Aprelin 2-dən etibarən təmas xəttində baş verən hərbi qarşıdurma və bu qarşıdurma fonunda düşmən hücumunu dəf edən ordumuzun əks-həmlə ilə işğaldakı bəzi kənd və yüksəklikləri azad etməsi bütün xalqda böyük ruh yüksəkliyi və coşğuya səbəb oldu. Bir neçə gün davam edən döyüşlərdə düşmənə ciddi itkilər verən ordumuzun qələbələri hərbi əməliyyatların sona qədər – işğaldakı son qarış torpağımızın azad ediləcəyi günə qədər davam edəcəyi ilə bağlı təəssürat formalaşdırsa da, bu təəssürat özünü doğrultmadı. Belə ki, cəmi bir neçə gündən sonra Rusiyanın “tövsiyyəsi†ilə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılaşma əldə edildi ki, bu razılaşma ilə ordumuzun irəliləməsinə son qoyuldu.
Halbuki, Azərbaycan
ordusunun cəbhə xətii boyu təşəbbüsü ələ keçirməsi, qısa zamanda düşməni ciddi
itkilərə məruz qoyması, erməni ordusu daxilində baş verən fərarilik,
intizamsızlıq, qorxu və panika, cəbhədəki məğlubiyyətlərin Ermənistan cəmiyyətində
doğruduğu ümidsizlik və təlaş fonunda ordumuzun hücumlarının davam etdirilməsi
qalibiyyətli döyüşü qalibiyyətli müharibə şəklində davam etdirməyə əsas
verirdi.
Bu baxımdan. kifayət qədər
beynəlxalq dəstəklə müşahidə edilən proseslərin qəfil dayandırılmasını ermənilərin
özünə gəlməsi, toparlanması, səhvlərindən öyrənməsi, yanlışlıqlarından nəticə
çıxartması üçün verilən fasilə kimi dəyərləndirmək daha doğrudur. Bu qarşıdurma
Ermənistan üçün bir test oldu.
Hansı ki, bu testin sayəsində
Ermənistan həm arxa, həm də ön xətdəki bütün boşluq və çatışmazlıqlarını təsbit
edÉ™ bildi. ÆminliklÉ™ demÉ™k olar ki, ErmÉ™nistanın hÉ™rbi-siyasi rÉ™hbÉ™rliyi
qısamüddətli savaşın doğurduğu acı nəticələri diqqətlə öyrənəcək və yol verdikləri
nöqsanların aradan qaldırılması istiqamətində ciddi səy ortaya qoyacaqlar. Bu
isə o deməkdir ki, erməni ordusu ilə növbəti toqquşmamızda düşməni məğlub etmək
daha çətin olacaq və daha çox qurban tələb edəcək.
Rusiyanın diktəsi ilə əldə
edilən razılaşmanın verdiyi ən böyük ziyan isə bu qəfil və lüzumsuz razılaşmanın
xalqın qələbə ruhunu, qələbə əzmini, qələbə coşğusunu önləməsi oldu. Çünki cəbhədəki
olaylar fonunda xalqın mübarizə ruhu, fədakarlıq istəyi o qədər yüksəlmişdi ki,
bu əzmkarlığa arxalanaraq düşmən ordusunu qısa müddətdə məğlub etmək, işğaldakı
torpaqları azad etmək, Qarabağ savaşında namərdcəsinə öldürülən minlərlə
günahsız insanın intiqamını almaq mümkün idi. Bunun üçün sadəcə xalqın səsinə səs
verib hərbi əməliyyatları davam etdirmək kifayət idi. Lakin bu baş vermədi. Azərbaycanın
hərbi-siyasi rəhbərliyi xalqın arzu və istəyini nəzərə almadan atəşkəs haqqında
düşmələ razılığa gəldi ki, bu da xalqın qəzəb və intiqam atəşinin üstünə su çilədi.
...Xalq oyuncaq deyil. Onu istənilən zaman ayağa qaldırmaq, istənilən
zaman hərəkətə gətirmək, istənilən zaman uyutmaq olmaz. Xalqın qurban verməyə
hazır olduğu, qan və savaş tələb etdiyi bir zamanda xalqın iradəsinə zidd getmək
yolverilməzdir. Milyonlarla insanın bütövlük və qisas arzusunu gözardı etməyə
kimsənin – hətta ali baş komandanın belə haqqı yoxdur. O yerdə ki, söhbət vətənin
taleyindən, xalqın şərəfindən gedir, o
yerdə ki, müharibə tələbi, müharibə əmrini xalq özü imzalayır, o zaman ən ali
rütbəli komandanın belə sıravi əsgər kimi bu əmrin icrasını həyata keçirməsi gərəkir.
Xalqın əmrinə, xalqın istəyinə edilən etinasızlıq heç vaxt nəticəsiz qalmır. Bu,
ya həmin idarəetmə sistemin, ya da xalqın özünün məhv olması ilə nəticələnir.
Tarix bu cür faktlarla zəngindir və bizim bu zənginliyə göz yummağımız bizi
oxşar aqibətdən çətin ki xilas etsin.
Seymur Æliyev
e-mail: [email protected]