Xəbər lenti
20/08/2019 [23:37]:
İrəvan xanının nəticəsi Azərbaycanda - Rəsmi İrəvanı ifşa etmək üçün tarixi şans...
20/08/2019 [23:15]:
Tramp Pompeonun müavinini Rusiya səfiri təyin etmək istəyir
20/08/2019 [23:01]:
İraqda hərbi aviabazada yanğın baş verib
20/08/2019 [22:32]:
Adını göylərə, ruhunu dənizə yazmış - RƏŞAD
20/08/2019 [22:17]:
1 dəqiqə ərzində dünyada nə baş verir? – 250 uşaq dünyaya gəlir, 116 nəfər evlənir
20/08/2019 [22:06]:
Etibar Pirverdiyev işlətdiyi adamların pulunu vermir- KÖÇKÜNLƏR "AZENCO"DAN PREZİDENTƏ ŞİKAYƏT EDİR
20/08/2019 [22:00]:
Kokain kralının şahzadəsi – Eskobarın qızı haradadır?
20/08/2019 [21:58]:
Özbəkistan “üzən məzənnəyə” keçdi, dollar kəskin bahalaşdı
20/08/2019 [21:48]:
Rusiya hərbi poliqonunda sirli partlayış: nüvə monitorinq stansiyaları müəmmalı şəkildə susur...
20/08/2019 [21:42]:
“Bizə qardaşımız lazımdır, hadisənin necə baş verməsi yox, qanayan yaramıza duz səpilməsin”
20/08/2019 [21:35]:
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
20/08/2019 [21:29]:
Bakıda ana və balanı yük maşını vurub
20/08/2019 [21:27]:
Qubada baş vermiş meşə yanğınları söndürülüb
20/08/2019 [21:18]:
Qubada 50 hektar taxıl sahəsi yandı
20/08/2019 [20:47]:
Son uçuşları cənnət olan pilotlarımız... - FOTOLAR
20/08/2019 [20:43]:
Putin Makronun arvadına tərif yağdırdı - VİDEO
20/08/2019 [20:41]:
Türkiyə ordusu İraqın şimalındakı PKK mövqelərini bombaladı
20/08/2019 [20:24]:
Tramp 10-cu dəfə baba oldu - FOTO
20/08/2019 [20:24]:
“Qaçqınkom” sədri bu dəfəki qəbulda 40-dan çox vətəndaşı dinlədi
20/08/2019 [20:21]:
"Azərbaycana qarşı çirkin kampaniya satılmış müxalifət təmsilçiləri tərəfindən aparılır"
20/08/2019 [20:18]:
Putini təhqir edən jurnalist işdən qovuldu
20/08/2019 [20:06]:
"Adətən, cinayəti balaca adamların boynuna yıxırlar, əsl günahkarlar kənarda qalır..."
20/08/2019 [19:57]:
Nazirlikdən "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab: "Heç bir əsasa söykənmir"
20/08/2019 [19:47]:
DİM Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələrini elan etdi
20/08/2019 [19:43]:
BDU rektoru İsrailin Holon Texnologiya İnstitutunda görüşlər keçirib
20/08/2019 [19:25]:
Orxanın atası: "Oğlumu ustalıqla, fəhləliklə böyütmüşəm, pis ata olmamışam"
20/08/2019 [19:17]:
Tolik: "Sevda təyyarədə elə qışqırırdı ki..."
20/08/2019 [19:11]:
Roza Zərgərli: "Nadirin oxumağını kəsin, heç kimə lazım deyil"
20/08/2019 [19:04]:
Paşinyan kəndçini özünə müşavir təyin etdi
20/08/2019 [19:02]:
Hirkan Milli Parkında yanğının söndürülməsinə iki helikopter cəlb edildi - FOTO/VİDEO
20/08/2019 [18:58]:
Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir
20/08/2019 [18:54]:
“Qarabağda azərbaycanlılardan quş tüfənglərini də yığdırırdı- indi qəhrəmanlıqdan danışır...”
20/08/2019 [18:53]:
İtaliyanın baş naziri istefa verdi
20/08/2019 [18:51]:
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupu ilə görüşdü - FOTO
20/08/2019 [18:48]:
"Demokratiyanın beşiyi"ndə müsəlman restoranını “gülləbaran” etməklə hədələdilər...
20/08/2019 [18:46]:
Qubada 10 yaşlı uşaq dəm qazından boğularaq öldü
20/08/2019 [18:30]:
Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi
20/08/2019 [18:26]:
“Azərbaycan diversantları o vaxt bizim bir postumuzu ələ keçirdi...” - Kəşfiyyat rəisi olmuş Karapetyan
20/08/2019 [18:22]:
Müğənnidən attestatsız universitetə qəbul olan tələbəyə JEST: Təhsil haqqını mən verəcəm
20/08/2019 [18:18]:
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
20/08/2019 [18:12]:
“Onun səsləndirdiyi fantastik ideyalar insanları qıcıqlandırır, çünki...”
20/08/2019 [18:05]:
Aktrisadan tənqidlərə cavab: "Əcəb edirəm, baxmayın" - FOTOLAR
20/08/2019 [17:57]:
Braziliyada silahlı şəxs sərnişinlərlə dolu avtobusu girov götürdü
20/08/2019 [17:54]:
AMEA-nın əməkdaşından yeni bəstə: "Adın gəlir ürəyimə" - VİDEO
20/08/2019 [17:52]:
Sevgilisini özündən 30 yaş kiçik qıza dəyişdi - FOTOLAR
20/08/2019 [17:47]:
"Ürəyim sıxılan kimi ərim ilə sevişirəm" deyən model çılpaq halda... -FOTO
20/08/2019 [17:43]:
5 aylıq körpəsini pəncərədən atmaq istədi - QORXUNC... + VİDEO
20/08/2019 [17:43]:
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
20/08/2019 [17:39]:
Vilayət Eyvazov: "Müvəqqəti saxlama yerləri video nəzarət və təhlükəsizlik avadanlıqları ilə təmin olunub"
20/08/2019 [17:38]:
Ağdaşda nikah yaşına çatmamış üç qız hamilə qalıb: üçü də subaydır
20/08/2019 [17:31]:
Gənc qadın metroda anidən dizlərinin üzərinə çökdü və ... - MARAQLI
20/08/2019 [17:21]:
Ermənistanda “Sibir yarası” yayıldı
20/08/2019 [17:13]:
Çimərlikdən 40 kiloqram qum götürən cütlüyə həbs şoku - MARAQLI
20/08/2019 [17:02]:
5 metrlik əl heykəli şəhər sakinlərinin kabusuna çevrildi - FOTO
20/08/2019 [16:48]:
Biri 24, digəri 34 yaşında canına qıydı...
20/08/2019 [16:40]:
"Bu yaşıma ən böyük hədiyyəm nəvəm oldu..."
20/08/2019 [16:38]:
Ölü doğuş keçirdiyi üçün 30 il cəza alan gənc qıza bəraət verildi - FOTO
20/08/2019 [16:37]:
Dişini çəkdirmək istəyən adam gözünü də itirdi - FOTO
20/08/2019 [16:35]:
Çingiz xanın çadırına zəncirlənən qadın sultan - TARİXİ FAKT
20/08/2019 [16:30]:
Millimizin sabiq baş məşqçisi İbrahimlə İbrahimoviçi qarışdırdı - VİDEO
20/08/2019 [16:28]:
Yol polisi və Ekologiya Nazirliyi Bakıda reyd keçirir - FOTOLAR
20/08/2019 [16:27]:
Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi
20/08/2019 [16:26]:
Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək
20/08/2019 [15:56]:
Prezident futbol klubu sahibindən maliyyə dilənir: Hələ belə şey olmamışdı...
20/08/2019 [15:55]:
Nüvə müharibəsi 10 illik “nüvə qışı” vəd edir –Alimlərdən Rusiya və ABŞ-a çağırış
20/08/2019 [15:53]:
Səfir hücuma məruz qalıb –Özü xəsarət alıb, saatı oğurlanıb
20/08/2019 [15:50]:
Ali məktəblərdə boş qalan yerlərlə kolleclərə keçirilən müsabiqə… –Cavablar elan olundu
20/08/2019 [15:26]:
“Onlar lüt soyunur, seksual xarakterli cinayətlər edir, xüsusi amansızlıqla qətllər törədirlər” - MÜSAHİBƏ
20/08/2019 [14:56]:
Saakaşvili: "Qarabağ Azərbaycandır!"
20/08/2019 [14:55]:
258 məhkum həbsdən qaçdı- ÖLKƏ ŞOKDA...
20/08/2019 [14:47]:
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
20/08/2019 [14:20]:
Bakıda kirayə evlər ötən aydan bahalaşıb
20/08/2019 [14:14]:
Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb
20/08/2019 [13:56]:
Düşmən Lələtəpədə itirdiyi əzalarını Avropada axtarır: Kimi əl, kimi ayaq həsrətində...
20/08/2019 [13:53]:
"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır
20/08/2019 [13:50]:
Şabrandakı yanğınla bağlı 7 nəfər xəstəxanalıq oldu
20/08/2019 [13:33]:
Şüşədəki əlli illik məktubun sahibi tapıldı- MARAQLI...
20/08/2019 [13:24]:
Göyçə gölü poliqona çevrildi: Düşmənin qadını da, uşağı da güllə atmaqda yarışır...
20/08/2019 [13:23]:
Obama, Zukerberq və Geyts Ermənistana gedir
20/08/2019 [13:21]:
Nursultan Nazarbayev bəstələdiyi mahnı üçün klip çəkdirib - VİDEO
Bütün arxiv bir sırada
14/04/2017 [10:14] - Siyasət - ( 3586 dəfə baxılıb)

Solovyov, Petruşka və acı Qarabağ həqiqəti...



Ondan başlayım ki, məni bu yazını yazmağa Rusiyanın ermənipərəst jurnalisti Vladimir Solovyov sövq elədi. Daha dəqiqi, onun ölkə prezidentiylə söhbətdən sonra verdiyi müsahibəsini dinləyəndə xeyli vaxtdı fikrimdən çıxmayan, neçə dəfə yazmağa qalxsam da, qaralaya bilmədiyim bir görüş təəssüratımı yazmağa qərar verdim.

***

Praqaya gəlib ona zəng vurmasaydım, ayıb olardı. İyirmi ilin dostluğu öz yerində, bu may yetmiş yaşı olacaq. Dedim, gəlmişkən görüşüb təbrik də edim.

“İndi televiziyada çəkilişdəyəm, saat 6-də görüşək”. Zəngimə sevincək belə cavab verdi. Vədələşdiyimiz vaxt Francouzska 4 ünvanındakı “Retro” kafesinə gəldim.

Petruşka Şustrovanı Azərbaycanda tanıyan az deyil. Dəfələrlə konfranslarda, seçki müşahidələrində olub. Həmişə onu dostlara necə təqdim etmişəm, elə sizə də o sözlərlə tanıdım: “Keçmiş siyasi məhbus, çex dissidenti, məşhur “Xartiya 77” hərəkatının fəalı, Vaslav Havel hökumətinin ilk daxili işlər komendantı, jurnalist, tərcüməçi, beş uşaq anası”.

Papirosunu çıxaranda görüş üçün niyə məhz buranı seçdiyini anladım ”“ adı kimi özü də retrodu kafenin, tüstülətməyə icazə var burda.

Praqada yaşayan jurnalist dostum Rövşən Əliyev məni onunla baş-başa qoyub getdi. “Nə vaxt istəsən, zəng elə, gəlim”. Səhərə yaxın aeroporta o aparacaqdı məni.

Bir-birimizdən hal-əhval tutduq, ailəmi xəbər aldı, İsveç həyatına öyrəşə bilib-bilmədiyimi soruşdu. Sonra ümumi dostlarımızdan tutmuş Avropaya miqrant axınıncan, Milan Kundera ədəbiyyatından Bakıda seçki məntəqəsindəki “qonaqlıq” məcarəmızacan müxtəlif mövzuda söhbət elədik.

Yeri gəldi, deyim, Petruşka ilə bağlı bir vaxt yazdığım “Açılmayan süfrənin qonağı” adlı yazımda seçki məntəqəsindəki o acı gülüş dolu olayın da təsvirini vermişəm. Maraqlı hadisəydi, bloqumda var, istəsəniz oxuyarsınız.

Təzə yazdıqlarımla maraqlandı. “Ozonovie lyudi” adlı rusca kitabım hazırdı, nəşr olunsa, sənə də göndərərəm”, dedim.

Yeni tərcümələrini xəbər aldım. Nəşriyyatlardan sifarişlərin azalmasından gileyləndi. Son çevirməsi “Holokost və başqa soyqırımlar” (“The Holocaust and Other Genocides”) adlı kitabmış. Təqdimata erməni diasporundan xeyli adam da gəlibmiş. Kitabın nəşrini Praqada tort bişirən bir erməni şirkəti maliyyələşdiribmiş.

Papirosunun üstündəki yazıya diqqət kəsildiyimi görəndə pis iş tutan uşaq baxışına bənzər bir baxışla məni süzdü, sonra məsum təbəssümlə dedi: “Sənin Şuşana getmişdim. Ötən həftə qayıtmışam”.

”¦Hələ səkkiz il qabaq Çexiya televiziyasının sifarişiylə Qarabağdan bir film çəkmək üçün Bakıya gəlmişdi. Qaçqın düşərgələrinə səfərə, adamlarla görüşün təşkilinə kömək etmişdim. Növbəti süjetləri çəkmək üçün Ermənistana, Qarabağa gedəndə xəritədə xeyli yer göstərib demişdim, imkan edə bilsə dəysin. Hamısına getmişdi, Ağdamdan, Şuşadan, Vəngdən, başqa yerlərdən fotolar çəkib göndərmişdi. Yazdığı “Boz dağlar qurtaran yer” adlı yazısını dilimizə çevirib dərc eləmişdik.

Bu dəfə isə “Bloqqerlər təhlükəsizlik haqda” adlı bir konfransa dəvət edibmişlər. Tədbir çərçivəsində Stepanakert universitetində tələbələrlə, qurama rejimin başçısı Bako Saakyanla, yerli QHT-lər və mətbuatla görüşübmüş. Onu Talış kəndinə də aparıbmışlar. Aprel döyüşlərindən danışıbmışlar. Azərbaycan ordusunun içində 50 min balıq olan vətəgəni dağıtdığını ona ürək ağrısıyla deyibmişlər. Onu da deyibmişlər ki, Qarabağda olan siyasi azadlıqlar nə Ermənistanda, nə də Azərbaycanda var.

Petruşka belə təqdimatlar üçün kifayət qədər tərcübəlidi. Bunların təbliğat üçün deyildiyini göydə tutubmuş. Mənə onun müşahidələri maraqlıydı deyə suallar verirdim, 8 ildə nələrin dəyişdiyini soruşurdum.

“Xeyli fərq, inkişaf gördüm. Əvvəl Şuşa ölü şəhər kimi gəlmişdi mənə. İndi tikilir, canlanma var. Stepanakertdə adamlar gecə yarıyadək küçələrdən yığışmır. Ordan Şuşaya kanat yolu çəkməyi planlayırlar. Şuşada səni xatırladım”.

Stolun üstündəki qutudan bir siqaret götürdüm. “Dizak” adlı erməni siqaretiydi. Bako Saakyan bağışlayıbmış ona. On ildi tərgitmişdim, birini yandırdım, tüstüsünü sinəmə çəkdim. O danışdıqca içim sızıldayırdı, tüstü də bir başqa cür göynətdi.

“Referendum keçiriblər. İndi Qarabağı Artsax adlandırırlar. Ora bir dövlət qurumu kimi diasporun hesabına yaşayır. Erməni diasporu güclüdü, varlıdı, milli məsələdə çox fəaldı. ”¦Oranı geri almaq sizə asan olmayacaq. Azərbaycanın siması ilbəil pisə doğru dəyişir. Avtoritarizmə yönəlik hər addım sizi Qarabağdan uzaqlaşdırır. Demokratik ölkə qura bilməsəniz kimsə orada yaşamaq istəməyəcək. Beynəlxalq ictimaiyyət sizi dəstəkləməyəcək. ”¦Hərdən Bakıya getmək istəyirəm. Amma düşünürəm, kimin yanına gedim, elə hey eşidirəm dostlar ya həbs olunur, ya ölkədən gedir”.

Bu sözlərin ağırlığını bütün vücudumla duyurdum. Qarabağ mövzusunda çox söhbətimiz olub, beynəlxalq tədbirlərdə həmişə onu yanımda görmüşəm.

İndi isə elə bilirdim, qarşımdakı başqa adamdı. “Əğyara meyl salmış yar” kimiydi o axşam dostum.

“Başa düşürəm, müharibədə hər şey olur, amma balıqlar”¦”. Ölmüş balıqlardan elə ürək ağrısıyla danışdı ki.

“Gedəcəyindən xəbərim olsaydı, bir xahiş edərdim. Səndə balıqlara rəhm yaradan o “əzabkeş”lərdən icazə alıb Dilqəmə, Şahbaza baş çəkərdin. Onların tək günahı ana qəbrini ziyarət etmək, yurda baş çəkmək idi. Neçə ildi işgəncə verirlər”.

Mənim qəlb qırmaq adətim yoxdu, illah da dost qəlbi. Kinayəm xətrinə dəyərdi deyə demədim o sözləri. Eləcə susub gözünə baxdım.

Üzümdə nə oxudu, bilmədim. Bu söhbətlə məni nə qədər yüklədiyini fərq etdi yəqin, mövzunu dəyişdi.

Onun sonrakı söhbətləri Qarabağı başımdan çıxarmaq üçün idi. Amma dediyini demişdi.

Daha otura bilmirdim, havaya çıxmaq istəyirdim. Rövşənə zəng vurmağa bəhanə gəzirdim. Dadıma ofisiant çatdı, kafenin bağlandığını dedi.

Petruşkayla görüşüb ayrıldıq. Getmək istəmirdi, Rövşən gələnədək gözləməyə təkid edirdi. Qoymadım, “soyuqdu, gecdi”, dedim. Metroyacan ötürdüm. Arxasınca baxanda elə bildim ki, onu son dəfə görürəm və bir dost kimi artıq itirirəm. Niyə bu ovqata köklənmişdim, kəsdirə bilmirdim. Onun dediklərinin həqiqət olduğuna bir zərrə belə şübhəm yox idi. Qarabağın yolu azad, ədalətli, hüquqların qorunduğu Azərbaycandan keçir fikrini neçə ildi elə özüm demirəmmi, yazmırammı?

Qarabağı mənə Petruşkamı qaytaracaqdı!

Bəs içimdə qırılan nə idi?

Şəxsi dostluq bir yana Çexiya siyasi, ictimai, ədəbi dairələrində kifayət qədər nüfuzu olan bir adamı Azərbaycan adına itirmək ağır gəldi mənə. Tərcümə sifarişləri kəsilən bir vaxtda bir erməni sponsor təkliflə ortaya çıxır, dünya soyqırımlarından bəhs edən bir kitabın tərcümə və nəşrinə pul ayırır. Sonra onu hörmət-izzətlə Qarabağa dəvət edirlər (“müasir Çexiyanın qurucularından biri, əfsanəvi Petruşka Şustrova” epitetləriylə vəsfini internetdə sonra oxuyacaqdım), “Qarabağ həqiqətləri”ylə tanış edirlər.

Buna görə onu niyə qınamalıyam? Qınayırammı?

Tək bizimki deyil ki, ermənilərin də “Qarabağ həqiqətləri” var. Amma bizdən fərqli olaraq, bu işi pul silmək, gözdən pərdə asmaq, baş qatmaq, fikir yayındırmaq xatirinə yox, milli ideya, millət naminə edirlər.

Petruşkanı deyil, özümü, özümüzü qınayıram!

”¦Rövşən uçuşa qədərki vaxtı kazinoda keçirməyi məsləhət gördü. “Oynamaq mütləq deyil”, dedi. “Banco” adlı kazinoya gəldik. Gözəgəlim xidmətçi qız qəhvə gətirdi. Tələbəlik dostum Rövşənlə neçə saatsa söhbət elədik. O, tək istedadlı redaktor, savadlı jurnalist yox, həm də maraqlı həmsöhbətdi. Amma bu söhbətlər də Petruşkadan aldığım acını unutdurmadı.

Kazinolarda saat olmur, müştərilər vaxtı bilməsinlər deyə. Qumar da şeytangöz gözəl kimidi ”“ şirnikləndirir. Bizsə oynamırdıq, söhbət edirdik. Başqa bir xidmətçi qız pulsuz viskiyə qonaq elədi məni. Sən demə, bunun bir anlamı da o imiş ki, kazino oturub vaxt öldürmək yox, qumar oynamaq yeridi. Bunu dərk edəndə, dedim: “Çıxaq. Apar məni aeroporta, səhərəcən qalmağının mənası yoxdu”. Rövşən də məni tək buraxmaq istəmirdi. İsrar elədim.

”¦Aeroportun nəhəng boş zalında tək-tənha oturub Petruşkanın dediklərini, bir də məni oyuna şirnikləndirən kazino gözəlinin kinayəli baxışını xatırlayırdım. Hər ikisi mənə məğlubiyyət hissi yaşadırdı.

Ağırdı uduzmaq duyğusu! Fərq etməz, döyüşü uduzursan, yoxsa bütöv ömrü, ya da bir gecəlik kazino qumarını”¦

Telefonda internetə girib “The Holocaust and Other Genocides” kitabını axtarışa verdim. Öyrəndim ki, onu 2012-ci ildə Amsterdam universiteti nəşr edib. Kitabın “Erməni soyqırımı. 1915” adlı bölümünü isə universitetin türk doktorantı Uğur Üngör (!) yazıb.

Xəyalımda o kitabın çex dilində nəşrini maliyyələşdirən Praqadakı tort bişirmə sexinin erməni sahibini canlandırmağa çalışdım. İçi mən qarışıq yüz minlərlə azərbaycanlı diaspor üzvündən daha vətənpərvər bir insan gözümün önünə gəldi. Türkün əliylə yazılan erməni soyqırımı kitabını nüfuzlu çex xadiminə çevirtdirib Avropanın göbəyində nəşr etdirın balaca bir tort bişirmə sexinin sahibi.

Çexiyanın başqa bir şəhərində ”“ Karlovı Varıda sahibi azərbaycanlılar olan neçə-neçə hoteli də xatırladım. Üç il əvvəl göstərmişdilər mənə”¦

***

Təyyarə qara-qura buludları yarıb göy üzünə can atırdı. Elə bil məni bütün varlığımı sarmış qaramat bir dünyadan çıxarmağa tələsirdi. İndi aşağıda ağappaq bulud okeanı, yuxarıda isə göyün sonsuz ənginliyi vardı. Bir də Günəş.

Günəşə elə sevindim ki, uşaq anasına sevinən kimi.

Bu füsunkar mənzərəyə baxa-baxa hiss elədim ki, insanların azad, firavan yaşadığı ölkə qurmağa, Qarabağı məhz belə bir ölkəyə qaytarmağa olan yorğun ümidim hələ qırılmayıb və son nəfəsimədək mənlə olacaq!

Qarabağ bülbülləri “solovey” ləhcəsiylə cəh-cəh vursa da”¦

P.S. Evə çathaçatda yadıma düşdü ki, Petruşkanın 70 yaşını təbrik etməyi unutmuşam”¦

Vahid Qazi
Aprel 2017
Karlskrona, İsveç

loading...
loading...
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
“Onun səsləndirdiyi fantastik ideyalar insanları qıcıqlandırır, çünki...”
Cəmiyyət
Şüşədəki əlli illik məktubun sahibi tapıldı- MARAQLI...
Gündəm
Göyçə gölü poliqona çevrildi: Düşmənin qadını da, uşağı da güllə atmaqda yarışır...
Cəmiyyət
"O, muğama özüylə yeni bir era gətirdi..."
Dünya
Türkiyə qadınların təhsil səviyyəsinə görə ilk onluqda: Bu reytinqdə ABŞ-ın heç adı da yoxdur...
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
“Sənin ərin hara baxır?” - Müğənni aləmi bir-birinə qatdı -FOTOLAR
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
“Naxçıvanın Günnüt ərazisi də özümüzün idi, ora işğal olunmamışdı ki, sadəcə..."
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
“Bu, düşmənə ciddi xəbərdarlıqdır” – “Güzəşt olmayacaq!”
Dünya tarixində bu silahı ilk dəfə Türkiyə tətbiq etdi və...
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)