“Elnur dəfn olunan gün 9 aylıq oğlu ilk dəfə dil açıb “ata” dedi” -Şəhidin anası
Oxunub: 13624
17 May 2016 | 00:41
“Elnur dəfn olunan gün 9 aylıq oğlu ilk dəfə dil açıb “ata” dedi” -Şəhidin anası


Şəhidlik uca bir zirvə, şərəfli bir dünya köçüdür və hər kəsə nəsib olmur. Aprel döyüşləri zamanı bu zirvəyə yüksəlmiş şəxslərdə biri də baş leytenant, kəşfiyyatçı Elnur İsgəndərovdur. Qəhrəmancasına son nəfəsinə qədər döyüşmüş Elnur İsgəndərovun evində olub, qəhrəmanlıq hekayəsini onun ailəsinin dilindən dinləmək üçün şəhidimizin doğulub boya başa çatdığı ata ocağına- Şəki şəhərinə yola düşdük. 

Şəhidin evinə daxil olarkən həm qürur verici bir aura, həm də kədər vardı. Elnurun ata-anası onun ölümü ilə barışa bilməsələr də, qəhrəmancasına, bu cür şərəfli zirvənin hər adama nəsib olmaması ilə təsəlli tapırlar. 

Bu kədərli ailənin fikrini az da olsa, şəhidimizin  hər şeydən xəbərsiz 9 aylıq körpəsi Elmanın gülüşü dağıdırdı. 

Əlbəttə, Bu Elmanla bağlı atasının arzuları vardı. Gələcək xoş günlərinin, oğlunun ona bir gün ata deyəcəyi günün xəyalını qururdu. Ancaq Elnurun gələcək arzularının ən başında gələn Azərbaycanı bütöv görmək, düşmən tapdağı altında olan torpaqları azad etmək idi. Məhz hərbiçi olmağı da bu arzusunun reallaşması ümidi ilə seçmişdi. Bu yolda canından keçməyə hazır olan E.İsgəndərovun bir arzusu da bu yolda şəhidlik zirvəsinə ucalmaq idi və arzusuna çatdı...

Şəhid Elnur İsgəndərovun anası Gülnar İsgəndərova oğlunun ilk dəfə şəhid olmaq arzusunu 16 yaşında olarkən dilinə gətirdiyini dedi: “Hərbiçi olmağı özü istədi. Heydər Əliyev adına Ali Hərbi Məktəbi də əla qiymətlərlə bitirdi. Çox vətənpərvər uşaq idi. Axırıncı dəfə ermənilərin vertolyotunun vurulması xəbərinə elə sevinclə baxdı ki, mən onu heç belə görməmişdim. Çox vətənpərvər idi. Elnur 1989-cu ildə anadan olub. O anadan olarkən başlanan müharibə 2016-cı ildə oğlumu əlimdən aldı. Elnur 9-cu sinifdə oxuyanda Xocalı faciəsi ilə bağlı tədbir keçirmişdilər. Oğlum o tədbirdə çıxış etmişdi və ilk dəfə 16 yaşında şəhid olmaq arzusunu dilə gətirmişdi. O, 16 yaşında bunu arzuladı, 26 yaşında da arzusuna çatdı. Elnur peşəsinin vurğunu idi. Daim irəli getmək istəyirdi, məqsədyönlü insan idi. Baş leytenant rütbəsinə kimi yüksəldi. General olmaq arzusunda idi”.

Elnurun ölüm xəbəri aldığı faciəvi günü anası belə xatırlayır: “Mən Bakıda Elnurun yanına idim. Oğlum ailəsi ilə işinə görə orada yaşayırdı. O, N saylı hərbi hissədə baş leytenant, kəşfiyyatçı idi. Neçə vaxt idi ki, oğlumdan xəbər ala bilmirdim. Düzdür, televiziyadan görürdüm ki, qarışıqlıqdır. Amma ağlıma gəlməzdi ki, oğlum şəhid olacaq. Şəkiyə gəldik. Böyük oğlum dedi ki, gedim Bərdəyə, Elnurla birlikdə olan oğlan var, ondan xəbər alacam. Dedim ki, getmə heç nə deməyəcəklər, çünki onların qaydasıdır ki, hətta ən yaxınlarına belə işləri barədə məlumat verməsinlər. Oğlum səhərə yaxın gəldi Şəkiyə və dedi ki, Elnuru tapmışam amma yaralıdır. Sən demə oğlum dünyasını dəyişibmiş...”.
Gözü yaşlı şəhid anasının oğlu ilə bağlı bir arzusu ona milli qəhrəman adının verilməsidir. Bu, yalnız ananın deyil, bütün Şəki camaatının istəyidir. Bununla bağlı imza toplama kampaniyası da həyata keçirilib və aidiyyəti qurumlara göndərilib. Şəhid anasının bir istəyi də sülh yolu ilə torpaqların alınmasıdır: “Biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Anaların mənim kimi gözü yaşlı qalmasını, uşaqların yetim qalmasını istəmirəm. Oğluma milli qəhrəman adı verilsin və oğlu gələcəkdə atası ilə fəxr etsin”.

Şəhidimizin qardaşı Seymur İsgəndərov Elnurun cəsədinin 7 gün ermənilərdə qaldığını dedi: “Bir həftə idi ki, şəhərdə şəhidlərimizin olması barədə söhbətlər gəzirdi. Amma tam dəqiq məlumat yox idi. Dəqiq məlumatı aprelin 10-da Şəki şəhər Hərbi Çağırış Məntəqəsindən aldım. Qardaşım aprelin 3-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Elnur kəşfiyyatçı idi. Onların qrupu 9 nəfər ali hərbi rütbəli şəxslərdən ibarət olub. Bu qrupun hamısı şəhid olub. Qardaşımgil düşmənlə təmas xəttindən 45 kilometr içəridə olublar. Bu qrup düşmən üzərinə ən çox gedən xüsusi təyinatlı qruplardan biri olub. Onlar təmas xəttindən 45 kilometr içəridə mövqelərinin möhkəmlənməsi üçün 5-6 saat gözləyiblər. Bir sözlə, öz əməliyyatlarını sona qədər yerinə yetiriblər, geri qayıtmayıblar. Ermənilər hücum edib və onları öldürüblər. Qardaşım aldığı ağır qəlpə yarasından dünyasını dəyişib. Ermənilər onların cəsədlərini aparıb 7 gün saxlayıblar. Yalnız dəyişdirilmə zamanı Azərbaycana təhvil veriblər. Qardaşım Lələ təpənin alınmasında da iştirak edib”.

Şəhidin həyat yoldaşı Məlakə İsgəndərova onun yolunu hələ də gözlədiyini deyir: “Elnur sonuncu dəfə gedəndə mənə bəzi məişət xarakterli şeylərin yerini göstərdi. Nəyin harada olduğunu dedi. Mən də dedim ki, niyə vidalaşan kimi danışırsan. Sadəcə olaraq deyirdi ki, bil. Sağollaşıb getdi ki, 10 gündən sonra qayıdacam. Amma həmin günün axşamı gəldi və dedi ki, getməyim sabaha qaldı. Sanki Allah bizə bir gündə birlikdə vaxt keçirməyə möhlət verdi. Gəlib uşaqla oynadı. Uşaq həmin günü o qədər sevincək idi ki, onu heç vaxt belə görməmişdik. Atasını heç yemək yeməyə qoymurdu. Qışqırıb çağırırdı, oynamaq istəyirdi. Sanki o da hiss etmişdi ki, bu atası ilə keçirdiyi son günüdür. Səhəri, yəni martın 29-u getdi. 3 gün dalbadal telefonla danışdıq. Sonuncu dəfə aprelin 1-də telefon əlaqəsi yaratdıq. Hər şeyin yaxşı olduğunu dedi. Soruşdum ki, nə vaxt gələcəksən, dedi bilmirəm. O, heç vaxt işi barədə mənə məlumat vermirdi. Mən də bilirdim ki, müharibə olsa gedəcək. Biz il yarım idi ki, ailə həyatı qurmuşduq. O il yarımda həmişə məni sanki bu günə hazırlayırdı. Həmişə deyirdi ki, güclü ol, həyatdı hər şey ola bilər. Amma mən inanırdım ki, o qayıdacaq. Hələ də onu gözləyirəm”...

M.İsgəndərova göz yaşları içərisində oğlunun ilk dəfə Elnur dəfn edilən günü dil açıb “ata” sözü dediyini bildirdi: “Elnurun cəsədi gələn günü uşaq çox ağladı, heç cür sakitləşdirə bilmirdik. Sanki atasının ölümünü duymuşdu. Hələ çox balacadır, danışmırdı. Elnuru dəfn edən günü uşağın yanına gəldim və uşaq məni görən kimi “ata-ata” dedi. İndi də atasının böyük çərçivədəki şəklini görən kimi “ata” deyib çağırır. Onun uşağımızla bağlı planları, arzuları vardı. Deyirdi, uşaq böyüsəydi onu oxudardım. O uşağımızın hansı ali məktəbdə oxuyacağını belə Yalnız ixtisasını uşağın öz öhdəliyinə buraxmışdı ki, özü hansı ixtisası istəsə, onu da seçər. Oxumağa, savada önəm verirdi”.
 
Övladının gələcəkdə atası kimi hərbiçi olmaq istəsə ona şərait yaradacağını deyən Məlakə xanım bunu gələcəkdə övladının ixtiyarına buraxacağını dedi.(musavat.com)




Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO