Xəbər lenti
12/08/2020 [13:55]:
Xəzərdə “Qarabağ”ın qüdrəti...
12/08/2020 [13:49]:
Mədəniyyət nazirinə müşavir təyin edilib
12/08/2020 [13:46]:
Jirinovski Rusiyada koronavirus peyvəndini yaradanların mükafatlandırılmasını istədi
12/08/2020 [13:45]:
Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI
12/08/2020 [13:37]:
Rusiya 14 günə korona vaksininin tətbiqinə başlayır
12/08/2020 [13:32]:
Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələndilər
12/08/2020 [13:31]:
Türkiyə İraq və PKK iclasını vurdu: Akarın səfəri ləğv edildi
12/08/2020 [13:31]:
Bu il 3 milyard manatdan çox sosial yardım ödənilib
12/08/2020 [13:27]:
Aralıq dənizində sular niyə isindi? –Yarımçıq kəsilən Türk-Yunan danışıqlarının gizlinləri
12/08/2020 [13:19]:
Erməni rejimi Əsgəranda mərkəzi küçənin təmirinə başladı...-FOTO
12/08/2020 [13:16]:
İki yol var: Getmək və ya ölkəni qan içində boğmaq...
12/08/2020 [13:07]:
Bu səhvlərə qətiyyən yol verməyin - Yanlış ixtisas seçimi edən tələbələrdən VACİB məsləhətlər
12/08/2020 [13:04]:
Alimlər dəniz məhsullarında mikroplastik zərrəcikləri tədqiq etdilər
12/08/2020 [13:03]:
Oqtay ilk dəfə Aysellə boşanmalarından danışdı
12/08/2020 [13:01]:
Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - Açıqlama
12/08/2020 [13:01]:
Təhsil naziri Türkiyə səfiri ilə görüşdü
12/08/2020 [13:00]:
Riyaziyyatın 99 sirrindən biri - Kvadrat kök necə hesablanır?-Sadə metod
12/08/2020 [12:59]:
Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı
12/08/2020 [12:55]:
"Oğlunu vəzifəli, pullu kişilərin qızlarıyla evləndirmək istəyən ən azı 20 adam görmüşəm..."
12/08/2020 [12:52]:
“Qəbul imtahanlarının I mərhələsinə qatılmayanlar II mərhələdə iştirak edə biləcək” - DİM
12/08/2020 [12:39]:
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir...
12/08/2020 [12:35]:
Prezident “Azərsu”ya vəsait ayırdı
12/08/2020 [12:06]:
“Azyaşlıya sataşan müəllim ən azı 15 il azadlıqdan məhrum edilməli idi...”
12/08/2020 [12:05]:
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
12/08/2020 [12:03]:
“Azərbaycan polisinə qarşı aparılan qarayaxmalar “5-ci kalon” tərəfindən idarə olunur“
12/08/2020 [12:02]:
Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI
12/08/2020 [11:59]:
Belarusda aksiyalara görə pirotexniki məhsulların satışı qadağan edildi
12/08/2020 [11:56]:
“Əli Nağıyev təcrübəli və milli adamdır” - “O, “beşinci kolon”la bağlı öz işlərini görür...”
12/08/2020 [11:56]:
“Ölkəmizdə belə bir bazanın yaradılması nə Türkiyəyə, nə də Azərbaycana lazımdır, çünki...”
12/08/2020 [11:48]:
Əməkdar jurnalist vəfat etdi
12/08/2020 [11:47]:
Türkiyədə dövlət məmuru torpaq üstündə ailə üzvlərini öldürdü
12/08/2020 [11:45]:
Emin Ağalarov “avtoşluq” etdi - VİDEO
12/08/2020 [11:43]:
Trampdan seçki həmləsi - 100 milyon dozalıq vaksin
12/08/2020 [11:40]:
Ermənilər Türkiyə ordusunun Gürcüstandan keçməklə Qarabağa girəcəyindən qorxuya düşdü...
12/08/2020 [11:19]:
Nazilə gənclərin boşanmasından danışdı: “Sizi böyütmürük ki, bizə dərd verib qocaldasınız”
12/08/2020 [11:17]:
Ermənistanda koronavirusa yoluxanların sayı 40 794-ə çatdı
12/08/2020 [11:15]:
“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”
12/08/2020 [11:14]:
Bərdədə kütləvi dava: ölən və yaralananlar var - ADLAR
12/08/2020 [11:11]:
“Beyrut partlayışı Ermənistan üçün sanki göydəndüşmə bir fürsət oldu” - Tofiq Zülfüqarov
12/08/2020 [11:09]:
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
12/08/2020 [11:07]:
Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı
12/08/2020 [10:53]:
İsrail qırıcıları HƏMAS-ı yenə vurdu
12/08/2020 [10:45]:
Tramp dünyanın ən böyük problemini açıqladı
12/08/2020 [10:42]:
Kafe karantinə rəğmən fəaliyyət göstərirmiş - FOTO
12/08/2020 [10:42]:
"Rusiya bunu edərsə, o zaman Türkiyənin müharibəyə qatılmaqdan başqa yolu qalmayacaq..."
12/08/2020 [10:17]:
İmişlidə qohumlara hücum: 1 ölü, 1 yaralı
12/08/2020 [10:15]:
Bərdə RİH-də Koronavirusa qarşı Operativ Qərargahın növbəti iclası keçirildi - FOTOLAR
12/08/2020 [10:12]:
"Vaksinin təsdiqi illüziyadır, toyların bərpası isə..." - Professor
12/08/2020 [10:09]:
Azərbaycanda yeni ödənişlər sistemi istismara verilib
12/08/2020 [10:09]:
“Rusiya Türkiyə və Azərbaycanla danışıqlarda konstruktivlik nümayiş etdirməzsə...”
12/08/2020 [10:07]:
Yüzdən çox erməni Livandan Ermənistana gətirilib
12/08/2020 [09:44]:
Türkiyədə güclü zəlzələ oldu
12/08/2020 [09:39]:
Ermənilər atəşkəs rejimini 35 dəfə pozub
12/08/2020 [09:37]:
Koronavirusla bağlı son STATİSTİKA
12/08/2020 [09:14]:
Ancelina Coli hakimə qarşı vəsatət qaldırıb
12/08/2020 [09:11]:
Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı
12/08/2020 [09:10]:
Qardaşının üzərinə kimyəvi maye tökərək yandırdı – VİDEO
12/08/2020 [09:05]:
Ukraynada koronavirusun ikinci dalğası başladı
12/08/2020 [08:46]:
“Koronavirus, nəhayət, dekabrda tarixə dönəcək” - Sinqapurlu alimlər...
12/08/2020 [07:43]:
Ermənı lider separatçı “prezident” iqamətgahının Şuşaya köçürüləcəyini bəyan etdi...
12/08/2020 [07:03]:
"Doğrudanmı biz hesab edirik ki, ulu əcdadımız Həzrət Adəm yox,  meymundur?.."
12/08/2020 [02:08]:
"Ssenari elə qurulub ki, zərərçəkmiş tərəf bu gün təqsirləndirilən tərəf olub..."
12/08/2020 [01:56]:
Avropa "Batya"nı sanksiyalarla hədələdi: "Belarusla münasibətlərə yenidən baxılacaq..."
12/08/2020 [00:09]:
Bir gündə Rusiyadan Antalyaya 80 təyyarə turist gəldi...
11/08/2020 [23:55]:
"Qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib"
11/08/2020 [23:52]:
“Xəyanətin yox, bir mərdimazarın şantajının qurbanı oldum, o vicdansız məxluq öz cəzasını alacaq"
11/08/2020 [22:45]:
Komitə sosial şəbəkələrdəki fotolarla bağlı hərəkətə keçdi
11/08/2020 [22:19]:
Belarusda iki mindən çox insan saxlanılıb
11/08/2020 [22:17]:
Avtomobil sığortası olmayan sürücü qəza törətdi
11/08/2020 [22:05]:
Hökumət təkzib etdi: komendant saatı tətbiq edilməyəcək
11/08/2020 [22:04]:
Bakıda qadın 30 nəfəri aldadaraq pulunu aldı
11/08/2020 [22:01]:
Abşeronda karantin qaydalarını pozan 28 nəfər cərimələnib - FOTO
11/08/2020 [21:58]:
Paşinyan fövqəladə vəziyyət şəraitində dostunun qızının toyunda iştirak etdi - FOTO
11/08/2020 [21:28]:
ABŞ Rusiyanın koronavirusa qarşı peyvəndini keyfiyyətsiz adlandırdı
11/08/2020 [21:24]:
15 yaşlı qızı hamilə buraxan müəllim bir il müddətinə azadlıqdan məhrum edildi
11/08/2020 [21:05]:
"Bu “ənənə” illərdir dövlət mülkiyyətində olan monopolist müəssələr tərəfindən formalaşıb"
11/08/2020 [20:52]:
Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək
11/08/2020 [20:31]:
Tixanovskaya Litvaya qaçdı, Lukaşenko isə hələlik vəziyyətə tam nəzarət edə bilmir...
11/08/2020 [20:27]:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsini sosial nəzarətə götürdü
11/08/2020 [20:19]:
“Onlar ölkəmizdəki bu bazanı NATO bazası hesab edəcək və ilk zərbəni ona endirəcəklər”
Bütün arxiv bir sırada
04/05/2016 [16:05] - Mədəniyyət - ( 2614 dəfə baxılıb)

Tarixi yaşadan müasir sənət ocağı - FOTOLAR



Azərbaycan mədəniyyəti tarixində Tağıyev teatrının ”“ indiki Azərbaycan Dövlət Musiqili Teatrının əvəzolunmaz yeri vardır. Teatrın Bakının memarlıq inciləri arasında möhkəm qərar tutmuş binası keşməkeşli, lakin şərəfli bir ömür yaşayıb. Və bu uzun ömründə onun daşı, divarı bir neçə dəfə kökündən təzələnsə də, tarixi görkəmi  və yaradıcılıq ruhu dəyişilməz qalıb.

Azərbaycanda və ümumən, bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməli 1873-cü ildə qoyulub. Məhz həmin ildə böyük maarifçi H.Zərdabinin və görkəmli yazıçı N.Vəzirovun təşəbbüsü ilə milli dramaturgiyamızın banisi M.F.Axundovun  «Lənkəran xanının vəziri» və «Hacı Qara» komediyalarına səhnə həyatı verilərək, Bakıda Azərbaycan dilində teatr tamaşalarının nümayişinə başlanılıb.

Bundan 10 il sonra milyonçu Hacı Zeynalabdin Tağıyev şəhərin mərkəzində teatr binası tikdirib. Lakin binanın qüsurları çox olduğundan, onu söküb yenidən tikmək lazım gəlib. Nəhayət, 1900-cü ildə bina istifadəyə verilib. Həmin vaxt  «Kaspiy» qəzetində dərc edilmiş «H.Z.Tağıyev teatrının tikintisi» adlı məqalədə yazılırdı: «Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə onun şəxsi vəsaiti hesabına ucaldılan, tikintidən əvvəl daha çox tövləni xatırladan bina əsl, zərif, rahat teatr binasına çevrilib. Teatrın əsas, mərkəzi hissəsi və tamaşaçı salonu məkan, kompozisiya və dekorasiya baxımından köklü dəyişikliklərə uğrayıb. Tamaşaçı salonunda yerlərin sayı, demək olar, iki dəfə artırılıb və 1200 yerə çatdırılıb...» 

Teatr binası H.Z.Tağıyevin şəxsi mülkiyyəti olduğundan burada tamaşa oynamaq istəyənlər onu icarəyə götürürdülər. Səhnənin bir küncündə pərdəni döşəməyə bağlayan iri qıfıl yalnız icarə haqqı ödənildikdən sonra açılıb çıxarılırdı. Həmin qıfıl hətta son illərə kimi teatrda qalırdı və səhnə işçiləri premyera oynanılan gün quruluşçu rejissordan «şirinlik» almadan qıfılı açmırdılar.   


Sonralar teatrın binası  iki dəfə - 1909-cu və 1919-cu illərdə yandı. İkinci yanğından sonra binanın təkcə daş döşəməsi və dəmir-beton karkasları, bir də ön fasadı salamat qalmışdı.  Bakının inşaat  mühəndisləri belə hesab edirdilər ki, teatr binasını üç-dörd aya bərpa etmək mümkündür. Lakin büsbütün yeni  teatr yaratmaq lazım idi. Bina yalnız 1921-22-ci illərdə bərpa edildi. Bu layihəni şəhərin  bir çox böyük yaşayış, ictimai və dini ocaqlarının memarı Zivərbəy Əhmədbəyov hazırladı. 

”¦Təmir və bərpa məqsədilə bağlı qaldığı illəri saymasaq, təxminən 120 ildir ki, bu bina Azərbaycan mədəniyyətinə xidmət edir. Onun səhnəsi milli teatr sənətimizin korifeylərinin çıxışlarına, divarları isə tükənməz tamaşaçı alqışlarına şahiddir. Uzun illər bu binada Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı fəaliyyət göstərib. Bu teatr üçün ayrıca bina inşa edilib istifadəyə verildikdən sonra isə Azərbaycan Dövlət Musiqili Teatrı (əvvəlki adı: Azərbaycan Dövlət Musiqili Komediya Teatrı) bu məkanda daimi məskunlaşıb. 

”¦Artıq ötən əsrin səksəninci illərinin sonlarında məlum oldu ki, uçmaq təhlükəsi ilə üzləşmiş Tağıyev teatrının əsaslı təmirə ehtiyacı var. Doxsanıncı illərin əvvəllərində Azərbaycan hökuməti bu məsələni həll etmək üçün konkret tədbirlər gördü və teatrın taleyi Bakının inkişafında misilsiz xidmətlər göstərmiş, lakin artıq ömrünün ahıl çağlarını yaşayan dövlət xadimi Əliş Ləmbəranskiyə həvalə edildi. Nəticədə bina cəmi 4 ilə yenidən, həm də əvvəlki memarlıq görünüş və üslubu saxlanılmaqla tikilib istifadəyə verildi Teatr binasının tikilib istifadəyə verilməsinə xüsusi diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyev 1995-ci ildə burada işlərin gedişi ilə tanış olmuş, öz tövsiyələrini vermiş, 1998-ci ilin oktyabrında isə onun rəsmi açılışında iştirak etmişdir. 
İllər keçdi, yeni əsr başlandı, daha müasir inşaat texnologiyaları ölkəmizə ayaq acdı. Günbəgün, ilbəil yeniləşən, gözəlləşən Bakının mərkəzində yerləşən Tağıyev teatrının da iqtisadi gücü artan dövlətimizin ayırdığı maliyyə vəsaiti hesabına yenidən qurulması qərara alındı. Prezident İlham Əliyevin 25 noyabr 2010-cu il tarixli Sərəncamı əsasında, burada geniş yenidənqurma işləri həyata keçirildi və təbii ki, bu zaman əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına xüsusi diqqət yetirildi.
”¦Musiqili Teatrın binasında əsaslı bərpa və yenidənqurma işləri ökəmizin tikinti sektorunda bir sıra irihəcmli layihələrin icrasında iştirak etmiş, çoxsaylı sosial-mədəni obyektlərin inşasını uğurla həyata keçirmiş “Azimport” MMC tərəfindən aparılıb. Binanın 18 aprel 2013-cü ildə keçirilən rəsmi açılış mərasimində Prezidenti İlham Əliyev iştirak edib. Dövlətimizin başçısı teatrın yenidən qurulması işlərində iştirak etmiş xarici mütəxəssislərlə görüşüb, yeni tamaşa zalı ilə tanış olub, öz tövsiyə və tapşırıqlarını verib.

“Azimport” MMC-nin direktoru Raqif Həbibov deyir: “Ölkə həyatının bütün sahələri kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə edilib. Bu diqqət və qayğı Musiqili Teatrda apardığımız əsaslı bərpa və yenidənqurma işlərində məsuliyyətimizi birəbeş artırırdı. Dövlət sifarişini yüksək səviyyədə yerinə yetirmək üçün layihənin icrasına İtaliyadan mütəxəssislər qrupu cəlb etdik. Dünyada məşhur olan “FontanaGrande” memarlıq studiyasının direktoru Korrado Dalla Fontana (layihə rəhbəri), istedadlı memar-dizayner Silviya Sandini və mühəndis Stefano Temporinidən ibarət qrup binanın tarixi memarlıq üslubunun müasir inşaat texnologiyaları əsasında bərpasında inşaatçılarımıza böyük kömək göstərdilər”.

”¦“Azimport” özünün bütün layihələrində olduğu kimi, Musiqili Teatrın binasının yenidən qurulmasında da ən yüksək keyfiyyət standartlarını tətbiq edib.  Binanın fasadına təntənəli və dəbdəbəli görkəm verən bütün memarlıq elementləri, əl işi olan detallar gülbaxt daşlardan düzəldilib. İstilik və havalandırma sistemi üçün texniki avadanlıq binaya mansard tipində əlavə edilmiş altıncı mərtəbədə quraşdırılıb.  460 yerlik zal ən müasir avadanlıqla təchiz olunub. 

Binada istifadə edilmiş bütün inşaat və texniki avadanlıq, çılçıraq və bralar, pərdələr İtaliya və Almaniyadan gətirilib. Tamaşa salonundakı, foye və pilləkənlərdəki bütün naxışlar İtaliyanın «Sadi» şirkətində xüsusi sifarişlə hazırlanıb. Teatrdakı bəzək işlərini  İtaliyanın «Roberta Doripuddu Studio» şirkəti yerinə yetirib. Vestibülə daxil olan diqqətli tamaşaçı mütləq «Decor Marmi» şirkəti mütəxəssislərinin naxışlı mərmərdən yığdıqları döşəməyə diqqət yetirir. Layihəyə görə, foyedə, kiçik zalda, konfrans zalında və VİP zonada «Berti» (İtaliya) şirkətinin müxtəlif ağac növlərindən olan parketləri vurulub.   

Söhbət teatrdan, xüsusilə də musiqili teatrdan gedirsə, bu məkanda akustika birinci yerdə olmalıdır. Səhnənin və teatrın tamaşaçı zonalarının divar və tavanlarında  səsi təcrid və əks etdirən panellərdən istifadə olunub. Üstəlik, tamaşa salonunun döşəməsi elə qurulub ki, salonda yeriyən adamın ayaq səsləri eşidilmir. 
Əvvəllər yalnız yarıyadək fırlanan səhnə mexanizmi təzələnib. 360 dərəcə fırlanma qalibiyyətinə malik səhnə artıq rejissor təxəyyülü üçün geniş texniki imkanlar açır. Səhnənin arxasındaca 17 metr uzunluğunda səyyar qarderob otağı yaradılıb ki, tamaşada məşğul olan aktyorlar və rəqqaslar əyinlərni dəyişməyə vaxt itirməsinlər. 
Orkestr çuxurunun döşəməsinin altında qalxıb-enən mexanizm quraşdırıldığından tamaşa və ya konsertin məqsədinə uyğun olaraq orkestr səhnə ilə bərabər səviyyədə çıxış edə bilər, ya da səhnə orekstr çuxurunun üstü tam bağlanması hesabına böyüyə bilir. Tamaşa salonundakı çılçırağı tamaşa zamanı tamamilə tavana qaldırmaq mümkündür. 

Bir sözlə, “Azmport”un təcrübəli və əzmkar inşaatçıları çalışıblar ki, tarixi yaşadan bu sənət ocağının binası Bakının memarlıq ansamblında öz layiqli yerini tutsun.

”¦Bu gün Tağıyev teatrını - Azərbaycan Dövlət Musiqili Teatrını uzaqdan görəndə də,  binaya daxil olanda da dərhal başa düşürsən ki, ayaqların qədim memarlıq abidəsinə toxunur. Amma gözlərin də səni aldatmır: bu binada hər şey XIX əsrin memarlıq və interyer meyllərini xatırlatsa da, XX əsrin texnologiyası məkana hakimdir! 

loading...
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir...
Bərdə RİH-də Koronavirusa qarşı Operativ Qərargahın növbəti iclası keçirildi - FOTOLAR
"Diplomatik manevrlər etmək lazımdır, lakin..."
"Rusiyaya yaxınlaşmaq, Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur..."
ABŞ Qarabağ məsələsində “demokratik” Paşinyandan necə məyus oldu... - FOTO
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
“Azyaşlıya sataşan müəllim ən azı 15 il azadlıqdan məhrum edilməli idi...”
Gündəm
“Ölkəmizdə belə bir bazanın yaradılması nə Türkiyəyə, nə də Azərbaycana lazımdır, çünki...”
Şou-biznes
“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”
Cəmiyyət
"Bu cür tərbiyyəsiz şeirlər, tərbiyyəsiz adamların tərtib etdiyi kitablarda ola bilər..."
Gündəm
Ermənilər Xocavənd şəhərində 115 yeni mənzil tikməyə başladı...- FOTOLAR

Yazar
Seymur Verdizadə
"Oğlunu vəzifəli, pullu kişilərin qızlarıyla evləndirmək istəyən ən azı 20 adam görmüşəm..."
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: "Başını ağrıtma... "
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
Lukaşenko ailə üzvlərini Türkiyəyə qaçırtdı?..- GƏRGİNLİK ARTIR!..
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247