Xəbər lenti
30/05/2020 [12:55]:
"İlham Əliyevin gördüyü işlərin, həyata keçirdiyi bütün layihələrin əsasını insan faktoru təşkil edir"
30/05/2020 [12:50]:
Bərdədə polis bıçaqlandı - FOTO - YENİLƏNİB
30/05/2020 [12:45]:
Səudiyyə Ərəbistanında məscidlər açılacaq
30/05/2020 [12:44]:
İrəvanın ermənilərə verilməsində Osmanlı təkid edib – Tarix
30/05/2020 [12:42]:
Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı - Rəsmi açıqlama
30/05/2020 [12:32]:
Rəqqasə Renka soyunub döymələrini nümayiş etdirdi - FOTOLAR
30/05/2020 [12:29]:
“Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir” - Zakir Həsənov
30/05/2020 [12:26]:
Azərbaycanda icra başçısının biznesinə nəzarət edən şəxs qəzada öldü - FOTO
30/05/2020 [12:22]:
“Gəncə qiyamı olmasaydı, Azərbaycan tamam başqa platformada inkişaf edərdi”
30/05/2020 [12:15]:
"Abşeron yarımadasında sürəti 25 metr/saniyədən çox olan küləkli günlərin sayı artıb"
30/05/2020 [12:13]:
Təbii fəlakət Moskvada 70 illik rekordu təzələdi - VİDEO
30/05/2020 [12:06]:
"Mən olsaydım, bayrağımızı təhqir etdiyinə görə onun tikəsini qulağı boyda edərdim"
30/05/2020 [11:56]:
Damla plastik əməliyyat etdirib? - FOTOLAR
30/05/2020 [11:51]:
Minnixanov yenə Tatarıstan prezidenti olur
30/05/2020 [11:49]:
Milli Məclisin son plenar iclasında 11 qanun layihəsi müzakirə ediləcək
30/05/2020 [11:43]:
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb - VİDEO
30/05/2020 [11:40]:
İndiki mərhələdə ibadət yerlərinin açılması məsələsi yoxdur - İbrahim Məmmədov
30/05/2020 [11:38]:
Koronavirusa yoluxanlar bu xəstəxanalardadır - Siyahı
30/05/2020 [11:37]:
Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi – FOTOLAR
30/05/2020 [11:34]:
“Sülh danışıqları elə bərbad vəziyətdədir ki...”
30/05/2020 [11:33]:
"Məzarı ziyarət edilsə də, edilməsə də o, ilin 365 günü hamının ürəyindədir..."
30/05/2020 [11:27]:
Ermənistanda koronavirusa yoluxanların sayı 8927-yə çatıb
30/05/2020 [11:25]:
Meymunlar laboratoriyadan koronavirusa yoluxanların analizlərini apardılar - Ağlasığmaz oğurluq
30/05/2020 [11:19]:
“Orxan Pamukdan soruşdum ki, yazmaq daha çətindir, yoxsa yeritmək?..” – Fikrət Qoca
30/05/2020 [11:09]:
Azərbaycan neftinin qiyməti 37 ABŞ dollarına yüksəldi
30/05/2020 [10:48]:
Bütün dünyanı ayağa qaldıran adamın polislərə dedikləri ürəkləri sızlatdı...
30/05/2020 [10:38]:
İlon Maskın kosmik gəmisinin prototipi növbəti dəfə partladı - VİDEO
30/05/2020 [10:35]:
Muradla Hadisə “O səs Türkiyə”dən gedir - FOTOLAR
30/05/2020 [10:32]:
Rusiyanı COVID-19-a görə ittihamlamaq Qərbə, yoxsa Çinə fayda verir?
30/05/2020 [10:28]:
Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı - RƏSMİ
30/05/2020 [10:21]:
ABŞ-da iğtişaşlarda 200-dən çox ticarət və iaşə obyekti talan edildi
30/05/2020 [10:20]:
Azərbaycanda narkotacir qohumlar “Range Rover”lə saxlanıldı - FOTOLAR
30/05/2020 [10:11]:
Mütəxəssis dişlər üçün  ən zərərli 3 qidadan danışdı...
30/05/2020 [09:58]:
Bank inkassatorlarına silahlı basqının görüntüləri yayıldı - ANBAAN VİDEO
30/05/2020 [09:56]:
Ermənistan silahlı qüvvələri atəşkəsi 29 dəfə pozub
30/05/2020 [09:53]:
“Müharibə qaçılmazdır və biz buna hazır olmalıyıq”
30/05/2020 [09:45]:
Vilayət Eyvazov bu rayona yeni rəis təyin etdi
30/05/2020 [09:41]:
Sumqayıtda iki yük maşını toqquşub, ölənlər var
30/05/2020 [09:26]:
Erməni qızı bütün dünyanı necə aldadıb?
30/05/2020 [09:22]:
Almaniyadan oğurlanan və dörd ildir İnterpolun axtardığı avtomobil Türkiyədə tapıldı - FOTO
30/05/2020 [09:19]:
Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu keçdi - SON STATİSTİKA
30/05/2020 [09:17]:
Merkellə Tramp mübahisə edib
30/05/2020 [08:59]:
Rus qızları niyə bizim kişiləri sevir?- Azərbaycanlı qadınların fikir vermədiyi özəllikləri
30/05/2020 [08:56]:
2 milyard dollarlıq ZİYAFƏT - Hakimiyyəti məhv edən MƏRASİM?
30/05/2020 [08:29]:
Putin Qələbə Paradının keçirilməsi haqqında sərəncam imzalayıb
30/05/2020 [08:28]:
Separatçı rejim rəhbəri Azərbaycanın   3 rayonuna yeni başçı təyin etdi...
30/05/2020 [08:26]:
Oğlu əlindən tutdu, arvadı ilə qızı isə boğub öldürdü
30/05/2020 [08:24]:
Dünyanın ən böyük elektrik təyyarəsi ilk uçuşunu həyata keçirib
30/05/2020 [08:21]:
Bakıda “Taxta bazarı”nda yanğın - FOTO/VİDEO
30/05/2020 [08:10]:
Niyə Əbülfəs Qarayevin işdən qovulmasına ən çox sevinən Bərdə camaatıdır...?
30/05/2020 [07:40]:
20 yaşlı qıza görə  73 yaşında vəzifəsini itirdi...
30/05/2020 [07:05]:
10 pilləlik mənəvi trenajor...
30/05/2020 [06:46]:
"İndi Milli Şuranın zoomağazasında boş-boş danışanları gərək Əbülfəz bəylə tanış etməyəydim"
30/05/2020 [06:41]:
Twitter Trampa yerini göstərdi...
30/05/2020 [00:57]:
Dövlət başçısına müraciət qəbul edilib
30/05/2020 [00:36]:
Müharibəyə başlamadan öncə qərar verməlisiniz: Öz ayağınıza atəş açmağa hazırsınız?
29/05/2020 [23:32]:
Dələduzlar xüsusi təyinatlı geyimləri necə əldə edirlər? - VİDEO
29/05/2020 [23:04]:
"Qarayevin qonağı olan Jerar Depardye gördüklərindən o qədər heyrətə gəlmişdi ki..."
29/05/2020 [22:47]:
“Belarus xalqı qadına səs verə bilməz!” - Lukaşenko
29/05/2020 [22:45]:
ABŞ-da kütləvi etirazlar şiddətlənib: Polis bölməsi ələ keçirildi, bina yandırıldı - FOTO
29/05/2020 [22:43]:
Türkiyə bu ölkəyə F-16-lar göndərir - Müharibə...
29/05/2020 [22:39]:
230 nəfər koronavirusa yoluxduqdan sonra “Tarqovu” bu gün... - VİDEO
29/05/2020 [22:11]:
İmişlidə 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb
29/05/2020 [21:44]:
Rusiyanı yalnız belə dayandırmaq olar - Eks-prezident
29/05/2020 [20:53]:
Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə cavab verdi
29/05/2020 [20:49]:
Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb
29/05/2020 [20:47]:
Külək güclənəcək, intensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
29/05/2020 [20:07]:
Pakistanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
29/05/2020 [20:05]:
Səfir: "BTQ Çindən Avstriyaya qədər ərazini birləşdirir"
29/05/2020 [20:04]:
“Sanki karantində deyil, istirahətdəyik” – Damla
29/05/2020 [19:54]:
Elmira Axundova etimadnaməsini Vladimir Zelenskiyə təqdim edib FOTO
29/05/2020 [19:51]:
Hərbi müəssisələr və təcridxanalarda koronavirusla bağlı vəziyyət açıqlandı
29/05/2020 [19:50]:
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ - VİDEO
29/05/2020 [19:48]:
Koronavirusa yoluxanlar üçün açılacaq xəstəxanaların yerləri bilindi - RƏSMİ
29/05/2020 [19:32]:
Toylarla bağlı daha bir açıqlama
29/05/2020 [19:31]:
Naxçıvanda komanda-qərargah məşqi keçirildi
29/05/2020 [19:29]:
Rayonlara gediş-gəlişin hansı halda bərpa olunacağı açıqlandı - RƏSMİ
29/05/2020 [18:53]:
Analizlər göstərir ki, kütləvi yoluxma əsasən yas mərasimlərində baş verir - TƏBİB
29/05/2020 [18:45]:
Bu təhlükəli dini sekta Azərbaycanda yenidən fəallaşıb?..
29/05/2020 [18:43]:
Naxçıvana uçuşlar bərpa edilir - RƏSMİ
Bütün arxiv bir sırada
26/05/2016 [09:24] - Cəmiyyət - ( 2970 dəfə baxılıb)

17 yaşlı Anarın 40 yaşına...




Sizə bir oğlandan danışmaq istəyirəm. Əliyev Anar Akif oğlundan. Bu ad sizə heç nə demir. Tanımırsınız.

Anar mənim dayım oğludu. Amma həm də oğlum kimidi. Deyərsiniz, necə yəni! Məsələnin qəribəliyi onda deyil ki, cəmi səkkiz yaş böyüyəm ondan, adam səkkiz yaşda ata olmur. Qəribəlik mənim ona bağlı duyğumdadı.

Atalıq yaşa yox, o duyğunu bəslədiyin adama bağlıdı. Məsələn, atam onu ölümə aparan xəstəliyə tutulanda yerimiz dəyişdi, daha atam yox, oğlum oldu. O, ərköyün oğul, mənsə narahat ataydım. Ona yönəlik bütün qərarları mən verirdim, ata kimi.

Anara atalıq duyğum isə bir başqa cür idi. Bu sirli hissi onun adqoyma mərasimində yaşadım. Onda bu hissin adını bilmirdim, sadəcə üstündə sonacan anlamadığım məsuliyyətim olacaqdı elə bil. Qoy, tarixçəni danışım, bəlkə fikrimi daha asan izah edə bildim.

Demək, Anar doğulanda qohum-əqraba nənəmgilə yığılmışdı. 1976-cı il, mayın 26-sı idi. Səkkiz yaşım vardı. Dayımın sevimlisi olduğumdan idi yəqin, dedi, adını Vahid qoyacaq. Ciddi bir tapşırıq almışam kimi, bir az tərəddüdlə qabağı çıxdım, amma çox fikirləşmədim:

“Xarlamov!”, ”“ dedim. Şaqqanaq çəkib güldülər. Yeni doğulan uşağa sovetin 17 nömrəli məşhur xokkeyçisi Valeri Xarlamovun adını qoydum. Uşaqlıq kumirim idi.

anar2

“Xarlamov familyadı, sən bir ad de”. Bir xeyli düşünüb, “Anar”, ”“ dedim. Anar həmin il biz Qubadlıda olanda dostlaşdığım qonşu oğlunun adı idi. Bəyəndilər, eləcə adı Anar oldu.

17 rəqəmin bir tilsimi vardımı?! Beş il sonra Xarlamov yol qəzasında öləndə ağladım.

İllər ötdü, onunla aramızda qəribə münasibət yarandı. Elə bil onun tərbiyə-təhsilinə mən də cavabdeh idim.

O, sakit, qaradinməz, adamayovuşmaz idi. Qapalılıydı. Dalğın olardı çox vaxt, elə bil nəyisə düşünürdü. İndi ha fikirləşirəm, gülüşü yadıma gəlmir.

İnsanın qəlbinə yol onun keçirdiyi hissləri duyub bölüşməyindən keçir. Səmimi bir ünsiyyətdən. Bəzən ünsiyyət adamın bütün başqa ehtiyaclarına üstün gəlir.

Mehrini nənəmə salmışdı. Onun nənəmə ürək qızdırması verdiyi suallardan, elədiyi söhbətlərdən görünürdü. Çoxlu sualları vardı.

Bir səfər Bakıdan gələndə nənəm mənə belə dedi: “Onu da apar sən gedən şəhərə. Qoy oxusun, o, ağıllıdı”. “Məktəbi qurtarsın hələ”, ”“ dedim. Az qalmışdı məktəbi bitirməyinə.

Ona Bakıdan danışırdım. Bulvarda qol-qola gəzən qızlardan, oğlanlardan, kinoteatrların arxa sıralarından, “Neftçi”nin oyununda qışqırıb bağırmağımızdan, yer altında metrodan, sanki əlləri Tanrıya uzanan telli trolleybuslardan, Xəzərin çimərliklərindən, İçərişəhərdən, gəmi gəzintisindən, bir sözlə, qaynar Bakı həyatından.

“Mən də getmək istəyirəm Bakıya, oxumaq istəyirəm”, ”“ deyib arzularından danışırdı hər dəfə. Elə sənin, mənim arzumuz kimiydi onun da arzusu.

Bir yol eşitdim ki, məktəbdə bir qıza aşiq olub. Birbaşa soruşdum, aşiq olmusanmı, deyə. Adam da elə allanarmı, ilahi! Guya ayıb şeymiş ”“ boynuna almadı!

Dünyanın ən kədərli sevgisi nakam sevgilər deyil, etiraf edilməyən sevgilərdi. Anar həyada biri yüz il qala öz sevgisini istədiyi qıza deyə bilməzdi.

Sonra müharibə başladı”¦

Bir gün xəbər gəldi ki, Ala Yaqubun özünümüdafiə batalyonuna qoşulub. Məktəbi də, mənə danışdığı arzusunu da qoyub cəhbəyə gedib. Hamı onu dilə tutdu. Rəhmətlik Yaqub dəfələrlə “Çıx get, get dərsini oxu! Müharibə sənlik deyil”, dedi.

Hamımızın fağır, sakit, mağmın bildiyimiz Anar inadından dönmədi. Mən də xeyli dilə tutdum, oxumalısan, dedim. “Təsəvvür edirsən, Ağdama girsələr Xocalıda elədiklərinin on qatını edəcəklər!? Bakıya sonra gələcəm, müharibədən sonra. Paraxoda minərik”.

Axırıcı dəfə həyətində hamamı olan başqa bir dayımgildə gördüm onu. Ayrı rayonlardan gəlib batalyonunda döyüşən əsgər dostlarını çimməyə gətirmişdi. Gedəndə dayımdan soruşdu: “Əmi, olar hərdən dostlarımı gətirim yuyunsunlar?” “Gətir, qaqa, gətir, niyə olmur!”

Ağır illər idi. Müharibənin miqyası böyümüşdü, səngər davasına keçmişdi. Biz də kommunistləri devirib, milli hökumət qurmuşduq, böyük arzularımız, umudlarımız vardı. Amma Gəncədə qiyam qalxmışdı. Gecəni də işdə yatırdıq. Prezident aparatında işləyirdim onda.

Bir gün anam zəng elədi. 1993-cü ilin 26 iyun günüydü. Onun ölüm xəbəri məni günün günortasında tutdu. Şok yaşamadım. Çünki neçə günün şoku canımdaydı, keyimişdim. Aləm qarışmışdı. Ölkə başçısı Bakını tərk edib getmişdi. Hökumət başın itirmişdi. Prezident aparatına qəribə adamlar ayaq açmışdı. Ermənilər girəvəliyib hər yandan hücuma keçmişdilər. Təzə başbilənlərimizsə Milli Məclisdə köhnə haqq-hesablarını çürüdürdülər. Ölkənin müharibə getməyən hissəsində adamlar parlament “razbokaları”nın tamaşasına durmuşdu, ciddi maraqla.

anar0Azad cəmiyyət qurmaq istəyimiz də Anarın arzuları kimi yarıda qaldı.

Mən Anarın dəfninə gedə bilmədim. Qiyam xəyal-dövlətimizi artıq boğazlamışdı. Anarların hər gün on-on, yüz-yüz ölən günüydü.

Anarın ölümündən bir ay sonra Ağdam işğal olundu. Arzusu Bakıya getmək olan Anarın ömür yolu Xramord dağınacan çatdı, onu keçə bilmədi.

”¦O vaxtdan elə bilirəm, həm də onun yarım qalan ömrünü yaşayıram.

***

Bu gün sənin 40 yaşındı! Böyüyüb yekə kişi olmusan! Ruhun da böyüyübmü görən? Mələk qanadlarınla cənnətin hansı bağında uçursan indi?! Bilirsən, səndən sonra Ağdamı qoruya bilmədik. Bakı da simasını dəyişdi, daha əvvəlki şəhər olmadı. Sənin təsəvvüründəki alabəzək şəhər yoxa çıxdı. Bombozdu, elə indi də!

Yarımçıq ömür olmur! Bütün ömürlər dolub bitir. Baxır adam bu ömrü nəylə doldurur. Sənin 17 yaşının boyu çox ucadı, elə 40 yaş boyda. Şərəflidi, ona görə!

Sən ölməmisən, sağsan, bizimləsən! Bir yerdəyik! Amma onu bilmirəm, sən mənim yanımdasan, ya mən sənin!

Nəysə, səhər açılır. Gözlədim açılsın, 40 yaşını təbrik edim! Mənim əziz oğlum, qardaşım, dostum Anar!

Vahid Qazi

26 may 2016-cı il

Bütün dünyanı ayağa qaldıran adamın polislərə dedikləri ürəkləri sızlatdı...
"İndi Milli Şuranın zoomağazasında boş-boş danışanları gərək Əbülfəz bəylə tanış etməyəydim"
"Təəssüf ki, ildən-ilə ali məktəblərdə “Azərbaycan tarixi”nə ayrılan saatlar azalır" - MÜRACİƏT
Leninin qohumları...
"Din dövlətdən ayrı olsa da, vətəndaş vətənindən ayrı deyil, ona görə də..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Maraqlı
Mütəxəssis dişlər üçün  ən zərərli 3 qidadan danışdı...
Gündəm
Müharibəyə başlamadan öncə qərar verməlisiniz: Öz ayağınıza atəş açmağa hazırsınız?
Dünya
Dünyada koronavirusdan ölənlərin sayı 360 mini keçdi - STATİSTİKA...
Dünya
Rus milyarderlər koronavirusdan xilas olmaq üçün Avropa çimərliklərinə qaçırlar...
Cəmiyyət
"Laçın - Laçını xatırlayan sonuncu laçınlı öləndə Azərbaycan üçün öləcək"
Yazar
Seymur Verdizadə
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
İlham İsmayıl
Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...
Sultan Laçın
"Əbülfəs Qarayevləri 26 il tanımamışıq?.. -İnnən belə mübarizə mədəniyyətimiz artacaqmı?.."
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247