Qonaq- Hekayə
Oxunub: 4200
26 Feb 2017 | 11:54
Qonaq-  Hekayə

İsti yay günlərindən biri idi. Futbol oynayan uşaqlardan başqa həyətdə kimsə gözə dəymirdi. Bayırdan gələn səs mətbəxdə biş-düş edən Fatma xalanı xəyaldan ayırdı:

-  Ay Fatma xala! Ay Fatma xala!...

Fatma xala pəncərəni açıb, uşaqlara tərəf səsləndi:

-  Nədi, a bala? Nə qışqır-bağır salmısız? Yenə topunuz balkona düşüb?

-  Yox e, Fatma xala, sizi soruşurlar. Qonağınız gəlib.

Fatma xala diqqətlə baxsa da, 25-30 yaşlarındakı ucaboy oğlanı tanıya bilmədi.

-  Ay bala, kimsən? Qalx ikinci mərtəbəyə, qapını açıram.

Qonaq qıvraq addımlarla yuxarı qalxdı. Fatma xala yaşadıqları birotaqlı mənzilin giriş qapısında onu gözləyirdi.

-  Buyur, ay bala, nə lazımdı?

-  Sağlığın, ay xala. Oğlunuz Allahverdidən sizə salam gətirmişəm.

 Oğlunun adını duyar-duymaz,  arvad  yerindəcə donub qaldı. Sifəti ağardı.

Nitqi  qurudu. Nəfəsi  ağırlaşmağa başladı. Qulaqlarına  inanmağı gəlmədi. On il idi ki,  oğlu  işsizlik  ucbatından baş  götürüb ölkədən getmişdi. İndiyə  kimi ondan bir xəbər  gətirən olmamışdı. “Yəni doğrudanmı uşaq sağdı?” ”“deyə, düşündü. Handan - hana özünə gəlib, titrək səslə dedi:

-    Xəbər gətirən dilinə qurban olum, ay bala! Qapıda durma, keç içəri!

Başqa vaxt olsaydı, tanımadığı adamı evə buraxmazdı. Bir  həftə əvvəl oğrular polis formasında sələmçi Totunun mənzilinə girib, hər şeyi sil-süpür eləmişdilər. Ancaq oğlunun adını eşidən kimi, oğurluq məsələsi Fatma xalanın yaddaşından tamam  silindi. Gözləri dolmuş halda soruşdu:

-    Ay başına dönüm, ay sənə qurban olum, uşaq salamatdımı?

-    “Kanişna”, ay xala. Özü də tezliklə gəlir.

Fatma xala özünü ələ alıb tələsik mətbəxə keçdi. Çay hazırlığı görməzdən əvvəl tez ərinə zəng etdi:

-       A kişi, hardasan? Tez  gəl evə. Qonağımız gəlib. Allahverənnən xəbər var.

Hidoşun çayxanasında domino oynayan kişinin evə gəlməsi çox çəkmədi. O, təngnəfəs halda özünü içəri salıb, sorğu-suala başladı:

-       Ay sənə qurban olum, ay sənin başına dönüm, belə də zülüm olar? Bəs, bu demir, atam var, anam var. Gözünün ağı-qarası bir uşaq ola, min əziyyətlə böyüdüb boya-başa çatdırasan, sonra da gecə - gündüz Allaha yalvarasan ki, balamı mənə qaytar.

Fatma xalanın yanaqlarından yaş axırdı. Kişi isə durmadan sualları yağdırırdı:

- Ay bala, bəs, bu on ildə niyə bir xəbər göndərmirdi, zəng etmirdi?

- Doğrusu, ay dayı, əvvəllər vəziyyəti heç yaxşı deyildi. Bizimkiləri bazarda incidirlər, işləməyə qoymurlar. Oğlunuz kirayə haqqı verməsin deyə, gecələr yaşlı bir arvadın yanında qalıb, onun təmizliyinə baxırdı. Bu yaxınlarda həmin arvad başını qoydu yerə. O da ki  nəyi vardı hamısını Alikə vəsiyyət etmişdi. İndi oğlunuzun vəziyyəti  lap superdi.

- Ay bala, şükür acından ölmürük ki. Aldığımız təqaüdlə birtəhər dolanırıq.  Onu ən çox gələcək həyatı narahat edirdi. Yazıq uşaq buralarda bir iş tapsaydı,  bizi  gözüyaşlı qoyub getməzdi. Qadan alım, danış, danış görək, ta nə bilirsən?

-  Alik orada dili də yaxşı öyrənib. Deyirdi ki, rus dilini bilənləri Bakıda işə tez götürürlər. Bir də dedi, kişiyə deyərsən ki, o biri yerlilərim kimi mən burada evlənib-eləməmişəm. Bir halal südəmmişin  taparlar, gedib toyumu edərəm.

Bu yerdə kişi özünü saxlaya bilmədi:

-  Onun taylarının 3-4 uşağı var. Niyə mənə nə olub? Bir az özümüzdən, bir az da qohum-qonşudan pul yığıb onun toyunu edə bilmirəm? Sonra borcumuzu yavaş-yavaş qaytararıq. Gərək əvvəldən tədarük görüm ki, restorana borcumuz qalmasın. Yoxsa gəlinimi girov saxlayıb məni şəhərdə rüsvay edərlər.

Allahverdinin maddi vəziyyətinə bələd olan oğlan dedi:

-    Alik deyirdi ki, qəbir yeri almaq üçün kişinin “zapas”da  5-3 manatı olar da- olmaz da. Fikri var, gələn kimi ev alıb evlənsin. Sonra da “haqqını” verib yaxşı bir işə keçsin. Odur ki, narahat olmayın, oğlunuz evə cibidolu gəlir.

Pulun miqdarı valideynlərin maraq dairəsində olsa da, o barədə söz salmağa üzləri gəlmədi. Kişi dedi:

-  Ay bala, təki sağ-salamat gəlsin. Gözləməkdən gözümüzün kökü saraldı. Öldük-dirildik. Belə də iş olar? Nə bilim, vallah, yenə də Allah bilən məsləhətdir. Ancaq mən onu ev almağa qoymaram. Qoy, bizimlə yaşasın. Odu ey, qumarbaz Miqinin atası. Əlində daşdan keçən sənədlərlə beş ildi məhkəmələrdə sürünür. Döymədiyi qapı qalmayıb. Nə verdiyi pulu ala bilir, nə də evini.

Bayaqdan sakitcə dayanan Fatma xala bu yerdə özünü saxlaya bilmədi:

-  Boy, uzağa niyə gedirsən, a kişi? Qonşumuz falçı Zəroş yadından çıxıb? Qızını işə düzəltmək üçün bir ətək pul vermədimi? Axırı nə oldu? Pulu yedikləri bəs deyil, yazıq qızın diplomunu da it-bata saldılar. Bizim uşağın yaxşı səsi var. Yadındadı,  bütün günü evdə mızıldanardı? Dövlət işində nə var, ey? Mənnən olsa, geyinib-keçinib toylara gedər, yaxşı  da qazanar.

Arvadla kişinin özünə gəldiyini görən oğlan mobil telefonunu çıxarıb, Allahverdini aradı. Kişi telefonu  alıb tez qulağına sıxdı. O başda oğlunun səsini eşidər-eşitməz həyəcan içində sözə başladı:

-  Ay sənin başına dönüm! Ay sənə qurban olum! Atan ayaqlarının altında ölsün, bala! Evim-eşiyim sənə qurban! Hamımız sənə qurban! Bala, ta biz ölürük. Bəs, sən harda qaldın, gözümün işığı? Bu nə dağdı sinəmizə çəkirsən? Mənim səndən başqa təsəlli alası bir kimsəm yoxdu axı, ay sənə qurban olum! Biz sənə nə dedik ki, evdən getdin? Anan da, mən də başına dolanırdıq. Bizim ki səndən bir umacağımız yox idi, ay sənə qurban olum. Mən heç, bu qoca   anana yazığın gəlsin,  ay sənin başına dönüm! Ay sənə qurban olum!...

Çaylar buza dönmüşdü. Arvad da, kişi də dayanmadan hönkür-hönkür ağlayırdı. Aramsız yaş gözlərindən sel kimi axırdı. Qonaq isə heç nə demədən key kimi onlara baxırdı.

Oğlanı danışmağa qoymadılar. Telefonu növbə ilə gah kişi dartırdı, gah da arvad. Nə qədər danışsalar da, ağlasalar da, ürəklərini boşaldıb qurtara bilmirdilər. Məqsədləri Allahverdinin geri qayıdacağına əmin olmaq idi.

Bununla belə, daxildəki böyük  narahatlıq hissi kişini tərk etmirdi. Düşünürdü ki, övladı qayıtdıqdan  sonra öz  normal həyatını  qura  biləcəkmi? Görəsən gəlib kiminsə toruna düşməyəcək ki?!

Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO