Əfqanıstan: Dünya hegemoniyasının dörd yolayrıcı
Köşə
Oxunub: 2716
24 Jun 2016 | 01:09
Əfqanıstan: Dünya hegemoniyasının dörd yolayrıcı

NATO ölkələri 2020-ci ilə qədər əfqan ordusunu maliyyələşdirmək üçün 15 milyard dollar ayıra bilər.

Strateq.az  “Washington Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə son qərar təşkilatın iyul ayında Varşavada keçiriləcək sammitində qəbul olunacaq. Məlumata görə,  yardımın böyük hissəsini- 10,5 milyard dollarını ABŞ öz boynuna götürəcək.

Dünyanın ən kasıb ölkələrindən biri olan Əfqanistanın ordusuna bu qədər yüklü maliyyə ayrılması təsadüfi deyil. Bu, əlbəttə ki, Əfqanıstanın geopolitik əhəmiyyətindən qaynaqlanır. Məhz bu geopolitik əhəmiyyət ötən əsrin 80-ci illərindən indiyə qədər əfqan xalqının qara gününə səbəb olmuş, milyonlarla insanının ölümünə, bir o qədər də vətəndaşın didərgin düşməsinə səbəb olmuşdur. BMT-nin Miqrasiya Ali Komisarlığının məlumatına görə, təkcə ötən il Avropaya pənah aparan bir milyondan artıq qaçqının hardasa 4/1-i əfqanların payına düşür. Avropaya sığınan 250 mindən artıq qaçqınla Əfqanıstan Suriyadan sonra ikinci yeri tutur.

Əfqanistandan didərgin düşənlər isə təkcə Avropaya da sığınmır. Qonşu Pakistana, İrana, hətta Orta Asiyaya qaçan əfqanların sayı Avropaya sığınanlardan dəfələrlə çoxdur. Bu ölkənin döyüşlərdə ölən, itkin düşən vətəndaşlarının sayı isə bilinmir. Çünki onların heç siyahısı da tutulmur. Əfqanıstana “təşrif buyuran çağrılmamış qonaqlar” yalnız özlərini insan saydıqlarından, ancaq özlərinin bu döyüşlərdəki canlı itkilərinin hesabını çıxarırlar. NATO-nun rəsmi açıqlamasına görə, 2002-ci ildən 2016-cı ilin fevral ayına qədər bu ölkədə öldürülən koalisiya hərbçilərinin sayı 3515 nəfərdir.

Ekspertlərin fikrincə isə, əslində bu rəqəm də doğru deyil. Xüsusilə ABŞ, Əfqanistana və Orta Asiyaya əsasən muzdlu əsgərlərini göndərdiyindən və ən çətin hərbi əməliyyatları muzdlulara tapşırdığından ən böyük itkilərini də bu hərbçilər arasından verir. Nüfuzlu “Foreign Policy” dərgisinin məlumatına görə, Əfqanistanda 28 min 626  ABŞ muzdlusu vuruşur. ABŞ-ın rəsmi əsgərlərinin sayı isə cəmi 9 min 800 nəfərdir. Yəni muzdlular rəsmilərdən hardasa 3 dəfə çoxdur. Hər iki kateqoriyaya aid əsgərlərin sayını toplasaq, alınan rəqəm rəsmi göstəricilərdən 4 dəfə artıq olar. Eyni məntiqi canlı itkilərə də şamil etsək, alınan rəqəm 14 mini keçər.

Nato

Koalisiya qüvvələrinin itkisi təkcə canlı qüvvəylə də məhdudlaşmır. Əfqanıstan savaşı NATO qüvvələrinə həm də ciddi maliyyə itkisi gətirir. İndiyə qədər bu savaşa nə qədər maliyyə xərcləndiyini isə dəqiq bilən yoxdur. Çünki rəsmi açıqlamalarla mütəxəssislərin verdiyi rəqəmlər arasındakı fərq xeyli böyükdür. 

NATO-nun rəsmi açıqlamasına görə, bu 14 il ərzində Əfqanıstana, nə az nə çox, düz 113 milyard dollar xərclənib. Boston Universitetinin politologiya elmi üzrə professoru Neta Krauford isə bu rəqəmlə razılaşmır. Onun özünün dilə gətirdiyi rəqəm isə heyrətamizdir-783 milyard dollar.

Düzdür, professor bu hesaba diplomatik fəaliyyətə ayrılan maliyyəni də qatır, amma yenə də aradakı hardasa 7 dəfə böyük fərq insanı heyrətləndirməyə bilmir. ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrin də rəsmi göstəricilərdəkindən dəfələrlə çox olduğunu nəzərə alsaq, Neta Kraufordun bildirdiyi rəqəmlə rəsmi açıqlama arasındakı fərqin əsl səbəbi məlum olur. Görünür, NATO muzdlulara ayrıdığı maliyyə yükünü rəsmi hesablardan ayrı tutur və onu açıqlamır.

Eyni məntiqlə, NATO-nun qarşıdakı 4 il ərzində, yəni 2020-ci ilə qədər Əfqanıstana ayırdığı məbləğin 15 milyard dollarla məhdudlaşmayacağını, real xərcləmələrin bundan qat-qat artıq olacağını güman edə bilərik. Və yəqin ki, bu məbləğ 14 illik ortalamanın da xeyli üzərində olacaq.

Afqanistan

O halda sual yaranır: ABŞ niyə Əfqanıstana bu qədər önəm verir?

Təbii ki, ağla gələn ilk cavab Əfqanıstanın təbii sərvətləriylə bağlıdır. Həqiqətən, bu ölkə təbii qaz, neft, müxtəlif minerallar və faydalı qazıntılarla zəngindir. Tarix boyu ləliylə dillər əzbəri olan Bədəxşan vadisi burada və Tacikistan ərazisində yerləşir. Bununla belə, NATO-nun və onun lokomotivi olan ABŞ-ın Əfqanıstana marağını yalnız bu amillə izah etmək mümkün deyil. Nədən ki, Əfqanıstanın təbii sərvətlərinin məhdud dəyəri var. Ekspertlərin fikrincə, bu dəyər 1 trilyon dollardan artıqdır. Fəqət ABŞ-ın o ölkə üçün ayıracağı vəsaitin hüququ isə yoxdur.  Professor Neta Kraufordun dediklərinə inansaq, ABŞ-ın Əfqanıstan üçün bu günə qədər ayırdığı maliyyə indidən 1 trilyona yaxınlaşır. Bir aydan sonra keçiriləcək NATO toplantısının ardından isə bu maliyyə yükünün xeyli artırılacağı güman olunur. Faktiki olaraq, Əfqanıstanı əldə saxlamaq üçün onun təxmin olunan maddi dəyəri qədər kapital xərclənməsi Molla Nəsrəddinin “aldım qoz, satdım qoz” ticarətinə oxşayacağından, ABŞ-ın bu addımı ticari məntiqlə izah oluna bilməz.  Deməli, Əfqanıstanın ticari və iqtisadi dəyərindən daha mühüm qiyməti var.

Zənnimizcə, bu qiymət onun yerləşdiyi coğrafi mühitdən, başqa təbirlə desək, geopolitik əhəmiyyətindən irəli gəlir. Bəs, bu geopolitik əhəmiyyət nədən ibarətdir?

putin

Dənizə heç bir çıxışı olmamasına baxmayaraq, Əfqanıstan Asiyanın ürəyi sayılır. Bir tərəfdən İran, Pakistan, Çin, digər tərəfdən isə Orta Asiya ilə həmsərhəd olması onu tarix boyu bu coğrafiyanın ən əhəmiyyətli bölgəsinə çevirib. Keçilməz dağların təbii sərhəddə çevrildiyi həmin coğrafiyada Çin və Hindistanla Orta Asiya arasında yeganə rabitə qovşağı rolunu oynayan Əfqanıstan tarixən İpək yolu ticarət xəttinin mərkəzi olub. Şərq nəhəngləriylə Qərb arasında quru əlaqələrinin ən güvənli nöqtəsi sayılan bu torpaqlarda 80-ci illərdən başlayaraq, indiyə qədər axan qanın durmaması da bu özəlliyindən qaynaqlanır. Əfqanıstan kimin əlində olarsa, bu böyük ticarət potensialına da o nəzarət edə bilər.

Ölkənin əhəmiyyəti son zamanlar xüsusilə artıb. Özəlliklə, iqtisadi cəhətdən inkişaf edərək, ABŞ-a yaxınlaşmasından və dünyaya açılmasından sonra gələcəyin əsas super güclərindən biri sayılan Çinin perspektivi böyük ölçüdə Əfqanıstandan asılıdır. Əfqanıstan Çin məhsullarını ətraf bölgələrə göndərilməsi baxımından həm dörd yolayırımı, həm də onun sənayesini hərəkətə gətirən enerji mənbələrinin tranzit ölkəsidir. Orta Asiya ölkələrindən Çinə göndərilən bütün qaz və neft məhsulları bu coğrafiyadan keçib öz ünvanına çata bilər. Üstəlik, son zamanlar Rusiya ilə bağlanan müqavilələrdə rus enerji mənbələrinin Çinə ixracı nəzərdə tutulur. Nə qədər Rusiya ilə sərhəddi olmasa belə, Əfqanıstan bu müqavilələrin də reallaşıdırlması üçün mühüm marşrut xəttin bir hissəsi hesab olunur.

gemi

Çin və Rusiya üçün Əfqanıstana sahiblik həm də ABŞ imperializminin söykəndiyi dəniz hegemoniyası qarşısına çıxarıla biləcək ən gözəl alternativdir. Zira Yaxın Şərqin təbii ehtiyatlarının Çinə, Hindistana, Koreyaya, Yaponiyaya və regionun digər ölkələrinə daşınmasının hazırda ən mümkün variantı Hind okeanı üzərindəndir. ABŞ isə Hind və digər okeanlarındakı üstünlüyünü heç kiminlə bölüşmək niyyətində deyil. Baxmayaraq ki, son zamanlar hərbi dəniz donanmasını artıran Çin, az qala, ABŞ-ı geridə qoymaq istiqamətində mühüm addımlar atıb və atmaqdadır. Bununla belə, dənizdə rəqabət hələ çox su aparan xəmirə oxşayır. İstər Çin, istərsə də Rusiya bu qəliz məsələlərə zaman ayırmaqdansa, ABŞ-ın dəniz hegemoniyasını quruda qırmaq yarışına giriblər. Əslində Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatı da bu məqsədlə yaradılıb.

Rusiya üçün də Əfqanıstanın əhəmiyyəti son zamanlar xeyli artıb. Özəlliklə, Qərb tərəfindən sanksiyalara məruz qaldıqdan sonra Rusiya bütün yumurtaları eyni səbətə yığmağın yaratdığı təhlükəni anladı. Avropanın təzyiqlərinə boyun əyməkdənsə Şərq ölkələriylə ticari əməkdaşlığa üstünlük verdi. Ã–zünün ən ciddi ixrac məhsulu olan qazını Çinə və bölgənin digər ölkələrinə satmağa çalışdı. Sanksiyalardan dərhal sonra-2014-cü ildə Moskva ilə Pekin arasında bağlanan müqaviləyə əsasən 30 il ərzində Rusiya bu ölkəyə ildə 38 milyard kub metr təbii qaz satacaq. Sibir qazının ixracını nəzərdə tutan bu layihəni reallaşdırmaq üçün tələb olunan boru xəttinə 70 milyard dollar lazımdır ki, bu kapitalın önəmli hissəsini Çin boynuna götürüb. İki ölkə arasında bu tip enerji müqavilələrinin artatacağı gözlənilir. Çünki, Çin iqtisadiyyatı durmadan böyüyür və böyüdükcə də, ac div kimi daha çox  yemək tələb edir.

abd-cin-iliskileri

Rusiya Çinlə iqtisadi münasibətlərini təkcə enerji daşıyıcılarının alış-verişi üzərində də qurmaq istəmir. Şimal qonşumuz ucsuz-bucaqsız topraqlarını, bir çox işləməz hala gələn fabrik və zavodlarını da Çin iş adamlarının ixtiyarına vermək istəyir. Əhalisinin sayının çoxluğuna, iqtisadi böyümə gücünə görə dünyada bütün dövlətləri geridə qoyan Çinin isə həqiqətən də yeni-yeni məkanlara, yerə və torpağa ehtiyacı var. Rusiyayla əməkdaşlıq ona bu imkanı da verə bilər. İki ölkənin Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatında bir araya gəlməsinin ən mühüm səbəblərindən biri də budur, hər halda.

Qərb dünyasına alternativ olaraq Avrasiya  gücü kimi ortaya çıxmağı hədəfləyən bu proyektin qarşısında isə bir əngəl dayanır-qurudakı hegemonluğun dord yolayırımı. Məsələ burasındadır ki, bu yolarımı məşhur 11 sentyabr hadisəsindən sonra ABŞ-ın əlinə keçib və NATO-nun etirafına görə, “Əfqanıstan bölgədə Amerika Birləşmiş Ştatları və NATO müttəfiqlərindən sərhədlərini açan tək ölkədir”. ABŞ isə həmin dörd yolayrımını öz əlində saxlamaqla qalmır, həm də ordan digər bölgələrə separatçı dini missiyonerlər göndərək, Avrasiya gücünün ortaya çıxmasının qarşısını almağa çalışır və bu məqsədinə böyük ölçüdə nail olub. Təsadüfi deyil ki, Çinin Orta Asiya ölkələriylə bağladığı təbii qaz müqavilələri Əfqanıstandakı dini terror təşkilatlarının fəaliyyəti nəticəsində hələ də həyata keçiriləcəyi günü gözləyir”¦

Bu gözləyiş isə həm də yeni doğuşa hamilə qalan dünyanın iniltiləri, bağırtıları ilə müşaiyyət olunur. Əfqanıstan isə hamilə sancısının ən çox hiss olunduğu nahiyyədir.

Oxşar xəbərlər
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"