Dünya bazarında neftin qiymətinin kəskin azalmasına baxmayaraq, ölkədə neft və neft məhsulları (benzin (Aİ), fərqli oktan ədədli yanacaq növləri, dizel yanacağı) ucuzlaşmadığından əmtəə və xidmətlərin qiymətləri də sabitləşmir.
Ötən ilin yekunlarına görə, 2015 ildə 41 584,40 min ton (yəni 41,584 milyon ton) neft hasil edilib. Hasilatda bu rəqəm 2014 ”“cü illə müqayisədə cəmisi 0,76 % az deməkdir.
Məsələ burasındadır ki, neftin ölkəmiz üçün başa gəldiyi qiymətində müxtəlif zidiyyətlər var. Belə ki, . Azərbaycanda ABƏŞ-in hasil etdiyi 1 barrel neftin maya dəyəri 5-6 dollara, SOCAR-ın hasil etdiyi isə 9-12 dollara başa gəlir. Bəzən isə bu rəqəmi 15 dollara qədər yüksəldirlər. Halbuki kütləvi ixtisarları və əməkhaqqında da xüsusi artımın olmadığını nəzərə alsaq, maya dəyərinin 9 dollardan da aşağı olduğu şübhə doğurmur.
Bəs nə etmək lazımdır ki, neftin hasilatında və gəlirlərində kənarlaşmalar minimuma endirilsin və büdcə bu sahədən daha səmərli yararlana bilsin?
Məlumat üçün qeyd etməliyəm ki, neftdən birbaşa vergi daxilolmalarının əsası mədən verigisidir. 2016-cı il üçün Vergi Məcəlləsinin mədən vergisinə aid 216.2-ci maddəsində dəyişikliklər edilmiş, qeyri-filiz qazıntılarından tutulan mədən vergisinin dərəcələri dəyişdirilmişdir. Məsələn:
Seolit - 50 qəpikdən 1 manata,
Barit - 50 qəpikdən 1 manata,
Mişar daşları - 50 qəpikdən 2 manata,
Yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər - 50 qəpikdən 1 manata,
Yodlu-bromlu sular - 2 qəpikdən 4 qəpiyə,
Duz - 4 manatdan 6 manata,
Qiymətli və yarımqiymətli bəzək daşları - 4 manatdan 6 manata,
Mineral sular - 6 manatdan 10 manata,
Və .s qeyri filiz faydalı qazıntılara tətbiq olunan vergi dərəcələri 0.5 və 4 dəfə artırılıb. Amma Neftə və qaza tətbiq edilən mədən vergisi dəyişdirilməyib.
Əgər biz real hasilat həcminə münasibətdə hesablanmalı olan mədən vergisinin ədədi qiymətinə nəzərə salsaq, 2015-ildə hasil edilən 41,584 milyon ton neftin il ərzində dəyişən qiymətinin ortalama 34,4 $ -la hesablayanda aşağıdakı rəqəmlər yaranır.
Qeyd ; Məhsulun ağır və yüngül məhsul olduğunu nəzərə alsaq bu çəki barellə nisbətdə 1 ton neft 7.46 barrel və ya 7.28 barrel kimi fərqlənir. Biz bu rəqəmi bir qədər də güzəştli (az) götürsək, yuvarlaq olaraq 7.2 barrel hesablamaqla qətiyyən yanılmarıq. 1 ton neft təxminən 1144 litrə bərabərdir.
1t : 137L = 7.29 barr. yuvarlaq 7.2 barr
7,2 x 34,4$ = 247,68 $ (dollar)
Ümumi hasilat 41584400 ton x 247 $ = 10,3 mlrd $
Xüsusi olaraq qeyd edim ki, 2015-ci il üçün Neft Fondunun təsdiq edilmiş gəliri 10 246 611,9 manat təşkil edir.
Konvertasiyasız birbaşa hesablayanda hasil edilmiş neftə birbaşa tətbiq edilməli mədən vergisi 2,67 milyard dollar həcmində olmalıdır. Əgər biz Neftə dair mədən vergisinin dərəcəsini 15,3 % artırsaq , yəni 26% -dən 30% qaldırsaq, neftdən vergi daxilolmalarının həcmi 3,1 milyarda çata bilər. Bu da bu ilin vergidaxilolmaları üzrə proqnozun təxminən 47 faizini təşkil edir.
Belə dəyişiklik Vergilər Nazirliyinin qarşısında dayanan öhdəliyin də yerinə yetirilməsinə qismən dəstək ola bilər. Real vəziyyəti nəzərə alsaq, kütləvi şəkildə kiçik və orta sahibkarlıq subyektlərinin sıradan çıxması, minlərlə iş yerlərinin bağlanmasının qarşısını almaq üçün həmin sahələrə vergi güzəştləri tətbiq etmək, eyni zamanda yaranan boşluğu bu yolla kompensasiya etmək olar.
Anoloji dəyişiklik mavi qazın hasilatına da tətbiq edilməlidir.
Əgər dünya bazarında yanacaq ucuzlaşırsa, daxili bazarda isə biz qiymətlərin azaldılmasını təmin edə bilmiriksə, onda digər qazıntılar kimi, neftə və qaza tətbiq edilən mədən vergi dərəcəsini artırmaq lazımdır. Yəni neftdən (mədən vergisi şəklində 15,3 faiz artan ) daxilolmalar fonddan kənar vergi şəkilində birbaşa büdcəyə daxil olacaq. Beləliklə, əhali dəyişiklikdən dolayı yolla faydalana biləcək.