Xəbər lenti
22/09/2019 [00:57]:
"Heç kim "BP"dən soruşmur ki, nə üçün Bakının göbəyində zəhərli maddələrdən istifadə edirlər?”
22/09/2019 [00:37]:
"“Parabeyin” onlara ağır söyüşlər söydükdən sonra tapancasını polis rəisinə tuşladı..."
21/09/2019 [23:01]:
İran hava məkanına girən bütün PUA-ları vuracaq
21/09/2019 [22:34]:
Prostat genişlənməsi: Əksər kişilərin “qorxulu yuxusu” - Əlamətləri, müalicəsi...
21/09/2019 [22:03]:
Azərbaycan ağırlıqqaldıranı dünya çempionatında 3 yanaşmanın hamısını boşa verib
21/09/2019 [21:48]:
2500 km üzən pinqivin əldən düşmüş halda tapıldı - MARAQLI
21/09/2019 [21:47]:
Paytaxtda qollu heç-heçə qeydə alınıb, “Sabah” uduza-uduza gedir - VİDEO
21/09/2019 [21:36]:
Ərdoğan: “İdlib mövzusunda Ankara razılaşmasının pozulacağını düşünmürəm”
21/09/2019 [21:35]:
Bakıda küləyin sürəti 40 m/s-yə çatıb - YENİLƏNİB
21/09/2019 [21:32]:
Göygöldə maşın aşdı - FOTO
21/09/2019 [21:29]:
Mütəxəssislərdən xəbərdarlıq: "UŞAQLARINIZI QIDIQLAMAYIN"
21/09/2019 [21:26]:
Rövnəq Abdullayev: Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır
21/09/2019 [21:24]:
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
21/09/2019 [21:22]:
Dörd ayaqlı, üç qollu qız uşağı doğuldu, həkimlər deyir ki... - FOTOLAR
21/09/2019 [21:04]:
Körpələrini görmək istəyərkən başqa bir üzlə qarşılaşdılar - MARAQLI
21/09/2019 [20:47]:
"Azərbaycan "Əsrin müqaviləsi"ni bu gün bağlasaydı, şərtlər daha ağır olardı" - VİDEO
21/09/2019 [20:28]:
Rəsmi Yerevan: "İndi Əliyevlə Paşinyan arasında görüşə ehtiyac yoxdur"
21/09/2019 [20:22]:
Banda üzvləri Bakıda adam oğurladılar, “baqaja” qoyub apardılar- "Dedi dili uzanıb, kəsmək lazımdır"
21/09/2019 [20:15]:
Tərtərdə 36 yaşlı kişini döydülər
21/09/2019 [20:10]:
Abşeronda qəzaya düşən avtomobil alov topuna döndü - VİDEO
21/09/2019 [20:07]:
Tualetdə telefondan istifadə təhlükəlidir
21/09/2019 [20:05]:
Bərdədə güclü külək elektrik təsərrüfatına ziyan vurdu
21/09/2019 [19:15]:
Türkan Vəlizadə bu dəfə açıq paltarda - FOTO
21/09/2019 [19:08]:
Türkiyədə oteldə 2 azyaşlı qaynar yağdan yandı - VİDEO
21/09/2019 [19:04]:
Erməni qızın gözlərindən  yaş əvəzinə daş tökülür...-FOTOLAR
21/09/2019 [18:58]:
"Güclü külək bəzi ərazilərdə toz dumanı yaradıb"
21/09/2019 [18:54]:
Goranboyda qəza: altı kənd qazsız qaldı - FOTO
21/09/2019 [18:29]:
Türkiyə polisi əməliyyat keçirib, 2806 nəfər saxlanıldı
21/09/2019 [18:27]:
Xəzərdə dalğanın hündürlüyü 5,2 metrə çatdı
21/09/2019 [18:23]:
Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a yola düşdü
21/09/2019 [18:17]:
“Vaxtilə Rəsulzadə ermənilər haqqında nahaq yerə demirdi ki...”
21/09/2019 [17:59]:
Ermənistanda qalmaqal: qubernatorun köməkçisi polkovniki döydü
21/09/2019 [17:55]:
“Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi
21/09/2019 [17:52]:
Nəsimiyə həsr olunan beynəlxalq konfransa məqalə qəbulu davam edir
21/09/2019 [17:47]:
İran, Çin və Rusiya donanmaları Hind okeanında - GƏRGİNLİK PİK HƏDDƏ
21/09/2019 [17:45]:
Ərdoğan: "ABŞ-la qarşı-qarşıya gəlməyi arzulamırıq"
21/09/2019 [17:42]:
Gerasimov Putinə lətifə danışdı - VİDEO
21/09/2019 [17:35]:
Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB
21/09/2019 [17:28]:
Bakının girişində güclü toz dumanı müşahidə olunur - VİDEO
21/09/2019 [17:26]:
Pentaqon “MIM-104 Patriot” zenit-raket kompleksinin gücsüzlüyünü etiraf etməyə məcbur oldu
21/09/2019 [17:20]:
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu
21/09/2019 [17:18]:
“Yox dediyim üçün itlə qapımda dayanmışdı...”- Model tanış olduğu kişilərdən danışdı-FOTOLAR
21/09/2019 [16:57]:
Suriyalı həkim Şuşada pulsuz müayinə və əməliyyatlar keçirəcək
21/09/2019 [16:53]:
Səudiyyə özü qazdığı "Yəmən quyusu"na yuvarlanır...
21/09/2019 [16:52]:
Polis və prokurorluq azyaşlı Fəridə görə hərəkətə keçdi, cinayət işi başlandı
21/09/2019 [16:49]:
“Qarabağ probleminin həlli yolu qərarlaşıb: Bu yol hərbi yoldur!”
21/09/2019 [16:48]:
Prezident Musa Şəkiliyevi orden ilə təltif edib
21/09/2019 [16:46]:
Ərdoğan ABŞ-a getdi
21/09/2019 [16:42]:
Ağcabədidə qəza törədən avtomobil yanıb, sürücü öldü
21/09/2019 [16:39]:
Ermənistanın XİN başçısı azərbaycanlı girovların azad ediləcəyini istisna etməyib
21/09/2019 [16:31]:
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
21/09/2019 [16:20]:
Sevilən müəllim olmağın bir neçə maraqlı metodu- Mütləq sınayın
21/09/2019 [16:18]:
Nüsrət Londonda restoran açır FOTOLAR
21/09/2019 [16:13]:
Ər-arvad İrandan Azərbaycana narkotik gətirmək istədi
21/09/2019 [16:12]:
Güclü külək Bakıda altı ağacı aşırdı - FOTO
21/09/2019 [16:04]:
“Ərəbləri hansı 3 səbəbdən sevməliyik?..”-  “Tarqovı”ya gedəndə mütləq oxuyun...
21/09/2019 [16:02]:
Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi -FOTOLAR
21/09/2019 [15:59]:
Zaqatalada fındıq oğruları tutuldu
21/09/2019 [15:58]:
Prezident təqaüdçüsü: "Oxuyan üçün kənd və ya şəhərin fərqi yoxdur"
21/09/2019 [15:56]:
Nesilcanın meyiti təhvil verildi- Kəsilən ayağının yanında dəfn ediləcək (FOTOLAR)
21/09/2019 [15:45]:
Azərbaycan və Rusiya gömrük orqanları arasında növbəti işçi görüş keçirildi
21/09/2019 [15:43]:
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün daha bir imtahan keçirilib
21/09/2019 [15:38]:
Ramiz Əzizbəyli :“Yaşamaq istəyirəm”
21/09/2019 [15:12]:
Hər kəsin yaşamadığı ömür -Polis ömrü...
21/09/2019 [15:11]:
Tokatda tarix yazılır... -Hulusi Kılıç afrikalıları ata yurduna apardı
21/09/2019 [15:08]:
Bakı metrosunda həyəcanlı anlar: tüstülənmə oldu, qatar boşaldıldı
21/09/2019 [15:07]:
İlham Əliyev Xələf Xələfovu təltif etdi
21/09/2019 [15:06]:
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava - VİDEO
21/09/2019 [15:05]:
BAMF prezidenti Cenevrədə qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanat verib
21/09/2019 [14:57]:
“Bu gün hökumət uşaqpullarını verə bilmirsə, heç olmasa...”
21/09/2019 [14:54]:
Əli Əhmədov: "Ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içində hiss edir"
21/09/2019 [14:48]:
ADU-nun tələbələrinə ŞAD XƏBƏR: 10 nəfər xüsusi təqaüd alacaq
21/09/2019 [14:44]:
Tanınmış cərrahdan Ali Məhkəmənin mətbuat katibinə CAVAB MƏKTUBU...
21/09/2019 [14:29]:
"Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..."
21/09/2019 [14:28]:
Mətbuat və siyasətçilər "Əsrin müqaviləsi" barədə nə deyirdilər?
21/09/2019 [14:26]:
“UNEC ikili diplom proqramları” sərgisi keçirildi
21/09/2019 [14:24]:
Prezident icra başçısını ordenlə təltif etdi
21/09/2019 [14:09]:
Olimpiya çempionumuz Tokio Olimpiadasına vəsiqə qazandı
21/09/2019 [13:58]:
O vaxt T.Qasımov Minsk Qrupuna niyə razılıq verdi? - E.Namazovdan eşitmədikləriniz
21/09/2019 [13:50]:
“Xeyrixahlıq özündə artıq olanı deyil, özünün möhtac olduğunu paylaşmaqdır”
Bütün arxiv bir sırada
31/05/2016 [21:53] - Müsahibə - ( 21677 dəfə baxılıb)

““Qatır Məmməd”-in etirafından sonra Tamerlan Qarayev dindirilməli idi”



Moderator.az-ın “Qürbətdəki məşhurlar” layihəsi davam edir. Layihəmizin bu dəfəki qonağı “Qarakənd” faciəsində həyatını itirmiş jurnalist Osman Mirzəyevin qızı, hazırda ABŞ-da yaşayan və fəaliyyətini davam etdirən tanınmış jurnalist Sevinc Osmanqızı oldu. 

- Sevinc xanım, ilk öncə ondan başalayaq ki, hazırda ABŞ-da mühacir həyatı yaşayırsınız, yoxsa ki, sırf işinizlə bağlı oradasınız?

- Mən mühacir deyiləm. Nə zamansa Azərbaycana qayıdacağam. Bu gün yüzlərlə azərbaycanlı Vətəndən uzaqlarda yaşayır. İroniya burasındadır ki, son illər xaricdə diaspor yaratmaq adı ilə havaya külli miqdarda pul sovruldu.  Ortada isə bir nəticə yox. Amma son illər sosial ədalətsizlik, siyasi təqiblər, dözülməz iqtisadi durum üzündən Azərbaycandan “beyin axını” dalğası baş verdi. Sonuncu dəfə ən böyük dalğa təxminən bir əsr əvvəl inqilab zamanı olub. Özü də bu, keyfiyyətcə daha yüksək, oxumuş, ziyalı, vətənpərvər təbəqədir. Onların bir qismi Azərbaycana qayıdacaq, bir qismi isə qalaraq, bizim diasporumuzu formalaşdıracaq. Artıq bu gün Azərbaycanda kənarda mühacir jurnalistikası, mühacir ədəbiyyatı və s. inkişaf etməkdədir. 

- Çox gənc yaşınızdan da ölkədə çoxlarının həsəd apardığı vəzifələrdə çalışmısınız. Nəyə görə sonradan iş həyatınızı qürbətlə bağladınız? Və nəyə görə məhz ABŞ-ı seçdiniz?

- Mən ABŞ-a 2012-ci ildə ANS-in Vaşinqton bürosunu açmağa ezam olunmuşam. Bir neçə il sonra ANS-lə yollarımız ayrıldı. ANS-dən aldığım son elektron məktubda mənə dair Azərbaycanda cinayət işinin açılması barədə qoşmalar vardı. Yəni mən ABŞ-ı seçməmişəm... 

- Hazırda harada və hansı vəzifədə çalışırsınız?

- “Metropolitan Film” mediaşirkətində baş produser işləyirəm. Bu, sənədli filmdən ictimai çarxadək media məhsulu istehsal edən özəl şirkətdir. Eyni zamanda qiyabi elmi dərəcəm üzərində işləyirəm.  

- Deyirlər ki, qürbət həyatı qadın üçün daha dözülməz olur. Sizdə necədir? Darıxırsınızmı Vətən üçün, yoxsa artıq öyrəşmisiniz?

- Amerika işləyən qadınlar üçün gözəl ölkədir. Doğrusu, anam sağ olanda daha çox darıxırdım. Yadımdadır, 90-cı illərdə BBC-də işləyir, İngiltərədə yaşayırdım. Məni saxlamaq mümkün deyildi, bir ayağım elə Bakıda idi. Anamı itirəndən sonra bu hiss sanki kütləşib. Həm də zamanla darıxmağa da alışırsız. 

- Vətəndə qoyub getdiyiniz kimlərin və nələrin həsrətini daha çox çəkirsiniz? 

- Atamın və anamın məzarını ziyarət etmək istərdim. Bakıya gələndə ilk növbədə bunu edəcəyəm. Ümumiyyətlə, Bakı üçün darıxıram. Dünyanın ən gözəl şəhərlərində də Bakını fikirləşirsən. Yaxşı ki sosial media elə inkişaf edib ki, dost-tanışlarla ünsiyyətdə uzaq məsafəni hiss etmirsən.  

- Sizlə indi tamamilə amerikalı biri kimi davrana bilərikmi, yoxsa ki, azərbaycanlılığınızı qoruyub saxlaya bilmisiniz?

- Dörd il insan həyatı üçün nədir ki? Məncə, Amerika məni daha da Azərbaycanlaşdırdı. Böyük - məsafədən görünür.  

- Adət-ənənələrimizi, milli mətbəximizi, milli və tarixi bayramlarımızı unutmamısınız ki? Qürbətdə bunları yaşatmaq yəqin ki, o qədər də asan deyil...

- Nisbətən fərqlidir. Yeni mətbəxlər, yeməklər öyrənirsən, sərhədlər tədricən silinir. Əlbəttə, Novruzu 1 həftə bayram edə bilmirsən, amma Axır çərşənbə harada oluramsa, olum, bayram edirəm. Uşaqlığımın bir parçasıdır.  

- Azərbaycanlılara xas hansı xüsusiyyətlər, keyfiyyətlər var ki, onları amerikalılarda və ya əksi olaraq amerikalıların hansı keyfiyyətlərini bizim millətdə görməyi arzulardınız? 

- Bizdə kasıb görünməkdən utanırlar. İmkansızın evinə gedirsən, süfrəyə kürü qoyar. Amerikalılarda yoxsul keçmişlərinə bir vurğunluq var. Hər kəsin öz hekayəsi var. Bu barədə sizə saatlarla danışa bilərlər. Necə məktəb partasından qab yumağa başladılar, çörək almağa pulları yox idi, necə əziyyətə qatlandılar və bu günə gəlib çatdılar və s. Görünür, bu, Amerika xəyalına vurğunluqdur. Zəngin, yoxsul, fərqi yoxdur, yeniyetmə yaşından hamının övladı işləyir. Mənim oğlum “mən işləyəcəyəm” deyəndə şok olmuşdum.  Sonra başa düşdüm ki, bu, məktəbin təsiridir. Deyir, məktəbimizdə bütün uşaqlar işləyib, təhsil pulunu özləri verəcəklər, sən niyə mənim yerimə verməlisən? Doğrusu, yeniyetmə yaşlarından zəhmətə qatlanmağı bizim cəmiyyətə də arzu edərdim. 

- Sevinc xanım, keçmiş həyat yoldaşınızın şikayəti əsasında haqqınızda cinayət işi açılmışdı. Övladlarınızın atasının belə bir addım atması sizə necə təsir elədi? 

- Əlbəttə, sifariş idi. Bilirsiz, artıq heç xatırlamıram. Deyirlər, maşın sürəndə yan güzgüdən arxanı izləyirsən, əsas şüşə isə irəliyə baxmaqdan ötrüdür.

- Hazırda şəxsi həyatınız nə durumdadır, yenilik varmı? Övladlarınız necədir? Onları özünüzə, adınıza layiq tərbiyyə edə bilmisinizmi? 

- Böyük oğlum Ziya 18, kiçik oğlum Araz 10 yaşındadır. Böyüyür və məni sevindirirlər. Böyük oğlum instituta qəbul olunub. Bu günlər elə bunu bayram edirik. Böyük planları var. Həm oxuyur, həm işləyir. Dediyim kimi, burda yeniyetmə yaşlarından işləməyə başlayırlar. Bəlkə, Azərbaycanda olsaydıq, hələ də ələbaxan olardı.  Amerika həyatı onu müstəqil etdi.
Kiçik oğlum isə hələ məktəblidir. Bəzən gülürəm, sinifdə ingilis dili “daşıyıcısı” olanlara irad tuturlar ki, English comprehension, yəni dil  qavraması geri qalır, mənin oğlumunsa səviyyəsi 1 sinif yüksəkdir. Görünür, bizim uşaqlar bir deyil, bir neçə dilli mühitdə böyüdüklərindən, götürmə qabiliyyətləri güclüdür. 

- Atanız, mərhum jurnalist Osman Mirzəyevdən sual vermədən keçə bilməzdik. Qarakənd faciəsiylə bağlı bəzi xəbərlərdə bir neçə şəxsin cəsədinin orada olmadığı deyilmişdi. Və həmin adamların sırasında atanızın da adı keçirdi. O xəbərdən yola çıxaraq hələ də atanızın yolunu gözləyirsinizmi? 

- Yox, gözləmirəm. Amma atama da, bütün Qarakənd faciəsi qurbanlarına da ədalət istəyirəm. Bu il faciənin 25 ili tamam olur.

- Bir ara həmin faciəylə bağlı Tamerlan Qarayevi sərt tənqid etmişdiniz. Paylaşımınızda bildirmişdiniz ki, Tamerlan Qarayevlə həmin faciəylə bağlı bir yox, bir neçə müsahibəniz olub. Hansı səbəbdən dəfələrlə müsahibə edirdiniz? Bəlkə həmin hadisəylə bağlı hələ də bizlərə məlum olmayan nələrisə eşitmişdiniz və dəqiqləşdirməyə çalışırdınız? 

- Mən ilk gündən bu faciəni bir övlad kimi yaşamaqla yanaşı, bir jurnalist kimi başa düşmək və araşdırmağa çalışmışam. O vaxt belə bir versiya var idi ki, faciədə azərbaycanlıların yerli özünümüdafiə dəstəsinə rəhbərlik edən səhra komandiri “Qatır Məmməd”in əli olub. “Qatır Məmməd” həbsxanada ifadə verib ki, vertolyotu vurmağı bizə Tamerlan Qarayev tapşırıb və deyib ki, içərisində gələn ermənilərdir. Sonra “Qatır Məmməd” həbsxanada müəmmalı şəkildə öldü. Onun bu etirafından sonra Tamerlan Qarayev ən azı şübhəli qismində dindiriıməli idi. Bu, baş vermədi...

- Bu günlərdə oxuduğunuz məktəbdən Osman Mirzəyevin adının götürüldüyünü yazmışdınız. Necə xəbər tutdunuz bundan? Aidiyyati qurumlarla əlaqə saxlayıb dəqiqləşdirdinizmi? 

- Bu barədə məktəbimizin məzunlarının səhifəsindən öyrəndim. Şəhidlərin adını götürmək, bir sözlə, şərəfsizlikdir. 

- Sevinc xanım, Osman Mirzəyevin adına layiq bir övlad, peşəsinə layiq bir jurnalist ola bildiyinizi düşünürsünüzmü? 

- Məncə, bu qiyməti başqaları verməlidir. 

- Övladlarınızdan sizin peşənizi davam etdirmək istəyəni varmı? 

- Heç vaxt həvəsləndirməmişəm,  amma ikisində də bu həvəsi görürəm. 

- Son olaraq, yaş irəlilədikcə köçüb vətənə qayıtmaq, işlərinizi burada davam etdirmək fikriniz varmı? 

- Bu istək məni heç vaxt tərk etməyib. Bilirəm ki, gec-tez qayıdacağam. Bu, yalnız vaxt məsələsidir. 

Rumiyyə MİRASLAN

loading...
loading...
2500 km üzən pinqivin əldən düşmüş halda tapıldı - MARAQLI
Mütəxəssislərdən xəbərdarlıq: "UŞAQLARINIZI QIDIQLAMAYIN"
Körpələrini görmək istəyərkən başqa bir üzlə qarşılaşdılar - MARAQLI
Abşeronda qəzaya düşən avtomobil alov topuna döndü - VİDEO
Hansı hallarda böyrəklərin təmizlənməsinə ehtiyac var? - ƏLAMƏTLƏR...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Prostat genişlənməsi: Əksər kişilərin “qorxulu yuxusu” - Əlamətləri, müalicəsi...
Kriminal
Banda üzvləri Bakıda adam oğurladılar, “baqaja” qoyub apardılar- "Dedi dili uzanıb, kəsmək lazımdır"
Dünya
“Yox dediyim üçün itlə qapımda dayanmışdı...”- Model tanış olduğu kişilərdən danışdı-FOTOLAR
Dünya
Nesilcanın meyiti təhvil verildi- Kəsilən ayağının yanında dəfn ediləcək (FOTOLAR)
Müsahibə
“Bu sevgi mənə o qədər stimul verir ki...”
Həftənin ən çox oxunanları
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
“Mənimlə evləndiyi üçün onu Azərbaycana deportasiya etdilər...” - Belaruslu qız...
Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötdü
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
“Ona heç nə olmadı, mənimsə 2 övladım anasız qaldı”: Müəllimin bədbəxt etdiyi xadimə...
"Siz OMON-un özbaşınalıqlarının qarşısını alın, mənim işlərimə qarışmağa ixtiyarınız yoxdur"
Tramp İrana qarşı “ən yüksək səviyyəli sanksiya” tətbiq etdi: "Uşaqlar, başlayın..."
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
25 yaşlı qızı “öldürən” “Maserati” sürücüsü video yaydı
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247