Sümsük itin monoloqu
Oxunub: 5303
11 Mar 2016 | 01:15
Sümsük itin monoloqu


          (Satirik, yumoristik, ekssentrik hekayəcik)

 

”¦Mən itəm! Özü də lap sümsüyünnən. Sümsük şəhər tulası. Düzdü, adamlar kimi oxuyub-yaza bilmirəm, amma onların nə dediyini gözəlcə başa düşürəm. Yəqin bəziləri qımışacaq ki, it hara, «başa düşürəm» hara?.. Bəri başdan hürüm ki, belələri səhv eləyillər. Çünki it olanda noolar?  Başım var? Var! Baş da varsa, deməli, onun içində yaxşını pisdən, tüstünü hisdən ayıra bilən bir şey olmalıdı”¦

 Uzağa getməyək, götürək bizim şəhəri! Kor-kor, gör-gör; şəhər çox dəyişib, lap çox. Yəni bunu başa düşməkdən ötrü nə oxuyan olmaq lazımdı, nə də yazan, elə hürən oldun bəsdi. 

Hamı harasa qaçır, tələsir, nəsə axtarır, vurnuxur”¦ Qabaqlar belə deyildi”¦ yox, mən bir söz zingildəmirəm, əksinə, tələsmələri yaxşıdı, nə qədər çox tələssələr, vurnuxsalar, çaxnaşsalar, mənə bir o qədər az fikir verəllər. Bax, əvvəllər qırmızıpapaqlılar məni görəndə neyçünsə özlərinnən çıxırdılar: «Paşol, paşol otsyuda!» - deyə-deyə daşa basırdılar, elə bil sümsük it yox, ekstremis ”“ terrorist görürdülər, özü də saqqallısınnan!

Amma indi.. indi elə deyil. Onlar da dəyişiblər, əllərinə rezin dəyənək götürüblər. Yanımnan keçəndə gülümsəyillər. Bəzisi hətta dayanıb mənə baxa-baxa şapkasını düzəldir. Elə bil mənə yox, güzgüyə baxıllar”¦ Bir də neyniyəcəklər mənə? İstəsələr belə, nə piyada, nə də maşınla - tuta bilməyəcəklər. Çünki bilillər ki, yollarımız nə adam yoludu, nə də maşın. İt yoludu. Yəni bu yollara dözsə-dözsə, ancaq it dözər, özü də sümsüyünnən. Nəysə, deyəsən, çox uzağa cumdum, mırıltımın canı budu ki, görəsən, bu adamlar hara tələsillər, niyə tələsillər”¦ Yenə qabaqlar olsaydı, ulayardım ki, bəs dükana-bazara qaçıllar ki, nəysə alsınlar, nəysə satsınlar. İndi adamların dükana girməyilə çıxmağı bir dişdimlik olur. Özü də necə girillərsə, yazıqlar, eləcə də əliboş çıxıllar”¦

Amma bazar”¦ bazar başqa məsələ: əliboş girib əlidolu çıxıllar. Amma neyçünsə çıxan-çıxan pomidor kimi qıpqırmızı çıxır, elə bil içəridə onları yaxşıca şillələyib buraxıblar. Ya da,  elə bil, bazarda xiyardan başqa heç nə tapmayıblar,  xiyar satanlar da deyiblər ki, bəs, alsan da budu, almasan da!

Görürsüz, bunları ki mən görüb başa düşürəm, deməli, kəlləmin içində bir çimdik nəsə var; bu nəsə çoxdu, azdı - bunun mətləbə o qədər də dəxli olmasın gərək, düzdümü?..

Misal üçün, mən dəmir-dümür dükanına baxıram”¦ Ham-ham, yox-yox, qəsdən yox, elə-belə; həmin dükanın qabağında yekə bir çala var, çalanın içinnən də iki yoğun isti boru keçir. Qarnım tox olanda özümü verrəm ora, turbaların üstündə şöngüyüb özümçün marıtdıyıram ”“ ham.  Görürəm ki, həmin o dəmir-dümür dükanına çoxlu adam girib-çıxır. Baxır-am”¦ ham-ham ki, gündə filan qədər kəndir, filan qədər də qıfıl alıllar. Elə bil dükanda qıfılla kəndirdən başqa heç nə satılmır. Baxıram ”“ ham”¦ baxıram ”“ ham ki, qıfıl alanların çoxu qəşəng geyinən, təmiz ayaqqabılı, kabab, bir də vəzifə qoxulu adamlardı. Hətta bəzisinin yaxasına bayrağa oxşayan nişan taxılıb. Ha vaqqıldayıram, ha büzüşürəm, ha gərnəşirəm,- ağlım bu işdən bir şey kəsmir... Tutalım, təzə ayaqqablılar o qıfılları köhnə ayaqqablıların qorxusundan alıllar. Bəs döşu nişanlıların nəyinə lazımdı qıfıl?..

Kəndir alanlar sallaq-sullaq paltar geyinənlərdi; ayaqqabıları əyridaban, hisli-paslıdı, özləri də mazut, bir də kasıbçılıq qoxusu verillər”¦ Kəndiri sinələrinə sıxıb alınlarını qırışdıra-qırışdıra gedillər”¦ Elə yeriyillər ki, elə bil day bir də yeriməyəcklər”¦ ağır-ağır, dalğın-dalğın; hara gedirllər, kəndiri neynillər? ”“ adamoğluyam”¦ ham! Əyər bir şey başa düşürəmsə!..

 O gün elə həmin dükanın yanında iki adam söhbət eləyirdi. Biri deyirdi ki, neçə vaxtdı vedrə axtarıram - tapa bilmirəm. O biri də deyirdi ki, heç axtarma, qardaş, vedrələrin hamısını hökumət alıb. Alıb ki, öz camaatına bağlasın. Day başa düşmədim hökumət kimdi, vedrəni öz camaatına niyə bağlayır?.. Biz itlər qədimnən görmüşük ki, vedrəni itin quyruğuna bağlayallar”¦

Hamı qoca ayı axtaran kəpənək kimi tələsir, harasa qaçır, çaxnaşır, vurnuxur. Elə bil bircə günlük ömür qalıb. Elə bil sabaha”¦ ha”¦ ha”¦ Ham!!! - ümid qalmayıb. Aləm dəyib bir-birinə, kimin ayağı kimin dabanındadı - bilinmir. O günnəri qırmızı, sarı, yaşıl işıqları olan bir dirəyin altında sərilib yatmışdım. «Yatmışdım» deyəndə, biz sümsük itlər üçün nə var ki; Harda gəldi kəlləni atıb şellənirik. Əsas odu ki, pənjələrini içinə yığasan, burnunu gizlədib domuşasan özünçün. Quyruğun bayırda qaldı bəsindi,- hərdən-hərdən bayraq kimi sağa-sola yellə, yəni «mənim sizinlə işim yoxdu”¦Â» Hə, həmin o dirəyin altında qorxub-hürkmədən şellənmək olur. Çünki düz dörd yolun ortasındadı, bəni-insan ayağı da dəymir ora; yolun ortasında adamın nə azarı var? Hər tərəfdən maşınlar “dızz-vızz”- gəlir dirəkdəki işıqların qabağında ya dayanır, ya da ötüb keçir. Orda uzanıb mürgüləmək olmazın ləzzətini verir mənə. Elə bil, ilikli sümük gəmirrəm, neyçün ki, bu «dızz-vızz»lar, bu bippiltilər lay-laya oxşayıllar”¦ Harda qaldım?.. Hə, dünəndi, ya srağagün, özümçün şellənmişdim həmin o rəngli işığı olan dirəyin dibində, nətər oldusa, huş apardı məni. Bir hovurdan dik atıldım  Nə görsəm yaxşıdı? Gördüm ki, başımın üstündəki işıqların hamısı birdən yanır: qırmızı da, sarı da,  yaşıl da eyni vaxtda yanırdılar. Yolda bir həngamə, bir hoqqa, bir mərəkə vardı ki, gəl görəsən! Dörd tərəfdən gələn maşınlar bir-birinə pərçimlənib dayanmışdılar. Bir vur çatdasın, bir vurhavur, bir bippilti, bir tırtıltı, bir gupbultu  vardı ki, lap quyruğunu qıs-dızqırt”¦ Hə, zingiltimin canı budu ki, mən bu «tupoy» it başımla başa düşdüm  ki, axır zamanlar adamlara noolubsa, bütün şəhər elə bu cür yaşayır. Bir yandan, göy işıq, bir yandan sarı, bir yandan da qırmızı. Yəni həm hər şeyə icazə var, həm də heç nəyə  icazə yoxdu. Həm  yeri, həm  də yerimə! Həm danış, həm də danışma!.. Belə şey olar, belə yaşayış olar? Özü də mən bu  it mişoppa başımla qanıram  ki, təkcə bizim şəhərdə yox, hər yanda vəziyyət belədi. Elə bil hər yanda hamı elə bu sayaq yaşayır”¦ Birdən kiməsə elə gələ bilər ki, mən başımnan yekə ham-ham eləyirəm,  yəni özgə yerlərdən, şəhərlərdən-zaddan xəbərim olmaya-olmaya hürürəm.  O adamlar qoy şübhələnməsinlər. Bir gün dəcəl bir uşaq dartıb məni evlərinə aparmışdı. Yedizdirib-içizdirib özüdanışan, özügöstərən qutunun qabağında şöngütdü, dedi, bax gör dünyada nələr var! Mən də baxdım. Nələr gördüm,  nələr gördüm? Adam oğluyam əyər yalan mırıldayıramsa. Elə şeylər gördüm ki, tüklərim biz-biz oldu; deməyəsən, bizim şəhər toya getməliymiş. Butulka üstündə baş yarıllar. Bir parça ət  üstə bir-birini boğullar. Hara baxırsan,  hirs-hikkə, dava. Dava, hirs-hikkə! Dava eləməyənlər isə iclas eləyillər. Nə qədər iclas keçirmək olar, a başıva dönüm?! Vay o şəhərlərin itlərinin halına! Yəqin öz quyruqlarını gəmirməkdən başqa, yeməyə bir şey tapmıllar.Anladım, qandım ki, dünya yaman qarışıb...

”¦Hə, uşağın anası gəlib məni qovmasaydı, bəlkə də həmin qutuya çox, lap çox baxacağdım - canım çıxanacan baxacağdım.

Eh, nəysə”¦ Hə, bir-iki ağız da öz müftəyeyən həmcinslərim haqda hürüm... Əvvəllər ev itləri vecinə almırdılar məni, yanımnan burcuda-burcuda ötüb-keçirdilər, mənə fors eləyirdilər. Yəni, «Tində-bacada vaqqıldaya-vaqqıldaya sümük gəmirən sümsük it hara, maşında gəzən, isti evdə yatan tumarlı it hara!» Beləcə, fors eləyə-eləyə evlərini yıxdılar. Qulağımı gəmirdərəm, bu dəqiqə həmin o sığallı itlər mənə ”“ mən sümsüy itə həsəd aparmırsa. Niyə? Çünki yeməyə bir şey tapmırlar. Qaraciyər paştetinə, «sveci» ətə, qətletə, qənfetə öyrənən it itdi bəyəm? İndi  qalıblar mırıldaya-mırıldaya,- nə sümük gəmirə bilillər, nə də boğuşa bilillər. Tumara öyrəşə-öyrəşə yalağlaşıblar: dırnaqları da dişləri kimi pambığa dönüb”¦ Mən bu danqılı kəlləmlə başa düşürəm: it it kimi yaşamalıdı, adam adam kimi! Adam kimi yaşayan itnən it kimi yaşayan adamın nə fərqi var?.. Amma öz aramızdı, it öz yerində, axır zamanlar it kimi yaşayan adamların sayı yaman artıb”¦ O gün hansısa bir bankın  qabağında  iki fəhlə söhbət eləyirdi. Öz qulağımla eşitdim. Biri deyirdi ki, belə də yaşayış olar, belə də dolanışıq olar?! Səhərdən-axşamacan əlləş-vuruş, tər tökə-tökə işlə, çalış, yenə də aj oğlu acsan! O birisi onun sözünü təsdiq elədi: «Düz deyirsən, qardaş, bizim həyatımız adam həyatı deyil ha, it əziyyətidi».

Hayıf ki, adam kimi danışa bilmirəm, yoxsa deyərdim: «Burda saxla! İt yazıq deyilmi, sizin kimi ömür sürsün?». Deyərdim ki,: “ Ay adam, ay insan, sən it əzabı çəkmirsən ey, itdən də betər əzab çəkirsən!..”

Bax, burda məni ağlamaq tutur. Bəli, mən,  - əslimi-nəslimi tanımayan sümüy ölüsü sümsüy it, adamların bu halına yanıram, dözə bilmirəm”¦ a𔦠ağlayıram”¦ Ham!

Kim deyir ki, itin ürəyi yoxdu? İtin ürəyi yoxdusa, bəs bu göz yaşları hardan əmələ gəlir?..

Yazıq, yazıq adamlar”¦

                            

Eldəniz Quliyev

                               

 

Oxşar xəbərlər
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
GÜNLÜK
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR