Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Moderator.az-a açıqlamasında Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməkdən imtinanı nəzərdə tutan qanun layihəsini şərh edib. S.Əkbər bu məsələnin Rusiyanın təlimatı ilə ortaya atıldığını bildirib:
“Bu, “Rusiyanın resepti”dir. Azərbaycan ABŞ və Avropa qurumları ilə münasibətlərdə Rusiyadan aldığı təlimatlar üzrə hərəkət edir. Hesab edirəm ki, bu da Rusiyadan alnan növbəti təlimatdır. Özləri də etiraf edirlər ki, Rusiyanın təcrübəsini öyrənirlər. Bunun arxasında Rusiya, Rusiyanın Azərbaycandakı beşinci kalonu durur. Məqsəd də aydındır. Məqsəd Azərbaycanın ABŞ və Avropa qurumları ilə münasibətinin bərpasına imkan verməməkdir. Bildiyiniz kimi, Azərbaycan son vaxtlar ABŞ və Avropa institutları ilə intensiv dialoq halındadır. Rusiya bu prosesi yenidən pozmaq istəyir.
Təbii ki, bu qanun qəbul olunacağı təqdirdə Avropa institutları ilə münasibətlərin bərpasınan söhbət gedə bilməz”.
Seymur Əliyev