Sərdar Cəlaloğlu ilə meyit yarmaqdan, Nobel mükafatı mövzusuna qədər söhbət
Oxunub: 1914
12 Oct 2016 | 10:55
Sərdar Cəlaloğlu ilə meyit yarmaqdan, Nobel mükafatı mövzusuna qədər söhbət

Demokrat Partiyasının vağzal tərəfdəki qərargahında Sərdar Cəlaloğlundan başqa heç kim yox idi. 

***
Hiss etdim, nikolaydanqalma bu köhnə, tarixi binaya indi tam sükunət, payız fəsli, bir də Sərdar bəyin yalnız özü hakimdi. Gözü yaşlı köhnə su borularından daman suyun səsi məni Sərdar bəyin kabinetinədək təqib etdi. İçəridə, belini büküb kompüterin içinə girən tənha bir kölgədə Sərdar bəyi tanımaq, düzü, məndən 10-15 saniyə vaxt istədi. Gözlərimi qıydım. İçəriyə yaxşı-yaxşı boylandım. Sərdar bəy məni görüncə cəld ayağa qalxdı. Təkərli kreslosunu dabanıyla geri itələyib, üstümə şığıdı. Kölgəsi, özündən tez gəlib haqladı məni. Kabinetin zəif, sarımtıl işığında, nəhayət, qəddi-qamətli Sərdar bəyi tanıdım.

- Sizi qərargahımızda görməyə xeyli şadam.


***

Sərdar bəy ixtisasca həkim, dəqiq desək, məhkəmə-tibb eksperti, həm də patoloqanatomdur. Loru dillə desək, meyityaran, ölümün səbəbini araşdıran elmi mütəxəssisdir. Sərdar bəyi indiyədək hamı siyasətçi kimi dindirib. Əsl peşəsinə əsla fikir verməyiblər. İndi mən, ilk dəfə bu nöqsanı düzəltmək, Sərdar bəyi tibb eksperti, patoloqanatom kimi dindirmək istəyirdim. Hiss edirdim bu, Sərdar bəyin o qədər də ürəyindən olmayacaq. 

Nə isə. Alçaq masa arxasındakı yumşaq kreslolarda yerimizi rahatlayıb başladıq ordan-burdan danışmağa. Ortada çay-zad da yoxdu. Masa üstə bir-iki köhnə qələmdi, bir də beş-altı səhifə ağ kağız.

İlk sualım siyasətə deyil, kriminalistikaya aiddir. 

- Sərdar bəy, sizə bir mütəxəssis kimi müraciət etmək istərdim. Bilirsiniz də, dünyada çoxsaylı qatı açılmamış müəmmalı qətl hadisələri mövcuddur. Minlərlə alim, araşdırmaçı bu cür oxşar qətllərin düyünlərini açmaq, cinayətkarı üzə çıxarmaq istəyir. 2010-cu ilin avqustunda Londonda müəmmalı bir qətl hadisəsi baş verib. İdman çantası içindən Britaniya kəşfiyyatçısı Haret Uilyamsın cəsədi aşkarlanıb. Mərhum postsovet oliqarxlarının maliyyə transferlərini güdürmüş. “Formula-1" yarışlarında adı hallanan Qazaxıstan milyarderi Alican İbrahimovun oğlu Furqatla yaxın münasibətdə imiş. Meyit üzərində zorakılıq izləri əsla mövcud deyil. İşdə qəliz tapmaca var - zərərçəkən, çantanın içinə lüm-lüt soyunaraq özü girib. Çantanın zəncirini məhz özü içəridən çəkib bağlayıb. Hadisə çoxlarını, hətta MOSSAD-ı da maraqlandırıb. Dünyanın ən məşhur kriminalistləri, patoloqanatomları Haret Uilyamsın qətlini açmaq naminə sıraya düzülüblər. Əfsus, bu tapmacada hələ də müsbət irəliləyiş yoxdu. Bu barədə...

Sərdar bəy, görünür, azca səbirsizdi. Sözümü ağzımda yarımçıq kəsir.

