Azərbaycanda 2017-ci ildə ən çox bu kitab satılacaq-   FOTO
3557
13 Mar 2017 | 17:29

Azərbaycanda 2017-ci ildə ən çox bu kitab satılacaq- FOTO




 
Bu günlərdə araşdırmaçı yazar, psixoloq Rövşən Abdullaoğlunun yeni psixoloji romanı işıq üzü görüb. Roman çox fərqli bir səpkidə yazılıb. Burada müasir dünyanın bir çox ictimai, psixoloji və fəlsəfi problemlərinə toxunulub. 

Moderator.az xəbər verir ki, əsərin qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziyyət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunub. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan bu şəxs xilas yolunu intiharda görür. Beləliklə də o, relslər üzərinə uzanaraq ölüm qatarının gəlməsini gözləyir. Onun yüzlərlə intihar forması arasından şüuraltı olaraq məhz relsləri seçməsi də səbəbsiz deyildir. Relslər üzərində ölüm qatarını gözləyərkən onun yanına intihar ucun daha bir nəfər gəlir. Onun ağlına belə gəlməzdi ki, bu yad insan onu qaranlıq keçmişi ilə bir daha üz-üzə qoyacaq və bu görüş onun həyatını tamamilə dəyişəcək. Bu yad insanla o, bir-birlərinə daxili cəhənnəmlərinin qapısını açacaq və bir-birilərini öz gizli aləmləri ilə tanış edəcəklər. Sonda o yad insan onu həyatının ən mühüm və dəhşətli seçimi qarşısında qoyur. Özü də bir deyil, bir neçə amansız seçim”¦ 

Bu annotasiyanı oxuyan elə biləcəkdir ki, əsərin qəhrəmanı relsler üzərinə uzanan bu şəxs və o yad insandır. Ancaq onların hər ikisi əsas hadisələrin başlanması üçün bir müqəddimədir. Ən dəhşətlisi isə budur ki, onlar baş verən bütün müsibətlərin eyni zamanda da ən böyük qurbanlarıdırlar. Kitabı şəhərimizin bütün kitab mağazalarından əldə edə bilərsiniz. Xatırladaq ki, Rövşən Abdullaoğlunun “Bu Şəhərdə Kimsə yoxdur” romanı 2016-cı ilin ən çox satılan kitabı olub.

Elmin Nuri



Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər