Xəbər lenti
14/10/2019 [20:43]:
“Azərbaycan “Sülh çeşməsi”nin təcrübəsini öyrənir” – “Türk ordusunun hərəkət sürəti xüsusilə maraqlıdır”
14/10/2019 [20:11]:
Oğurluq edən şübhəlidən maraqlı özünümüdafiə: "Sevdiyim qız üçün etdim"
14/10/2019 [20:06]:
ADU-nun rektoru Fransa səfiri ilə görüşüb
14/10/2019 [20:04]:
"Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur..."
14/10/2019 [20:01]:
Hadi Rəcəbli DSMF ilə bağlı açıqlamasına aydınlıq gətirdi
14/10/2019 [19:57]:
Xaçmaz polisində sakinlərlə görüş keçirildi
14/10/2019 [19:52]:
“İşsizin dostu” proqramına kimlər cəlb olunub?
14/10/2019 [19:50]:
BMqT-nın nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində işgüzar görüş keçirdilər
14/10/2019 [19:49]:
Ermənilər Pənah xanın sarayında oğurladıqları xalçalarımızın sərgisini keçirdi... – FOTOLAR
14/10/2019 [19:47]:
UNEC tələbələri elmi tədqiqat məqalələrinə görə pul mükafatı qazanıblar
14/10/2019 [19:41]:
"İndi biz altı dövlət, tək millətik" - Ərdoğan Bakıda yeni hədəfləri açıqladı...
14/10/2019 [19:41]:
ABŞ Çin mallarına yeni rüsumlar tətbiq edə bilər
14/10/2019 [19:27]:
Seks robotlarını insanlardan ayırmaq mümkün olmayacaq - MARAQLI
14/10/2019 [19:14]:
II Yelizaveta: “Hökumətin prioriteti oktyabrın 31-də Britaniyanın Aİ-dən çıxmasını təmin etməkdir”
14/10/2019 [19:03]:
Azərbaycan Prezidenti Macarıstanın Baş Naziri ilə görüşüb
14/10/2019 [18:47]:
Əlil hərbçilər idman mərkəzlərindən qovulur: “Dünən də yük idiniz, bu gün də!”
14/10/2019 [18:45]:
“Bir millətin iki mediası, iki diasporu ola bilməz” – Əli Həsənov
14/10/2019 [18:38]:
Komitə sədri: "Konstantin Zatulinin Dağlıq Qarabağa qanunsuz səfəri təxribat xarakteri daşıyır"
14/10/2019 [18:35]:
Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: “Atdığımız addımdan vaz keçməyəcəyik”
14/10/2019 [18:34]:
Körpə çəkisiylə hamını şoka saldı -Sumo güləşçisinə bənzəyir+FOTOLAR
14/10/2019 [18:23]:
Tramp: "Türkiyəyə qarşı böyük sanksiyalar gəlir"
14/10/2019 [18:20]:
Türkiyə Prezidenti: “Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz”
14/10/2019 [18:19]:
Türkiyə Prezidenti: “Yoxsa bu terror təşkilatlarını NATO-ya üzv qəbul elədiniz, mənimmi xəbərim olmadı?”
14/10/2019 [18:17]:
Ərdoğan “Barış bulağı” hərəkatına dəstək verdiyinə görə Azərbaycana təşəkkür edib
14/10/2019 [18:16]:
6 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb
14/10/2019 [18:15]:
İllərdir axtardığı bacısı qapı qonşusu çıxdı- MARAQLI...
14/10/2019 [18:02]:
Rusiyada şəhər meri qəzada öldü
14/10/2019 [17:59]:
53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib
14/10/2019 [17:53]:
İyirmi yaşlı qız səkkiz ay boyunca fasiləsiz yatdı- SƏBƏB...
14/10/2019 [17:46]:
İcma rəhbəri: "Ermənistan öz qanlı cinayətlərini ört-basdır etməyə cəhd göstərir"
14/10/2019 [17:43]:
Macarıstanın Baş naziri Azərbaycana gəldi
14/10/2019 [17:42]:
Pavel Klaçkov: "Prezident Ərdoğan söz üçün cibə girmir"
14/10/2019 [17:41]:
Ərdoğan: “Türkiyə və Azərbaycan türklərinin dəf edə bilməyəcəkləri maneə yoxdur”
14/10/2019 [17:20]:
Tanınmış müğənnimizin analığı qocalar evində: “Cəhənnəmdən cənnətə düşmüşəm”
14/10/2019 [17:15]:
Prezident Azərbaycan və Rusiya əməkdaşlığı ilə bağlı fərman imzaladı
14/10/2019 [17:11]:
Nursultan Nazarbayev Azərbaycana gəldi - FOTO
14/10/2019 [17:09]:
Tarix İnstitutu Çinin Dünya Tarixi İnstitutu ilə müqavilə imzaladı - FOTOLAR
14/10/2019 [17:05]:
Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi
14/10/2019 [17:02]:
Əli Həsənov: "Haqq işində Azərbaycan Türkiyənin yanındadır”
14/10/2019 [16:53]:
Rəsmi Bakı Zatulinin cavabını verdi
14/10/2019 [16:43]:
