Kapital Bankın kassiri iş başında dünyasını dəyişdi...
5808
09 Mar 2016 | 21:04

Kapital Bankın kassiri iş başında dünyasını dəyişdi...

Kapital Bankın Sumqayıt 2 filialının baş kassiri Əliyev Namiq Qulaməli oğlunun bu gün vəfat etməsiylə bağlı saytımıza məlumat daxil olub. 

Moderator.az-a məlumat verən mənbənin sözlərinə görə, Namiq Əliyevin son zamanlar işində ciddi problemləri olub. Mənbənin bildirdiyinə görə, kassirin bu gün iş vaxtı səhəti qəfildən pisləşib və iş masasındaca ürək tutmasından vəfat edib. 

Naməlum səbəblərdən bankın baş vermiş hadisəni ictimaiyyətdən gizlətmək istədiyi də gələn xəbərlər arasındadır. 

Moderator.az olaraq bankın da mövqeyini işıqlandırmağa hazırıq və mərhuma Allahdan rəhmət diləyirik, yaxınlarına başsağlığı veririk. Allah rəhmət eləsin!


Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər