən belə demişdi:

"Bu, ciddi mahiyyət daşıyır və ölkə başçısının islahatlarının fəlsəfəsinə söykənir. Dövlət başçısı cəmiyyətin irəli çıxarmış sosial sifarişlərinin məntiqinə söykənərək dərhal həmin sosial sifarişin irəli qoyduğu çağırışlara cavab verən addımlar atır. Bu baxımdan, dünyada gedən çox ağır proseslər, dünyanı bürüyən iqtisadi-maliyyə böhranı, müharibənin törətdiyi ağır fəsadlar, neftin qiymətinin aşağı düşməsi kimi ağır iqtisadi proseslər və onun doğuracağı sosial problemlər şübhəsiz ki, Azərbaycan dövləti tərəfindən nəzərə alınır. Əli Həsənovun da söylədiyi bu fikirlər Azərbaycanı dünyanı bürüyən maliyyə-iqtisadi böhranlarından qabaqlayıcı addımlar atmaqla daha çox sığortalanmaq, daha az itki ilə mövcud vəziyyətdən çıxmağa hesablanıb”. 

Təbii ki, mən də yazımı bədbin notlarla bitirmək istəməzdim. Fəzail bəyin ümidverici münasibətindən sonra mən də inanmaq istəyirəm ki, Azərbaycan haqqında danışdığım problemlərin öhdəsindən gələcək və ölkəmizin sosial-iqtisadi problemləri öz həllini tapacaq.

Təki belə olsun...


Oxşar xəbərlər
08:04, Bu gün
ABŞ Ukraynaya dəstəyi DAYNDIRIR?
07:50, Bu gün
Çətir şimşəkdən qoruyurmu?
07:38, Bu gün
KİV: ABŞ İsrailin İrana hərbi cavabının “miqyas baxımından məhdud” olacağını gözləyir
07:32, Bu gün
Bu ölkə Tehrandakı konsulluğunu bağladı
07:25, Bu gün
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
07:22, Bu gün
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
07:14, Bu gün
Zibil sanıb atdığınız - Dərdlərə dərman
07:03, Bu gün
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
06:48, Bu gün
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
00:05, Bu gün
Semih Kılıçsoy üçün transfer təklifləri gəlməyə başladı
00:03, Bu gün
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
15 Apr 2024 | 23:58
Mətanət Əsədova: “Bacım gəlin gedəndə fikirdən sarılıq olmuşdum”
15 Apr 2024 | 23:52
Gürcüstanda "xarici agentlər" haqqında qanuna qarşı kütləvi etirazlar baş verib
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 23:42
Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - VİDEO
15 Apr 2024 | 23:33
DİN: Tbilisidə aksiyada təxribat törətmək istəyənlər var  
15 Apr 2024 | 23:31
Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət gərginləşir, saxlanılanlar var
15 Apr 2024 | 23:29
91 yaşlı ana Kəlbəcərdə oğlunun şəhid olduğu ərazidə: Göz yaşlarını saxlaya bilmədi - VİDEO
15 Apr 2024 | 23:27
Amerikada yaşayan məşhur aparıcı pişik kafeyə gedib, VİDEO hazırladı-MARAQLI
15 Apr 2024 | 23:22
ABŞ Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib
15 Apr 2024 | 23:04
Bakıda çoxmərtəbəli binanın lifti işləmir: “Bələdçi rəhmətə gedib” - VİDEO
15 Apr 2024 | 22:58
Miller: ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsi variantlarını araşdırır
15 Apr 2024 | 22:52
Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib
15 Apr 2024 | 22:48
Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - VİDEO
15 Apr 2024 | 22:45
Polşada məcburi ev tapşırığı LƏĞV OLUNDU
15 Apr 2024 | 22:39
Tikinti şirkəti məhkəyə verildi
15 Apr 2024 | 22:37
Bir neçə ölkənin XİN-i İranın səfirlərini İsrailə hücumlarla bağlı çağırıb
15 Apr 2024 | 22:32
Müntəzəm qarabaşaq yarması yemək üçün 5 səbəb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 22:25
Qırğız Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
15 Apr 2024 | 22:23
Naxçıvanın keçmiş maliyyə naziri və DGK-sinin sabiq şöbə rəisinin məhkəmə prosesi keçirilib
15 Apr 2024 | 22:23
“Şuşa sadəcə elmi və tarixi deyil, həm də dini mədəniyyətimizin ən parlaq nümunəsidir”
15 Apr 2024 | 22:20
Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq mədəniyyət günü”ndə iştirak edib
15 Apr 2024 | 22:15
Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi
15 Apr 2024 | 22:12
Gürcüstan DİN aksiyaçıları ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb
15 Apr 2024 | 22:03
2024-cü ilin ən dəbli şalvar modeli
15 Apr 2024 | 22:02
Türkiyədə sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürüb
15 Apr 2024 | 21:55
100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - VİDEO
15 Apr 2024 | 21:48
Ərdoğan: İslam dünyası birlik üçün səylərini artırmalıdır
15 Apr 2024 | 21:43
Bakıda məşhur həkim telefon nömrəsini şok qiymətə SATIR – FOTO
15 Apr 2024 | 21:42
“Azəralüminium”la şüşə zavodu arasında alqı-satqı qalmaqalı
15 Apr 2024 | 21:33
Polşa Avropanın raketdən müdafiə sisteminə qoşulmağı planlaşdırır
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 21:20
“Mançester Siti”nin oyunçusu qiymətli malikanəsinə sauna quraşdırdı
15 Apr 2024 | 21:17
Fahriye və Burakın oğlunun 5 yaşı tamam oldu - FOTO
15 Apr 2024 | 21:16
Onun fırçası şəhid atasının xatirələrini çəkir: Qanı ilə boyanan torpağı qızı kətana hopdurur - VİDEO
15 Apr 2024 | 21:15
Türkiyənin İQ-sü ən yüksək şəhərləri - SİYAHI
15 Apr 2024 | 21:13
Ölümün qorxduğu cərrah...
15 Apr 2024 | 21:11
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
15 Apr 2024 | 21:09
Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət
15 Apr 2024 | 21:01
“Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...”-Akif Nağıdan tariximizə fərqli baxış...
15 Apr 2024 | 20:58
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
15 Apr 2024 | 20:56
39 yaşlı azərbaycanlı müğənninin toyudur: “Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum” - VİDEO
15 Apr 2024 | 20:47
Seneqalda bir tondan çox kokain ələ keçirilib
15 Apr 2024 | 20:45
Ayın sonu ilə bağlı MÜJDƏ - Bu bürc sahibləri çoxlu pul qazanacaq
15 Apr 2024 | 20:39
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 20:32
"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 20:13
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
15 Apr 2024 | 20:09
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
15 Apr 2024 | 20:03
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
15 Apr 2024 | 20:01
Şakiradan tamaşaçılarına xoş xəbər
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 19:50
İsrail Rəfaha hərbi hücumunu təxirə saldı
15 Apr 2024 | 19:42
O dünyaya gedənin ölüm sənədini bu dünyada niyə vermirlər? - VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:31
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15 Apr 2024 | 19:29
Çexiya İran səfirini XİN-ə çağırıb
15 Apr 2024 | 19:20
“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa...”
15 Apr 2024 | 19:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
15 Apr 2024 | 19:09
"İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, Azərbaycan...”
15 Apr 2024 | 19:08
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
15 Apr 2024 | 19:06
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
15 Apr 2024 | 19:03
Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb
15 Apr 2024 | 18:57
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başlayır
15 Apr 2024 | 18:41
Pəhriz sağlamlığa necə zərər verə bilər? - MÜTƏXƏSSİSLƏR DANIŞDI
15 Apr 2024 | 18:38
Bakıətrafının görünməyən tərəfləri: Zibilli yol - VİDEO
15 Apr 2024 | 18:35
İKT sektorunda orta aylıq əməkhaqqı 17 %-dən çox artıb
15 Apr 2024 | 18:01
Böyük Zəfərdən sonra keçirilən mitinqlər nəyə xidmət edir?- Millət vəkili AÇIQLADI  
15 Apr 2024 | 18:00
Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib
15 Apr 2024 | 17:56
Payızda istilik qiymətləri bahalaşacaq? - RƏSMİ AÇIQLAMA
15 Apr 2024 | 17:52
Müstəmləkə dövrünün xiffəti: Makronun Mərakeş səfərinin hədəfi - ŞƏRH + FOTO
15 Apr 2024 | 17:48
Bakıda Çingiz Aytmatovun abidəsi qoyulub - FOTO
15 Apr 2024 | 17:45
Siqaretin qiyməti bahalaşacaq? - AÇIQLAMA
15 Apr 2024 | 17:40
Bülbül prospektində təhlükə yaradan yol nişanına düzəliş edildi - YENİLƏNİB + FOTO/VİDEO
15 Apr 2024 | 17:36
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
15 Apr 2024 | 17:32
Şəkidə sahibsiz itlər heyvanlara hücum edib - VİDEO
15 Apr 2024 | 17:30
Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı
15 Apr 2024 | 17:28
Bakı Zooloji Parkında heyvanlar necə QİDALANIR? - Rəsmi AÇIQLAMA
15 Apr 2024 | 17:24
QS-in regional direktoru: “UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır”
15 Apr 2024 | 17:20
İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunurlar
15 Apr 2024 | 17:17
UNEC-in müəllimi vəfat etdi - FOTO
15 Apr 2024 | 17:14
Həbib Ağayev: "Azərbaycanın qadın futbolunda seleksiya ilə bağlı böyük problemlər var"
15 Apr 2024 | 17:12
Naxçıvan Ali Məclisində yeni təyinatlar olub - FOTO
15 Apr 2024 | 17:10
İcra başçısının müavinləri vəzifədən getdilər - FOTO
15 Apr 2024 | 17:09
M.C.Bağırovun laçınlı xalq qəhrəmanı Sultan bəyə bənzətdiyi məşhur dövlət xadimi kim idi?.. 
15 Apr 2024 | 17:08
Su Ehtiyatları Agentliyi yeni layihənin icrasına başladı - VİDEO
15 Apr 2024 | 17:04
Düzgün qidalanma üçün ən vacib tərəvəz: Hər gün yedikdə...
GÜNLÜK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 10:14
Qoç – yeni sevgi, Qız – yaxşı xəbər: Qalanını nə gözləyir?
15 Apr 2024 | 11:11
Həyatınızı məhv edə biləcək yemək mifləri
15 Apr 2024 | 08:19
İran raketlərinin İsrail aviabazasına düşdüyü yerlər nümayiş etdirildi...-RƏSMİ-FOTOIAR
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 08:41
Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
15 Apr 2024 | 09:47
Niyə Qərb İran raketlərini vurmaqda İsrailə kömək edir, amma Ukraynaya?..- Sabiq baş diplomat cavab verdi
15 Apr 2024 | 08:29
Azərbaycanda Ramazan tətili BAŞA ÇATDI
HƏFTƏLİK
09 Apr 2024 | 10:44
ƏDV çekləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – VİDEO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
09 Apr 2024 | 13:44
Pensiya alanların DİQQƏTİNƏ: "Yaxın günlərdə..." - RƏSMİ
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
09 Apr 2024 | 15:13
“Ceyhun Mirzəyevin qızını axtarırıq, onu aldadıb, əlindən pulunu alıblar”-ÖZƏL+FOTO
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
AYLIQ
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 10:14
Qoç – yeni sevgi, Qız – yaxşı xəbər: Qalanını nə gözləyir?
15 Apr 2024 | 11:11
Həyatınızı məhv edə biləcək yemək mifləri
15 Apr 2024 | 08:19
İran raketlərinin İsrail aviabazasına düşdüyü yerlər nümayiş etdirildi...-RƏSMİ-FOTOIAR
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 08:41
Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
15 Apr 2024 | 09:47
Niyə Qərb İran raketlərini vurmaqda İsrailə kömək edir, amma Ukraynaya?..- Sabiq baş diplomat cavab verdi
15 Apr 2024 | 08:29
Azərbaycanda Ramazan tətili BAŞA ÇATDI