Ərdoğandan yeni əməliyyat PROQNOZU: “Suriya vədlərinə əməl etməsə...”
669
16 Jan 2024 | 20:35

Ərdoğandan yeni əməliyyat PROQNOZU: “Suriya vədlərinə əməl etməsə...”

“Suriyada bizə vədlər verdilər. Əgər onlar həyata keçirilməsə, o zaman yaxın aylarda kim nə deyirsə desin, biz yeni addımlar atacağıq”. 

Bizim.Media xəbər verir ki, bunu  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

“Yeni əməliyyatlarla biz əsgərlərimizin ölümündə günahkar olanları məsuliyyətə cəlb etməklə yanaşı, gələcəyimizi də təmin edəcəyik.

Onlar ya bizimlədirlər, ya da bizə qarşıdırlar. Boz sahə yoxdur. Səssiz qalmağa da vaxt yoxdur”, - deyə Türkiyə prezidenti bildirib.

Bizim.Media
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər