Xəbər lenti
12/08/2020 [13:27]:
Aralıq dənizində sular niyə isindi? –Yarımçıq kəsilən Türk-Yunan danışıqlarının gizlinləri
12/08/2020 [13:19]:
Erməni rejimi Əsgəranda mərkəzi küçənin təmirinə başladı...-FOTO
12/08/2020 [13:16]:
İki yol var: Getmək və ya ölkəni qan içində boğmaq...
12/08/2020 [13:07]:
Bu səhvlərə qətiyyən yol verməyin - Yanlış ixtisas seçimi edən tələbələrdən VACİB məsləhətlər
12/08/2020 [13:04]:
Alimlər dəniz məhsullarında mikroplastik zərrəcikləri tədqiq etdilər
12/08/2020 [13:03]:
Oqtay ilk dəfə Aysellə boşanmalarından danışdı
12/08/2020 [13:01]:
Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - Açıqlama
12/08/2020 [13:01]:
Təhsil naziri Türkiyə səfiri ilə görüşdü
12/08/2020 [13:00]:
Riyaziyyatın 99 sirrindən biri - Kvadrat kök necə hesablanır?-Sadə metod
12/08/2020 [12:59]:
Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı
12/08/2020 [12:55]:
Əvvəl anasına baxıb qızı alırdılar, indi atasının cibinə baxırlar…
12/08/2020 [12:52]:
“Qəbul imtahanlarının I mərhələsinə qatılmayanlar II mərhələdə iştirak edə biləcək” - DİM
12/08/2020 [12:39]:
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir...
12/08/2020 [12:35]:
Prezident “Azərsu”ya vəsait ayırdı
12/08/2020 [12:06]:
“Azyaşlıya sataşan müəllim ən azı 15 il azadlıqdan məhrum edilməli idi...”
12/08/2020 [12:05]:
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
12/08/2020 [12:03]:
“Azərbaycan polisinə qarşı aparılan qarayaxmalar “5-ci kalon” tərəfindən idarə olunur“
12/08/2020 [12:02]:
Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI
12/08/2020 [11:59]:
Belarusda aksiyalara görə pirotexniki məhsulların satışı qadağan edildi
12/08/2020 [11:56]:
“Əli Nağıyev təcrübəli və milli adamdır” - “O, “beşinci kolon”la bağlı öz işlərini görür...”
12/08/2020 [11:56]:
“Ölkəmizdə belə bir bazanın yaradılması nə Türkiyəyə, nə də Azərbaycana lazımdır, çünki...”
12/08/2020 [11:48]:
Əməkdar jurnalist vəfat etdi
12/08/2020 [11:47]:
Türkiyədə dövlət məmuru torpaq üstündə ailə üzvlərini öldürdü
12/08/2020 [11:45]:
Emin Ağalarov “avtoşluq” etdi - VİDEO
12/08/2020 [11:43]:
Trampdan seçki həmləsi - 100 milyon dozalıq vaksin
12/08/2020 [11:40]:
Ermənilər Türkiyə ordusunun Gürcüstandan keçməklə Qarabağa girəcəyindən qorxuya düşdü...
12/08/2020 [11:19]:
Nazilə gənclərin boşanmasından danışdı: “Sizi böyütmürük ki, bizə dərd verib qocaldasınız”
12/08/2020 [11:17]:
Ermənistanda koronavirusa yoluxanların sayı 40 794-ə çatdı
12/08/2020 [11:15]:
“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”
12/08/2020 [11:14]:
Bərdədə kütləvi dava: ölən və yaralananlar var - ADLAR
12/08/2020 [11:11]:
“Beyrut partlayışı Ermənistan üçün sanki göydəndüşmə bir fürsət oldu” - Tofiq Zülfüqarov
12/08/2020 [11:09]:
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
12/08/2020 [11:07]:
Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı
12/08/2020 [10:53]:
İsrail qırıcıları HƏMAS-ı yenə vurdu
12/08/2020 [10:45]:
Tramp dünyanın ən böyük problemini açıqladı
12/08/2020 [10:42]:
Kafe karantinə rəğmən fəaliyyət göstərirmiş - FOTO
12/08/2020 [10:42]:
"Rusiya bunu edərsə, o zaman Türkiyənin müharibəyə qatılmaqdan başqa yolu qalmayacaq..."
12/08/2020 [10:17]:
İmişlidə qohumlara hücum: 1 ölü, 1 yaralı
12/08/2020 [10:15]:
Bərdə RİH-də Koronavirusa qarşı Operativ Qərargahın növbəti iclası keçirildi - FOTOLAR
12/08/2020 [10:12]:
"Vaksinin təsdiqi illüziyadır, toyların bərpası isə..." - Professor
12/08/2020 [10:09]:
Azərbaycanda yeni ödənişlər sistemi istismara verilib
12/08/2020 [10:09]:
“Rusiya Türkiyə və Azərbaycanla danışıqlarda konstruktivlik nümayiş etdirməzsə...”
12/08/2020 [10:07]:
Yüzdən çox erməni Livandan Ermənistana gətirilib
12/08/2020 [09:44]:
Türkiyədə güclü zəlzələ oldu
12/08/2020 [09:39]:
Ermənilər atəşkəs rejimini 35 dəfə pozub
12/08/2020 [09:37]:
Koronavirusla bağlı son STATİSTİKA
12/08/2020 [09:14]:
Ancelina Coli hakimə qarşı vəsatət qaldırıb
12/08/2020 [09:11]:
Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı
12/08/2020 [09:10]:
Qardaşının üzərinə kimyəvi maye tökərək yandırdı – VİDEO
12/08/2020 [09:05]:
Ukraynada koronavirusun ikinci dalğası başladı
12/08/2020 [08:46]:
“Koronavirus, nəhayət,  dekabrda tarixə dönəcək…”
12/08/2020 [07:43]:
Ermənı lider separatçı “prezident” iqamətgahının Şuşaya köçürüləcəyini bəyan etdi...
12/08/2020 [07:03]:
"Doğrudanmı biz hesab edirik ki, ulu əcdadımız Həzrət Adəm yox,  meymundur?.."
12/08/2020 [02:08]:
"Ssenari elə qurulub ki, zərərçəkmiş tərəf bu gün təqsirləndirilən tərəf olub..."
12/08/2020 [01:56]:
Avropa "Batya"nı sanksiyalarla hədələdi: "Belarusla münasibətlərə yenidən baxılacaq..."
12/08/2020 [00:09]:
Bir gündə Rusiyadan Antalyaya 80 təyyarə turist gəldi...
11/08/2020 [23:55]:
"Qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib"
11/08/2020 [23:52]:
“Xəyanətin yox, bir mərdimazarın şantajının qurbanı oldum, o vicdansız məxluq öz cəzasını alacaq"
11/08/2020 [22:45]:
Komitə sosial şəbəkələrdəki fotolarla bağlı hərəkətə keçdi
11/08/2020 [22:19]:
Belarusda iki mindən çox insan saxlanılıb
11/08/2020 [22:17]:
Avtomobil sığortası olmayan sürücü qəza törətdi
11/08/2020 [22:05]:
Hökumət təkzib etdi: komendant saatı tətbiq edilməyəcək
11/08/2020 [22:04]:
Bakıda qadın 30 nəfəri aldadaraq pulunu aldı
11/08/2020 [22:01]:
Abşeronda karantin qaydalarını pozan 28 nəfər cərimələnib - FOTO
11/08/2020 [21:58]:
Paşinyan fövqəladə vəziyyət şəraitində dostunun qızının toyunda iştirak etdi - FOTO
11/08/2020 [21:28]:
ABŞ Rusiyanın koronavirusa qarşı peyvəndini keyfiyyətsiz adlandırdı
11/08/2020 [21:24]:
15 yaşlı qızı hamilə buraxan müəllim bir il müddətinə azadlıqdan məhrum edildi
11/08/2020 [21:05]:
"Bu “ənənə” illərdir dövlət mülkiyyətində olan monopolist müəssələr tərəfindən formalaşıb"
11/08/2020 [20:52]:
Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək
11/08/2020 [20:31]:
Tixanovskaya Litvaya qaçdı, Lukaşenko isə hələlik vəziyyətə tam nəzarət edə bilmir...
11/08/2020 [20:27]:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsini sosial nəzarətə götürdü
11/08/2020 [20:19]:
“Onlar ölkəmizdəki bu bazanı NATO bazası hesab edəcək və ilk zərbəni ona endirəcəklər”
11/08/2020 [20:11]:
Ailəsi tərəfindən dəfn edilən kişi beş gündən sonra evinə qayıtdı
11/08/2020 [19:59]:
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
11/08/2020 [19:58]:
“Türk bazaları  Azərbaycanda etnik separatizmin birdəfəlik gömülməsi deməkdir...” 
11/08/2020 [19:55]:
Canel Nəcəfli beynəlxalq müsabiqədə liderliyini qoruyur
11/08/2020 [19:48]:
Rusiya Ermənistanı Azərbaycana qarşı silahlandırır: Kreml Cənubi Qafqazda gərginliyi yüksəldir
11/08/2020 [19:30]:
Serbiya prezidenti hamıdan əvvəl Rusiya peyvəndini vurdurmaq istəyir
11/08/2020 [19:25]:
Slovakiyanın rus diplomatları ölkədən qovan baş naziri: “Biz sizin üçün banan ölkəsi deyilik”
11/08/2020 [19:07]:
Əqli qüsurlu qadının yaxınları axtarılır
Bütün arxiv bir sırada
16/02/2016 [12:14] - Araşdırma - ( 8953 dəfə baxılıb)

Bakının müasir memarlıq simasının müəyyənləşdirən binalar - FOTO



 Tarix, mədəniyyət və müasirliyin vəhdət təşkil etdiyi paytaxtımız Bakıda son illərdə inşa edilmiş müxtəlif təyinatlı monumental binaların sayının davamlı olaraq artır. Belə binalar özlərinin istər ictimai əhəmiyyəti, istərsə də memarlıq xüsusiyyətləri ilə, sözün həqiqi mənasında, milli sərvətə çevrilir, xalqımızın həyat səviyyəsinin, rifahının, estetik baxışlarının bariz göstəricisi hesab edilirlər.

Moderator.az-ın məlumatına görə, “Xalq qəzeti”ndə dərc edilmiş “Tikdim ki, izim qala! Paytaxtımızda memarlıq ənənələri yaşayır və zənginləşir” başlıqlı məqalədə belə deyilir.  Məqalədə qeyd olunur ki, qədim kökləri və şanlı tarixi olan Azərbaycan memarlığı əsrlər boyu inkişaf etdirilib, ölkəmiz dünya memarlıq irsinin ən mütərəqqi xüsusiyyətlərinin milli düşüncə və zövqlə üzvi şəkildə birləşdirildiyi bir məkan kimi tanınıb. Ötən əsrdə, xüsusən, sovet dövründə milli memarlığımızın öz tarixi ənənələrini qoruyub saxlaması çox diqqətəlayiq bir hadisədir. Funksionallığa və konstruktivliyə üstünlük verildiyi həmin dövrdə milli memarlıq ənənə və üslublarından yaradıcılıqla bəhrələnmək nə qədər çətin olsa da, M.Hüseynov, S.Dadaşov və başqaları kimi istedadlı memarlarımız bu vəzifənin öhdəsindən gəlməyi bacarıblar.

Azərbaycanın yeni memarlıq məktəbinin banisi olan dünya şöhrətli görkəmli memar akademik Mikayıl Hüseynov deyirdi: “Heç bir texniki nailiyyət, heç bir təzə tikinti materialı yüzilliklər boyu formalaşmış el memarlığının mütərəqqi cəhətlərini inkar etmir. Əksinə, burada hər şey bizim gözəl ənənələrimizə münasibətimizdən, professional səviyyə və düşüncəmizdən asılıdır. Biz xalq sənətimizdən həmişə öyrənirik, ondan faydalanırıq”.

Bakının müasir memarlıq simasının müəyyənləşdirilməsində də M.Hüseynov məktəbinin nailiyyətlərindən məqsədyönlülüklə və novatorluqla istifadə olunur. Paytaxtın Bayıl hissəsinin abadlaşdırılması və yenidən qurulması planına uyğun olaraq həyata keçirilən tikinti işləri çərçivəsində “Qurban Abbasov küçəsi, 8” ünvanında inşa edilən səkkizmərtəbəli mansardlı fərdi yaşayış binasının memarlıq həllində bunu aydın şəkildə görmək mümkündür. Binanın fasadında görkəmli memarlar - M.Hüseynovun və S.Dadaşovun layihələndirdikləri bir sıra binaların eksteryerindəki, Şərq və Qərb memarlıq üslublarının sintezini özündə ehtiva edən bir-birindən maraqlı və gözəl elementlərdən istifadə olunub. Ölkəmizin inşaat sektorunda 10 ildən artıqdır fəaliyyət göstərən və paytaxtımızda bir sıra iri layihələrin baş podratçısı olan “Azimport” MMC-nin yerli tikinti materialları ilə inşa etdiyi bu yaşayış binası Bakının cənub girişində, Dənizkənarı bulvarla üzbəüzdə, relyefinə görə dağlıq ərazidə yerləşməklə şəhərin ənənəvi memarlıq ansamblının davamı kimi diqqəti cəlb edir. Layihədə ənənəvi memarlıq üslubuna sadiqliyi təkcə ümumi görünüş deyil, həm də sütunların, şaquli çıxıntıların, tağların, kapitellərin, dairəvi və dördbucaq erkerlərin quruluşu, onların üzərindəki naxışlar, həkkaklıq elementləri də nümayiş etdirir. Layihənin müəllifi, memar Səxavət Əliyev deyir: “İnşaat sektorunda həm yüksək keyfiyyətli işi ilə seçilən, həm də milli memarlıq ənənələrinə böyük maraq göstərən “Azimport” MMC-dən 1940-50-ci illərdə Bakıda inşa edilmiş binaların üslubunda bir yaşayış binasının layihəsini hazırlamaq sifarişi alanda, təbii ki, ilk növbədə, görkəmli memarlarımız Mikayıl Hüseynov və Sadıq Dadaşovun irsindən bəhrələnmək qərarına gəldik. Bu layihədə onların Bakıdakı memarlıq incilərinin ayrı-ayrı elementlərindən istifadə etmişik. Bununla yanaşı, diqqətli tamaşaçı binada hətta Şirvanşahlar sarayının memarlıq elementlərinə də rast gələ bilər. Burada biz klassik və ənənəvi elementlərin surətini çıxarmaq yolu ilə getməmiş, onlara müasirlik prinsipləri əsasında yaradıcı yanaşmağa çalışmışıq...”. 

Daha çox qazanc əldə etmək istəyən bir çox tikinti şirkətlərinin məhdud bir ərazidə çoxbloklu, çoxmərtəbəli, heç bir zahiri memarlıq elementləri olmayan, bəzən fasadı adi boya ilə rənglənmiş, bəzən isə yalnız şüşə və metal konstruksiyalardan ibarət binaların inşasına meyil göstərdikləri bir vaxtda şəhərimizə yaraşıq, sakinlərə zövq verən əsl memarlıq əsəri yaratmaq milli-mənəvi dəyərlərimizi qorumağın və inkişaf etdirməyin təqdirəlayiq nümunəsidir.

Tikinti sahəsinin rəisi, təcrübəli inşaatçı Namiq Həsənov buradakı işlərin ən yüksək tikinti standartlarına uyğun şəkildə aparıldığını vurğulamaqla qeyd etdi ki, binanın fasadında yerli aqlay daşdan istifadə olunur və layihədə göstərilən memarlıq elementlərinin icrasını şirkətin özünün yetişdirdiyi usta və mütəxəssislər yerinə yetirirlər. Ötən ilin may ayında tikintisinə başlanmış binada hörgü və üzləmə işləri artıq başa çatmaq üzrədir, tezliklə həyətyanı sahənin və landşaftın abadlaşdırılmasına başlanacaqdır. Sakinlər üçün hər cür rahatlığın nəzərdə tutulduğu yaşayış binası bu il onların istifadəsinə veriləcəkdir.

“Tikdim ki, izim qala” devizi ilə çalışan və paytaxtımızın simasını daha da gözəlləşdirən binalar ucaldan inşaatçıların milli memarlıq ənənələrini yaşatması və zənginləşdirməsi təqdirəlayiq işdir.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
loading...
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir...
Bərdə RİH-də Koronavirusa qarşı Operativ Qərargahın növbəti iclası keçirildi - FOTOLAR
"Diplomatik manevrlər etmək lazımdır, lakin..."
"Rusiyaya yaxınlaşmaq, Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur..."
ABŞ Qarabağ məsələsində “demokratik” Paşinyandan necə məyus oldu... - FOTO
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
“Azyaşlıya sataşan müəllim ən azı 15 il azadlıqdan məhrum edilməli idi...”
Cəmiyyət
“Əli Nağıyev təcrübəli və milli adamdır” - “O, “beşinci kolon”la bağlı öz işlərini görür...”
Gündəm
“Ölkəmizdə belə bir bazanın yaradılması nə Türkiyəyə, nə də Azərbaycana lazımdır, çünki...”
Şou-biznes
“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”
Cəmiyyət
"Bu cür tərbiyyəsiz şeirlər, tərbiyyəsiz adamların tərtib etdiyi kitablarda ola bilər..."

Yazar
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: "Başını ağrıtma... "
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
İranda haqqında deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247