Xəbər lenti
08/04/2020 [16:20]:
İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi
08/04/2020 [16:15]:
Bu rayonlar üzrə pensiyalar köçürüldü - YENİLƏNİB
08/04/2020 [16:14]:
“Koronavirusla mübarizədə ikinci və daha çətin mərhələyə başlayırıq” - Ruhani
08/04/2020 [16:14]:
Dövlət Agentliyinin səlahiyyətləri artırıldı - FƏRMAN
08/04/2020 [16:06]:
Azərbaycanda ünvanlı sosial yardım alanların sayı artdı
08/04/2020 [16:04]:
Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu
08/04/2020 [16:03]:
Tibbi tullantıların utilizasiyası necə həyata keçirilir?
08/04/2020 [15:57]:
“Yaxın bir neçə il üçün doğum göstəriciləri aşağı düşə bilər” - Koronavirusa görə
08/04/2020 [15:56]:
"Akif Çovdarovun bundan sonrakı işi..." - Təhlükəsizlik zabiti MTN generalının hədəfini açıqladı
08/04/2020 [15:53]:
Baş nazir Milli Məclisə videohesabat verəcək
08/04/2020 [15:46]:
“Ona ən ağır cəza istəyirəm” - Hüquq müdafiəçisindən məktəbli qızı zorlayan müəllimə...
08/04/2020 [15:35]:
Pandemiya elan edən ÜST-ün emblemində 13 yəhudi qəbiləsi və 33 masonluq dərəcəsi rəmzləri?.. 
08/04/2020 [15:27]:
Koronavirusla bağlı mübahisəli məsələlər haqqında RƏSMİ AÇIQLAMA
08/04/2020 [15:16]:
Ronaldoya kim sahib çıxacaq?
08/04/2020 [15:05]:
"Karantin qaydalarını lağ obyektinə çevirənlər düşüncəsiz insanlardır"
08/04/2020 [15:01]:
İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM
08/04/2020 [15:00]:
“Robinzon Kruzo kimi tək, darıxdırıcı həyat yaşayıram” - Əli Mirəlieylə “Evdə qal” söhbəti...
08/04/2020 [15:00]:
“Qısa müddətdə tibbi maska və dezinfeksiyaedici maddələrin istehsalına başlanılması təqdirəlayiqdir”
08/04/2020 [14:58]:
Məşhur müğənni koronavirusdan öldü
08/04/2020 [14:48]:
“Facebook” cütlüklərə yeni sosial şəbəkə təqdim etdi
08/04/2020 [14:40]:
Yeri pandemiya bürüdü, ABŞ-la Rusiya Ayı və Marsı tutmaq üçün mübarizəyə başladı
08/04/2020 [14:38]:
İspaniyanın bu qəsəbəsində korona yoxdur – Səbəb
08/04/2020 [14:36]:
Araz Ağalarov: “Karantindən çıxmaq lazımdır...”
08/04/2020 [14:33]:
ÜST-nin koronavirusa yoluxan əməkdaşlarının sayı açıqlandı
08/04/2020 [14:32]:
ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik
08/04/2020 [14:18]:
İranda koronavirusdan ölənlərin sayı 4 000-i ötdü
08/04/2020 [14:16]:
İspaniyada pandemiya qurbanlarının sayı 14,5 mini ötdü
08/04/2020 [14:10]:
Parlamentin sabahkı iclasına bəzi deputatlar qatılmayacaq
08/04/2020 [14:07]:
Karantin rejimi üçün saxta jurnalist vəsiqəsi hazırlayanlar həbs edildi
08/04/2020 [14:04]:
Ermənistanda koronavirusdan ölənlərin sayı 9-a çatdı
08/04/2020 [13:59]:
Bu ölkə geri dönən vətəndaşlarını sərhəddə ATƏŞLƏ QARŞILAYIB
08/04/2020 [13:50]:
İradə İbrahimova: "Toya gedə bilmədiyim üçün ATV mənə qadağa qoydu”
08/04/2020 [13:32]:
Türkiyə universitetlərində dərslər yayda keçirilə bilər
08/04/2020 [13:30]:
Gürcüstanda şəhər meri istefa verdi
08/04/2020 [13:25]:
“Vaksin tapılana qədər koronavirus yox olacaq”
08/04/2020 [13:22]:
"Dərs vaxtı" verilişinin aprelin 9-u üçün CƏDVƏLİ müəyyənləşib
08/04/2020 [13:20]:
Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır
08/04/2020 [13:18]:
Türkiyənin tanınmış aktyoru vəfat etdi
08/04/2020 [13:18]:
"Xanıma deyirəm ki, gəl "hindiyski" görüşək" - Rasim Balayev
08/04/2020 [13:11]:
Koronavirusun qarşısının alınmasının yolu açıqlandı
08/04/2020 [13:09]:
Qlobal dövlət borcları rekord həddə çatıb
08/04/2020 [13:08]:
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb
08/04/2020 [12:57]:
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
08/04/2020 [12:54]:
Bu nazirlik 2 milyon manatlıq "Khazar LX" avtomobili alır
08/04/2020 [12:53]:
“Bu, Allahın bəlası olduğu üçün Çindən, Amerikadan yox, Ondan kömək istəməliyik...”
08/04/2020 [12:52]:
“Düşünürəm ki, bu bəla insanlar arasında mehribanlığı və anlaşmanı gücləndirəcək”
08/04/2020 [12:51]:
Azərbaycan sahibkarları dövlətdən azı 250 manat maliyyə dəstəyi alacaq
08/04/2020 [12:50]:
Ter-Petrosyan Koçaryan və Sarqsyanı xəyanətdə ittiham etdi
08/04/2020 [12:45]:
Korona bəlası bitməmiş başqa virus yayılır – yenə bir Asiya ölkəsində
08/04/2020 [12:35]:
AAYDA: 4 rayonda 700-ə yaxın şəxs işə götürüləcək
08/04/2020 [12:33]:
Qarabağda koronavirus aşkarlanan kənd karantinə alındı
08/04/2020 [12:31]:
"Savaşı aparanlar ilk öncə damardan töküləcək qanı düşünürlər, qarından töküləni deyil..."
08/04/2020 [12:27]:
Koronavirus komandanın da başını yedi...
08/04/2020 [12:13]:
“Elə ailə var ki, cəmi bir nəfər işləyir, 250 manat maaş alır”
08/04/2020 [12:11]:
Türkiyədə terror aktı törədilib, 5 nəfər ölüb
08/04/2020 [12:09]:
Dövlət Komitəsi kişiləri ev işlərini görməyə çağırdı
08/04/2020 [12:09]:
Onlayn etibarnamənin tətbiqinə başlanıldı
08/04/2020 [12:08]:
Onlayn yolla narkotik satan şəxs SAXLANILDI
08/04/2020 [12:07]:
"Bu mübarizədə yeganə silahımız isə həmrəyliyimiz və birliyimizdir.."
08/04/2020 [12:06]:
50 il birgə yaşamış cütlük koronavirusdan vəfat edərkən bir-birinin əlini buraxmadı
08/04/2020 [12:05]:
Prezident və ailəsini öldürən şəxs 45 ildən sonra həbs edildi
08/04/2020 [12:04]:
“Bizdə hələ bu təhlükə çoxlarına çatmır, qonşum deyir ki, yalandı...”
08/04/2020 [12:03]:
Azərbaycanda Ramazan ayının nə vaxt başlanacağı açıqlanıb
08/04/2020 [12:01]:
Rusiyada koronavirusa yoluxanların sayı 8 mini ötdü
08/04/2020 [11:58]:
Onkoloji xəstələrin koronavirusdan qorunması üçün tövsiyələr AÇIQLANDI
08/04/2020 [11:40]:
Azərbaycanda bir gündə 1569 sürücü məsuliyyətə cəlb olundu
08/04/2020 [11:38]:
Tanınmış qarmon ifaçısı vəfat etdi - FOTO
08/04/2020 [11:35]:
ABŞ senatorları Səudiyyə ilə nefti müzakirə edəcəklər
08/04/2020 [11:34]:
“Baklift-2”nin sabiq rəisi barəsində cinayət işi başlanıb
08/04/2020 [11:33]:
Qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır - RƏSMİ
08/04/2020 [11:32]:
Sahib Rəhimov vəfat edib
08/04/2020 [11:31]:
Lerikdə hamilə məktəbliyə görə 59 yaşlı müəllim həbs edildi
08/04/2020 [11:30]:
SMS-lə icazə alanlara vacib xəbər - VİDEO
08/04/2020 [11:29]:
Bakıdakı yarışdan sonra bu da təxirə salındı
08/04/2020 [11:22]:
Azərbaycanda həkimlərin səfərbərliyi elan edilə bilərmi? - AÇIQLAMA
08/04/2020 [11:19]:
Cek Dorsi koronavirusla mübarizəyə 1 milyard bağışladı
08/04/2020 [11:12]:
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! - 5 TÖVSİYƏ
08/04/2020 [11:11]:
İkiqat “Grammy” mükafatçısı koronavirusdan öldü
08/04/2020 [11:10]:
“Koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib” - TƏBİB
08/04/2020 [11:09]:
"Koronavirus ABŞ-da qaraları öldürür" –“BBC”
Bütün arxiv bir sırada
25/09/2016 [14:33] - Dünya - ( 16126 dəfə baxılıb)

Tezliklə hər birimizin alnına və ya əlinə 18 rəqəmli birka vurulacaq... Dəhşət

Rokfeller: "Biz insanlardan şüursuz, sözəbaxan bir ordu qurmaq istəyirik..."


I Yazı...

“Artıq Amerika ilə Rusiya arasındakı  nüvə savaşının başlanması bir tükə bağlıdır...” 

”Qarabağda yenə müharibə başlasa, bu- III Dünya savaşına səbəb olacaq...”  

“III Cahan savaşı başlayır!”... "III Dünya müharibəsi başlaya bilərmi?"

... Bu nəqli, sual və nida cümlələrinə son illər, demək olar ki, hər gün xarici və yerli KİV-də rast gəlirik. Əslində ötən 20-30 ildə yer üzündə gedən proseslərə bir az ayıq gözlə baxıb,  onları təhlil etsək, görərik ki, Üçüncü Cahan savaşı artıq çoxdan başlayib və davam edir. Yeni dünya müharibəsinə 1985-ci ildə M.Qorbaçovun hakimiyyətə gəlişi, keçmiş sovet məkanına aşkarlıq və açıq cəmiyyət düşüncələrinin yeridilməsi, bir il sonra Çernobıl AES-in partladılması ilə "artilleriya hazırlığı" görülmüş, 28 may 1987-ci ildə 18 yaşlı gənc alman Matias Rustun idarə etdiyi kiçik təyyarənin SSRİ paytaxtı Moskvanın Qızıl Meydanına enməsi ilə "hücum" əmri verilmişdi. 1988-ci ildən sonra qızışdırılan Qarabağ, Fərqanə, Abxaziya, Osetiya, Moldova və s. münaqişələri  döyüş əməliyyatlarının ilk mərhələsi oldu...


Planetin 1/6-nə nəzarət edən Sovetlərin çöküşü isə əks-cəbhədəkilərin qlobal zəfərinin başlanğıcı idi. Kimsə elə anlamasın ki, biz SSRİ-ni bütövlükdə ədalət, xeyir simvolu kimi təqdim etməyə çalışırıq. Konspiroloqlar təsdiqləyir ki, ABŞ kimi SSRİ də dünya mason oliqarxiyasının planlaşdırıb qurduğu və özlərinin də dağıtdığı sistem olub. Sadəcə, artıq dayanışmış sistemin xarici təsirlər və iç münaqişələrlə zorakılıqla dağıdılması  keçmiş İttifaq və Şərqi Avropa ərazisindəki 100 milyonlarla insanın, o cümlədən azərbaycanlıların taleyinə böyük və sağalmaz zərbələr vurdu. Bu dağıntının fəsadları hələ də planeti silkələməkdədir...

Müharibələr hansı məqsədlə törədilir?


Son illər yaşayıb gördüklərimizi bir az da dərindən düşüncəmizin süzgəcindən keçirsək, görərik ki, bu günkü elmi-texnoloji tərəqqi fonunda qlobal savaşlar törətməyə ehtiyac yoxdur. Çünki bütün bəşər əhlini idarə etmək üçün artıq yeni bir formasiya gəlir- elektron quldarlıq dövrü...  Deyilənləri daha doğru anlamaq  üçün  bir sual üzərində də düşünək: “Müharibələr kimə və nə üçün lazımdır?”..
Bəzi insanlar dünyadakı ictimai-siyasi, iqtisadi, hərbi və s. proseslərin əsasən “masonlar”, Komitet-300” , Bilderberq klubu” və s. adlar altında baş qatan bir neçə super-bankir ”“ oliqarxın rəhbərlik etdiyi transmilli korporasiyalar tərəfindən yönləndirilməsinə inanmır. Əslində bir qədər də teoloji baxımdan yanaşsaq, məsələ çox sadədir. Allaha inanan istər xristian, istər yəhudi, istərsə də müsəlmanlar bilirlər ki, bütövlükdə kainatı da,Yeri də, o cümlədən dünyadakı, insan cəmiyyətindəki bütün fiziki, kimyəvi, bioloji, fizioloji, psixoloji, sosioloji, ictimai, iqtisadi və s. prosesləri də Allah idarə edir.  Sadəcə, bu dünya  bəndələr üçün bir sınaq, imtahan meydanıdır. Bugünkü müharibələrin əsasını qoyan birinci münaqişə və qətl ilk insan - Adəm peyğəmbərin oğlu Qabilin paxıllıq səbəbindən qardaşı Habili öldürməsilə baş verdi. Bu minvalla Qiyamətədək insanları Yaradanın yolundan çıxaracağına söz vermiş Şeytana uyan Qabillərin Allah yolu ilə gedən Habillərlə mübarizəsi başlandı. O qətldən başlayaraq tarixi hadisələr; tayfaların, dövlətlərin yaranması, onlar arasında müharibələr silsilə şəklində düzləndi. Və bütün bunların kökündə dediyimiz kimi, nəyəsə daha çox sahiblənmək üçün başqalarından güclü olmaq duyğusu - nəfsani güc, tamah dayanır. İmkanlar artdıqca maraq və təsir dairələri də genişləndi. Allah bəzi qövm nümayəndələrinə sınaq üçün yüksək ağıl və zəka verməklə yanaşı, onları doğru yola çəkməkdən ötrü peyğəmbərlər də göndərdi. Lakin onların əksəriyyəti Şeytana uyaraq peyğəmbərləri daş-qalaq etdilər və öz ağıl və gizli elmləri hesabına dünyanı idarə etmək eşqinə düşdülər. Allahın haram buyurduğu əməllərə, o cümlədən sələmə qurşanaraq öz planlarını həyata keçirmək, dünya üzərində "vahid hakimiyyət" əldə etmək üçün bütün halal-haram vasitələrdən yararlandılar. Əvvəlcə lokal, sonra isə artıq dünya müharibələri törənməyə başlandı...


Dünya savaşlarını Rotşild və Rokfellerlər öz maraqları ucbatından törədib...

Konspiroloqların araşdırmalarına görə, həm I, həm də II Cahan savaşları bizlərə dünya bank sisteminin faktiki qurucuları və idarəediciləri kimi tanıdılan Rotşildlər və Rokfellerlər kimi mason oliqarxların maraqlarının toqquşması səbəbindən başlayıb. Məhz I Dünya müharibəsi ərəfəsində- 1913-cü ildə ABŞ-da oliqarxların təsis etdiyi və dolların çapına nəzarəti həyata keçirməklə "dövlət içində dövlət" statusuna malik Federal Ehtiyat Sistemi meydana çıxdıqdan sonra ABŞ dolları ingilis funt sterlinqini üstələyərək dünyada hakim valyutaya çevrildi. II Cahan savaşında Rokfeller, Rotşild və Morqanların bankları həm faşist Hitlerə, həm də kommunist Stalinə külli miqdarda pul ödəyirdi... Və s. və i.a. 
Amma  bir məqamı nəzərə almaq lazımdır ki, hər iki dünya müharibəsi ərəfəsində beynəlxalq oliqarxlar və onların himayə etdiyi güclü dövlətlər bəşəriyyətə nəzarət edə biləcək yüksək texnologiyaya malik deyildilər... 

Supergüclər yeni qlobal silahlı savaşa ehtiyac görmürlər


Müharibələri törətməkdə digər məqsədlər nə idi? Sürətlə artan əhalinin sayını azaltmaq, dünya siyasi xəritəsini öz dini, milli maraqlarına uyğun dəyişmək, müsəlman Osmanlı dövlətini parçalamaq və pravoslav Rusiya imperiyasını çökürtmək və s. II Cahan savaşından sonra ABŞ artıq atom bombasını yarada bildi və onu faktiki olaraq Yaponiyada dinc əhali üzərində sınaqdan çıxarmaqla dünyaya diktə edən gücün kim olduğunu hamıya anlatdı. SSRİ də nüvə silahı əldə etdikdən sonra sanki bir tarazlıq yarandı. O dövrdə belə məlumatlar yayılırdı ki, III Cahan savaşı ABŞ-la SSRİ arasındakı nüvə müharibəsi olacaq. Fəqət, belə bir müharibə olmasa da, SSRİ dağıldı və hazırda ABŞ qarşısında Sovetlər kimi nəhəng bir düşmən (?) də yoxdur. Bu gün texnologiya o qədər inkişaf edib ki, artıq kompüter, yaxud mobil telefon işlədən istənilən şəxsi izləmək, hətta onun düşüncə və maraq dünyasını öyrənmək, fikirlərini  yönləndirmək belə, mümkündür. Digər tərəfdən, dünya varidatının 80 faizini öz əllərində cəmləmiş qlobal güclərin maliyyə və informasiya rıçaqları vasitəsi ilə də digər dövlət və millətləri idarə etmək imkanı var. Yəni,  xüsusən  inkişaf etməkdə olan ölkələrin vəzifəli və varlılarının başını daha çox varlanmaq və şöhrətlənmək yarışına qatmaq, yoxsulların beyninə isə “bir qarın çörəkpulu qazanmaq” düşüncəsini hakim etməklə də milyardlarla insan kütləsini yönləndirmık mümkündür. Belə olan halda III Dünya müharibəsinə ehtiyac qalırmı? Onsuz da super dövlətlərdəki nüvə silahı dünyanın başqa ölkələrini qorxu altında saxlayır. Amma bunun əks tərəfi də odur ki, bu dəfə Cahan savaşı başlasa, nüvə silahları işə salınacaq. Və bütün planet, deməli, həmin super güclərin özləri də məhv ola bilər. Odur ki, bütün gərginliklərə baxmayaraq silahlı genişmiqyaslı dünya müharibəsi istisna edilir. Belə çıxır ki, Rotşild və Rokfellerlərin nümayəndələrinin dilindən də səslənən “dünya savaşının labüdlüyü” proqonozları, Rusiya lideri Putinin növbəti “Hitler” kimi təqdim edilməsi, sadəcə, fikirləri  artıq  aparılmaqda olan müdhiş antibəşəri proseslərdən yayındırmaq üçün növbəti bir manipulyasiyadır...


İntihar edənlərin sayı münaqişələrdə ölənlərin sayından çoxdur...

O da var ki, hazırda planetin təxminən 1/3-i faktiki müharibə vəziyyətindədir. Hər gün İraq, Suriya, Fələstin, Yəmən, Liviya, Əfqanıstan, Ukrayna və s. ölkələrdə onlarca insanın qətlinin xəbəri gəlir. Bundan əlavə,  yer üzündə insanların sayını azaltmaq üçün digər vasitələr də maksimum işə salınıb. Hər bir yeni texniki kəşf,  gen mühəndisliyi, təzə növ, geni dəyişmiş taxıl, tərəvəz, meyvə, gül və s. becərmə, müasir qidalanma texnologiyası - hər şey insanın məhvinə yönəlib. Gündən-günə artan nəqliyyat qəzaları da hər dəqiqə neçə-neçə can alır. Hələ 2011-ci ilin hesablamalarına görə, dünyada yol qəzalarından hər gün 3242, hər il 1 mln. 200 mindən çox adam həlak olur. Və s. və i.a. Yalnız fizioloji ölümdən söhbət getmir. Ən dəhşətlisi odur ki, heç bir bəşəri, dini, milli-əxlaqi çərçivələr tanımayan informasiya, şou, teleserial, oyun və s. şəbəkələri insanın mənəviyyat və ruhunun məhvinə, onun robotlaşdırılmasına aparır. Düşüncə və şüuraltına yönəlmiş mənfi təsirlər nəticəsində intiharların sayı görünməmiş sürətlə artırır. Dünya Səhiyyə Təşkilatının son hesabatına görə, dünyada hər 40 saniyədə bir nəfər intihar edir. Son illər intihar edənlərin sayı müharibə və münaqişələrdə ölənlərin sayından çoxdur. Yalnız Yaponiya kimi inkişaf etmiş ölkədə 2014-cü ildə 25 min nəfər intihar edib...

Ümumdünya texnotron diktaturası...


Total miqyasda silahlı dünya müharibəsinə ehtiyacı aradan qaldıran ən əsas amil isə bayaq haqqında danışdığımız gündən-günə yeniləşən modern nəzarət texnologiyalarıdır. Bu gün hamı sevinir ki, internetə qoşulmaqla hər şey barədə məlumat alır, bir çox texniki, maliyyə və s. problemləri yüngülcə həll edir, sevdiyi filmləri, klipləri izləyə bilir, "skayp"da canlı görüntü ilə planetin istənilən ölkəsindəki insanla ürəyi istədiyi qədər pulsuz danışır, və s. Ancaq çox az insan anlayır ki, müasir informasiya texnologiyaları  daha çox siyasi məqsədlər, o cümlədən ümumdünya elektron quldarlıq sisteminin qurulması üçün istifadə olunur. Hər gün yaşadığımız binada, getdiyimiz küçədə, işlədiyimiz ofisdə və s. yüzlərlə kamera bizi izləyir. Biz kompüterdə işləyərkən, telefonumuz söndürüldüyü halda belə, nəzarət altındayıq. Gündəlik ləzzətlə işlədiyimiz Google, Yahoo kimi axtarış sistemləri,  Facebook, Twitter kimi sosial şəbəkələr, filmlər izlədiyimiz youtube və s. maraq və düşüncə dairəmiz, əlaqədə olduğumuz adamlar barədə, bir sözlə, haqqımızda bütün məlumatları toplayır.  “Mossad”, “CİA”, Mİ-6 və s.kimi kəşfiyyat qurumlarının nəzarəti altında planetin hər bir sakininin dosyesinin daxil olduğu nəhəng məlumat bazası hazırlanır. Və  bu minvalla ümumdünya texnotron diktaturası qurulur. Yəni total savaş aparmaq əvəzinə insanlar üzərində total nəzarət yaradılır...


Rokfellerə dünya idarəçiliyi ilə bağlı sual verən məşhur rejissor niyə öldü?

Artıq beynəlxalq antibəşəri güclərin növbəti hədəfi "Vahid Dünya Dövləti"ni tam qurmaqla bir neçə "elitar" nəslə mənsub məxluqları və bəzi "ali" millətlərin nümayəndələrini çıxmaq şərti ilə insan sayını maksimum azaltmaq, qalanları isə faktiki olaraq öz qullarına çevirməkdir. Bu barədə adi insanlar yox, dünyanın bir sıra uzaqgörən ziyalıları bəhs edirlər. Bu gün ABŞ və Avropanın, eləcə də İsrailin özündə transmilli oliqarxların diktatutasına qarşı fərdi və kütləvi etirazlar səslənməkdədir. Məşhur Amerika rejissoru və siyasətçisi mərhum Aaron Russo 2007-ci ildə verdiyi son müsahibəsində 2001-ci il 11 sentyabr olaylarından bir qədər əvvəl Rokfellerlər sülaləsinin nümayəndələrindən biri ”“Nik(yaxud Nikolas) Rokfellerlə söhbətindən maraqlı bir epizodu açıqlamışdı: "Mən Rokfellerə sual etdim: "Bütün bunlar (münaqişə və müharibələr törətmək-S.L.) sizin nəyinizə lazımdır, axı bütün dünya maliyyə sistemi sizin əlinizdədir?!."O, belə cavab verdi: - Çünki biz, insanlardan ibarət "şüursuz" və "sözəbaxan" bir ordu qurmaq istəyirik". Bunun nə demək olduğunu anlamaq olar. Bu gedişlə bir müddət sonra dünya bir qrup adam tərəfindən idarə olunan elekton "əsir düşərgələrinə" çevriləcək. Qeyd edək ki,  2007-ci ildə həmin müsahibədən bir neçə həftə sonra A.Russo müəmmalı şəkildə (guya xərçəng xəstəliyindən) həlak olub. Qlobal güclərin sirrini açmış N.Rokfellerin isə sonrakı taleyi barədə dəqiq məlumat əldə etmək çətindir. Onu, sözügedən müsahibədən sonra Rokfellerlər nəslindən “silindiyi” də deyilir... 


Bəs Rokfeller kimi super-oliqarxlar bəşəriyyətdə hansı yollarla modern quldarlıq sistemi qurmaq istəyirlər?  Elektron quldarlıqda insanın yaşayış şərtləri nədən ibarət olacaq? Yazının başlığında xatırlatdığımız hər bir insanın alnına və ya əlinə vurulacaq 18 rəqəmli kod nə deməkdir? 2030-cu ildə bizlər və övladlarımızı robot kimi idarə etməyə başlamaq üçün hansı layihələrə start verilib? Bu və digər suallara növbəti yazımızda cavab tapa biləcəksiz.

Modertor.az-ı izləyin...

Sultan Laçın

"Qeyri-mümkün sanılan şey doğrudan da mümkün oldu – bir virus bütün dünyanı alt-üst etdi..."
Koronavirus müalicəsində bir ilk: Virusa qalib gələn həkim donor oldu...
Mübahisə etdiyi qonşusunu öldürən müəllim intihar etdi - FOTO
Bütün dünyanın gözlədiyi xəbər Çindən gəldi - 3 AY SONRA BİR İLK...
Millət vəkili aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı etdi - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
“Robinzon Kruzo kimi tək, darıxdırıcı həyat yaşayıram” - Əli Mirəlieylə “Evdə qal” söhbəti...
Cəmiyyət
“Bu, Allahın bəlası olduğu üçün Çindən, Amerikadan yox, Ondan kömək istəməliyik...”
Dünya
"Koronavirus ABŞ-da qaraları öldürür" –“BBC”
Gündəm
Koronavirus: Ümumbəşəri bəla, yoxsa Qarabağın azadlığı üçün fövqəlfürsət?
Mədəniyyət
Azərbaycanın ilk rəngli və satirik jurnalı – Mətbuat tariximiz
Yazar
Seymur Əliyev
Bizi nəinki koronavirus, hətta cəhənnəm belə dəyişə bilməz
İlham İsmayıl
Dünya dəyişəcək, Qarabağ siyasəti necə?
Oqtay Qorçu
Koronavirusun siyasi coğrafiyası - Dördüncü yazı...
Şahin Quliyev
Koronavirus bizə nəyi sübut etdi?
Bəsti İsmayıl
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
Sultan Laçın
Allahın bu vədini unutmayaq: “HƏR ÇƏTİNLİKDƏN SONRA BİR ASANLIQ GƏLƏR!..”
Həftənin ən çox oxunanları
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
48 saat içində "COVID-19"-un "atasını yandıran" dərman tapıldı - İVERMECTİN...
Kişi arvadını həyətdə yad adamla tutdu, cinsiyyət orqanın kəsdi - 18+VİDEO
Mütəxəssislər koronavirusun zəif nöqtəsini tapdı...
Putinin kurs yoldaşı onu koronavirusu dünyaya yaymaqda suçladı - ŞOK İTTİHAM...
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı - FOTOLAR
Tibb bacıları koronavirusa görə soyunub, etiraz etdilər - FOTOLAR
İradə Zeynalova hər kəsi şoka saldı: “Rusiyada 40 min nəfər koronavirusdan ölüb” - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247