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
14/10/2019 [16:35]:
Türkiyə Prezidentinin sözçüsü: “Hədəfimizə çatana qədər durmayacağıq”
14/10/2019 [16:28]:
Putin 12 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanında...
14/10/2019 [16:22]:
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib -FOTOLAR
14/10/2019 [16:20]:
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəldi - FOTO
14/10/2019 [16:19]:
Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə müzakirə apardı
14/10/2019 [16:14]:
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəldi
14/10/2019 [16:12]:
Dövlət Baxçalı yeni görkəmdə - FOTOLAR
14/10/2019 [16:11]:
Günəşin doğmadığı, qadınlara isə doğuş qadağasının olduğu qəribə ada... - FOTO
14/10/2019 [16:08]:
Aprel şəhidlərinin övladları "Qarabağ"ın düşərgəsində - VİDEO
14/10/2019 [16:06]:
Məşhur müğənni evində ölü tapıldı
14/10/2019 [16:03]:
İlham Əliyev Ərdoğanla görüşdü - FOTOLAR
14/10/2019 [16:02]:
Qazaxda bir ailə qəzaya düşüb, 4 nəfər xəsarət aldı
14/10/2019 [15:59]:
Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqladı
14/10/2019 [15:52]:
Gəncədə yolu keçən üç qadını maşın vurdu
14/10/2019 [15:50]:
Əli Əhmədov: "Prezident İlham Əliyev Ermənistan dövlətinin apardığı təhlükəli siyasəti ifşa etdi"
14/10/2019 [15:44]:
Türkiyə Prezidenti Azərbaycana gəldi - FOTO
14/10/2019 [15:41]:
Əməliyyat olunan Koçaryanın səhəti barədə xəbər var
14/10/2019 [15:38]:
Rusiya Azərbaycanlıları İttifaqının Dövlət Dumasının deputatı K.F.Zatulinin növbəti təxribatı ilə əlaqədar bəyanatı
14/10/2019 [15:30]:
Elmar Məmmədyarov Qarabağla bağlı dəstəyə görə Türk Şurasına təşəkkür etdi
14/10/2019 [15:26]:
Gürcü nazir: “Azərbaycanla Gürcüstan arasında həlli mümkün olmayan məsələ yoxdur”
14/10/2019 [15:16]:
"Məqsədim Kremençukda yaşayan azərbaycanlı gəncləri birləşdirməkdi" -Təbriz Hüseynzadə
14/10/2019 [15:09]:
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir - YENİLƏNİB + FOTOLAR
14/10/2019 [15:06]:
Vamiq Məmmədəliyev: "Haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi"
14/10/2019 [15:01]:
Ərindən boşanmasını paraşütlə tullanaraq qeyd etdi - MARAQLI...
14/10/2019 [14:54]:
Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi - ŞƏRH
14/10/2019 [14:53]:
Qlobal yoxsulluqla mübarizə apranlar Nobel Mükafatı qazandı
14/10/2019 [14:51]:
Yasamalda silahlı insident oldu
14/10/2019 [14:50]:
“Siz terrorçuların, yoxsa NATO üzvü olan Türkiyənin yanında olmalısınız?” - Ərdoğan
14/10/2019 [14:49]:
Nazir saxta yolla əlil statusu alanlardan DANIŞDI: “Onların kateqoriyası müxtəlifdir”
14/10/2019 [14:47]:
Azərbaycan Prezidenti: “Qazaxıstanla münasibətlər çox müsbət istiqamətdə inkişaf edir”
14/10/2019 [14:44]:
“ABŞ-da demokratik normalardan uzaq gizli dərin hökumət yaradılıb...”-VİDEO
14/10/2019 [14:41]:
Prezident İlham Əliyev professor Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14/10/2019 [14:39]:
Sosial şəbəkə istifadəçilərinin boşanma səbəbləri: “Toydan bir həftə sonra məni vurdu”, “İşləmə”
14/10/2019 [14:37]:
Türk qırıcıları terrorçuları havaya uçurdu - anbaan VİDEO
14/10/2019 [14:20]:
Üç İsa- YUNUS OĞUZ YAZIR
14/10/2019 [14:13]:
"Dünyanın ən bahalı ətirini vururam, heç vaxt mazut iyi gələnin yanında oturmaram" - VİDEO
14/10/2019 [14:10]:
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir
14/10/2019 [14:07]:
Bakıda ağır qəza: qırmızı işıqda keçdi, iki maşınla toqquşdu - ANBAAN VİDEO
14/10/2019 [14:04]:
“Prezident mübarizəni həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi”
Bütün arxiv bir sırada
18/04/2017 [10:26] - Cəmiyyət - ( 1572 dəfə baxılıb)

Şəhid anası: "Darıxmışam..."

Gözümün nuru, bu gün yoxluğunun 23 ilini qeyd edirik...


Bu 23 ildə mənim üçün uşaq idin. İndi, həsrətin boy atıb sən boyda olanda anlayıram nə qədər böyük olduğunu... Sənsizlik belimi bükəndə başa düşürəm nə qədər güclü olduğunu... Sanki indi başa düşürəm ki, mən tək övlad yox, qos-qoca bir OÄžUL itirmişəm... Dayağım, arxam, ümidim, OÄžUL...

23 ildir səni görməyə eyni yolu gəlirəm... Şəhidlər Xiyabanında yüzlərlə məzar... Hamınız bir boyda, bir biçimdə... Heç adını oxumadan, şəklinə baxmadan ayaqlarım gəlib düz qarşında dayanır... Məni ora çəkib gətirən sehrini duyduqca anlayıram nə qədər əzəmətli olduğunu...

Məzardan mənə küskün baxışlarla baxırsan... Atana dediyin son sözlərini xatırlayıram. 1994-cü ildə, o məşum hadisədən beş gün öncə cəbhəyə, səni görməyə gələn atana “Səndən küsmüşəm, ata! Hamınızdan incimişəm, Ağdamsız necə yaşaya bilirsiniz?” demişdin... Məni bağışla oğul, MƏN SƏNSİZ YAŞADIM...

23 il əvvəl zəng edib dediyin sonuncu sözlərin bu günə qədər də qulağımdadır: “Ana, arada vaxt edib gələcəyəm...” O vaxtdan GÖZLƏYİRƏM...

Oğul, yaxşı bilirəm ki, bir neçə günlük icazə almışdın, evə gələcəkdin, dostlarına “iki gün də qalım, sonra gedərəm” demisən... Həmin ikinci günü səhər yuxudan qanıqara oyanmısan... “Pis yuxu gördüm” demisən... Yuxunu danışmısan, dostların “ömrün uzanıb” deyərək, yozublar sonuncu yuxunu... “Yox, mən öz yuxumu görmüşəm... Özümə görə narahat deyiləm, onsuz da könüllü döyüşə gələndə hər şeyi gözə almışdım. Amma ata-anamı düşünürəm, necə olacaqlar...? Bir də... Bir də axı hələ Ağdamı azad etməmişik... Bəs MƏNİ HARADA DƏFN EDƏCƏKLƏR...?” demisən...

Ağdamın işğalı ilə barışa bilmirdin... Təhsilini yarımçıq qoyub, könüllü döyüşə yollananda qabağına keçib, “getmə” dedim. Elə təmkinlə, müdrikcəsinə “Ana, yolumun üstünə danışma, qoy gedim!” dedin ki, qorxumdan susdum... Dilim-ağzım qurusun, uşağa bir şey olar dedim... Sonra israrla geri qayıtmanı istədikcə atan hər dəfə “yurdumuz işğal olunub, bizim oğlumuz da döyüşməsə kim döyüşəcək” dedi...

Oğul, bilirəm ki, son döyüşündə... 1994-cü ilin 18 aprelində ermənilərin qəfil hücumu vaxtı siz postda 25 nəfər olmusunuz... O qanlı döyüşdən cəmi dörd nəfər sağ çıxa bilib... 21 oğulun isə xəbəri gəldi... 21 igidin xəbərinin cəmi bir kəlməyə sığışdırıldığını bilirsənmi? Bu bir kəlmə ilə 21 evin çırağı söndü... 21 ata oğul tabutu üçün yollara çıxdı... 21 ananın gözü yollara dikildi ”“ gəlin gözləyəcəyi vaxtlarında oğul cənazəsi gözləyirdilər, bilirsənmi...? Yolunu düz 43 gün gözlədim oğul, 43 gün... Bilirsənmi...? Səni iyunun 1-də torpağa tapşırdıq...

21 ailədən ancaq bizim evə gəldi o cənazə... bilirsən? O biri 20 döyüşçünün nəşini isə geri vermədilər... Səni mənə göstərmədilər... Atan “özüm baxmışam, Şamildir”, dedi... Həmin o kəlmədən sonra 24 ildə ilk dəfə atanın gözlərində yaş gördüm... Döyüş meydanından 43 gün sonra çıxardılan oğlunun nəşini tanıyan ata körpə uşaq kimi, hönkür-hönkür ağlayırdı... Heç sən körpə olanda belə ağlamamışdın, oğul... Sanki atan sənin də yerinə ağlayırdı... Sualları üst-üstə yağdırırdım: “Balama güllə harasından dəyib...? Necə idi...? Diqqətlə baxdın, yəni doğrudan Şamildir...? Bəlkə sağdır, əsir götürüblər...” Suallarımın heç birinə cavab vermədi... 43 gün savaş meydanında qalan balamın nə halda olduğunu mənə danışmadı... Səni tanımağa gedəndə ikiniz idiniz... Orada gördüklərini sirr kimi özü ilə apardı dünyadan...

Yoxluğu özündən böyük balam! Uca boylum, yaraşıqlım! Gözümün ilki, nakam balam! Bilirsənmi, yoxluğun böyüyüb, evlilik yaşına çatıb... Düz 23 il, səni ilk dəfə qucağıma aldığım o gündən toyunu görməyi arzulamışdım... 23 ildir peşmanam səni tez-tələsik evləndirmədiyim üçün... Bu gün yerində Şamil qoxulu bir balan qalardı... Bilərdim ki, nişanən var...

Bacın, qardaşların böyüyüb, oxuyub, ailə qurdular... Sən isə hələ də tələbəsən... Səni görmək üçün oxuduğun universitetə gələndə həyətdəki qələbəlikdə uşaqların arasından boylanan baxışlarını görüb ayaqlarımı yeyinlədirəm. İzdiham çəkilib mənə yol verir, daşın üzərindən şəklinin mənə baxdığını görürəm...

Oğul, xasiyyətin elə idi ki, gözümdə yaş görmək istəməzdin. Hələ kimsənin yanında ağlamağımı heç özünə sığışdırmazdın. Ona görə də bu 23 ili başımı dik tutmuşam. Sən narahat olmayasan deyə, susmuşam. Göz yaşımı da içimə axıtmışam... Amma indi sənə bir sirr açım ”“ mən ÖLÜMÜNLƏ HEÇ CÜR BARIŞA BİLMİRƏM, oğul...

ÇOX DARIXMIŞAM... Əllərim saçlarını sığallamaq üçün... Qollarım boynuna dolanmaq üçün... Qulaqlarım səsini duymaq üçün darıxıb... Sən bilməzsən oğul, şəhid anasının qolları qurumuş ağac kimidir, illərdir oğluna sarılmır axı...

“Evlən” deyəndə acığın tuturdu ”“ “Ay ana, müharibə, qaçqınlıq, köçkünlük... Evlənmək vaxtıdır?” deyirdin... Amma özümdən asılı deyildi, gözüm dörd bir tərəfdə gəlin axtarırdı... Oğul, bilirsənmi, indi o qızlar... Sənin yaşıdın olan o qadınlar indi Şəhidlər Xiyabanında mənə yaxınlaşıb, “necə dözdün, BİZƏ DƏ ÖYRƏT OÄžUL İTKİSİNƏ DÖZMƏYİ” deyirlər...

Necə dözdüm...? Necə dözdük...?

Bir vaxtlar qaynana gözü ilə oğrun-oğrun baxdığım qızların indi qara yaylıqlarının altından çıxan ağ, yumşaq, sığal qollarına baxıram... Yaxşı bilirəm ki, bir azdan bu qollar heç vaxt üstündə yarpaq cücərməyəcək ağac budağı kimi quruyacaq...

...Oğul, biz burada birtəhər dözəcəyik... Siz də orada... oralarda... yaşasaydınız oğlunuz yaşda olan, amma yaşıdınız olan BALALARDAN MUÄžAYAT OLUN...

Aminə Rəcəbova, Şəhid Şamil Rəcəbovun anası

loading...
loading...
Oğurluq edən şübhəlidən maraqlı özünümüdafiə: "Sevdiyim qız üçün etdim"
"İndi biz altı dövlət, tək millətik" - Ərdoğan Bakıda yeni hədəfləri açıqladı...
Seks robotlarını insanlardan ayırmaq mümkün olmayacaq - MARAQLI
Deputat: “Oğlum hər gün Bakı-Sumqayıt qatarı ilə işə gedib-gəlir”
“Qurani Kərim”in tərcüməçisi əbədiyyətə qovuşdu
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Körpə çəkisiylə hamını şoka saldı -Sumo güləşçisinə bənzəyir+FOTOLAR
Dünya
İyirmi yaşlı qız səkkiz ay boyunca fasiləsiz yatdı- SƏBƏB...
Gündəm
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Cəmiyyət
“Televizor gətirmədiyimə görə ərim məni döydü...”
Cəmiyyət
“Həmin arıçıların bal məhsulları yarmarkanın sonunda özlərinə qaytarılacaq...”
Həftənin ən çox oxunanları
Şəbnəm Tovuzlunun həcisi "tenderlər kralı" Ramazan Mirzəyevlə bağlı sirlər AÇILDI
Tezliklə azadlığa çıxacaq Fədayə üçün BƏD XƏBƏR
Türk ordusunun əsir aldığı terrorçular... - Heç yerdə görmədiyiniz görüntülər - VİDEO
YPG-PKK komandirləri Türk ordusunun qarşısında ağlayırlar – VİDEO
İntim münasibətləri canlandırmaq üçün 5 üsul - EKSPERTDƏN MƏSLƏHƏTLƏR...
Paşinyanın Aşqabad fiaskosu – Putin Nikolu necə aşağıladı – FOTO/VİDEO
Masonlardan Türkiyənin əməliyyatı ilə bağlı - Bəyanat
Mafiya başçısı Azərbaycan nömrəli “Rolls-Royce”la İsmayılovun evinə getdi - VİDEO
“Onların hamısı raketlərlə məhv edilməlidir: Yollar da, körpülər də, mədənlər də...”
Dünyanın ən güclü orduları bəlli oldu - STATİSTİKA...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247