Qarsa gedən "sülh və müharibə qatarı"...
Köşə
Oxunub: 3255
07 Nov 2017 | 17:07
Qarsa gedən
2014-cü ilin qış Olimpiadasının keçirildiyi Soçinin gözəl arxitekturalı yarış arenalarını inşa edən türkiyəli tikinti şirkətləri 2 əsr əvvəl Qafqaz və Qara dənizin vadilərində çar 1-ci Nikolayla döyüşən osmanlı qoşunlarına bənzəyir.Birisinin silahı ağır toplar və tüfəndirsə,o biriləri çəkic və mala ilə Günəş altındakı yeri ələ keçirməyə çalışırlar.
İlk baxışda,aparılan parelel yersiz görünə bilər.Çünki orduların təyinatı başqadır.Onlar dağıdır,yerlə-yeksan edir və düşmənə məxsus izləri silib atırlar.Ancaq layihəçinin,arxitektorun və mühəndisin missiyası da müxtəlif təyinatlı hərbi dəstələrdən bir o qədər fərqlənmir.Çünki dünyada savaş mədəniyyətinə tabe etdirilməyən fəaliyyət növü qalmayıb.Sülh Nazirliyi heç kimə lazım deyil. 
Rəssamın fırçası nədirsə,millətlərin əlində ox,kaman,Kalaşnikov avtomatı və ya Panoqavk raketi də eyni funksiyası ilə qiymətsiz qanlı tablolar yaradır.Ona görə süngülərdən doğulan “müharibə mədəniyyəti” termini ilə qarşılaşan hər kəs Nikolay Berdyayevin dediyi kimi,savaşların müqəddəs iş olduğuna inanır və bəşəriyyətin xilas yolunu yalnız bunda görür.Nəticədə dinc dövrün sənət əsərləri heç kəsə zövq vermir.Əksinə,bir-birini məhv etməyi körükləyən hər bir əsər,bədii yaradıcılıq nümunələri yüksək incəsənət sayılaraq,bir günün içindəcə dünya şöhrəti qazanır.”Qremmi mükafatları”nın siyahısında siz münsiflərin hansı süjet xətlərinə heyran olduqlarını yaxşı görə bilərsiniz.
Sirr deyil ki,qafalardakı nifrət və yad fikrə dözümsüzlük kiçik qruplarda münaqişə doğurduğu kimi,milli və etnik mədəniyyətlər arasındakı fərqi güclə aradan qaldırmaq istəyi də silahlı toqquşmalarla nəticələnir.Deməli,müharibə ilk növbədə, şüurlarda başlayır.Milyonların ölümünə səbəb olan ideologiyalar insan ağıllarında gedən deformasiyaların nəticəsində meydana çıxır.Ən yüksək ideallara həqarət kütləviləşəndə, zor və qəddarlığa pərəstiş artır.
Diqqət yetirin,adicə bir əmək kollektivində aqresiya nümayiş etdirən,dava-dalaş və kobudluq vasitəsilə rəhbərliyi ələ keçirən adamlar həmkarlarının iradəsi ziddinə hər cür mənəvi və fiziki linçetmə qaydalarını ümumi normaya çevirə bilirlər.Axı belələri liderliyin başqa yolunu tanımırlar.Halbuki yoldaşlarının inamını qazanmaq,xeyirxahlığı və sülhpərvərliyi təşfiq etmək sayəsində daha yüksək nəticələr qazanmaq olardı.Konkret bir tarixi misal çəkək.Ötən əsrin 50-60 cı illərində Birləşmiş Ştatlar irqi diskriminasiyadan əziyyət çəkirdi.Ölkə əhalisinin mütləq əksəriyyətində müstəsnalıq hissi və digər rənglərə həqarət az qala ilahi təyinat sayılırdı.Yüz illərlə ağ Amerikaya qarşı dirəniş göstərən millətləri qeyri zorakı vasitələrlə mübarizəyə inandırmaq demək olar ki,mümkün deyildi. Nəhayət, vətəndaş müharibəsini durdurmaq və hər kəsin qanun qarşısında bərabərliyinə nail olmaq üçün keçirilən küçə manifestlərini,tətillər və iqtisadi sabotajları bir adam uğurlu məcraya yönəltdi.Fərqli həyat amalları ilə yaşayan Martin Lüter Kinq təmsil etdiyi irqin daşıyıcılarına hamıya sevgi ilə yanaşmağı öyrətdi.O dedi ki,bizim məqsədimiz ağlar üzərində qələbə çalmaq və onları əzmək deyil.”Bizim hərəkat cəmiyyətin azad olunmasında bütün xalqların iştirakına nail olmaq istəyir”!
Qara dərili lider sülh mədəniyyətini hər cür münaqişələrdən üstün tuturdu.O yaxşı bilirdi ki,ayrıseçkilik üzərində hökmranlıq edənlərə istismarçı sinfin öz silahını ilə qalib gələ bilmək mümkün olmayacaq.
Halbuki,1933-cü ildə Kayzer Almaniyasında hakimiyyətə gələn nasistlər hər cür müxalif fikri cəzalandırır,bir partiyadan başqa digər siyasi qüvvələrin fəaliyyətini dayandıraraq,ölkədə yalana və zora əsaslanan 3-cü Reyxi qururdular.Belə şəraitdə istismarçılıq və köləlik siyasətinin başında dayananla sonuncu tapşırığı yerinə yetirən arasında heç bir fərq yox idi.Çünki humanizmi, ləyaqəti və bərabərliyi yabançı sayan dünyagörüşün daşıyıcıları üçün birincliyə nail olmağın tək bir yolu vardı:heç kəsə rəhm etməmək!
Belə yerdə media və kitablar senzura altında olduğundan həqiqət üzərində tabu rejimi hökm sürür.Hitlerin gizli polisləri hər kəsi təqib edir və siyasi rəqibləri həbs düşərgələrində işkəncəyə məruz qoyurdular.Adamlar özlərini müdafiəsiz hiss etdiklərindən ölkədən qaçamaqdan başqa çarələri qalmamışdı.Bir tərəfdə tüğyan edən böyük imperiya təbliğatı,o biri yanda yoxsulluq və haqsızlıq girdabında inildəyən milyonların məhrumiyyətləri..
Məktəblər yüksək təhsilli və tərbiyəli gənclər ordusu yetişdirmək əvəzinə,militarizmin qurbanına çevrilərək,gənc faşist ittifaqlarında birləşirdilər.Belə hərbi millət olmağın nəticəsi hamıya bəllidir:ikinci dünya müharibəsi 53 milyona qədər insanın həyatını yedi. Onlardan az qala yarısı dinc vətəndaşlar idi.
“Dəmir və qan” ifadəsi həmin qəddarlığın sinonimi kimi yaranıb. Deyirlər ki,milyonları məhv etmək üçün istifadə olunan bu poetik fraza ölməz əsərlərin müəllifi olan ingilis şairi Alfred Tennisona məxsusdur. O,poemalarının birində “arzularla deyil,dəmirlə və qanla milləti formalaşdırmaq olar”,söyləmişdi.Sonralar,o qanadlı misralar Prussiya kansleri Bismarkın dilindən təkrarlanaraq,min illik Reyxin quruculuğu naminə dillər əzbəri olmuşdu.Hətta bir xalqın müharibə üçün doğulduğunu iddia edənlər,yumorla “ iki alman bir araya gələndə,marşla hərəkət etməyə başlayır”deyirdilər.Lakin bütün millətlərin qanını test edərək, savaş və ya sülh üçün doğulduqlarını ortaya qoyan heç bir fundamental araşdırma mövcud deyil.
Ona görə də Qafqazlarda özünü bütün quruculuq strategiyalarına qarşı qoyan Ermənistan hakim rejiminin Bakıdan yola düşən qatarın Qarsda qarşılanmasına münasibəti regional sülhün faydasına deyil,təklənməyə və keçmiş bəlalı tarixin yenidən dirçəldilməsi ideyasına daha çox xidmət edir.Çünki başqa alternativlər zəifdir,sülh ordularının sayı silahlılardan qat-qat geri qalır.
Bildiyiniz kimi,erməni tarixi özü üçün 1920 ci ilin 30 oktyabrını “ləkə günü” kimi qeyd edir.Başqa necə adlandırsınlar-axı 19-cu əsrin 70 ci illərində gedən rus-türk müharibəsinin nəticəsində Qars Rusiyanın təbəəliyinə keçmişdi. Osmanlının taxt-tacı çökəndə erməni orduları birinci respublika quruluşunun özəyini təşkil edərək,bir neçə türk vilayətinə hücum çəkdilər.Lakin iki il sonra həmin hərbi dəstələr döyüş meydanlarını kütləvi olaraq tərk etdilər və indi böyük sərkərdə,milli ideoloq,güclü siyasət adamı kimi heykəlinə təzim etdikləri Qaregin Njdeninin sözləri ilə desək,bütün erməniçiliyin “utanc səhifəsi”ni yaratdılar. Məgər,ordular toqquşanda qalib və məğlub tərəfin sərkərdələr və təbəələr deyil,xalqların olduğunu kim bilmir ki.Njdeyə görə,Qarsın divarları arasında yerə sərilən təkcə insan cəsədləri deyildi,eləcə də bir millətin döyüşə qadir olmayan,mərdlikdən məhrum edilmiş ruhu idi.
Ötən bir əsrdə Ağrı dağından öz keçmişinə boylanan erməni xalqı itirilmiş cənnətin ağrısı altında heç bir qurucu,birləşdirici ideya tapa bilməyib.Çox sonralar Qars fəlakətini ermənilərin əsrlərdən gələn yorğunluğu ilə əlaqələndirirək,din və siyasət adamlarından millətə yeni qalxınma proqramlarını hazırlamağı tələb ediblər. Tapşırığa əsasən,məsələn,arxiyepiskop Qaregin Ovsepyan bütün bəlaları o dövrün bolşevik inqilabının ayağına yazaraq,milli təskinlik yaratmağa çalışdı.Sən demə,erməni kommunistlərinin liderləri Qarsdakı bütün qarnizonlara və hərbi qərargahlara məlumat göndərib ki,yeni qurulanTürkiyə Cümhuriyyəti osmanlı Türkiyəsi deyil və ermənilərə hər hansı düşmənçilik hissi bəsləmir.Hətta Atatürkün Leninlə razılaşmasına istinad etməklə yeni respublikanın Rusiya ilə ittifaqda imperialist siyasət yürüdən Fransa və Britaniyaya qarşı azadlıq savaşı apardığı xüsusi vurğulanır.Belə olan şəraitdə Ermənistanın özünə paytaxt elədiyi Qarsda qələbə qazanmaq sən demə,bolşeviklərin dünyəvi düşmənlərinin işinə yarayacaqdır.Bu isə inqilabın Yaxın Şərqdən Qafqazlara qədər böyük bir məkanda uduzması demək olar.Ona görə çalışıb türk əskərini xilaskar gözdə görərək,ona təslim olmaq lazımdır.
Göründüyü kimi,səhihliyi şübhə doğuran belə sənədlərin məqsədi təkcə bolşevik hakimiyyətinin son qoyduğu müstəqil Zaqafqaziya dövlətlərinin süqutuna səbəb olan tarixi gerçəkləri təhrif etmir,eləcə də tarixi qələbələr haqda yaradılmış mifin puç olduğunu üzə çıxarır.
Lakin Qars məğlubiyyətinin daha böyük kontekstə izah edən müasir erməni fikir adamları təkcə 20-ci əsrin əvvələrində dünyada tüğyan edən fəhlə-kəndli inqilabına istinad etmir,eləcə də erməni hərbi-siyasi elitasının təmsil etdikləri xalqa necə həqarətlə baxdıqları araşdırmağı tələb edirlər.
Təsəvvür edin,orduya rəhbərlik edən Tovmas Nazarbekyan özünü mənşəcə mənsub olduğu millətə deyil,ruslara aid edir və hərbi kazarmalarda hər gün əskərlərin “Tanrı,çarı qoru” mahnısının sədaları ətrafa yayılır.Onun kimi əksər komandirlər tabeçiliyində olanlara rus dilində əmrlər verir,erməni dövlətinə mövsümi bir hadisə kimi yanaşır və gəlib ruslara qatılmağı yeganə düzgün yol sayırdılar.
Hətta yüzlərlə mənbədə açıq ifadə olunur ki,özünü mədəni və mental olaraq,yad adamlar kimi aparanların böyük bir dəstəsi türk əskərinə əsir düşəndə qətiyyən müstəqil dövlətin məhvindən təəssüflənmirdilər və belə vəziyyət görə qəlb ağrısı çəkənlərin sayı 3-4 nəfər idi.
Üstündən yüz il keçəndən sonra Ermənistanda həmin sual yenə də milli dövlət qurmaq istəyənlərin başının üstünü kəsib.Qarabağı ələ keçirəndən sonra itkilərin miqyası katastrofik səviyyədədir. Bakı nefti əldən çıxıb.Regiona yönələn bütün iqtisadi-siyasi layihələrin bəhrəsini görən başqalarıdır.Gürcü hökuməti çox uğurlu bir şəkildə Ermənistan-Azərbaycan münaqişəsindən istifadə edərək,büdcəsini dolqurmağa çalışır. Ceyhanın,Anadolunun ardınca Qars şəhərinin strateji önəmi artdıqca,özünüməhvetmə tendensiyaları cəmiyyət şüurunda daha da möhkəmlənir.Ona görə də qədim bir xalqın hərbi qəhrəmanlıq səlnamələri deyil,yüz il əvvəl 30 oktyabrda türk əskərinə döyüşsüz təslimiyyət sanki apokaliptik şəkildə təkrar olunur.
Müharibə mədəniyyəti ermənilərə lazımdırmı?Bəlkə yolu dəyişməyin və milli siyasətə yenidən baxmağın vaxtı gəlib çatıb.Hətta soyqırımlar haqqında nəzəriyyələr doğrudursa,onda bir xalqa fərqli mifologiyalar,nağıllar,folklor nümunələri,bir sözlə sülh ideologiyası gərəkdir.
Tarixdən dərs almaq heç vaxt gec deyil.İkinci dünya müharibəsi zamanı Britaniyanın büdcəsini qəbul etmək üçün ona təqdim olunan maliyyə sənədlərinə nəzər yetirəndən sonra böyük Uinston Çörçil hökumət təmsilçisindən soruşur ki,burada mədəniyyət üçün ayrımalar hanı? Cavabında maliyyə naziri deyir ki,müharibə getdiyi bir şəraitdə mədəniyyətmi yada düşür.Onda Baş nazir “əgər mədəniyyət olmayacqsa,biz nəyin uğrunda vuruşuruq” deyərək,dünyaya silahın gözündən baxan bütün toplumlara əvəzsi örnək qoyub gedib.
Gerçəkdən də əgər Qarsa yol düşən qatara erməni xalqını qoşmaq istəyən Sarkisyan hökuməti türk əskərinə uduzmuş bir tarixdən nəticə çıxarıb,yeni mədəniyyətə,davranışa və həyat amalına baş vura bilməzmi?
30 oktyabrı erməni xalqı üçün ikiqat kədərə çevirməməyin yolu bundan keçir.
Sarksiyan sülh qatarına minə bilmədiyindən Çörçilə deyil,Njdeyə baş əyir.
Oxşar xəbərlər
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
09:57, Bu gün
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
09:44, Bu gün
Xankəndidə qumbara və avtomatlar tapılıb
09:43, Bu gün
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
09:32, Bu gün
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
09:26, Bu gün
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
09:24, Bu gün
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
09:13, Bu gün
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
09:11, Bu gün
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
09:05, Bu gün
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
08:48, Bu gün
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
08:46, Bu gün
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
08:44, Bu gün
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
08:42, Bu gün
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
08:41, Bu gün
Ağdamda minaatan qurğular aşkar edilib
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
05:52, Bu gün
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
04:57, Bu gün
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
04:56, Bu gün
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
04:54, Bu gün
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
17 Apr 2024 | 21:50
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 21:30
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 21:03
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
17 Apr 2024 | 20:59
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:46
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
17 Apr 2024 | 20:37
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17 Apr 2024 | 20:29
Yaponiya sahillərində güclü zəlzələ olub
17 Apr 2024 | 20:28
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Apr 2024 | 20:27
Baş ağrılarının bilinməyən səbəbləri - TERAPEVT DANIŞDI
17 Apr 2024 | 20:23
İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI
17 Apr 2024 | 20:22
Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı
17 Apr 2024 | 20:15
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
17 Apr 2024 | 20:13
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 19:56
Xoşqədəm izləyicisinə çəmkirdi: “Babamın xəstəliyi canına tökülsün”
17 Apr 2024 | 19:53
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Apr 2024 | 19:48
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
17 Apr 2024 | 19:40
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
17 Apr 2024 | 19:38
Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub
17 Apr 2024 | 19:35
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
17 Apr 2024 | 19:26
İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz qaldılar” - VİDEO
17 Apr 2024 | 19:25
Ən yaxşı yemək və içki təklif edən HAVA LİMANLARI
17 Apr 2024 | 19:20
Qubada tarixi türbə ilan yuvasına çevrilib - VİDEO
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 19:05
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
17 Apr 2024 | 18:57
Ev tapşırıqlarına görə anasına bıçaqla hücum etdi
17 Apr 2024 | 18:55
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
17 Apr 2024 | 18:38
Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:24
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
17 Apr 2024 | 18:20
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 18:11
Yanlış arıqlamağın üç əsas göstəricisi
17 Apr 2024 | 18:10
Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Apr 2024 | 18:10
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
GÜNLÜK
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ 
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı  partlatdı...-VİDEO
17 Apr 2024 | 13:51
Kreml TƏSDİQLƏDİ: Sülhməramlılar Qarabağdan çıxır
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 12:05
Putinin hazırladığı dəhşətli “Stalin zərbəsi” planı - Bu ölkələri fəlakət gözləyir
17 Apr 2024 | 12:40
Aytənin həyat yoldaşı: “Qabırğaları qırılıb”
17 Apr 2024 | 11:35
İlham Əliyevdən yerli və əcnəbi tənqidçilərə siyasi mat...
17 Apr 2024 | 11:26
Valideynlərə xəbərdarlıq, bu cizgi filmləri uşaqlarda sayrışan nevroz, panik-atak yaradır-ARAŞDIRMA
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ 
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı  partlatdı...-VİDEO
17 Apr 2024 | 13:51
Kreml TƏSDİQLƏDİ: Sülhməramlılar Qarabağdan çıxır
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 12:05
Putinin hazırladığı dəhşətli “Stalin zərbəsi” planı - Bu ölkələri fəlakət gözləyir
17 Apr 2024 | 12:40
Aytənin həyat yoldaşı: “Qabırğaları qırılıb”
17 Apr 2024 | 11:35
İlham Əliyevdən yerli və əcnəbi tənqidçilərə siyasi mat...
17 Apr 2024 | 11:26
Valideynlərə xəbərdarlıq, bu cizgi filmləri uşaqlarda sayrışan nevroz, panik-atak yaradır-ARAŞDIRMA