“Kuba dəftəri” ”“ macəra içində demokratıya dərsliyi...
Maraqlı
Oxunub: 4768
14 Mar 2016 | 10:46
“Kuba dəftəri” ”“ macəra içində demokratıya dərsliyi...



 Əlifba və o tay-bu tay söhbəti

Türkiyə latın əlifbasına keçəndən sonra (1920-ci illərin sonu) İranda da əlifbanı dəyişmək ciddi mübahisə mövzusu idi. Rza şahın Atatürkü təqlid etdiyi bir çox modernləşmə siyasətinin növbəti mərhələsi kimi farscanın latın əlifbasına keçməsi gözlənilirdi. İranlı aydınların bir çoxu söz qonusu olan dəyişimi kütlənin savadsızlığına çarə kimi, həm də fars dilinin gəlişməsi üçün dəstəkləyirdi.

Ancaq dəyişim baş vermədi! Başlıca səbəblərdən biri İranda yaşayan türkləri farsların içində əritmək siyasəti və əlifbanın bu məsələdə önəmli təsiri idi. Əlifba fərqi İran və Türkiyə türkləri arasında əlaqə və ünsiyyətə maneə törədəcək və bu təcridin sonucunda İran türklərində kimlik dəyişimi daha rahat olacaqdı.

Etiraf edək ki, bu siyasət o qədər də başarısız olmayıb. Başqa səbəblər də var: Güneydə öz dilində təhsil haqqından məhrumiyyət kimi. Ancaq eləcə əlifba fərqi güneylilərin nəinki Türkiyə, Quzey Azərbaycanla da ilgisini bəlli dərəcədə məhdudlaşdıra bilib. Düzdür, son illərdə media və internet bu açıdan çox yardımçı olub, ancaq yenə də bəzi sahələrdə, xüsusilə kitab və nəşriyyat sahəsində əlaqələrin azlığı göz qabağındadır.

Bədii ədəbiyyat sahəsində güneylilərin Quzeydə çıxan əsərlərlə tanışlığı (son illərdə bir az yaxşılaşsa da) çox azdır. Müasir yazarlar arasında, şairləri çıxmaq şərti ilə, güneyli oxucu kəsimi bəlkə daha çox Rafiq Tağı, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyovu tanıyır. Təəssüf ki, bu tanışlıq onların yazdıqları əsərlərdən yox, farsdilli xəbər qaynaqlarından irəli gəlir. Rəhmətlik Rafiq Tağı o zaman tanındı ki, iranlı molla onun ölümünə fitva verdi. Əkrəm Əylisli farsdilli internet saytlarında kitablarının yandırılması xəbərinin dərcindən sonra məşhurlaşdı. Rüstəm İbrahimbəyovun adı isə siyasi fəaliyyətə keçdiyi zaman çəkilməyə başladı. Başqa sözlə desək, güneylilər üçün oxuması daha rahat olan (həm dil, həm də əlifba olaraq) fars dilindəki qaynaqlar sadəcə bunların tanınmağına izin verib. Özü də aydındır ki, tərəfsiz mətləblərlə yox, mənfi xəbər təbliğatı ilə.

Əlifba fərqi özəlliklə də yazı və ədəbiyyat sahəsində güneylilərin fars dilindən asılılığını çoxaltmaqdadır. Bu üzdən Quzeydə mövcud olan ədəbi yaradıcılıqdan, yazarların nələrdən etgiləndiyindən, gündəmdə olan janrlardan güneylilərin bəlli dərəcədə bilgisizliyi var. Bu isə bir yandan kütlə arasında dilimizin zənginliyi barədə şübhələrə yol açır, digər yandan güneyli oxucuları həmən əsərlərdən məhrum edir.

Vahid Qazinin “Çamayra. Kuba dəftəri” əsəri də onlardan biridir.

Kuba dəftəri

Quzeydə kitab və yazarlıq mövzusunda məsələ sadəcə tanımamaqla bitmir. Ortada mənfi baxış da olur bəzən. Olubdu, Quzeyin bəzi dirnaqarası xalq artistləri, vəzifəli adamları, aktivistləri Avropaya yolları düşəndə yazdıqları “şah əsərlər”ini də hərdən sovqat gətirirlər. İsrarla imza atıb pay verdikləri o yağlı-boyalı kitabları vərəqləmək belə mümkün deyil. Adı xatirə olan, yaltaqlıq dolu o kitabları kitab rəfində “Dəli Kür”ün, Mirzə Cəlilin kitablarının yanına necə qoymaq olar?! Düşünün, belə bir baxışda olarkən “Çamayra. Kuba dəftəri” kitabına rast gəlibsən! Balaca, nazik bir kitab. İlk baxışda “Kuba” adı bəzi gənc şairlərimizin sərbəst şeir kitablarındakı xarici, xüsusilə latın amerikalı adlara olan maraqlarını xatırlatdı. O şeir kitabları ki, yazar özünü qlobal əsrin şairi sayır, həm də Güney Amerikanın yazarlarındən ilham aldığını göstərməyə çalışır.

Kuba-defteri-1

Kitabın üz qabığındakı tikanlı tellər mənə 1989-cu ilin 31 dekabrını, Araz sərhədində qırılan o məftilləri xatırlatdı. Vahid Qazi ilə az-çox tanışlığım olmasaydı, deyərdim, milli duyğulu bir şairin kitabıdı qarşımdakı. Yəni bu vaxtlarda oxumağa həvəssiz olduğum bir əsər. Ancaq kitabın arxasına baxanda hər şey dəyişdi. Arxa cilddə yerləşən bu qısa şərh: “Demokratıyanın problemi, çətinliyi ondadı ki, o, insanları inandırmalıdı. Avtoritarizm buna ehtiyac duymur. Adamları inandırmaq aldatmaqdan çətindi. Odur ki, avtoritar idarəetmə demokratik idarəetməkdən asandı” ”“ işini gördü. Bax gör, kişinin oğlu necə qızıl kimi söz deyib! Artıq müəllifin xətrinə görə yox, kitabı məzmununa görə oxumalıyam, dedim. Beləliklə, sırada olan digər kitablardan qabağa keçmiş oldu “Çamayra”.

Rüstəm İbrahimbəyovun kitaba yazdığı ön söz, açığı, ilk oxunuşda o qədər də marağımı çəkmədi. Ancaq kitabı bitirdikdən sonra onu təkrar oxudum və nə qədər ustalıqla yazıldığını başa düşdüm. Önsözləri iki dəfə oxumaq adətimdi: bir dəfə kitaba başlayanda, bir dəfə də oxuyub qurtarandan sonra.

Kitabı həyat yoldaşım Azra ilə bərabər oxuyurduq. Xüsusilə öz dilimizdə olanda, o, mənim kitab oxumağımı çox sevir. Ön sözü oxuyanda “Çamayra” adı fikrimi qatmışdı. Nə deməkdi bu kəlmə? Olmaya rus dilində “macəra” deməkdi, ya da “azadlıq”, bəlkə də elə cildin üstündə görünən “tikanlı tel”di deyə şübhələnirdim! Oxuduqca anlayacağıq ümidi ilə keçdik birinci bölümə.

Birinci bölümün ilk cümləsində üçüncü kəlmə “kreslo” idi. Anlamını bilmirdim, amma tanış gəlirdi. Cümlə uzun idi, sonralar o uzunluqda cümləyə az rast gəldik. Mətnin ahəngini tutmağa çalışarkən, cümləni iki dəfə oxuyub, “kreslo”nun üzərində bir az dayandım. İçimdə bir tərəfdən neçə il öncə quzeyli evdaşımla bərabər yemək bişirərkən, mətbəx əşyaları adlarında bir-birimizi başa düşməyib, onun “Ə, qardaş, biz belə birləşəmmərik, eee” deməyini xatırlayıb gülümsəyirdim. Digər tərəfdən də düşünürdüm ki, xanımın yorulmağını necə önləyim. Hazırlaşırdım deyəm ki, oxuduğumuz kitab yeni əsər olduğundan, təbiidir ki, rus mənşəli kəlmələrə çox tuş gələcəyik, amma o məni qabaqlayıb: “Kreslo mebel-divandı elə bil” dedi. “Kreslo”nu çözdük, ancaq “Çamayra”nı anlamaq üçün hekayənin içinə girib, Kubanın küçələrində itmək lazım imiş!

Oxuduqca mətnin ahəngini tutmaq bir yana, həm də yazının baş qəhrəmanı obrazında macəraların iştirakçısına çevrilmişdik. “Kuba dəftəri” birinci şəxsin dilindən, çox səmimi bir səfərnamədir. İronik bir ab-hava ilə, demokratiya haqda ciddi dərsliklər içərən istisna əsərdir. Kitabın axarlı mətni vasitəsilə canlanan o səhnələr HD keyfiyyətində bir macəra filmidi elə bil. Macəranı mənimsəmək üçün Vahıd Qazini tanımağa ehtiyac yoxdur. Sadəcə təsəvvür edin ki, təcrübəli bir Azərbaycan fəalı demokratiya mübarizlərinə yardım üçün Kubaya gedir. Kuba kommunist rejiminin gizli polisi ilə qaçdı-qovduda olarkən, ordakı aktivistlərlə görüşüb, onlara yardım çatdırır. Dolanbadolan Kuba şəhərlərini dolanır, ordakı vəziyyəti anladır. Siyasi boğuntudan, iqtisadi yoxsulluqdan və əxlaqın çöküşündən göz önündə bir bəlgəsəl film nümayiş etdirir. Yazarın Sovetlər Birliyində yaşama təcrübəsi, Kubada gördüklərini keçmiş Sovetlərlə müqayisə etməsi oxuyana ara-sıra Soveti də canlandırır.

Dumanla

İlk səhifələri oxuyar-oxumaz, “öz ölkəsi demokratiya cəhətindən pis durumda olduğu halda, bir azərbaycanlının Kubada nə işi var” sualı oxuyanı daha da maraqlandırır. Müəllif bunu macəranın ironik mayasına çevirir. Guya heç azərbaycanlı deyilmiş kimi, kubalı hərəkatçıların gözündə özünü bir demokrat ölkənin vətəndaşı hesab edib bir anlıq o hissin ləzzətini çəkir.

Azərbaycandakı vəziyyəti kubalı fəallara danışanda maraqlı suallarla qarşılaşır. Kommunizmdən qurtulandan sonra vəziyyət Azərbaycandakı kimi olacaqsa, kubalı fəallar niyə ömrünü bu yolda qoysun ki?! Yazara verilən bu sual təkcə kubalı aktivistlərin yox, elə bizim kimi Sovetləri görməyənlərin də sualıdı. Yazarın verdiyi cavab isə istiqlaliyyətin Quzey Azərbaycana nələr bəxş etdiyini sərgiləyir. Sovetlər dönəmində yox, istiqlaliyyət dövründə ölkədən gedən Vahid Qazinin bağımsız dövlətin nə dərəcədə üstün olması barədə yazdığı şərh, demokratiya ilə vətənpərvərliyin birləşdiyi bir düşüncə tablosudu.

Vahid Qazinin məhsulu

“Çamayra”nı oxuyarkən sadəcə Kubada olan vəziyyətlə tanış olmursan, bir azərbaycanlı ictimai fəalın dünyagörüşünü, düşüncələrini öyrənirsən. Təsəvvür edin, Sovetlərdə böyümüş, vətəni istiqlaliyyətə aparan hərəkatda iştirak edən, eyni zamanda savaşı yaşayan, yurdu işğal olunan və sonradan da ölkəsində diktatorluq və korrupsiya əleyhinə mücadilə edən bir şəxsin mentaliteti necə ola bilər?! Nələrə əhəmiyyət verir, necə görür, necə izah edir?! Amma yalnız bunlar deyil, işin maraqlı yeri burasıdır ki, Vahid Qazi Avropanı görmüş-yaşamış, beynəlxalq demokratiya institutları ilə işbirliyi etmiş və daha önəmlisi, oxumuş birisidir. İncəsənətdən üzübəri çox şeydən başı çıxır, xüsusilə kitab və film adları dilindən düşmür. Bunları bir yerə qoyanda sıradan bir Azərbaycan ziyalısı təsəvvür edilmir yəqin. Bu rəngarəngliyi kitabın müxtəlif yerlərində görmək mümkündür. Məsələn, Çe Gevara haqqında gətirdiyi maraqlı izahda. Sovetlərdə, haqqında şişirdilmiş əfsanələrə şahid olan, Çenin heykəlini yenidən Kubada görən yazar bu cür obrazların diktatura sistemlərində rolundan danışır, bir film misalı gətirir, bir xatirə deyir, sonunda da Çeni Ənvər Paşa ilə müqayisə edir. Kitabda bənzəri çox olan belə nümunədən maraqlı nə ola bilər ki?!

Kuba-defteri-2

“Çamayra”da yazarın diqqət etdiyi başlıca nöqtələrdən biri də kubalı müxalif fəalların gələcəyə, dünayaya və demokratıyaya baxışlarıdı. Hər ziyalı öz toplumunun məhsuludur. Müəllif Kubanın ictimai-siyasi fəalları, ziyalıları barədə aydın təsəvvür yaradır. Yazar Kubanın məhsullarından danışsa da, təbii ki, oxuyan həm Kuba, həm də Azərbaycanın yetişdirdiyi ziyalı keyfiyyətini də Vahid Qazi obrazında tanıyır.

Vahid Qazinin fərqli keyfiyyətlərindən söz etsək də, amma nəhayətdə o da Azərbaycan suyu içib, özü də Quzey tərəfindən. Atamla anam 1992-ci ildə, sərhədlər yenicə açılanda Quzey tərəfə keçib qohumlarımızı tapmışdılar. Dəqiq xatırlayıram ki, Quzey haqda təəccübləndikləri məqamlardan biri də oradakı “yeyib-içmək” gələnəyi idi. Sonralar özüm də quzeyli dostlardan “banket” kəlməsini tez-tez eşidəndə atamgilin dediklərini xatırlayırdım. “Çamayra”nı oxuyanda diqqətimi çəkən məqamlardan biri də müəllifin süfrə başında yaşadıqlarıdı. Maşallah olsun, cürətlə deyə bilərəm ki, elə bir çətin vəziyyətdə, gizli polislə gizlən-qaç oynarkən sadəcə bir quzeyli “Ölsək də, qoy, tox ölək” prinsipinə sadiq qalır.

Kitabın adındakı Çamayra gül satan gözəl bir kubalı qızın adıdı. Təsadüfən kafedə tanış olub söhbət edirlər. Həm sözləri ağıllıdı, həm də gözləri təsirli. Amma sonunda gözlənməz bir hal baş verir. Bir neçə dəqiqə öncəyədək elədiyi müdrik söhbətə uyuşmayan bir atdım atır: özünü təklif edir Çamayra. Xəstə körpəsi üçün həyatın dibinə belə baş vurmağa hazır olan gənc ana başqa yol tanımır. “Elə bil içimdə nəsə qırıldı” yazan Vahid Qazi Çamayranı Kubanın hazırkı simvolu kimi öz əsərinin ünvanı seçib.

 Uzun sözün qısası

“Çamayra”nı oxumaq lazım. Çünki o, bizim müəllifin bizdən fərqli bir ölkə, toplum haqda səmimi kitabıdır. Vahid Qazinin başqa əsərlərini oxumaq üçün inanılmaz bir motivdir “Kuba dəftəri”.

Duman Radmehr

Jöteborq, İsveç

Oxşar xəbərlər
N.Tusi adına Klinika
02:42, Bu gün
"Yoxsulluğun ən ağırı, ən hüznlüsü mənəvi yoxsulluqdur"
02:32, Bu gün
55 yaşlı şirkət sahibinin və həm də abituriyentin inadkarlığına qibtə etmək olar...
00:15, Bu gün
235 nömrəli xüsusi körpələr evi-uşaq bağçasında 28 May - Müstəqillik Günü qeyd olunub
00:02, Bu gün
Ukraynaya görə Putindən üz döndərən məşhur müğənni: "Bəli, əzablar arxada qalıb..."
28 May 2022 | 23:30
Arestoviç: "Mariupol uğrunda döyüşlərdə Rusiyanın 6 minə yaxın hərbçisi öldürülüb"
28 May 2022 | 23:29
Daha bir ölkədə meymunçiçəyinə yoluxma qeydə alınıb
28 May 2022 | 22:54
"Ukrayna bu müharibəni mütləq udacaq, amma..."
28 May 2022 | 22:16
""Meymunçiçəyi" ABŞ tərəfindən bioloji silah məqsədilə Nigeriyadan "ötürülüb" - Şok iddia...
28 May 2022 | 21:47
Musa Peyğəmbər Firoondan qaçarkən yolda hansı Peyğəmbərin qızına aşiq oldu?
28 May 2022 | 21:27
“Hər kəs bir pay öz istedadını bu millətin dövlətin yolunda ortaya qoysa...”
28 May 2022 | 21:25
Litvada Ukraynaya “Bayraktar" almaq üçün kampaniya - 3 günə üç milyon avro toplandı...
28 May 2022 | 21:14
"Müharibə Tanrının "Öldürmə!" hökmünün pozulmasıdır..."
28 May 2022 | 20:51
Türkiyə gələn ilin əvvəli Qara dənizdən qaz istehlak etməyi planlaşdırır
28 May 2022 | 20:49
"NATO Rusiyaya qarşı müharibəyə girəcək"
28 May 2022 | 20:19
Şolts və Makron yenidən Putinə zəng edərək, onu yola gətirməyə cəhd ediblər...
28 May 2022 | 20:16
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub
28 May 2022 | 19:49
AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib
28 May 2022 | 19:34
Albaniyanın keçmiş prezidenti vəfat edib
28 May 2022 | 19:31
Füzulidə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxs minaya düşüb
28 May 2022 | 19:27
Azərbaycan və Türkiyə prezidentləri “ASAN xidmət” və “Bilim Bakı” mərkəzinin açılışında iştirak ediblər
28 May 2022 | 19:26
XİN: 9 uşaq və 2 qadın Suriyadan Azərbaycana gətirilib
28 May 2022 | 19:01
Xocavənddə terrorçu Montenin abidəsi önündə Azərbaycan əleyhinə mitinq keçirildi…-VİDEO
28 May 2022 | 18:40
Azərbaycan xalqı Cumhuriyyət qurucularının xatirəsini hər zaman ehtiramla yad edir"
28 May 2022 | 18:11
Türkiyə Prezidenti Azərbaycana səfəri ilə bağlı paylaşım edib
28 May 2022 | 18:09
Fulya Öztürk: "Qələbədən sonra Azərbaycan xalqının bu coşğusu məni duyğulandırdı"
28 May 2022 | 18:07
İbrahim Kalın Azərbaycan xalqını təbrik edib
28 May 2022 | 17:57
Ərdoğan Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirib
28 May 2022 | 17:56
ABŞ-ın dövlət katibi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
28 May 2022 | 17:50
"Bir aydan sonra Rusiyanı rusiyalıların ağlına da gəlməyən nəhəng bir hadisə gözləyir…"
28 May 2022 | 17:50
"Bu həqiqətən də qürurverici və şərəf duyduğumuz anlardır" - Bayram təbriki...
28 May 2022 | 17:39
"Egey regionu bir, Aralıq dənizi başqa bir gözəllikdir, İstanbul isə ölkənin vizit kartıdır..."
28 May 2022 | 17:37
Türkiyə S-400-ə alternativ olan HHM sistemini sınaqdan keçirib
28 May 2022 | 17:30
“Getsin, başına dua yazdırsın” - Xalq artistindən Elza Seyidcahana cavab
28 May 2022 | 17:17
İlham Əliyevin “TEKNOFEST Azərbaycan”da çıxışı - TAM MƏTN
28 May 2022 | 17:11
XİN: “Ermənistan tərəfinin növbəti əsassız açıqlama ilə çıxış etməsi təəssüf doğurur”
28 May 2022 | 16:49
Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub
28 May 2022 | 16:45
17 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı 7 nəfərə şamil olunub - FOTO
28 May 2022 | 16:44
Ermənistanın müxalifət liderinin ölkədən qaçdığı deyilir - FOTO
28 May 2022 | 16:43
Seymur Nəsirovun Ərəb KİV-də Respublika Gününə həsr olunmuş məqaləsi dərc olunub
28 May 2022 | 16:41
Yaponiyada sirli hepatit çoxalır
28 May 2022 | 16:38
İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olundu
28 May 2022 | 16:36
Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi
28 May 2022 | 16:35
“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində qaliblərə mükafatlar verilib
28 May 2022 | 16:10
Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"
28 May 2022 | 16:10
Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"
28 May 2022 | 16:09
Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"
28 May 2022 | 16:08
İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"
28 May 2022 | 16:06
Gözə-göz, gəmiyə-gəmi siyasəti - Fars körfəzində Yunanıstana məxsus 2 gəmi həbs edilib
28 May 2022 | 15:56
Putinin nüvə təhdidi: nüvə zərbəsinin ehtimal edilən üç hədəfi...
28 May 2022 | 15:53
"Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm" - Ərdoğan
28 May 2022 | 15:48
İlham Əliyev: "Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır"
28 May 2022 | 15:46
Azərbaycanlı rejissorun filmi kinofestivalda seçilmiş filmlər siyahısında - FOTO
28 May 2022 | 15:41
I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi olub - FOTO
28 May 2022 | 15:36
Politoloq: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası regionda sülh baxımından vacib şərtdir”
28 May 2022 | 15:22
Paşinyanın kortejinə qarşı təxribat - VİDEO
28 May 2022 | 15:22
Ukrayna MN: "Müharibənin aktiv mərhələsi 2022-ci ilin sonuna qədər davam edə bilər"
28 May 2022 | 15:21
Qubadlı şəhərinin Baş Planını İsveçrə şirkəti hazırlayacaq
28 May 2022 | 15:20
Səlcuq Bayraktar “TEKNOFEST”də çıxış edib: "Eşq olsun Azərbaycana!"
28 May 2022 | 15:19
Fəxrəddin Altun: "Türkiyə hər zaman Azərbaycanın ən böyük dəstəkçisi olacaq"
28 May 2022 | 15:18
MN: "Ermənistan mətbuatında yayılan məlumat dezinformasiyadır"
28 May 2022 | 15:17
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar
28 May 2022 | 15:13
“O, çox şeyi danışmaq istəmirdi, mən də məcbur etmirdim...”
28 May 2022 | 15:08
Qarabağ qazisi İsveçrədə Qran-prini fəth etdi
28 May 2022 | 15:07
İlham Əliyev və Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında - CANLI YAYIM
28 May 2022 | 15:05
11 və 16 saylı cəzaçəkmə müəssisəsində 10 məhkuma əfv sərəncamı şamil edilib-FOTOLAR
28 May 2022 | 15:04
Ağasəlim Mircavadov: "İmarət"i görəndə gözlərim doldu, ağladım"
28 May 2022 | 15:02
Ekspert: “Ermənistan üçün Azərbaycan ilə dinc münasibətlərin qurulması prosesi alternativsizdir”
28 May 2022 | 14:54
Üçrəngli bayrağımızın ideoloqu Əli Bəy Hüseynzadə - VİDEO
28 May 2022 | 14:52
28 May müstəqilliyimizin tarixində ən şərəfli zirvədir - FOTO
28 May 2022 | 14:31
Tbilisidə AXC qurucularının məzarları ziyarət olunub - FOTO
28 May 2022 | 14:28
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etdi - FOTO
28 May 2022 | 14:25
Azərbaycanın Türkiyədəki səfirliyi 28 May - Müstəqillik günü ilə bağlı rəsmi qəbul keçirib - FOTO
28 May 2022 | 14:24
“Vidadinin zənginliyindən başqa bütün xarakterləri mənə oxşayır, onun vəziyyəti düzələcək, mənimki isə..”-FOTO
28 May 2022 | 14:18
ABŞ özünün “Xəzər canavarı”nı yaradacaq - FOTO
28 May 2022 | 14:13
“Sağlamlığın Qorunması” Ictimai Birliyi Bakı Sağlamlıq Mərkəzində konfrans keçirib
28 May 2022 | 14:11
Rusiya Çubaysın Avropadakı gizli hesabları ilə bağlı axtarışa başlayıb – "Milyardlar var"
28 May 2022 | 14:10
Əfv sərəncamının icrası başa çatıb
28 May 2022 | 14:08
"FSB”-nin İrəvanda revanşist mitinqləri təşkil edən generalı Avropaya yollandı…-SƏBƏB?..
28 May 2022 | 14:07
Toğrul İsmayıl: “Yunanıstan və Ermənistan süni şəkildə yaradılmış dövlətlərdir”
28 May 2022 | 14:03
Türkiyə MN-dən Müstəqillik Günü təbriki: “Sən bizimsən, bizimsən durduqca bədəndə can” - FOTO
28 May 2022 | 14:01
Rusiya LDP-nin yeni lideri: “Azərbaycan bizim fəxr etdiyimiz ölkədir”
28 May 2022 | 13:47
"2000-ci ildə dünya turnesinə çıxmaq üçün ifaçılara bir milyard dollar təklif olunub..."
28 May 2022 | 13:38
“Rəssamlar İttifaqı deyir ki, 2008, Yazıçılar Birliyi deyir ki, 1500, bizdə isə 167 üzv var, hər insanı üzv edə bilmərik”
28 May 2022 | 13:34
Tələbə gənclər Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər - FOTO
28 May 2022 | 13:32
Moskvada kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun görüşü keçiriləcək
28 May 2022 | 13:31
Yaponiya qırıcı təyyarələrin və raketlərin ixracına icazə verməyi planlaşdırır
28 May 2022 | 13:28
Kasıb ailədə böyüyən zərgər: “Yaxşı pul qazanırdım - bir günə 500-1000 dollar...” - FOTO
28 May 2022 | 13:26
Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
28 May 2022 | 13:22
Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi - FOTO
28 May 2022 | 13:22
“Avesta” və müqəddəs Qurani-Kərim arasında maraqlı bənzərliklər aşkar edildi…-ARAŞDIRMA
28 May 2022 | 13:09
Ankarada 28 May - Müstəqillik günü münasibətilə rəsmi qəbul keçirib
28 May 2022 | 12:54
“Kaş atam sağ olaydı, mənim nailiyyətlərimi, müvəffəqiyyətlərimi görəydi...” - FOTO
28 May 2022 | 12:47
Şərqin ilk demokratik respublikasının şahidi - İstiqlaliyyət Bəyannaməmizin qəbul edildiyi bina - REPORTAJ
28 May 2022 | 12:42
Region gəncləri Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər - FOTO
28 May 2022 | 12:41
Bayden Şimali Koreya ilə Cənubi Koreyanı səhv saldı - VİDEO
28 May 2022 | 12:25
İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin ŞOK CİNAYƏTİ
28 May 2022 | 12:17
İrəvanda siyasi həbs dalğası: "Sasna Tsrer" üzvləri də saxlanılıb
28 May 2022 | 12:16
Tramp: “Ukraynaya kömək edən ABŞ əvvəl öz məktəblərinin təhlükəsizliyini qorumalıdır”
28 May 2022 | 12:16
Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək
28 May 2022 | 12:14
Prezidentlə xanımı Ağalıda marketə getdi - VİDEO
GÜNLÜK
28 May 2022 | 07:57
İmtahanları uğurlu vermək üçün qida rasionu - FOTO
28 May 2022 | 08:31
Yanukoviç yenidən fəallaşdı: "Ukrayna dövlətçiliyinin tam məhv olması"ndan danışdı...
28 May 2022 | 10:38
"Rusiya ordusu bundan sonra hücum sürətini artıra bilməyəcək..."-ABŞ analitikləri
28 May 2022 | 07:53
Cümhuriyyətin ideoloqu: Məhəmməd Əmin Rəsulzadə - Nəsiman Yaqublunun araşdırması
28 May 2022 | 07:20
"Namaz xəstəliklərə qarşı immuniteti artırır..."
28 May 2022 | 09:40
Ukrayna Baş Qərargahı: "Rusiya qoşunları iki yaşayış məntəqəsindən geri çəkilib"
28 May 2022 | 07:45
Müstəqillik Gününüz mübarək!..
28 May 2022 | 15:05
11 və 16 saylı cəzaçəkmə müəssisəsində 10 məhkuma əfv sərəncamı şamil edilib-FOTOLAR
28 May 2022 | 09:34
"TEKNOFEST-Azərbaycan"ın proqramına dəyişiklik edilib
28 May 2022 | 09:27
Əfv sərəncamının icrasına başlanılıb
HƏFTƏLİK
23 May 2022 | 11:24
Prezident İlham Əliyev Roma Papasına təbrik məktubu ünvanlayıb
24 May 2022 | 00:44
“Həyat yoldaşım səhnədə hamının yanında mənə verilən gülü başıma çırpıb dedi ki..."
27 May 2022 | 00:10
“Övlad dərdimə təslim olmadım, övladın təkrarı olmur, o qadın güclüdür ki, çilələri çoxdur...”
27 May 2022 | 09:56
Qarabağda Azərbaycan tərəfdə döyüşmüş rus general Ukraynaya təcavüzdən danışdı…
22 May 2022 | 22:45
Əsgərlər döyüşməkdən imtina edir, "İsgəndər" raketləri qurtarıb, Çin ratsiyaları şifrələmir...
22 May 2022 | 21:23
"Rusiya onların nə müstəqilliyini, nə də ərazi bütövlüyünü heç vaxt tanımayıb..." - VİDEO
25 May 2022 | 03:12
“Bu gün də onun atdığı böhtanlara dözürəm, ailəmə toxunanı isə heç vaxt bağışlamaram"
22 May 2022 | 14:33
"Biz Ermənistanı indiki ərazilərlə tanımırıq və 1918-ci il sərhədlərinə çəkilməsini tələb edirik"
24 May 2022 | 14:30
Ermənistan XİN müavini "Qarabağ Azərbaycanın tərkibində olmayacaq” deməkdən imtina etdi... 
23 May 2022 | 07:45
Rusiyada məktəbli qız Putini "şeytan"adlandırdı və Ukraynaya "azadlıq" dedi...-VİDEO
AYLIQ
28 May 2022 | 07:57
İmtahanları uğurlu vermək üçün qida rasionu - FOTO
28 May 2022 | 08:31
Yanukoviç yenidən fəallaşdı: "Ukrayna dövlətçiliyinin tam məhv olması"ndan danışdı...
28 May 2022 | 10:38
"Rusiya ordusu bundan sonra hücum sürətini artıra bilməyəcək..."-ABŞ analitikləri
28 May 2022 | 07:53
Cümhuriyyətin ideoloqu: Məhəmməd Əmin Rəsulzadə - Nəsiman Yaqublunun araşdırması
28 May 2022 | 07:20
"Namaz xəstəliklərə qarşı immuniteti artırır..."
28 May 2022 | 09:40
Ukrayna Baş Qərargahı: "Rusiya qoşunları iki yaşayış məntəqəsindən geri çəkilib"
28 May 2022 | 07:45
Müstəqillik Gününüz mübarək!..
28 May 2022 | 15:05
11 və 16 saylı cəzaçəkmə müəssisəsində 10 məhkuma əfv sərəncamı şamil edilib-FOTOLAR
28 May 2022 | 09:34
"TEKNOFEST-Azərbaycan"ın proqramına dəyişiklik edilib
28 May 2022 | 09:27
Əfv sərəncamının icrasına başlanılıb