Azərbaycanlı deputat Ermənistandan bunu TƏLƏB ETDİ
41740
07 Mar 2023 | 14:53

Azərbaycanlı deputat Ermənistandan bunu TƏLƏB ETDİ

“Ermənistandan öz ata-baba yurdumuza qayıtmaq üçün şərait yaratmasını tələb edirik”.

Bizim.Media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli TÜRKPA-nın ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının nümayəndə heyəti ilə görüşdə deyib.

"Biz cibimizdə Ermənistanın pasportunu gəzdirmişik. Həmin pasport Ermənistan vətəndaşı olduğumuzu sübut edir.

Ermənistanın azərbaycanlılara yönəlmiş etnik ayrıseçkiliyinə qarşı türk qardaşlarımızın da dəstəyinə ehtiyacımız var. Ermənistan dövlətinin bu kimi addımlarına qarşı adekvat addımlar atılmadığı müddətcə regionda davamlı sülhü bərpa etmək mümkün olmayacaq”, - deyə o bildirib.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər