Xəbər lenti
27/02/2020 [22:09]:
İtaliyada koronavirusdan ölənlərin sayı 17-yə çatdı
27/02/2020 [22:03]:
Gürcü nazir Ermənistanda: Hərbi sənəd imzalandı...
27/02/2020 [22:01]:
“Hamının maskadan istifadə etməsinə ehtiyac yoxdur” - TƏBİB rəsmisi
27/02/2020 [21:29]:
Rusiya İrana uçuşları məhdudlaşdırdı
27/02/2020 [21:26]:
Xocalı soyqırımı Tokatda möhtəşəm bir konfransla anıldı - FOTOLAR
27/02/2020 [21:25]:
Koronavirusa görə məktəblərin bağlanacağı xəbərinə - Rəsmi cavab
27/02/2020 [21:22]:
İrandan gələn şəxslərin müayinəsi üçün FHN-in çadırlardan ibarət səyyar hospitalları yaradılır
27/02/2020 [21:15]:
Prinsipsiz Paşinyanın prinsipləri...
27/02/2020 [21:08]:
Azərbaycanda koronavirusa görə qərargah yaradıldı
27/02/2020 [21:07]:
İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etdi
27/02/2020 [21:05]:
İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir
27/02/2020 [21:03]:
Heyranı olduğu müğənniyə bənzəmək üçün gözünə döymə vurdurdu, kor oldu...
27/02/2020 [21:02]:
Türkiyə səfiri Ərdoğanın Bakı səfərini “Haber Global”a şərh etdi - VİDEO
27/02/2020 [20:32]:
Papa Fransisk koronavirusa yoluxub? - MARAQLI...+ FOTOLAR
27/02/2020 [20:16]:
Balıq tutmaq istəyərkən toruna baxın nə düşdü - MARAQLI... + VİDEO
27/02/2020 [20:10]:
ABŞ hərbi hava qüvvələri dünyanı mat qoymaqda davam edir: Uçan avtomobillər gəlir!
27/02/2020 [19:50]:
Çinli həkim ölümə meydan oxudu - İBRƏTAMİZ... + VİDEO
27/02/2020 [18:51]:
Paşinyanın portreti aşkar edilmiş iki məktəb rəhbərinə xəbərdarlıq edildi...-FOTO
27/02/2020 [18:48]:
Qapıçının vurduğu son dəqiqə qolu komandasına həyat verdi - VİDEO
27/02/2020 [18:48]:
Prezidentin köməkçisi də koronavirusa yoluxdu...
27/02/2020 [18:46]:
İrandan qayıdan Gürcüstan vətəndaşları ölkələrinə buraxılmadı
27/02/2020 [18:36]:
Düşmən ön xəttə qadınlardan ibarət xüsusi təyinatlılar yerləşdirə bilər
27/02/2020 [18:36]:
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
27/02/2020 [18:34]:
"Ədalətin kiçildiyi ölkələrdə yalnız günahlar və günahkarlar böyük görünürlər" - MÜRACİƏT
27/02/2020 [18:10]:
“Bu təhlükə yalnız Azərbaycan deyil, bütün dünya iqtisadiyyatını “vur"a bilər” – SOS!
27/02/2020 [18:02]:
Koronavirusa qarşı xüsusi kostyum hazırlandı - FOTO
27/02/2020 [17:45]:
Ərdoğan: “Üç şəhidimiz var, qarşı tərəfin itkisi çox böyükdür”
27/02/2020 [17:40]:
Bakıda elektrik enerjisinin verilişi bərpa edildi - YENİLƏNİB
27/02/2020 [17:37]:
İrandan gələn vətəndaşları altı saat gözlədən xəstəxana ilə bağlı RƏSMİ AÇIQLAMA
27/02/2020 [17:35]:
Bakıda işıqlar niyə sönüb? - RƏSMİ AÇIQLAMA
27/02/2020 [17:34]:
İranda koronavirusdan üzərliklə qorunurlar - VİDEO
27/02/2020 [17:21]:
Yerə zibil atan adam 11 il sonra hakim qarşısına çıxarıldı...
27/02/2020 [17:17]:
"Səfərbərlik ediriksə, ilk növbədə intellektual potensialımızı səfərbər edək..."
27/02/2020 [17:17]:
Dövlət Sirri Kəmaləddin Heydərova etibar edildi - Prezidentdən Fərman
27/02/2020 [17:15]:
Gürcüstan DİN: “Qırmızı körpü”də sərnişinlər intensiv müayinə olunurlar
27/02/2020 [17:13]:
İtaliyada koronavirusdan ölənlərin sayı 14-ə çatdı
27/02/2020 [17:12]:
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb
27/02/2020 [17:10]:
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27/02/2020 [17:09]:
Bakı Nəqliyyat Agentliyi işıqların sönməsi ilə əlaqədar hərəkətə keçdi
27/02/2020 [17:07]:
Valideynsiz uşaqların övladlığa götürülməsi qaydası təsdiqləndi
27/02/2020 [17:06]:
Gürcüstanda koronavirus aşkarlanan şəxs etnik azərbaycanlıdır
27/02/2020 [16:53]:
Gürcüstanın Səhiyyə naziri: “Ölkədə koronavirusun sürətlə yayılma ehtimalı yoxdur”
27/02/2020 [16:50]:
"Ötən dövr ərzində bu yatırımların dəyəri artaraq 3,5 milyard Çin yuanına bərabər olub”
27/02/2020 [16:48]:
Metroda 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur - YENİLƏNİB
27/02/2020 [16:48]:
Koronavirusdan ölənlərin başqa xəstəlikləri də olub
27/02/2020 [16:47]:
“Rusiyanın dəstəyi olmasa, Əsəd ayaqda dura bilməz”
27/02/2020 [16:46]:
İranda koronavirusdan ölənlərin sayı sürətlə çoxalır
27/02/2020 [16:45]:
Paytaxtın bir hissəsi işıqsız qaldı: "Azərişıq" Bakı küləyinin qarşısında mağmın durumda...
27/02/2020 [16:42]:
Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində qəza baş verib - FOTO
27/02/2020 [16:38]:
"Türkiyə ilə Azərbaycanın tezlikləri biri-birini daha rahat tutduğuna görə..." - VİDEO
27/02/2020 [16:33]:
Pənah Hüseyn PA şöbə müdiri Ədalət Vəliyevlə görüşüb...
27/02/2020 [16:23]:
QHT Şurası könüllülüyün təbliğinə dair ayrıca qrant müsabiqəsi elan edəcək - FOTOLAR
27/02/2020 [15:53]:
Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə hansı tədbirlər nəzərdə tutulub?
27/02/2020 [15:52]:
Martın 1-də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının I mərhələsi keçiriləcək - DİM
27/02/2020 [15:51]:
"Xocalıdan vertolyotla sakinlər əvəzinə,  “Jiquli”lərini çıxarmağa qoymadığım şəxslər məni şərləməyə çalışdı...”
27/02/2020 [15:47]:
"Böyük Atatürkün sağlığında onun ədəbi fəaliyyətindən söz açılmayıb və buna görə..."
27/02/2020 [15:41]:
AKP sözçüsü: “Türkiyə bu terror dövlətini darmadağın etdi”
27/02/2020 [15:38]:
Pakistanda çəyirtkə hücumunun qarşısını almaq üçün Çin 100 min ördək göndərir - MARAQLI...
27/02/2020 [15:36]:
Koronavirusdan ölənlərin yaşı - STATİSTİKA
27/02/2020 [15:32]:
“Bunsuz Qarabağda müharibəyə başlamaq bizi Rusiyanın təzyiqləri ilə üz-üzə qoya bilər”
27/02/2020 [15:16]:
Ali Baş Komandan 3 generalı "Rəşadət" ordeni ilə təltif etdi və istefaya göndərdi...
27/02/2020 [15:13]:
Çılğın, emosional, 1 il nazir olan, 9 il həbsdə yatan, istiqlalçı deputat, "mürəkkəb fiqur"...
27/02/2020 [14:57]:
“Mən terrorizmlə mübarizənin ən çətin vaxtlarında oxşarlarımdan imtina etdim...”
27/02/2020 [14:55]:
Putin hansı telefonlara üstünlük verdiyini açıqladı
27/02/2020 [14:50]:
Silahla selfi çəkmək istəyi özünə də baha başa gəldi, 10 yaşlı uşağa da...
27/02/2020 [14:50]:
Koronavirusa yoluxan şəxs Azərbaycan gömrüyündə belə yoxlanılıb - ANBAAN VİDEO
27/02/2020 [14:43]:
"İmzalanan mühüm sazişlər Azərbaycan və Türkiyəyə böyük siyasi və iqtisadi dividendlər gətirəcək”
27/02/2020 [14:34]:
Çörəyin çörəkçiyə, zərgərliyin zərgərə həvalə edilməməsinin bədəli... - XAOS VƏ SƏKSƏKƏ...
27/02/2020 [14:00]:
Azərbaycanda polisə müqavimət göstərən şəxs MƏHV EDİLDİ...
27/02/2020 [13:54]:
Novruz bayramından sonra Ermənistanda səfərbərlik ediləcəyi açıqlandı...
27/02/2020 [13:27]:
“Xocalı” abidəsi ziyarət olunub
27/02/2020 [13:15]:
"DTX-nın əməliyyatlarından məlum olur ki, onlar ancaq pul yığmaqla məşğuldurlar, hansı ki..."
27/02/2020 [12:48]:
“Xocalı soyqırımından bir gün sonra 10 döyüşçü ilə mühasirədən çıxdıq”
27/02/2020 [12:16]:
Hindistanda müsəlmanları hücum edən irqçilər məscidləri hədəf aldılar- FOTOLAR
27/02/2020 [12:09]:
“Mir Yusifə Xalq artisti adı verdilər, o, da çılpaq qızlarla enerji içkilərini reklam edir...”
27/02/2020 [11:58]:
ABŞ ordusunun rəhbərliyi Rusiya üzərindəki üstünlüyünü itirdiyini etiraf edib
27/02/2020 [11:54]:
Türkiyədə Elçibəy Vəqfi yaradıldı
27/02/2020 [11:53]:
Mingəçevirdə xüsusi əməliyyat: Müqavimət göstərən şəxs zərərsizləşdirildi
27/02/2020 [11:35]:
Klub prezidentindən sensasion açıqlama: “Futbolçularım sekslə çox məşğul olur...”
27/02/2020 [11:33]:
Moldovada Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
Bütün arxiv bir sırada
17/04/2016 [23:05] - Müsahibə - ( 6595 dəfə baxılıb)

"Lazım olduğumu bilən gün vətənə dönəcəm"

"Məni zabitlərimiz heyran elədi, əsgərinə kontur yüklədən zabit obrazı dağıldı"


Moderator.az - ın “Qürbətdəki məşhurlar” layihəsinin bu dəfəki qonağı hazırda İsveçdə yaşayan publisist Vahid Qazidir.  

- Vahid bəy, qürbətdə mühacir statusu ilə yaşayırsınız, yoxsa sadəcə ölkədən köçüb getmisiniz? 

- Heç biri. “Köçüb getmək” yerli-dibli getmək anlamı verir, sadəcə getmişəm, desəm düz olar, yəni qayıdacam. Getməyə yer çox idi. Avropanın böyük şəhərlərində də kömək edə bilən dost-tanış vardı. Bu şəhəri seçməyimə burada çoxdan yaşayan, iş quran dostlar, yerlilər səbəb oldular. 

- Azərbaycanda ictimai sektorun ünlü şəxslərindən biri sayılırdınız. Ona görə keçmiş zamanda deyirəm ki, hazırda ölkənin ictimai-siyasi həyatı ilə bağlı aktiv reaksiyalarınız hiss olunmur. Bu nədən irəli gəlir? 

- Əlbəttə, kənarda olanda hadisələrə anında reaksiya verə bilmirsən, bəzən gec xəbər tutursan. Burada bizim televiziyalara baxa bilmirəm, olur ki, bəzən sosial şəbəkələrdə söhbətin nədən getdiyini tuta bilmirəm. Münasibət bildirəndə də gec olur. Gündəmlə yaşamaq olmur. Odur ki, açıqlamalara yox, yazılara üstünlük verirəm. Amma başqa cür düşünənlər də var. Dostlar hesab edir ki, əksinə, fəalam və bəzən bu fəallıq zərərimə işləyir. Yazılarımdan inciyənlər çox olur. Amma istəməzdim incisinlər. 

- Hesab etmirsiniz ki, sizin kimi ictimai xadimlərin sözünə, fəaliyyətinə indi daha çox ehtiyac var?

- Hesab etmirəm. Ciddi mənəvi aşınma yaşayan cəmiyyətdə söz təsir etmir, əməl gərəkdi. Yalnız işlək qanunlar hesabına, bütün sahələrdə ədalətin bərpasına nail olandan sonra söz dəyərə minər. Sözə ehtiyac duyulan cəmiyyətdə kitablar 300-500 nüsxəylə çıxmır, 2 milyonluq şəhərdə 5-10 kitab mağazası olmur. Televiziyalar şou adamlarını yox (bizdə heç normal şou da yoxdu), söz əhlinin meydanına çevrilir. İsveçin aparıcı kanallarının əsas qonaqları yazıçılar, alimlər, peşəkar adamlardı. Burda hər şey üzrə ekspert, politoloq yoxdu. Təyyarə terrorunu şərh eləməyə təyyarə terroru üzrə ekspert çağırırlar, terror metroda olanda metro terroru üzrə.
İctimai kanal ölkənin müxtəlif şəhərlərində təşkil olunan forumları, debatları canlı yayımlayır. Müxalif partiyanın təşkil etdiyi konfransı canlı verir. Niyə? Həm bunu etmək borcudur, həm də sözə tələbat var. 
Bizdə elə seçim mexanizmi yaradılıb ki, peşəkarlar çıxdaş olur, üzdə işbazlar qalır. “Zerkalo” kimi qəzetin bağlanmasına imkan verilməməli idi. Anar Məmmədxanlının “Day.az”ı bütün Qafqazın ən çox oxunan rusdilli saytı idi. O gün informasiya müharibəsindən bir yazı yazdım. İndiki şəraitdə belə KİV-lərin sıradan çıxmasına imkan verərlərmi heç? Gərək onları dövlət olaraq dişimizlə, dırnağımızla qoruyardıq. Azad mühit olsa yenə belə KİV-lər yaranar. Ümumiyyətlə, azadlıq olan yerdə uğur olur. Azadlıq hərəkətdi, o, axar çay kimidi, təmiz, şirin sulu çay. Azadlığın olmadığı yer isə o çayın kənarında suyu axmayan gölməçə kimi kif qoxuyur. 

- Siz hər zaman yaz-pozuyla məşğul olmusunuz. Son zamanlar isə publilistik yazılarınız daha da artıb. Bunu ictimai fəaliyətinizdəki passivliyin yaratdığı boşluğu doldurmaq üçün bir ehtiyac saymaq olarmı?

- Dediyinizdə həqiqət payı çoxdu. Boş qalmağa, vaxt öldürməyə adət etməmişəm. Vaxtilə çox vaxtlar öldürdük. Cavanlıqda vaxtla oyun oynayırsan. Adam yaşa dolduqca nələrsə eləməyə tələsir, vaxtın daraldığını duyur. 
İctimai passivliyim ölkədə olmamağımla bağlıdır, yəni tədbirlərdə iştirak edə bilmirəm, tədbirlər keçirmirəm, hadisələrə anında münasibət bildirmirəm. Amma onu deyim ki, günümün böyük hissəsində fikrən Azərbaycandayam. Bu, indi yaşadığım cəmiyyətə inteqrasiya olunmağıma çox mane olur. Amma başqa cür alınmır, bu yaşdan sonra görünür dəyişmək çətindi. Virtual olsa da vətəndəyəm. Hətta vətəndə və başqa ölkələrdə yaşayan dostlarımla tez-tez virtual qonaqlıqlar da təşkil edirik. Təsəvvür edirsiniz, hərə öz yeyib-içməyiylə gəlir internet qonaqlığına. Yazılara gəldikdə isə, düz deyirsiniz, burda daha çox yazıram. Bunun bir səbəbi vaxt və şəraitin münasibliyidirsə, başqa səbəbi qəribçiliyin yazı ovqatına köklənməsinə yardım etməsidi.

- Səhv etmirəmsə, kitab nəşr etdirəcəkdiniz. Uzandı nəsə...

- “Çöl Qala” artıq nəşr olundu. Düzdür, xeyli uzandı. Beş il yazılmağına sərf olundu, iki il də öz jarqonumuzla desəm, “dəmdə” qaldı. Nəhayət, çıxdı. Kitab mağazalarında var. Rusca “Obezyanya diktatura” kitabı da nəşrə hazırdır. Sağlıq olsun.

- Azərbaycanda hazırda insan hüquqları müdafiəçilərinin işini necə qiymətləndirirsiniz?

- Ədalətin olmadığı, hüququn işləmədiyi yerdə hüquq müdafiəçisi olmaq əsl qəhrəmanlıqdır. İnsan hüquq müdafiəçiləri yaşadıqları cəmiyyətin vicdan ünvanıdırlar. Azadlığın olmadığı ölkələrdə bu işlə məşğul olmaq təhlükəlidir. Onlar haqsızlıqla mübarizədə ön sıradadırlar. Ona görə daim hədəfdədirlər. 
Şəxsən tanıdığın, tədbirlərdə, səfərlərdə bir olduğun, dostluq etdiyin, eyni fikir və məfkurəni bölüşdüyün adamların həbsini ağır yaşayırsan. Elə bilirsən ki, onların tutulmasında sən də günahkarsan. Bu hiss sən xaricdə olanda daha ağrılı yaşanır. Özünü günahkar sanırsan. Leyla Yunusu əli çəlikli, Rauf Mirqədirovu əli qandallı görəndə, İntiqam Əliyevin qızının müsahibəsinə baxanda yaşadıqlarımı uşaqlar görməsinlər deyə evdən çıxmışam. Onların bir xeylisi azadlığa çıxanda elə bil sənin də çiynindəki yük azalır. Son illər vətəndaş cəmiyyəti sarsıdıcı zərbə alıb. “Vətəndaş cəmiyyətini kim öldürdü?” adlı məqaləmdə bunun səbəbləri və nəticələri haqda geniş yazmışam. Demokratiya davasında son döyüşləri vətəndaş cəmiyyətinin fəalları apardılar. Düşünmürəm ki, uduzdular. Gənclər var. Gənclik dəyişiklik istəyir. Corc Oruellin sözü olmasın: “Azadlıq iki üstəgəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılırsa, qalan hər şey öz yerini tapacaq”.

- Siz də Qarabağ dərdini yaşayanlardan, Ağdam həsrəti çəkənlərdənsiniz. Aprel ayının əvvəllərində ön cəbhədə baş vermiş hadisələr zamanı hansı hisləri keçirdiniz? Ümumiyyətlə, son hadisələri necə qiymətləndirirsiniz?

- Əvvəl anlamadım. Problemin çözümü üçün heç bir real şəraitin olmadığı vaxtda xalq nəyə əsasən belə ruhlanıb deyə düşündüm. Ukrayna, Suriya macərasından sonra Rusiyanın yeni oyunu kimi qəbul elədim. Elə indi də bu cür fikirləşirəm. Amma sonra başqa bir nüans ortaya çıxdı ”“ xalqın ruhu. Başına bu qədər müsibətlər gələn ”“ müsibət deyəndə ədalətsizliyi, hüquqsuzluğu deyirəm ”“ xalq bu mübarizə ruhunu necə saxlaya bilib deyə heyrət etdim.  
Ekzaltasiya halında adam arzularını da qabaqlayır. İstəyi reallıq kimi qəbul edir. Uzun illər idi cəmiyyətdə bir enerji toplanırdı. Problemlərin girdabında çabalayan adamlar baiskar axtarırdı. Kənardan duyduğum odur ki, enerjinin boşalması baş verdi. 

- Səfərbərlik elan olunsaydı, vətənə qayıdıb döyüşlərdə iştirak edərdinizmi? Ümumiyyətlə, səfərbərlik olacağı təqdirdə, edə biləcəyiniz bir iş varmı?

- Ciddi deyirəm, həqiqi səfərbərlik olarsa, yəni əsl vətən müharibəsinin başladığını görsəm, yaşıma və çəkimə baxmayaraq öndə gedərəm. İlk sevgi görüşünə gedən cavan oğlan kimi gedərəm. Həyatımda gördüyüm ən lazımlı və dəyərli bir iş dalınca gedirmiş kimi gedərəm. Dediklərimdə bir damla belə pafos yoxdur. Sakitcə durub gedərəm. Və xeyli adamı inandıra bilərəm mənimlə getməyə. Getdiyim yer görmək istədiyim yerdi, xəyallarımın yurdudu deyə, gedərəm. “Çöl Qala” povestinin qəhrəmanı sevgilisinə belə deyir: “...biz səninlə Eliziuma gedəcəyik. Bizim dildə Yeliseydi, deyəsən. Özü də antik yunan mifoloqlar yaradan seçilmiş ruhların mükafatlandırıldığı, kədərdən və qayğıdan uzaq, həmişəbahar bir dünyaya yox, öz Yeliseyimizə”. Onların getmək istədikləri dünyanın adı Çöl Qaladı. Özlərinin yaratdığı dünya. Allahın da, bəndənin özləri olduğu dünya. Çöl Qala Şuşanın məhlələrindən birinin adıdır, ulu babalarımın yaşadığı məhlənin.
İndi özünüz deyin, səfərbərlik olacağı təqdirdə sizcə neyləyərəm?

- Yenidən atəşkəs elan olunması cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Çoxları hesab etdi ki, bu dəfə atəşkəsə yox, İrəvana qədər getməliydik. Bu barədə siz nə düşünürsünüz? Sizcə itirilmiş torpaqlarımızı sülh yolu ilə geri qaytara biləcəyikmi?

- Eyforiya ilə depressiya bir dağın iki üzü kimidi, bu tərəfdən dırmanıb çıxırsan yuxarı, zirvəni aşanda o biri tərəfdən enirsən aşağı. Mən İrəvana qədər getməyin eyforiyasını yaşamadığım kimi, torpaqları azad etmək şansının buraxılması depressiyasını da keçirmədim. Nə qədər Rusiya Qafqazda güc sahibidir və nə qədər ki, orada Putin kimi militarist diktator hakimiyyətdədi, münaqişənin çözümünü görmürəm. Torpaqları qaytaracağımıza bir gün də olsun inamı itirməmişəm. Nə qədər ki, torraqların itirilməməsi ilə razılaşmamışıq, demək ümidimiz var, şansımız da olacaq.
Son döyüşlərdə üzə çıxan keyfiyyətlərimiz ümidi daha da artırır. Məni zabitlərimiz heyran elədi. Əsgərinə kontur yüklədən zabit obrazı dağıldı. Bir döyüşdə bu qədər zabit itirməmişdik. Onlar əsgəri qabağa vermədilər, irəliyə özləri çıxdılar. Xalq son 20 ildə bu qədər coşqu ilə döyüşə hazır olmamışdı. Belə xalqla dağı dağ üstə qoyar qabiliyyətli hakimiyyət. Təəssüf ki, uzun illər hesabına yığılan enerji beləcə boşaldıldı. 

- Mümkünsə, bir qədər də ailəniz, övladlarınız barədə danışardıq. Bildiyim qədər övladlarınızın ikisi musiqi sahəsini seçib və bu sahədə artıq uğurlara imza atmağa başlayıblar. Musiqi öz seçimləri olub, yoxsa siz məsləhət görmüsünüz? 

- Çox istərdim musiqiyə peşəkar yanaşsınlar. Onlarda bu yaxşı alınır. Amma başqa peşə seçmək istəyirlər, mən də inad etmirəm. İki uşaq gimnaziyada oxuyur, sonbeşik orta məktəbdə. Onlar yerli cəmiyyətə daha uğurla inteqrasiya olublar.

- Nə zamansa birdəfəlik köçüb vətənə qayıtmağı düşünürsünüzmü? Əgər belə istəyiniz varsa gerçəkləşəcəyi gün çoxmu uzaqdadır hələ? 

- Neçə ildir hər gün vətənə qayıdıram... Onsuz da əvvəl-axır qayıdacam. Amma istərdim bu, qocalıb əldən düşənə qalmasın. Həyatın mənası kiməsə, nəyəsə lazım olmağındadı. Vətəndə kimisə, nəyəsə daha lazım olmadığımı gördüm. Elə yerdə yaşamaq çətin idi. Lazım olduğumu bilən gün vətənə dönəcəm!

Rumiyyə MİRASLAN

Papa Fransisk koronavirusa yoluxub? - MARAQLI...+ FOTOLAR
Balıq tutmaq istəyərkən toruna baxın nə düşdü - MARAQLI... + VİDEO
Çinli həkim ölümə meydan oxudu - İBRƏTAMİZ... + VİDEO
Pakistanda çəyirtkə hücumunun qarşısını almaq üçün Çin 100 min ördək göndərir - MARAQLI...
Ali Baş Komandan 3 generalı "Rəşadət" ordeni ilə təltif etdi və istefaya göndərdi...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Siyasət
"Səfərbərlik ediriksə, ilk növbədə intellektual potensialımızı səfərbər edək..."
Gündəm
"Xocalıdan vertolyotla sakinlər əvəzinə,  “Jiquli”lərini çıxarmağa qoymadığım şəxslər məni şərləməyə çalışdı...”
Maraqlı
"Böyük Atatürkün sağlığında onun ədəbi fəaliyyətindən söz açılmayıb və buna görə..."
Maraqlı
“Mən terrorizmlə mübarizənin ən çətin vaxtlarında oxşarlarımdan imtina etdim...”
Hadisə
Silahla selfi çəkmək istəyi özünə də baha başa gəldi, 10 yaşlı uşağa da...
Yazar
İlham İsmayıl
“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”
Seymur Əliyev
DSX-nın bu torpaqdan pay umanlara verəcəyi yeganə hədiyyə budur: Ölüm!
Seymur Verdizadə
Sən hər gün əliəyrilik edirsən, o, beş ildə bir dəfə...
Sultan Laçın
Azərbaycanda ədalət naminə vəzifədən imtina edə bilən neçə məmur var?..
Leyla Namazova
“28 il öncə Xocalıda təkcə Xocalı sakinləri qətlə yetirilmədi...”
Həftənin ən çox oxunanları
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
ABŞ-ın növbəti prezidenti Qarabağı qaytaracaq
“Azərbaycan Qarabağı unutsa, yaxşıdır”- “Meşə tülküsü” belə dedi...
Ərdoğanın Qarabağla bağlı bəyanatı Ermənistanı qorxuya salıb
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"
Azərbaycanda kişi arvadını xəyanət üstündə yaxaladı - VİDEO
“Lazım gəlsə, Paşinyanı güllələyərəm!..”- Erməni general
"Əlimdə çox ciddi və təkzibolunmaz faktlar var, onlar bundan qorxmalı, mən deyil..."
Ermənilər Yerusəlimə iddialarını rəsmən bildirdilər: Yəhudi-erməni davası ola bilərmi?
Sünnət zamanı uşağın cinsiyyət üzvünü dibindən kəsdilər: Səhiyyəmizin günü + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247