- Rəyimi soruşursuz?

Təkcə elə qısa “bəli” kəlməsi ilə kifayətlənib, bütün diqqətimi Sərdar bəyin narahat sifətinə zilləyirəm. Cavab özünü çox gözlətmir.

- Zərərçəkənin beynində psixotrop dərmanların təsiri, izi öyrənilməlidir. Xüsusi analizlərə dərin ehtiyac var. Məncə, onu psixotrop dərmanlarla idarə edib çantanın içinə yerləşdiriblər. Məcbur ediblər içəridən zənciri çəkib çantanı bağlasın. Sonra...

- Sonra noolub orda, Sərdar bəy? Deyin, bilək. 

Vaxtilə, 80-ci illərdə, gözdən qulaqdan uzaq əyalətdə - Naxçıvanda məhkəmə tibb eksperti işləmiş bu insanın səriştəsi, təcrübəsi indi də məni heyran qoyur.

- Sonra həmin Haret Uilyams çanta içində yuxulayıb birdəfəlik. Bir daha ayılmayıb.

- Rəyinizi o vaxtlar adətən bax bu cür qələmə alardız, eləmi Sərdar bəy? - deyincə, aramızdakı alçaq masadan cəld geri çəkilirəm. Kürəyimi kresloya dirəyib sükuta dalıram.

Payızın ilıq nəfəsi pəncərədən axıb, Sərdar bəyin kabinetində də hiss olundu bu vaxt. Hər ikimiz, bir-iki saniyə bu xoş ətirlərin təsirinə düşüb sonra tez də ayıldıq. Qayıtdıq söhbətimizin qəliz mövzusuna. Aramızdakı ani, incə sükut buzunu Sərdarın özü qırdı.

- Naxçıvanda, Zaqafqaziya hərbi dairəsinin ərazisində cavan... - Sərdar bəy gözlərini yumub, qəmli xatirələrinə başladı. - 18 yaşlı bir rus əsgəri vəfat etmişdi. Meyiti yarmaq üçün mənə etibar etdilər. Yazıq idman zamanı, uzaq məsafəyə qaçarkən qəfil yıxılıb ölmüşdü. Meyitlə çox əlləşdim. Gördüm, həəə.... mərhumun beyin damarlarının birində “anavrizma” izləri var. Yəni damar divarları genişlənib, incəlib. Təzyiq olsa, vəssalam, yırtılacaq. Belə bədbəxtləri əsgərliyə çağırmaq, idman dərslərinə buraxmaq qəti qadağandı. 

Olmaz. Heç nə...dedim, birdən yoxlama gəlib çıxar Bakıdan, yaxud iraq olsun, Zaqafqaziya Hərbi Dairəsindən. Məni qeyri-peşəkarlıqda ittiham edərlər. Damarı götürüb, nadir nümunə kimi, basdım ağzı kip örtülən şüşə balona. Sonra spirtlədim. Yaxşı ki, elədim bunu. Bir il sonra, elə bil qəsdən, məhz bu hadisəyə görə iş yerimə yoxlama gəldi. Məni çox imtahana çəkdilər o vaxt. Bilirdim haqlıyam. Şüşə balondakı damara güvənirdim. Axır balonu açıb həmin damarı komissiya üzvlərinə sərgilədim. Gözləri bərələ qaldı.

Eşitdiklərim məni xeyli həyəcanlandırır. Mövzunu burda, bu həlledici məqamda qapatmaq istəmirəm. Solaxay, fərqli sual ünvanlayıram Sərdarın göz bəbəkləri dərinliyinə.

- Daha nələri spirtləyib saxlayırsınız zirzəminizdə? Deyin, qorxmayın.

Kənardan baxıb görürəm - sualım Sərdar bəyi əməlli-başlı diksindirir. Araya sükut çökür. Paslı borulardan sızan damcıların səsi qulağımı dəlir bir an.

***

Çox keçmir sualımı dəqiqləşdirirəm.

