Hüquqşünas alim Hacı Xaliq Bəşərin şok cavabı
Oxunub: 9400
05 Mar 2016 | 16:32
Hüquqşünas alim Hacı Xaliq Bəşərin şok cavabı

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, hüquqşünas alim Hacı Xaliq Bəşər saytımızda 04.03.2016-cı il tarixində, saat 23:58 radələrində yer alan “AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda saat mexanizmli "mina"...” sərlövhəli yazı (//www.moderator.az/news/124998.html )

ilə bağlı Moderator.az-a açıqlama verib. Açıqlamasında sözügedən məqalədə qeyd edilən fikirlərə etirazını bildirən hüquqşünas alim, orada səslənən ittihamlara cavab verməklə yanaşı, Yaşar Türkellə bağlı məsələyə də aydınlıq gətirib:

“Əvvəla onu bildirirəm ki, həqiqətən də AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda dünən bizim kollegial konfransımız keçirilib. Bu konfransın da mahiyyəti ondan ibarət olub ki, bizim Fəlsəfə və Hüquq İnstitutunun Siyasi nəzəriyyələr şöbəsinin əməkaşı Yadigar Türkel buraxdığı bir kitabda, ön sözdə 1992-1993-cü illərin hakimiyyət dəyişikliyi, Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi və referendum yolu, ümumxalq səsverməsi yolu ilə Heydər Əliyevin, ümummilli liderin hakimiyyətə gəlməsini tamamilə təkzib edib. Həmin hadisəni dövlət çevrilişi kimi qiymətləndirib.

Kitabını ön sözündə yazılır ki, H.Əliyev hakimiyyətə ümumxalq səsverməsi yolu ilə, xalqın etibarını, rəğbətini qazanmaq yolu ilə deyil, sırf silahlı dövlət çevrilişi vasitəsi ilə gəlib. Daha sonra iddia edir ki, H.Əliyev o zaman parlamentin sədri olanda,  ölkə prezidenti olmamışdan öncə parlamentdə belə bir qanun layihəsi qəbul elətdirmişdi ki, Azərbaycan türkçülükdən imtina etsin və azərbaycançılığı qəbul etsin”.

 

“Heydər Əliyev seçki yolu ilə, xalqın israrlı tələbini nəzərə alaraq hakimiyyətə gəlib”

 

Hacı Xaliq Bəşərin bildirdiyinə görə, H.Əliyevin hakimiyyətə seçki yolu ilə gəldiyi və bu gəlişin Azərbaycanı hansı bəlalardan qurtardığı hər kəsə bəlidir:

“Əvvəla 1993-cü ilin oktyabr tarixinə, yəni  Heydər Əliyev prezident seçilənə qədər parlamentdə belə bir qanun qəbul olunmayıb. H.Əliyev 1993-cü ildə xalqın 98%-nin səsi əsasında ölkə prezidenti seçilib. O zaman ölkəmiz bərbad, dağınıq vəziyyətdə idi. Nə büdcədə pulu, nə də ordusu var idi. Ölkəmiz erməni terrorçularının basqı və təzyiqlərinə məruz qalır, işğal olunurdu. O zaman xalq gördü ki, Vəzirov, Mütəllibov, İsa Qəmbər, Əbülfəz Elçibəy hakimiyyətində ard-arda buraxılan boşluqlar, hakimiyyət səriştəsizliyi, hakimiyyət boşluğu tezliklə xalqı hara aparıb çıxardacaq. Ona görə də xalq başa düşdü ki, H.Əliyevi hakimiyyətə gətirmək lazımdır.

O zaman siyasi hakimiyyətdə Ə.Elçibəy idi. O dövrdə Ali Sovetin sədri İsa Qəmbər və baş nazir Pənah Hüseynov öz vəzifələrində istefa verdilər ki, H.Əliyev gəlsin, ya baş nazir postunu, yaxud da Ali Məclisin sədri vəzifəsini götürsün. Ancaq yenə də H.Əliyev gəlmək istəmirdi və gəlmədi də. Dəfələrlə Ə.Elçibəy ona zəng edib, xahiş edib ki, Azərbaycana gəlsin,vəziyyətdən çıxmaqda kömək etsin. Ən azından bu xalqı parçalanmaqdan qorusun. Ən nəhayət Ə.Elçibəy öz şəxsi təyyarəsini yollayaraq o zaman Naxçıvan Ali Məclisinin sədri olan H.Əliyevdən Bakıya gəlməsini israrla xahiş edib. Bunu öz çıxşında Ə.Elçibəyin özü də söyləyib. H.Əliyev də ölkədəki acınacaqlı durumu, xalqın intensiv çağırışlarını nəzərə alaraq Bakya gəlir. Parlament sədri vəzifəsini götürür. 1993-cü ilin oktyabrına qədər bu vəzifəni icra edir. Baxmayaraq ki, xalq onun birbaşa prezident olmasını tələb edirdi. Lakin H.Əliyev buna getmədi və Ali Məclis sədri olaraq fəaliyyət göstərdi.

Sonrakı müddətdə Ə.Elçibəy Kələkiyə getdi və bildirdi ki, Azərbaycanı Kələkidən idarə edirəm. Baxmayaraq ki, parlamentin mütləq çoxluğu H.Əliyevdən prezident səlahiyyətini götürməyi tələb edirdi. Ancaq H.Əliyev buna da getmədi. Ümummilli lider ümumxalq referendumuna getdi. Referendum yolu ilə xalq Ə.Elçibəyin səlahiyyətlərinə yox dedi. Növbəti prezident seçkiləri keçirldi və H.Əliyev seçki nəticəsində hakimiyyətə gəldi.

 

“Heydər Əliyev bütün dünyada legitim prezident kimi tanınıb”

 

Hüquqşünas alim qeyd edib ki, H.Əliyevin prezidentliyi dönəmində bütün dünyada legitim prezident kimi tanınması da onun seçki yolu ilə hakimiyyətə gəldiyini, qanuni prezident olduğunu sübut edir:

“Hakimiyyəti dövründə H.Əliyevi istər Avropa, istət Şərq ölkələri, istərsə də MDB məkanında kimsə qeyri-legitim prezident kimi tanımadı. Bütün dövlətlər və dövlət başçıları onu legitim prezident kimi tanıyıb. Y.Türkelin H.Əliyevin hakimiyyətə silahlı çevriliş yolu ilə hakimiyyətə gəldiyi və qeyri-legitim prezident olması ilə bağlı səsləndirdiyi fikirlər əsassızıdr. Mən bir hüquqşünas kimi deyirəm ki, Y.Türkelin əməlində CM-nin 323.2-ci maddəsinin tam tərkib hissəsi var. Orda deyilir ki, Azərbaycan dövlətinin başçısının ”” Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma ””

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdəiki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa CM-nin 296.2-ci maddəsində qeyd olunur ki, bilə-bilə yalan xəbərçilik etmə, vətəndaşı ağır və ya xüsusilə ağır cinayətdə ittiham etmək 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalndırılır”.

 

"Yaşar Türkelə səhvini anlatmağa çalışdıq, əvəzində təhqir eşitdik”

 

Hacı Xaliq Bəşərin sözlərinə görə, institut rəhbərlii dəfələrlə Y.Türkeli yanlış yoldan çəkindirməyə cəhd etsə də, bu cəhdlərin heç bir səmərəsi olmayıb:

“Y.Türkel etdiyi hərəkətlərə görə nəinki səmimi peşmançlıq çəkməmiş, hətta ona edilən tövsiyyə və çağırışlardan da nəticə çıxartmamışdır. Onu dəfələrlə Fəlsəfə və Hüquq İnstitutunun direktoru, şəxsiyyətinə böyük hörmət etdiyim, ziyalı, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə otağına çağırdı. Y.Türkelə bir neçə insanın iştirak ilə səhvini anlatmağa çalışdı. Bu, təxminən 3-4 dəfə baş verdi. Əvəzində Y.Türkel hər çağırışda İ.Məmmədzadəni, məni və digərlərini jarqon ifadələrlə təhqir edib qapını çırpıb çıxıb getdi. Hesab etdi ki, öz mövqeyində düzgündür. İ.Məmmədzadə və Fəlsədə və Hüquq İnstitutunun rəhbərliyi qərara aldı ki, kollegial iclas çağırılsın, Y.Türkelin əməlinə mənəvi-hüquqi və elmi  qiymət verilsin. Bu barədə stenoqrammalar və çəkilişlər var, hansı ki, artıq Respublika Prokurorluğuna və AMEA rəhbərliyinə göndərilib. Y.Türkelin məsələsinə bir nəfəri çıxmaq şərti ilə, yəni şöbə müdiri, Milli Şura üzvü Əli Abbasov istisna olunmaqla, hamı yekdilliklə səs verdi və onun əməlini pislədi”.

 

“Şöbə müdirləri səhhətləri ilə bağlı işdən azad edilib”

 

Tanınmış alim institutun iki şöbə müdirinin səhhətlərində yaranmış problemə görə işdən azad edildiyini vurğuladı:

“Siyasi nəzəriyyələr” şöbəsinin müdirinin Y.Türkel məsələsinə görə,  təzyiq nəticəsində şöbə müdirliyi vəzifəsindən istefa verməsi ilə bağlı məqalədə yer alan dikir də əsassızdır. Mən sizə səmimi şəkildə deyirəm ki, Siyasi nəzəriyyələr şöbəsinin müdiri 23 fevaral tarixində səhhəti ilə əlaqədar olaraq vəzifəsindən istefa verib. Bunu mətbuat olaraq sorğu vasitəsi ilə də yoxlaya bilərsiniz. Institutun rəhbərliyinin özünün səlahiyyətləri var. Siyasi nəzəriyyələr şöbəsi bizim institutda ən böyük şöbədir. Təxminən 29 əməkdaşı var. Əksəriyyəti də elmlər doktoru, elmlər namizədidir. Onların imzaları respublika səviyyəsində tanınır. Şöbə başsız qalmasın deyə onun yerinə Afaq Rüstəmova təyin edilib. A.Rüstəmova da fəlsəfə elmləri doktorudur. Institutda seminarın müdiridir. Bu da direktorun müstəsna səlahiyyətinə aid olan hüquqi prosedur qaydasıdır.

Orda qeyd olunub ki, Sakit Hüseynov qrant məsələlərində yeyintiyə yol verdiyi üçün işdən azad edilib və onun yerinə Aydın Əlizadə təyin edilib. Əvvəla, S.Hüseynovun qrant məsələsi ilə bağlı yeyintiyə yol verməsi ilə bağlı məsələ həmin iclasda qətiyyən müzakirə olunmayıb. S.Hüseynov institutun direktoru ilə telefon danışığında bildirib ki, səhhətində problemlər var, ev şəraitində müalicə alır. Buna görə də hələlik işə çıxa bilmir. Bu şöbənin boş qalmaması üçün, əmək nizam-intizamının günün tələbləri səviyyəsində qurulması üçün “Dinşünaslıq və mədəniyyətin fəlsəfəsi problemləri” şöbəsinə müvəqqəti olaraq fəlsəfə elmləri doktoru, professor Aydın Əlizadə təyin edilib”.

 

“Mənə xidməti otaqları dövlət verib və bu barədə müvafiq qərar da mövcuddur”

 

Hacı Xaliq Bəşər xidməti istifadəsində olan otaqların da ona İ.Məmmədzadə tərəfindən deyil, dövlət tərəfindən verildiyinə diqqət çəkdi:

“Mənim məsələmə gəldikdə isə məqalədə deyilir ki, “İlham Məmmədzadə yaxşı alim və elm təşkilatçısı olmasına baxmayaraq, bilərəkdənmi, ya bilməyərəkdənmi institutda kreslosunun altına xeyli saat mexanizmli “mina” yığıb. Bunlardan biri də fəlsəfə və sosiologiya elminə heç bir aidiyyatı olmayan Xaliq Əhmədzadədir. Bu şəxs institutun darısqal məkanında iki otağı zəbt edib. Başının üzərində də öz portretini böyüdüb vurub. İlham Məmmədzadə isə bu təhlükəli “minanı” hələlik ört-basdır etməklə məşğuldur”. 

Tam səmimiyyətlə deyirəm, kollegial iclasda da dedim, mənə həmin otaqları İ.Məmmədzadə verməyib. Onun mənə otaq vermək kimi səlahiyyəti yoxdur. Mənə həmin otaqları dövlətim verib. Dövlətin mənə həmin otaqları istefadəyə verməsi ilə bağlı dövlətin adından qərar var. Həmin qərarlarda da həm şəxsiyyətinə böyük hörmət etdiyim, AMEA-nın rəhbərliyinə - Akif Əlizadəyə və digər şəxsə, şəxsiyyətinə böyük hörmət etdiyim, Naxçıvan MR-nın son 50-60 ildə yetirdiyi ən böyük alim, elmin əkinçisi olan İsa Həbibbəyliyə göndərilib”.

 

“42 kitab, 60-a yaxın elmi məqalə müəllifiyəm”

 

Hüquqşünas alim elmi yaradıcılığı ilə bağlı konkret faktları da diqqətə çatdırdı:

“Mən 23 yaşında elmlər namizədi olmuşam. 27 yaşımda isə elmlər doktoru olmuşam. Orta məktəbi vaxtından tez qızıl medalla bitirmişəm. Naxçıvan MR-nın 12 saylı orta məktəbin məzunuyam. Ali məktəbdə birinci ixtisasım iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsi olub. Ali  məktəbi fərqlənmə ilə bitirmişəm, heç vaxt 4 qiyməti almamışam. Tələbəlik illərimdə əvvəl “Lenin”, sonra isə “Məmməd Əmin Rəsulzadə adına” adlı təqaüd almışam. Ikinci ali təhsilimi isə ümummilli liderin məktubu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquq fakültəsində almışam. Həmin ixtisası da fərqlənmə diplomu ilə qurtarmışam. Təhsil adığım dövrdə bu gün respublikanın idarə edilməsində müstəsna xidmətləri olan insanlar mənə dərs deyib. Ali məktəbi qurtaran ili aspiranturaya girmişəm. İxtisasca hüquqşünasam. 42 kitab müəllifiyəm. 60-a yaxın elmi məqaləm çıxıb. Onların əksəriyyəti iqtisadiyyatdan, sonrakı dövrlərdə nəşr edilən kitablar isə hüquqdan olub. Doktorluq işimin adı isə beynəlxalq terrorizm və transmilli cinayətkarlıqdır. Beynəlxalq terrora aid bir neçə sanballı kitabın müəllifiyəm. Həmin kitabların tirajının ümumi sayı 350 mini ötüb. Mənim ən az vurulan kitabın tirajı 100 mini ötüb. Məqlədə isə elə yazılıb ki, sanki mənim heç bir elmi dərəcəm və ya yaradıcılığım yoxdur. Guya sırf təsadüfi bir adamam”.

 

“Yadigar Türkel kimi əxlaq sahibi bizim sıralarımızda işləyə bilməz”

 

Hacı Xaliq Bəşər məqalədə yer alan fikirlərin əksəriyyətinin həqiqəti əks etdirmədiyini bildirib:

“Dünənki məqalədə yer alan fikirləri tamamilə təkzib edirəm. Məqalədə göstərilən faktlarım tam əksəriyyəti heç bir hüququ fakta və mötəbər sübuta söykənmir. Bizim kollektivin əməkdaşları olduqca mehriban, işgüzar, elmi əməkdaşlığı yüksək səviyyədə olan şəxslərdir. Kolektivə kifayət qədər mənəvi cəhətdən zəngin, elmi cəhətdən olduqca intellektual, insan kimi tövazökar və tərbiyəli bir şəxs ”“ professor İ.Məmmədzadə rəhbərlik edir. Onu direktorum odluğu üçün tərifləmirəm. Məni tanıyanlar bilirlər ki, o insanın şəxsi keyfiyyətində deyilən detallar olmasa, mən ona heç vaxt protokol və ya xoş gəlmə xatirinə o sözləri söyləmərəm. Onda mən özümü riyakar və yaltaq hesb edər, özümə nifrət edərəm.

Y.Türkelə gəldikdə isə bir daha onu xatırladım ki, onun hərəkəti kollektivimiz tərəfindən pislənilib. Ölkə prezidentinə və AMEA-nın rəhbərliyinə ümumi müraciət qəbul olunub. Orada vurğulanıb ki, Y.Türkel kimi əxlaq sahibi bizim sıralarımızda işləyə bilməz”.


“Xidmət otaqlarımda Heydər Əliyevin, İlham Əliyevin və Ərdoğanın şəkli asılıb”

 

Tanınmış hüquqşünas xidməti otaqlarında öz portretinin asılması ilə bağlı yer alan fikrin də əsassız olduğunu vurğuladı:

“Otağıma öz şəklimi vurmağımla bağlı səslənən fikir də tamamilə yalandır. Mənim bir otağımda ölkə prezidenti, şəxsiyyətinə böyük hörmət etdiyim, öz balalarım qədər sevdiyium İlham Əliyevin şəkli asılıb. Onu da vəzifəsinə görə sevmirəm. Şəxsiyyətini yaxından tanıyıram, məni və qardaşlarımı yaxşı tanıyır. Ölkə prezidentinin özünə də dəfələrlə demişəm ki, onun şəxsiyyətinə çox böyük hörmətim var. Hədsiz dərəcədə vətənpərvər, əliaçıq, millətini, xalqını və torpağını sevən biri olduğunu yaxşı bilirəm, buna şahid olmuşam. Ona görə də onun şəxsiyyətini uca tuturam və şəklini də otağımda başımın üstündən vurmuşam. Həmin otaqda bir də Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkli asılıb. Məni onunla o zaman baş nazir işləyən Ərdoğanın MDB məkanı üzrə siyasi müşaviri Qeybulla Qeybullayev tanış etmişdi. Mən şəxsən Ərdoğanı,  onun oğlunu tanıyıram və otaqda da İ.Əliyevdən sonra çox böyük hörmət etdiyim, şəxsiyyətini yüksək dəyələrləndirdiyim Ərdoğanın şəkli var.

Öz otağımda isə ümummilli liderin şəklidir. Mən onun zamanında təhsil almışam, onun məktubu əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuşam. Onun adlı təqaüdünü almışam. Onun bütün fəaliyyətini respublikamız üçün çox yüksək dəyərləndirirəm. Ona görə yox ki, o, ölkə prezidenti olub. Ona görə ki, o, Azərbaycan xalqının bir xalq kimi dünya miqyasında tanınmasına, nüfuz qazanmasına nail olub. Baxmayaraq ki, o, Azərbaycanda hakimiyyətə gələnə qədər Moskvada ona qarşı olan ədalətsizliklər səbəbi ilə iki infarkt keçirmişdi. Lakin buna baxmayaraq o, ömrünün son illərini də Azərbaycan xalqının, Azərbaycan dövlətinin inkişafına və çiçəklənməsinə sərf etdi. Bir gənc insan kimi özümü Heydər Əliyevin xidmətlərinə borclu sayıram”. 

 

 

 

Oxşar xəbərlər
16:35, Bu gün
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
16:30, Bu gün
İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
16:25, Bu gün
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTO
16:20, Bu gün
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
16:16, Bu gün
Ağdamda əmək yarmarkası keçiriləcək
16:12, Bu gün
Başlayan delimitasiya prosesi: “Stəkanda fırtına”nı xatırladan maneələr - ŞƏRH + FOTO
16:08, Bu gün
Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur
16:06, Bu gün
Putinin andiçmə mərasiminin vaxtı məlum oldu
16:04, Bu gün
Aktyor Səmimi Fərhad: “Kinoya bir milyon manat ayrılır, onun cəmi 300 mini filmə xərclənir” - MÜSAHİBƏ + FOTO
16:00, Bu gün
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTO
15:57, Bu gün
“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür”
15:55, Bu gün
“Laçın” sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü - Tarixi proseslər necə başladı? - ŞƏRH + FOTO
15:52, Bu gün
İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır”
15:50, Bu gün
Azərbaycanda vəzifəli şəxs cərimə olundu
15:47, Bu gün
İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb
15:45, Bu gün
"Qərb nüvə dövlətlərinin birbaşa toqquşması həddində ləngər vurur" - Lavrov
15:42, Bu gün
İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI
15:40, Bu gün
İranda əxlaq polisləri qadınlardan rüşvət almağa başladılar: Həbs etməmək üçün nə qədər pul istəyirlər? - FOTO
15:35, Bu gün
Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, həbs olunan var - FOTO/VİDEO
15:30, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”
15:25, Bu gün
“Avro-2024”: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var - FOTO
15:20, Bu gün
“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO/VİDEO
15:15, Bu gün
İlham Əliyev: “Ermənistan istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”
15:10, Bu gün
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
15:07, Bu gün
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşdü - FOTO
15:05, Bu gün
Ukraynanın yeni səfiri Azərbaycana gəlib - FOTO
15:00, Bu gün
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
14:55, Bu gün
QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə "Bakı Bəyannaməsi" qəbul edilib
14:50, Bu gün
DSMF daha iki beynəlxalq mükafata layiq görüldü
14:45, Bu gün
"Qızlarıma cehiz vermək üçün bağımı satdım"
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:36, Bu gün
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
14:30, Bu gün
BDU və RİİB-in birgə təşkilatçılığı ilə ekoloji seminar və təmizlik aksiyası keçirilib - FOTO
14:25, Bu gün
Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş
14:20, Bu gün
Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi - FOTO
14:15, Bu gün
Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
14:12, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edir - FOTO/CANLI YAYIM
14:10, Bu gün
Azərbaycanla AYİB COP29-la bağlı fikir mübadiləsi aparıb
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı - VİDEO
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
GÜNLÜK
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 16:45
Komitə sədri Tərtərdə vətəndaşları qəbul edib - FOTOLAR
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 17:23
Daşnaklar Paşinyanı ömürlük həbslə hədələdi...-Qazaxın kəndlərinə görə... 
22 Apr 2024 | 17:25
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
22 Apr 2024 | 17:03
"ABŞ yardımı Ukraynaya möhlət verəcək, lakin müharibənin gedişini dəyişməyəcək" - "Bloomberg"
22 Apr 2024 | 17:22
MEDİA sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ ETDİ
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 16:45
Komitə sədri Tərtərdə vətəndaşları qəbul edib - FOTOLAR
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 17:23
Daşnaklar Paşinyanı ömürlük həbslə hədələdi...-Qazaxın kəndlərinə görə... 
22 Apr 2024 | 17:25
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
22 Apr 2024 | 17:03
"ABŞ yardımı Ukraynaya möhlət verəcək, lakin müharibənin gedişini dəyişməyəcək" - "Bloomberg"
22 Apr 2024 | 17:22
MEDİA sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ ETDİ
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul