Xəbər lenti
15/09/2019 [22:31]:
Salyanda 3 yaşlı uşağı avtomobil vurub
15/09/2019 [22:27]:
Azərbaycan klubu Dünya Kubokunun qalibi oldu
15/09/2019 [22:24]:
Neftin qiyməti kəskin artacaq – PROQNOZ
15/09/2019 [22:22]:
Ərdoğan Trampla Amerika “Patriot”unun alınması məsələsini müzakirə edəcək
15/09/2019 [22:20]:
“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır...”- VİDEO
15/09/2019 [22:18]:
"Su-35" və "Be-200" təyyarələri İstanbul səmasında sınaq uçuşlar edib
15/09/2019 [21:59]:
Almaniyada əlillər evində yanğın olub, ölən və xəsarət alanlar var
15/09/2019 [21:54]:
Türkiyə-Suriya sərhədində partlayış olub, azı 12 nəfər öldü
15/09/2019 [21:28]:
Türkiyədə Nəsimiyə həsr edilən beynəlxalq elmi simpozium keçirildi - FOTOLAR
15/09/2019 [20:55]:
Atasıyla eyni yaşda və tarixdə şəhid oldu - FOTO
15/09/2019 [20:54]:
Qusar sakini yararsız parçaları sənət əsərinə çevirir - FOTO
15/09/2019 [20:48]:
Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır
15/09/2019 [20:15]:
Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionatında gümüş medal qazanıb
15/09/2019 [20:02]:
Tərtərin cəbhə kəndində yaşayan ailənin üçəm oğlu oldu
15/09/2019 [19:57]:
Osmanlının təhlükəyə qarşı tikdirdiyi Gəncə qalasını Çar Rusiyası eyni qorxudan dağıtdı - FOTO
15/09/2019 [19:37]:
Türkiyə Vitse-prezidenti Bakıya gəlib
15/09/2019 [19:16]:
Azərbaycandakı ən qədim məbəd Rusiya işğalı zamanı necə kilsəyə çevrildi? - VİDEO
15/09/2019 [19:04]:
"Sənin 10 milyon izləyicin yoxdur ki, ancaq mənim var, məni dəli etmək istəyirsən?"
15/09/2019 [18:20]:
“Gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihənin dördüncü tədbiri keçirilib
15/09/2019 [18:06]:
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?
15/09/2019 [18:00]:
Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı
15/09/2019 [17:48]:
Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirildi - FOTO/VİDEO
15/09/2019 [17:46]:
Bakıda ilk dəfə Lavaş və Qutab festivalı keçirildi - VİDEO
15/09/2019 [17:10]:
Gəncədə yük maşını körpünü keçə bilmədi - VİDEO
15/09/2019 [16:53]:
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
15/09/2019 [16:50]:
İnsulin alan xəstələr ehtiyatlı olsun: Ölüm təhlükəsi var!
15/09/2019 [16:31]:
Zurabişvilinin oğlu Makron administrasiyasının əməkdaşı oldu
15/09/2019 [16:30]:
Vahid Ələkbərovun şəhərə gəlişinə görə şam ağaclarını və otları rənglədilər
15/09/2019 [16:29]:
Avropa İranla ticarət üçün yaradılacaq mexanizmə 15 milyard dollar ayıracaq
15/09/2019 [16:28]:
İranda qadınlar stadionda futbol izləyə biləcəklər
15/09/2019 [16:26]:
KİV: Səudiyyə Ərəbistanına neft nəqlinin bərpası üçün bir həftə lazımdır
15/09/2019 [16:23]:
ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçirilir
15/09/2019 [16:23]:
Səfir: "Bakının azad edilməsi bütün Türk dünyası üçün əlamətdar hadisə idi"
15/09/2019 [16:05]:
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
15/09/2019 [15:50]:
Arvadına işgəncə verən kişiyə ağır cəza- FOTOLAR
15/09/2019 [15:27]:
"İl ərzində 20 min tələbəyə distant təhsil verə biləcək UNEC EXTERN yaratmışıq"
15/09/2019 [15:00]:
Azərbaycanda avtobusda qadınlar arasında saçyoldu oldu - VİDEO
15/09/2019 [14:50]:
Qulu Məhərrəmli: "Bu gün PAYTAXT günü elan olunmalıdır"
15/09/2019 [14:43]:
Qədim türk şəhəri Bakı... – Ərdoğanın müşaviri
15/09/2019 [14:40]:
Amerikalı senator İranın neft emal zavodlarını vurmağa çağırdı
15/09/2019 [14:35]:
Nazilə əri ilə şəklini paylaşdı - “Məndən 8 yaş böyükdür”
15/09/2019 [14:33]:
Beyləqana yeni icra müavini təyin olundu
15/09/2019 [14:29]:
Artıq çəkisinə görə məktəbdən çıxardılar
15/09/2019 [14:24]:
Tunisin sabiq Prezidentinin həyat yoldaşı vəfat etdi
15/09/2019 [13:56]:
Ayı İsmayıllı sakininə həyətində hücum etdi
15/09/2019 [13:54]:
Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”
15/09/2019 [13:53]:
Muqabe mavzoleydə dəfn ediləcək
15/09/2019 [13:41]:
Özbəkistanın Türk Şurasına gəlişi ilə bağlı BƏYANAT
15/09/2019 [13:23]:
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO
15/09/2019 [12:54]:
İran generalı: "ABŞ-la müharibəyə daim hazır vəziyyətdəyik"
15/09/2019 [12:53]:
SON DƏQİQƏ! Sərnişin avtobusu AŞDI - 1 ölü, 40 yaralı var / FOTO
15/09/2019 [12:50]:
Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ
15/09/2019 [12:48]:
Sabiq millət vəkili vəfat etdi - FOTOLAR
15/09/2019 [12:45]:
Tunisdə prezident seçkiləri keçirilir
15/09/2019 [12:40]:
Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı?
15/09/2019 [12:23]:
İlk dərs günü ölkə ərazisində 30 dərəcəyədək isti olacaq
15/09/2019 [12:21]:
Azərbaycanda yeni turizm məktəbi yaradılacaq
15/09/2019 [12:10]:
Bu il Bakı şəhəri üzrə 14 məzun məktəbi qızıl medalla bitirib
15/09/2019 [12:07]:
“Azərişıq” son 4,8 ildə elektrik enerjisi üzrə texniki itkiləri 2 dəfəyə qədər azaldıb
15/09/2019 [11:57]:
Rusiyada vertolyot itib
15/09/2019 [11:39]:
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
15/09/2019 [11:30]:
İslam Abbasov dünya çempionatına qələbə ilə start verib - YENİLƏNİB
15/09/2019 [11:20]:
Mehriban Əliyeva məktəbliləri Bilik günü münasibəti ilə təbrik edib
15/09/2019 [11:19]:
"Başımız bədənimizə qaytarıldı, amma onu yaxşı işlədə bilmədiyimizdən bu dəfə ürəyimizi itirdik"
15/09/2019 [11:15]:
Sabirabadda maşın su kanalına aşıb, sürücü ölüb
15/09/2019 [11:09]:
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
15/09/2019 [11:03]:
“Yenidən Müsavat başqanı olmaq fikrim yoxdur, bu məsələdə spekulyasiyaları düzgün saymıram”
15/09/2019 [10:48]:
Bu gün "Qarabağ" və "Neftçi" komandaları qarşılaşacaq
15/09/2019 [10:30]:
Tehran Ər-Riyada qarşı neft savaşına başladı: Husilərin “Aramco”-ya hava hücumlarının iç üzü
15/09/2019 [10:30]:
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
15/09/2019 [10:28]:
Rəsul Çunayev dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
15/09/2019 [10:27]:
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
15/09/2019 [10:24]:
Əzrayılın erkək-dişiliyi...
15/09/2019 [10:14]:
Çürük kartof   4 adamı öldürdü…
15/09/2019 [10:01]:
ABŞ-ın SSRİ-yə qarşı göyərçin "agentlər"inin üstü açıldı - Sənədlər ələ keçdi
15/09/2019 [09:58]:
Antalyada rus turistlərinin paraşütünü külək belə uçurdu - VİDEO
15/09/2019 [09:19]:
Roma Papası ömürlük həbs cəzasına qarşı çıxdı
15/09/2019 [09:18]:
Snouden Fransadan sığınacaq istədi
15/09/2019 [09:02]:
ABŞ-da metroda silahlı insident, ölən və yaralılar var
15/09/2019 [08:57]:
Xanımını binadan atmaqda suçlanan direktorun işində video-görüntlər izlənildi - məhkəmə yekunlaşır
Bütün arxiv bir sırada
24/02/2016 [21:10] - Gündəm - ( 5613 dəfə baxılıb)

"İlham Əliyev Heydər Əliyevdən də qabağa gedib"



Moderator.az keçmiş nazir və keçmiş səfir Əli Nağıyevdən ölkə başçısı İlham Əliyevin İran İslam Respublikasına səfəri ilə bağlı fikirlərini öyrənib. 

Əli Nağıyev ilk öncə ölkə başçısının yürütdüyü düzgün xarici siyasətdən danışıb: “Hesab edirəm ki, İran Azərbaycan münasibətləri hər zaman yüksək səviyyədə olmalıdır. Sözsüz ki, Azərbaycan dövlətinin Heydər Əliyevdən başlayan siyasəti Azərbaycanın bütün dövlətlərlə münasibətlərini dostluq və qarşılıqlı əməkdaşlıq əsasında qurmağa yönəlibdir. Prezident İlham Əliyev də bu xətti çox uğurla davam etdirir və deyərdim ki, bu məsələdə hətta Heydər Əliyevdən də qabağa gedib. Heydər Əliyev öz nüfuzundan istifadə edərək hansısa məsələləri tez həll edirdisə, İlham Əliyev xarici siyasətdəki aktivliyindən istifadə edərək bir çox həlli çətin olan məsələləri həll edir. Azərbaycanın xarici siyasətini, münasibətlərini bütün dövlətlərlə qarşılıqlı, faydalı əməkdaşlıq, dostluq əsasında qurmağa yönəldib, xüsusilə də qonşu dövlətlərlə. Bu da birmənalı şəkildə belə olmalıdır və bunu da Azərbaycan prezidenti yüksək səviyyədə həyata keçirir”.

Keçmiş nazir deyib ki, İranla münasibətlərimiz ən yüksək səviyyədə olmalıdır: "Bu da  Azərbaycanın İrana qarşı olan xarici siyasətində bu günə qədər özünü göstərib. Hələ Heydər Əliyev Naxçıvanda olan zaman Azərbaycanın İranla münasibətləri çox gərgin bir vəziyyətə çatmışdı. Onda Heydər Əliyev Naxçıvandan İranla çox isti münasibətlər qururdu. O vaxt bu bəlkə də İran rəhbərlərinə bir mesaj idi ki, darıxmayın, bizim münasibətlərimiz yenidən lazımi səviyyədə qurulacaq. Allah böyük öndərə rəhmət eləsin! Bu səfərin təbliğatı öz daxilindədir, yəni ki, baş verənlər bu səfərin təqdimatını təbliğ edən bir vasitədir. Belə bir deyim var, fotoqraf o qədər peşəkar olmalıdır ki, şəkli göstərməklə yanaşı həm də danışdıra bilə. Və yaxud da operator elə kadrları tutmağı bacarmalıdır ki, həmin kadrların informasiya tutumu böyük olsun. Prezidentin təbliğatı ilə məşğul olanlar təkcə İlham Əliyevin İran prezidenti ilə danışıqlardan sonra mətbuata söylədiklərini insanlara doğru şəkildə təqdim etsələr çox böyük effekt verər. Bu, hansısa politoloqların, bayağı, primitiv şərhlərindən daha çox əhəmiyyət kəsb edər. Səfərlə bağlı bir neçə məqama xüsusi fikir vermək lazımdır, ilk növbədə Ruhani İlham Əliyevin danışıqlarına çox  heyranlıqla qulaq asırdı. Daha sonra İlham Əliyevin verdiyi bəyanatları dinləyəndə İran nümayəndə heyətinin üzvlərinin, nazirlərinin üzləri gülürdü. Eyni zamanda Ruhaninin verdiyi bəyanat da çox yüksək səviyyədə Azərbaycan İran dostluq münasibətlərini şərh edir. Həmçinin,  Ayətullah Xameneyi ilə görüşdə “Azərbaycanla İran təkcə dost deyil, təkcə strateji tərəfdaş deyil, bu münasibətlər daha yüksəkdir” deməsi Azərbaycan İran  münasibətlərinin səviyyəsini göstərən  təbliğatının ən əsas notları olmalıdır”. 

Ə. Nağıyev prezidentin İran səfəri çərçivəsində önəmli olan əsas üç məsələni,  dəmir yol nəqliyyatının birləşdirilməsi, enerji daşıyıcılarının mübadilə əsasında birləşdirilməsi, Xəzərin enerji resurslarının birgə işlənməsini xüsusi qeyd edib: “Səfərin əhəmiyyətinə gəlincə deyərdim ki, bu səfərin əhəmiyyəti ölçüyə gəlməyəcək qədər böyükdür. İndiyə qədər bəlkə də yatsaq da yuxumuza girməzdi ki, İranla Azərbaycanın dəmir yolları birləşəcək. Həmin dəmir yol xətti  Avropadan Cənubi Şərqi Asiyaya gedib çıxacaq və burada da Azərbaycan bir körpü rolunu oynayacaq. Bu da o deməkdir ki, neftin ucuzlaşması hesabına müəyyən qədər çətin iqtisadi duruma düşdüyü vaxtda  Azərbaycanın qarşısında birdən-birə bu qədər geniş imkanlar açılır. Bir tərəfdən Azərbaycan körpü olmaqla Avropa ilə Asiyanı birləşdirən dəmir yolu inşa olunacaq. Digər tərəfdən, Ruhaninin bəyənatında dəniz nəqliyyatının genişləşdirilməsi məsələsi də yer aldı. Bunun da çox böyük əhəmiyyəti olacaqdır. Digər bir məsələ isə enerji sistemlərimizin birləşdirilməsi təklifi idi, bunun da nə qədər yüksək perspektivləri var. Həmçinin, Xəzərin enerji resurslarının birgə işlənməsi məsələsi Azərbaycanın əldə etdiyi həm iqtisadi nailiyyətlərdir. Eyni zamanda da strateji əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək. Orada bir cümlə səsləndi ki, “İranla Azərbaycanın təhlükəsizlik məsələlərində birgə əməkdaşlığı”, bu hələ gözə görsənməyən böyük perspektivlərdən xəbər verir”.
 
Keçmiş səfir son olaraq vurğulayıb ki, prezidentin İran səfərinin Azərbaycana nə verdiyi bir ildən sonra görünən nəticə verəcək: “Üç il əvvəl heç kim təsəvvür etməzdi ki, Ələt terminalı bu qədər gərəkli olacaq. Bir dəqiqənin içində Türkiyə Rusiya münasibətlərinin pozulması Ələt terminalının konteynerlərlə, Türkiyə TIR-ları ilə ilə doldurdu. Həmçinin, Rusiya Ukrayna münasibətlərinin gərginləşməsi Ələt terminalının nə qədər gərəkli olduğunu göstərdi. Bu, həm də bir anın belə siyasətdə böyük rol oynadığının göstəricisi idi. İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan ancaq sülh və qarşılıqlı faydalı əməkdaşlıq məkanıdır. Bu regionda baş verən Rusiya Türkiyə münasibətlərinin pozulması, Ukrayna Rusiya qarşıdurması  Azərbaycanın regionda nə qədər vacib olduğunu sübut etdi. İran Azərbaycan münasibətlərinin də bu qədər yüksək həddə qaldırılması sabah digər Avropa dövlətlərinə də Azərbaycanın regional əməkdaşlıqda,  geosiyasi mövqedə nə qədər vacib məkan olduğunu diqqətdə qoyacaq. Ona görə də prezidentin İran səfəri ilə artıq sözlər deməyə ehtiyac görmürəm. Təklif edirəm ki, İlham Əliyevin bəyanatını tez-tez televizya proqramlarında göstərsinlər, oradakı xüsusi epizodları xüsusilə nəzərə alsınlar”. 

Rumiyyə 

loading...
loading...
Əzrayılın erkək-dişiliyi...
Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası...
Siqaret çəkərkən ölümdən döndü - QORXUNC...
Bombalı paketi açan rektorun əli qopdu - QORXUNC... + VİDEO
Hamiləlikdə yaşanan stress baxın nəyə səbəb olur - ARAŞDIRMA
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
Dünya
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
Hadisə
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
Siyasət
“Yenidən Müsavat başqanı olmaq fikrim yoxdur, bu məsələdə spekulyasiyaları düzgün saymıram”
Cəmiyyət
“Polisin aztəminatlı ailələrlə bağlı atdığı addım hər kəs üçün gözəl nümunədir”
Həftənin ən çox oxunanları
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Bir dəfə Heydər Əliyev iclas keçirəndə indiki icra hakimiyyəti başçılarından biri deyib ki..."
“Eşşək” ləqəbli oliqarx-deputatın qızının toyunda qanunsuz atəşfəşanlıq- Polis hərəkətə keçdi...
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
“Əli Nağıyevdən bir peşəkar kimi gözləntim böyükdür”
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247