- Misal üçün, Elçibəyin vəfatı ilə əlaqədar sizi patoloqanatom kimi dəvət etsəydilər neynərdiz?

Gözlərim özümdən ixtiyarsız Sərdar bəyin kabinetində Elçibəyin şəklini axtarır bir an. Əfsus, tapa bilmirəm. Eşikdəki payızmı kövrəldir bizi? Yoxsa daxilimizdəki lal xatirələr? Bilmirəm dəqiq. Görürəm  Sərdar bəyin qurumuş, ağarmış dodaqları titrəyir.

- Vəfatından əvvəl Elçibəyi bilmirəm harda, hansı ünvanda ziyarət etdim. Oturmuşdu köhnə pal-paltarda soba önündə. Soyumuş əllərini uğursuzcasına qızdırmaq istəyirdi. Baxdım sifəti şişib. O yaşda bədəndə ciddi silkələnmələr baş verir... Bəyə dedim ki...

Həəə... Sərdar bəyin, deyəsən, köhnə adətidir. O, hamıya, fərqi yoxdu Elçibəy olsun, yaxud bir başqası, o cümlədən hətta mənə də, xəstə, ölü cəsəd kimi baxır əvvəlcə. Siftə, əlinə pinset götürüb, adamın döş-qarın nahiyəsini yarır elə bil. Sonra, patoloqanatom kimi, əlində pinset, insan beynini açır. Elçibəylə son görüşündə Sərdar bəy özünü əsl patoloqanatom kimi aparıb. Nə isə hiss edib deyəsən.

- Elçibəyin ölümü şübhəlidir? -sualıma o, anında etiraz edir. 

- Yoxxxxxx...

- Bəs Rövşən Cavadovun oğlu Laçının vəfatı necə, çoxmu şübhəlidir? Şıxəli Qurbanovun ölümü bəs necə, sizdə şəkk-şübhə doğurmayıbmı bir vaxt?

İmtahan suallarını xatırladan suallarım, nəhayət, bir nöqtədə - Şıxəli Qurbanovun vəfatı mövzusunda ilişib qalır.

- Buna “anaflaktik şok” deyirlər. Dişinə iynə vurublar. Şok keçirib.

Sərdarın mövzuları azdırması xoşuma gəlmir. Sualımı lap qəlizləşdirirəm.

- Bəs Turqur Özalın vəfatı necə, sizi düşündürməyibmi? Yaxud Berezovskinin ölümü?

- İki cür zəhər var, biləsiniz. Qalıcı və keçici zəhərlər. Sioniddən istifadə ediblərsə, izləri qalacaq. Elə dərmanlar var ki, onların qəbulu insanda intihara cəhd meyli yaradır. Berezovskinin qətlində, görünür, oxşar dərmanlardan istifadə edilib. 

Sərdar bəyin üzünə bir də baxıb onun bu gününü deyil, uzaq keçmişini gördüm sanki. Nə vaxtsa, hələ Naxçıvanda ikən, Zaqafqaziya hərbi dairəsinin ştatdan kənar eksperti də işləyib o. Hərbçilər, bilməm niyə, ona öz meyitlərini tapşırıblar. Görünür, milli, əyalət çərçivələrini o vaxt adlayıb Sərdar bəy. Milli cəsədlərdən sonra ona rus meyitlərini etibar ediblər.

- İlk yardığınız cəsədi heç xatırlayırsınızmı? - sualım, deyəsən, özümü də diksindirir.

- Rusdu. Alkaşdı. Meyiti atılıb qalmışdı Naxçıvan meyitxanasında. Müayinədən çıxarıb, nəticələrimi kağız üzərinə köçürdüm.

- Bəs son dəfə kimin cəsədini yarıbsız, Sərdar bəy?

Həəəə...burda, durnanı, necə deyərlər, düz gözündən vururam. Sərdar bəy əvvəlcə ağzını açıb nəsə demək istəyir mənə. Ağzı-dodaqları titrəsə də, qəribədir lap, dilindən bircə söz çıxmır nə üçünsə. Nəhayət, birdəfəlik susur. Lal bir baxışla mövzunu dəyişməyi xahiş edir.

***

Patoloqanatom, məhkəmə tibb ekspertləri üçün çox vacib sayılan “meyit qacaması” deyilən bir məfhum mövcuddur. Meyit qacaması, beyindən başlayıb, sonra daxili orqanlara keçir, sonra əzələyə, lap axırda dəri örtüyünə. 

- Virxov adlı bir rus həkiminin kəşf etdiyi bu qanunla, həəə, ölümün səbəbini, vaxtını dəqiq müəyyənləşdirmək mümkündü indi. Buna “parabioz” da deyərlər. Elmdə bunun minə yaxın izahı var. Məsələn, uzunsov beynin zədələnməsində meyit qacaması anında, ildırım sürəti ilə baş verir. Uzun sürən xroniki xəstəliklərdən sonra isə tam tərsinə, meyit qacaması olmaya da bilər.

- Maşallah, özümü tibb kafedrasında hiss edirəm. Bilikləriniz mükəmməldir. - deyib, təəccübümü gizlətmirəm.


- Naxçıvanda tək deyildim. Sülhəddin Əkbər də mənlə idi. O da patoloqanatom, məhkəmə tibb eksperti idi orda. Meyitlərdən sonra başlardıq siyasi söhbətlərə...

- İndi də bu adətiniz təkrarlanır? Yoxsa...- necə deyərlər “oxu atıb, yayı gizləyirəm”. Sərdar bəyin suallarıma reaksiyasını öyrənirəm.

O, üzünü turşudub, dodaqlarını büzür əvəzində.

- Yox, nə danışırsınız. Əvvəllər belə idi. Şeyx Nəsrullahla səhv salmayın, xahiş edirəm bizləri. Qayıdaq o köhnə xatirələrimə.

- Qayıdaq.

- Hə... 80-ci illərdə “meyit qacaması” mövzusunda elmi referat yazıb onu SSRİ Müdafiə Nazirliyi məhkəmə-tibb mərkəzinin rəisi general-leytenant Tomilinə təqdim etdim. Məni ora işə dəvət edirdilər. O vaxtkı cari siyasi gündəm nə isə...araya girdi...axtarışlarım yarımçıq qaldı.

Sərdar bəy başını bulayıb yerindən qalxır. Pəncərə qarşısında bir xeyli dayanıb susur.
Ona qətiyyən mane olmuram.


***

Amma ürəyinizi çox sıxmayın bu barədə. Sərdar bəyin elmi araşdırmaları indi də davam edir. Mətbuat xəbər verir ki, o, bu dəfə öz elmi kəşflərini Moskvaya, Müdafiə Nazirliyinə deyil, Ümumdünya Nobel Komitəsinə ünvanlayıb. Tədqiqatın adı “Kosmik dəyişmələr barədə nəzəriyyə”dir.

***

21 dekabr 2012-ci ildə, hamı bilir, kosmosda “planetlərin paradı” baş verib. “Sehirli xalat” filmindəki məşhur “”Qüdrətli xan həzrətləri! Qüdrətli xan həzrətləri! Göyün yeddinci qatında Ütəriyyə, Müştəri, Mürrix, Çəyvan və Nahid ulduzları təxti-tacımıza, səltənətimizə qarşı qorxulu vəziyyətdə asılıb qalıblar!" harayını bu paradın hələ 60-cı illərdə səslənən xəbərdarlığı kimi də qəbul etmək olar. Qısası, 21 dekabr tarixində bu parad nəticəsində kosmosda ciddi dəyişmələr baş verib. 26 min ildən bir kosmosda özünü göstərən bu parada astrofizika elmində “Rervolyutsiya” deyirlər. Bu cür inqilabdan sonra adətən kainat yeni fiziki qanunlar dövrünə qədəm basır.

Sərdar bəy həmin bu dəyişikləri incələyib. Nəticələrini Nobel Komitəsinə göndərib. Əvvəl 3000 ekspertin müsbət rəyini qazanan sənəd sonra 200 alimdən təqdir görüb. Ancaq gizli səsvermədə ilişib. Qələbə, ingilis alimlərinə verilib.  



Sənədin qısa məzmunu təxminən belədir -  “Kosmosdakı son dəyişkənliklər nəticəsində, sistemlər arasındakı Nyuton cazibəsi azalıb. Cazibənin azalmağına ekvivalent olaraq, qapalı səma sistemlərində daxili cazibə-imploziya artıb. Braun qanunlarına görə, sistemlər öz dayanaqlığını həmişə qoruyur. Nəticədə kəmiyyət dəyişmələri baş verir. Nəticə: demək, hər cisim, öz çəkisini azaltmalıdır. Və azaldır da.”

***

Sərdar bəydən əvvəl oxşar mövzuda rus alimi Valentina Mironovanın məqalələrini də oxumuşam. Cəlaloğlunun da, Mironovanın da nəticələri eynidir -  2012-ci il 21 dekabrdan sonra, dünyanı və kosmosu təşkil edən proton hissəciklərinin çəkisi azalıb. Hidrogen atomu 4 faiz kiçilib. Bu isə gələcəkdə bütün digər cisimlərə təsir edəcək. Maqnit sahəsinin strukturları da dəyişmək üzrədir və sair və ilaxır.

Bizdə hələlik bu, Sərdar Cəlaloğlundan başqa kimsəni həyəcanlandırmır. Kimsə qələmə əl ataraq bunu incələmir.

Sərdar bəy isə vallah, “Sehrli xalat” filmindəki tanış köhnə harayı yenidən diqqətimizə çatdırıb - “Qüdrətli xan həzrətləri! Qüdrətli xan həzrətləri! Göyün yeddinci qatında Ütəriyyə, Müştəri, Mürrix, Çəyvan və Nahid ulduzları taxt-tacımıza, səltənətimizə qarşı qorxulu vəziyyətdə asılıb qalıblar”.

Sərdarın, pianarın, münəccimlərin nigarançılığını, vallah, mən indi əvvəlkindən də yaxşı dərk edirəm.

Az qalıb, vallah, lap az...(musavat.com)
Oxşar xəbərlər
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 17:44
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
27 Apr 2024 | 17:40
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
27 Apr 2024 | 17:34
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
27 Apr 2024 | 17:23
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27 Apr 2024 | 17:18
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:13
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
27 Apr 2024 | 17:08
Azərbaycanda müəllim vəfat etdi - FOTO
27 Apr 2024 | 17:03
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
27 Apr 2024 | 16:58
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
27 Apr 2024 | 16:53
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
27 Apr 2024 | 16:48
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:36
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:25
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
27 Apr 2024 | 16:20
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
27 Apr 2024 | 16:16
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
27 Apr 2024 | 16:10
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
27 Apr 2024 | 16:05
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
27 Apr 2024 | 15:59
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
27 Apr 2024 | 15:55
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
27 Apr 2024 | 15:50
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
27 Apr 2024 | 15:47
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
27 Apr 2024 | 15:43
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
27 Apr 2024 | 15:38
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
27 Apr 2024 | 15:33
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
27 Apr 2024 | 15:28
Qəzzada ölənlərin sayı açıqlandı
27 Apr 2024 | 15:24
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
27 Apr 2024 | 15:19
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 15:11
Azərbaycanda hakim intihar etdi
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 15:02
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
27 Apr 2024 | 14:57
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
27 Apr 2024 | 14:52
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
27 Apr 2024 | 14:48
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
27 Apr 2024 | 14:43
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
27 Apr 2024 | 14:38
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
27 Apr 2024 | 14:33
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
27 Apr 2024 | 14:28
Azərbaycanlı rejissorun filmi Kann festivalında
27 Apr 2024 | 14:23
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
27 Apr 2024 | 14:18
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
GÜNLÜK
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 07:08
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 07:08
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO