"İlham Əliyev olmasaydı, Heydər Əliyevdən xalq düşməni obrazı yaradacaqdılar..."
Oxunub: 8738
28 Jul 2016 | 14:29
Uzun müddətdir ki, dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, kinorejissor, aktyor şeyx Əbdül Mahmudbəyovun mətbuatda giley dolu yazıları, açıqlamaları, müsahibələri yer alır. Moderator.az olaraq biz də dəfələrlə kinorejissorla bağlı belə yazıları oxucularımıza təqdim etmişik. Bu yazılarla tanış olan oxucularımız da öz növbələrində ağsaqqal sənətkarımızın üzləşdiyi problemlərə görə narahat olublar və bununla bağlı dəfələrlə redaksiyamıza müraciət ediblər.

Moderator.az olaraq oxucuların narahatlığını nəzərə alıb bir daha Şeyx Əbdül Mahmudbəyovla görüşmək və onun üzləşdiyi problemlərlə aydınlıq gətirmək qərarına gəldik. 

Böyük salamım və ehtiramım olsun...

Şeyx Əbdül Mahmudbəyov ilk öncə ona görə narahatlıq keçirən hər kəsi salamladı və təşəkkür etdi: 

“Mən din adamı deyiləm, amma Allah adamıyam. Baxmayaraq ki, əsilli köklü şeyxik. Ona görə də istəyirəm ki, söhbətimizə “bismillah”la başlayaq. İkinci bir məsələni də qeyd edim ki, söz mənimçün müqəddəsdir, çünki bütün dünya Allahın bircə kəlmə “ol” sözündən yaranıb. Özü də xaosdan, zülmətdən yaranıb. Mən çox xoşbəxtəm ki, Allah mənə sözə xidmət etmək şərəfi verib və 73 illik ömrümün 50 ilini müqəddəs sözə xidmət etmişəm. Ömrümdə nə sözlə yaltaqlıq, nə məddahlıq, nə alver etmişəm, nə də kiməsə xoş gəlsin deyə istifadə etməmişəm. İmkanım daxilində ancaq obyektiv münasibət bildirmişəm. Gücüm çatmayanda da susub oturmuşam. Belə bir zərb məsəl var, insan hara əyri getsə də, gərək yuvasına düz getsin. Siz də sözə xidmət edən insansınız. Mən elə başa düşürəm ki, bizim bu gün çox ciddi və müstəqil sürətdə milli ideologiyamızın ideologiyamızın təbliğatına çox böyük ehtiyacımız var. Bunu formalaşdıran, cəmiyyətə çatdıran da sözsüz ki, KİV-lərdir. Bunu tarixləşdirən də biz televiziya və kino işçiləriyik. Bu mənada bizim hər birimizə salam olsun. Moderator.az saytının rəhbərliyinə və əməkdaşlarına, eləcə də mənim üçün narahat olan bütün insanlara böyük salamım, ehtiramım olsun”.

Çox böyük ehtiyac içində yaşayırlar...

Şeyx Əbdül daha sonra mətbuatda onun adından yazılmış və haqqında formalaşdırılmış xoşagəlməz fikrə münasibət bildirdi: 

“Həmin hadisənin necə olduğunu, mənim əslində o jurnalistə nə dediyimi indi sizə olduğu kimi danışmaq istəyirəm. Əvvəla, onu qeyd edim ki, bu gün kinoyla bağlı söz deyə bilən, öz mövqeyi olan iki-üç sənətkar qalıb və onlardan da biri mənəm. Mənə bir xanım zəng vurdu və dedi ki, bir aktrisaya (ad çəkmədi) “siz açıq-saçıq filmlərdə çəkilə bilərsinizmi” sualını veriblər və o da “çəkilərəm, amma bir şərtlə ki, mənə böyük məbləğdə pul versinlər” cavabını verib. Biz də bir neçə rejissora müraciət etdik və hərəsi öz fikrini söylədi, indi istəyirik ki, sizin də mövqeyinizi öyrənək. Mən də cavab verdim ki, yəqin o aktrisa kinonun elmini, texnologiyasını, mexanizmini bilmir və ona görə də sırf öz mövqeyini ortaya qoyub, əcəb edib. Amma aktrisanın istəməyiylə deyil. Əgər açıq-saçıq epizod müəllif tərəfindən yazılıbsa, həmin ssenari dövlət tərəfindən qəbul olunursa və həmin epizod ixtisar edilmirsə, daha sonra o ssenari kinostudiyaya etibar olunursa, kinostudiyanın bədii şurası da ssenaridə həmin epizodu saxlayırsa, bu da quruluşçu rejossora verilirsə və rejossor da həmin epizodu saxlayırsa, o rola dəvət etdiyi aktrisa da ssenarini oxuyub razılıq verirsə, Allah işin avand eləsin və nə qədər pul istəyirsə, istəsin. Yox əgər rola razılaşmırsa, öz abrın, ismətin gözləyirsə, onda hansı puldan söhbət gedə bilər ki. Ancaq mənim mövqeyim belədir ki, bu gün aktyor üçün rolun açıq-saçıqlığının fərqi yoxdur. Dramaturgiyanın tələbindən irəli gələn belə bir ehtiyac varsa, sizdən çox xahiş edirəm aktyor və aktrisalara çox pul verin. Çünki çox böyük ehtiyac içində yaşayırlar. Mənim dediyim də bundan ibarət olub”. 

Bu, südü-qanı bizdən olmayanların xoşuna gəlmir...

Şeyx Əbdül Mahmudbəyov daha sonra qeyd etdi ki, özünə də bəlli olmayan səbəblərdən ona qarşı dövlət səviyyəsində  təxribat, xəyanət aparılır: 

“İndi bəzi şeyləri konkret faktlarla deyəcəm. Bunun səbəbini, arxasında kimlərin durduğunu bilmirəm. Sadəcə ehtimallarım var, birinci ehtimalım da odur ki, ömrümü milli-mənəvi dəyərlərə xidmətə həsr etmişəm və ola bilsin ki, bu da kimlərinsə xoşuna gəlmir.  İkincisi, mən son vaxtlar Azərbaycanın ilk yaranış tarixi, millətimizin qədim mədəniyyəti, folklor sənəti, milli-mənəvi dəyəri, klassik irsi, ilk yaranış tarixi ilə bağlı silsilə yazılar, əsərlər üzərində işləyirəm. Ola bilsin ki, bu da südü-qanı bizdən olmayan kimlərinsə xoşuna gəlmir. Üçüncü səbəb isə, mən bu gün daha konkret üç fəaliyyət ortaya qoymuşam. Onlardan birincisi “Qan yaddaşımız”la bağlı bir saatlıq filmdir. İkincisi Roma Papasına açıq müraciət, silsilə yazılar göndərmişəm. Üçüncüsü də, başda mənim paqon yoldaşlarım Arnold Şvartsneqr, Corc Kluni, Martin Şults olmaqla Amerika senatlarına etirazımı bildirmişəm.  Bunların hər üçü də böyük nüfuza malik sənət xadimləri, senatlardır. Ancaq təəssüf ki, yüzüncü dəfə gedib erməni qadınlarla ailə qurublar və bundan sonra başlayıblar Azərbaycana qarşı çox ciddi sürətdə təxribat aparırlar”. 

Heydər Əliyev dünyasını dəyişəndən sonra bu iş dayandırıldı...

Kinorejissor Şah İsmayıl Xətaiyə həsr etdiyi filminin yarımçıq qalmış taleyi haqqında da ürəkağrısı ilə danışdı:

“Mənim filmlərimdən oğurlanmış cızmaqaralar əsasında filmlər çəkirlər və dövlət də onları qiymətləndirir, onlar üçün hər cür şərait yaradılır, yuxarı başda əyləşdirirlər, amma mənə düşmən münasibəti bəsləyirlər. Bu gün məndə olan tarixi faktlar heç kimdə yoxdur. Mənə o materialları uzun illər İrəvanda Akademiyada şöbə müdiri işləmiş Əli adlı bir müəllim vermişdi. Əli müəllim ermənilərə qaynayıb-qarışır və onun türk olduğunu anlamırlar. Əl altından ermənilərin saxtakarlıqları ilə bağlı sənədlər toplayır. Əli müəllim erməninin geydirmə dilini, hardan nəyi oğurladığını elmi əsaslarla aşkar etmişdi, yüzə qədər tarixi fakt idi. Mən o vaxt ATV-də “Klassik irsimiz” verilişini aparırdım və Qərbi Azərbaycanla bağlı bir veriliş hazırlamışdım. Əli müəllim də ona görə o faktları gətirib mənə vermişdi. O vaxt qapı-qapı düşdüm ki, həmin materialı çap etdirək. Çünki dünyaya ondan yaxşı cavab verə biləcək yazı yox idi. Orda bir dənə olsun belə türk-müsəlman mənbələri yoxdur. Bütün faktlar erməni, rus, fransız, italyan, fars tarixçilərinə istinad olunub. O faktlara istinad edərək mən bir saatlıq film hazırladım, adını “Qan yaddaşımız” qoyub, Heydər Əliyevə ithaf etdim. Çünki H.Əliyev ilk dəfə, hələ dünyanın qarışıq vaxtında Lissabon sammitində “soyqırım” sözünü rəsmi şəkildə elan etdi. Və bunu ancaq Heydər Əliyev şəxsiyyəti edə bilərdi. Heydər Əliyev bütün dünyanın qəbul etdiyi nəhəng siyasi şəxsiyyət idi. Şah İsmayıl Xətai haqqında da filmin çəkilməsi ideası ona məxsus idi. Mən filmin ssenarisini də artıq işləyib bitirmişəm və həmin ssenarini də ona ithaf etmişəm. Heydər Əliyevin vaxtında filmin çəkilməsi ilə bağlı artıq işə də başlamışdıq. Bir milyon pul xərclənmişdi və hər dəfə də bizi tələsdirirdi. Biz bu filmi çəkməklə dünyaya sübut etməliydik ki, bu günkü müstəqilliyimiz bizim tariximiz deyil. Bu müstəqillik min illərə söykənən dövlətçilik tarixi olan bir xalqın dövlətçiliyinin bərpasdır. Heydər Əliyev dünyasını dəyişəndən sonra bu gün də mənə bəlli olmayan səbəblərdən bu iş dayandırıldı.
İndi görürəm ki, kimlərsə mənim yazılarımdan oğurlayaraq cızma-qaralar edirlər. Ancaq mənbə, müəllif yoxdur, axı mənbəni bilmirlər. Məndə hər fakt mənbə ilədir, müəllifin, əsərin adıyladır, çap olunmuş tarixlədir və onu inkar etmək mümkün deyil”.  

Əli Həsənov mənimlə görüşməkdən imtina etdi...

Şeyx Əbdül Şah İsmayıl Xətai filminin çəkilməsi üçün bir neçə dövlət məmuru ilə görşmək istədiyini, lakin bu 
görüşlərin də baş tutmadığını da dilə gətirdi: 

“Bu gün ölkədə hörmət etdiyim iki adam var idi. Onun biri Əli Həsənov idi və ona çox böyük simpatiyam, hörmətim var idi. Digəri də Kəmaləddin Heydərov idi. Son ümid yeri kimi dəfələrlə çalışdım ki, onlara çıxım və mənə olan bu münasibətin səbəbini onlardan soruşum. Düz 15 gün sərasər Əli müəllimin katibəsinə zəng vurdum və dedim ki, Əli müəllimlə görüşmək istəyirəm. Mən ondan ev, vəzifə, iş, var-dövlət, pul istəmirəm, mən konkret olaraq bizə Heydər Əliyevdən miras qalmış ideologiyayla bağlı görüşmək istəyirəm. Axırıncı gün Əli müəllim mənimlə görüşməkdən imtina etdi və buna çox təəssüf etdim. Çox təssüf etdim ki, kaş belə olmayaydı və mənim də Əli müəllimə qarşı əvvəlki münasibətim dəyişməyəydi. Eləcə də Kəmaləddin Heydərov. Kəmaləddin müəllim əvvəlcə məni dəvət etdi, görüşdük. Ancaq sonra bəlli oldu ki, məndən qaçır”. 

Bir təhər yol tapıb cənab prezidentlə görüşəcəm...

Şeyx Əbdül Şah İsmayıl Xətai haqqında üç seriyalı filmin çəkilməsi ilə bağlı prezident İlham Əliyevlə görüşmək istədiyini də vurğulayıb: 

Mənim münasibətim dəyişməzdir, sevgim varsa, var, yoxdursa, yoxdur. Mən belə adamam, evdə də, qohum-əqrəbada da məni bu xasiyyətimə görə danlayırlar, deyirlər get özünə bir gün ağla. Ancaq mənə o gün lazım deyil, artıq 73 yaşın civarındyaam, müqəddəs axirət dünyasının qapısının astanasındayam. Bundan sonra uşaqlarıma, nəvələrimə pis ata, pis dədə, pis əmi adını qoyub gedə bilmərəm. O üzdən bu filmi də yarımçılıq saxlamaq fikrim yoxdur, artıq bir nəfərin köməyi ilə filmin birinci və ikinci seriasını kitab halına salmışıq. Cənab prezidentə çıxmaq gərəksə belə, bu filmin çəkilməsinə nail olacağıq. Düzdür, prezident Aparatında, Milli Məclisdə, hüquq-mühafizə orqanlarında xərçəng xəstəliyinə bənzər qüvvələr elə metastaz veriblər ki, bizim kimi ziyalılarla onlar arsında keçilməz Çin səddi qurulub. O adamlara da müraciət edirəm ki, özlərin yığışdırsınlar. Mən onsuz da geci-tezi bir təhər yol tapıb cənab prezidentlə görüşəcəm və bütün faktları açacam”. 

Belə danışanların boynunu vurardım... 

Kinorejissor saytımız vasitəsilə ona mane olmağa çalışan, ona qarşı anti təbliğat aparan qüvvələrə müraciət edib: 

“Üzümü həmin adamlara tutub soruşuram ki, mənimlə qəsdi-qərəzlikləri nədir axı? Onlara nə pislik etmişəm? Mənimlə nə düşmənçilikləri var axı? Mən əvvəla xalqımın tarixini, milli-mənəvi dəyələrimizi, əxlaqımızı, dəyərlərimizi, tarixi şəxsiyyətlərimizi müdafiə edirəm və əcəb edirəm, ölənə kimi də müdafiə edəcəm. Bir həftə əvvəl Nadir şahla, Şah İsmayıl Xətaiylə bağlı münasibət bildirmişəm. Zəng vurub deyirlər ki, Xətai şiə-sünniçilik gətirib, Nadir şah baş kəsib. Cavab verdim ki, birincisi, peyğəmbərimiz salavatullah bildirib ki, eşitdiyinizi yox, gördüyünüzü danışın. İkincisi, siz hansısa sənətin sahibisinizsə, gedin o işlə məşğul olun. Üçüncüsü, əgər tarixçisinizsə, onda zəhmət çəkin tarixi dəqiqləşdirin, inkaredilməz həqiqətləri öyrənin və ondan sonra qərar çıxarın. Ağızdan-ağıza kiminsə xəyanətkar münasibətiylə, cibinizə qoyulan 5-3 manatın marağıyla bu xalqın tarixinə, dahi şəxsiyyətlərinə böhtan atmağınız bəsdir. 
Bir dəfə bir yerdə qeyd etdim ki, nə yaxşı İlham Əliyev bu ölkənin prezidentidir. İlham Əliyev bu ölkənin prezidenti olmasaydı, bu günkü müstəqilliyimizdə misilsiz xidməti olan dahi Heydər Əliyevdən də xalq düşməni obrazı yaradacaqdılar. YAP yaradıb, özüyçün dövlət yaradıb, öz komandasını yaradıb deyə. Halbuki, bu günkü müstəqil Azərbaycan Heydər Əliyevin övladıdır.  Xahiş edirəm ki, bunu məddahlıq kimi qəbul etməsinlər, çünki mənim münasibətim 50-50-dir. 
Hər zaman demişəm ki, dünya praktikasında hakimiyyətə gəlmək üçün bir siyasi platforma olmalıdır. Bu siyasi platforma da Yeni Azərbaycan Partiyasıdır. Söhbət hansı partiyaya istinad edib hakimiyyətə gəlməkdən getmir, söhbət hakimiyyətə gələndən sonra dövlətə, hakimiyyətə, xalqa xidmətdən gedir. Dünyanın hər yerində respublikaçı hakimiyyətə gəlir, hamı toy-bayram edir. Daha xalqı digər işlər maraqlandırmır, xalq ancaq iş tələb edir. Bu gün də mən YAP-a da çox normal baxıram, çünki siyasi platformadır. Düşünürəm ki, müxalifət sözünü yığışdırmaq lazımdır. Müxalifət sözünün çox sürüşkən bir adı var. Əgər biz müxalifətiksə, onda sual olunur ki, kimə qarşı müxalifik? Özümüzün yaratdığımız müstəqil dövlətimizə qarşımı? Yox, əgər kimsə siyasi savaş aparırsa, gedib siyasi hakimiyyət savaşı aparmalıdır, daha müxalifət nə deməkdir. Bu dövlət bizimdir, burada yad, yabançı, gəlmə adamlar, ayrıseçklik yoxdur. 
Bu mənada hesab edirəm ki, Nadir şah da, Ağa Məhəmməd şah Qacar da,  Şah İsmayıl Xətainin davamçısı olaraq Azərbaycan dövləti üçün vuruşub. Atilla, Makedoniyalı İsgəndər, Çingiz xan kimi nəhəng sərkərdələr Hindistanı işğal edə bilməyib. Ancaq Nadir şah hələ sərkərdə olanda Hindistanı fəth etdi və oranı da idarə etdi. Bunları niyə tərif etməyək axı? Bu gün onlarda irad axtarmaq, səhv tutmağa çalışmaq faciəmizdir. Zatən bolşevik siyasəti, Rusiya siyasəti bizim tarixi şəxsiyyətlərimizin üstündən qələm çəkməyə, keçmişimizi, tariximizi, mədəniyyətimizi zibil etməyə və bizdən boz bulanıq vəhşi bir millət obrazı düzəltməyə çalışırlar. Və ona görə də milli mənəvi dəyərlərimizi məhv edirlər və tarixi şəxsiyyətlərimizi gözdən salmağa çalışırlar. Mən bununla bağlı ölkə başçımıza müraciət edirəm ki, belə adamlara qarşı çox ciddi tədbirlər görülsün. Belə adamlara qarşı ən azı ölüm cəzası verilməlidir. Xalqın mənaviyyatını, tarixini, dilini, mədəniyyətini, ədəbiyyatını məhv edib, sonra da özü üçün kef edənlərin cəzası ağır olmalıdır. Əlimdə ixtiyarım olsaydı, belə danışanların boynun vurardım”. 

Qapı-qapı düşüb bunu təbliğ edəcəm...

Şeyx Əbdül konstitusiyamızda ediləcək dəyişikliklərlə bağlı referendum keçirilməsinə də öz münasibətini bildirib: 

“İlham Əliyevin referendumla bağlı verdiyi təklifləri mən 30 ildir ki, davasını aparıram. Bəli, dünyanın demokratik prezident üsuli idarəsi adlı bir idarəçilik sistemi var. Bizim adımız var idi, özümüz yox idik. Dünyanın qəbul etdiyi sivil idarəçilik sistemi varsa, onun da adı prezident üsuli idarəsi olmalıdır. Prezident üsuli idarəsi xalqın seçimi ilədir və bunun da qanunu, düsturu var. Bu mənada çox proqressiv, gözəl bir təklifdir. Mən bu başdan qapı-qapı düşüb bunu təbliğ edəcəm. 
Daha sonra, orada 18 yaşla bağlı bir məsələ var. Bu gün dünyada 18 yaşlı alimlər, professorlar var, ancaq biz 18 yaşa hələ də uşaq kimi baxırıq. İndiki elmi texnoliji inkişafla, düşüncə tərzi ilə bağlı 18 yaşlı insan artıq 40-50 yaşda kişi səviyyəsindədir. Əgər bu düz deyilsə, onda nəyə görə 18 yaşlı uşağın səsvermə hüququ var, səs verib kimisə seçə bilir. Əgər yetkinlik dövründədirsə, onda 18 yaşlı insana bu hüququ da verməyək də. Məntiqə uyğun gəlməyən o qədər məsələlər var ki. Prezident çox sağ olsun ki, bunları yavaş-yavaş yoluna qoyur. 
Türkiyədə olan  hadisələr də bizə göstərdi ki, dövləti dövlətin başçısı idarə etməlidir. Hər gələn özündən bir qanun icad edə bilməz ki, bu, mükün olan şey deyil. Həmçinin ikitirəlik, qarşıdurma, bizim millətə xas olan dedi-qodu, arxada danışmaq, tərəfkeşlik, tayfabazlıq, qohumbazlıq, nəfsgirlik və s. mövcud olan bir ortamda”. 

Ardı var...
Rumiyyə MİRASLAN 
Oxşar xəbərlər
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 18:37
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 18:13
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
17 May 2024 | 18:08
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
17 May 2024 | 18:07
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
17 May 2024 | 18:03
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 17:55
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
17 May 2024 | 17:52
Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 17:47
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - YENİLƏNİB + FOTO
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 17:44
Gəncədə oğurluq etməkdə şübhəli bilinən bacı-qardaş saxlanılıb
17 May 2024 | 17:41
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin
17 May 2024 | 17:39
Ramin Əliyev saxlanıldı
17 May 2024 | 17:35
"Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır"
GÜNLÜK
17 May 2024 | 11:35
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
17 May 2024 | 11:42
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
17 May 2024 | 11:38
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
17 May 2024 | 11:44
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
17 May 2024 | 11:51
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
17 May 2024 | 11:48
“Prius”lar üçün son bir ay
17 May 2024 | 11:54
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
17 May 2024 | 12:02
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
17 May 2024 | 11:40
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
17 May 2024 | 12:16
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 11:35
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
17 May 2024 | 11:42
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
17 May 2024 | 11:38
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
17 May 2024 | 11:44
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
17 May 2024 | 11:51
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
17 May 2024 | 11:48
“Prius”lar üçün son bir ay
17 May 2024 | 11:54
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
17 May 2024 | 12:02
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
17 May 2024 | 11:40
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
17 May 2024 | 12:16
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO