Xəbər lenti
14/12/2019 [00:51]:
Tramp Zelenskini ABŞ-a dəvət etdi
14/12/2019 [00:45]:
Bu il dünyada 75 KİV əməkdaşı öldürülüb
14/12/2019 [00:43]:
Bu mallar idxal gömrük rüsumundan azad edilib
14/12/2019 [00:16]:
İsa Qəmbərin oğlu da namizəd olacaq
13/12/2019 [23:45]:
Saakaşvilinin iqamətgahını hərracda 2,7 milyon dollara satdılar...
13/12/2019 [23:41]:
Əmək və Sosial Münasibətlər Akademiyasında Nəsiminin 650 illik yubileyi qeyd edildi
13/12/2019 [23:39]:
“Messi tarixin yox, öz dövrünün ən yaxşısıdır”
13/12/2019 [23:24]:
Seks manyakı başına döş implantı qoydurmaq istədi - ƏSRİN RUHİ XƏSTƏSİ...
13/12/2019 [23:23]:
Kuçmaya xüsusi müdafiə olunan, 500 minlik avtomobil verildi
13/12/2019 [23:20]:
Türkiyə Parlamenti ABŞ Senatının “erməni soyqırımı” qərarını rədd edib
13/12/2019 [23:05]:
Kişilər üçün vacib hormonun defisiti zamanı nə etməli? - QİDALARIN SİYAHISI...
13/12/2019 [23:00]:
Zatulindən misilsiz həyasızlıq: "2016-cı ildəki təxribatın təşəbbüskarı Azərbaycan idi..."
13/12/2019 [22:57]:
200 il yaşamağın sirrini kəşf edən 11 dəfə Həccdə olan 83 yaşlı kişinin möcüzəsi + VİDEO
13/12/2019 [22:51]:
Naibə Allahverdiyeva: "Türkiyədə soyuldum..."
13/12/2019 [22:40]:
“Nazirlərin məruzəsindən sonra yaşamaq istəmirsən...”
13/12/2019 [22:34]:
Putin Boris Consonu təbrik etdi
13/12/2019 [22:29]:
Məşhur Hollivud aktyoru vəfat edib
13/12/2019 [22:26]:
Dilarə Seyidzadənin gənclərlə “Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüşü olub - FOTO
13/12/2019 [21:57]:
Putinlə görüşmək üçün rekord sayda jurnalist qeydiyyatdan keçdi
13/12/2019 [21:44]:
Prezident İlham Əliyev Boris Consonu təbrik edib
13/12/2019 [21:41]:
Polisdən qaçan oğrular bu cür yaxalandı - MARAQLI...+ VİDEO
13/12/2019 [21:36]:
Ərdoğana ağır itki üz verdi
13/12/2019 [21:32]:
“İlham Əliyev Cavid Qurbanovu buna görə təriflədi…”
13/12/2019 [20:46]:
"Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir"
13/12/2019 [20:36]:
“Deyəcəklər ki, gərək, daha pis söyüşlər söyərdin” - Oksana Rəsulova
13/12/2019 [20:29]:
ADPU-da “Nəsimi-650” kitabının təqdimatı keçirilib
13/12/2019 [20:27]:
UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı… - FOTOLAR
13/12/2019 [20:21]:
“Hakimə dedim ki, qiyamət günündə də Allah sənə "qırmızı" verəcək"
13/12/2019 [20:13]:
Kraliça Elizabet sosial media hesablarını idarə edəcək adam axtarır - 50 min strelinq alacaq...
13/12/2019 [20:09]:
Qasırğa zamanı təyyarələrin təhlükəli enişinin görüntüləri yayıldı - VİDEO
13/12/2019 [20:05]:
Qubada məktəb binası yandı - Foto
13/12/2019 [20:04]:
"Mən özüm münaqişədən sonra Yerevanda 3 dəfə mətbuat konfransı keçirmişəm və..."
13/12/2019 [20:02]:
Dörd ev və bir çayxanadan oğurluq edən şəxs tutulub
13/12/2019 [19:45]:
Boris Conson hökuməti formalaşdırmaq üçün Kraliçadan icazə aldı
13/12/2019 [19:40]:
Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı
13/12/2019 [19:24]:
"Torqovı"da insanlara hücum edən şəxslərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT/FOTO
13/12/2019 [19:20]:
ABŞ Talibanla sülh danışıqlarını qısa müddətə təxirə salır - Vaşinqtonun xüsusi elçisi
13/12/2019 [19:16]:
İngiltərə Kraliçasından iş elanı: Rəqəmsal texnologiya mütəxəssisi axtarır...
13/12/2019 [19:15]:
Prezident Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində - FOTO/VİDEO
13/12/2019 [19:08]:
Mariya Şarapova məşhur seriala çəkilir
13/12/2019 [19:06]:
"Ermənistan XİN başçısı ölkədaxili neqativ reaksiyadan çox qorxur"
13/12/2019 [18:51]:
İnəklərinə uşağı kimi baxan qadın onlara geyim hədiyyə etdi - MARAQLI
13/12/2019 [18:28]:
Qərb Rusiyaya “misli görünməmiş hücum” planlaşdırır: Həm də “Qələbə Günü”ndə...
13/12/2019 [18:24]:
Filmi ABŞ-ın 18 telekanalında yayımlanmış azərbaycanlı dramaturq...- VİDEO
13/12/2019 [18:10]:
10 lüks avtomobili cızan uşağa verilən cəza bəlli oldu - MARAQLI
13/12/2019 [18:01]:
Məktəblilərimiz tarixi uğura imza atıblar - FOTO - VİDEO
13/12/2019 [18:01]:
"Biz rəhmdilik, yoxsa düşmənə qarşı amansız olmağa cəsarətimiz çatmır?"
13/12/2019 [17:58]:
“Yağışın altında qalan tanımadığım qadını qucağıma alıb evimə gətirmişəm” - VİDEO
13/12/2019 [17:47]:
Yevda Abramovun Amerikada yəhudilərə dedikləri, diplomat Nəsimi Ağayevin narahatlığı və maraqlı son...
13/12/2019 [17:44]:
Nüsrət “əsər”ini 1 milyard 250 milyon dollara satışa çıxardı
13/12/2019 [17:41]:
Məhərrəm Əliyev yeni vəzifədə ilk müşavirəsin keçirdi - FOTOLAR
13/12/2019 [17:39]:
Senatın “erməni soyqırımı” haqda qərarına görə ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb
13/12/2019 [17:37]:
Kəmalə Qaramollayeva: “Ərimin yanında daha açıq-saçıq geyinirdim” - FOTOLAR
13/12/2019 [17:09]:
İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
13/12/2019 [17:02]:
“ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb - FOTOLAR
13/12/2019 [16:58]:
“Azərbaycan qavrayış problemi yaşayır” – İrəvan təhqir etdi və hədələdi...
13/12/2019 [16:57]:
ADPU-da akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
13/12/2019 [16:56]:
İlham Əliyev Dövlət Agentliyinə 15,4 milyon manat ayırdı
13/12/2019 [16:50]:
Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub
13/12/2019 [16:44]:
AST Telmanın qardaşı nəvəsi Bakıda həbs edilib - lüks maşın həvəskarı olub
13/12/2019 [16:44]:
Bakıda ağac lüks avtomobillərin üstünə aşdı: Sahibinin axşam toyu olacaq - VİDEO
13/12/2019 [16:42]:
Polad Bülbüloğlu: "Samur çayı üzərindəki körpü dekabrın 24-də açılacaq"
13/12/2019 [16:41]:
"Bunu məndən başqa heç kim etməyib" - "Şərurlu İsfəndiyar" türkiyəli iş adamının məhkəməsində dindirildi
13/12/2019 [16:40]:
Paralimpiyaçılar arasında Azərbaycan çempionatı keçirilib
13/12/2019 [16:39]:
“Erməni və rusların ciddi-cəhdlə qoruduqları  o təpədə nə olduğunu heç kəs bilmirdi...”
13/12/2019 [16:37]:
Məxfi əməkdaşlığa cəlb olunmuş bir nəfər müəyyən edilib
13/12/2019 [16:36]:
DSX: "Sərhəddə üç yeni hərbi hissə inşa olunub"
13/12/2019 [16:35]:
Brilliant Dadaşova: "Kömək edin, bağ evimi satım"
13/12/2019 [16:32]:
Sahil Babayev Abşeronda vətəndaşlarla görüşdü
13/12/2019 [16:31]:
“Qarabağ”dan “Düdelanj”la matçı izləyən azarkeşlərə sürpriz
13/12/2019 [16:30]:
Boşanmaq istəyən arvadını poçta çağırıb öldürdü - FOTO
13/12/2019 [16:25]:
Azərbaycan notariatı Sankt-Peterburqda
13/12/2019 [16:22]:
“Bizim ölüm xəbərimizi yaymaqla pul qazanırlar, amma belə olmaz...”
13/12/2019 [16:18]:
"Qadının ağzından iy gəlirsə, kişi seksual ehtiyacını ödəmək üçün kənara qaçır"
13/12/2019 [16:09]:
Oqtay Gülalıyevin vəziyyətində irəliləyiş var – Oğlu DANIŞDI
13/12/2019 [16:02]:
“Uşaqlığın son gecəsi” filminin Zauru evində ölü tapıldı
13/12/2019 [15:58]:
Yaqub Mahmudov Oksford Akademik Birliyinin fəxri professoru adına layiq görülüb - FOTOLAR
13/12/2019 [15:53]:
“İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə keçirilib
13/12/2019 [15:50]:
Seçkiyə özbaşına gedən partiya üzvlərini ciddi cəza gözləyir
13/12/2019 [15:47]:
"Atası ilə ögey anası tərəfindən döyülən uşaqlarla bağlı ciddi iş gedir" - Komitə sədri
Bütün arxiv bir sırada
19/01/2018 [12:51] - Cəmiyyət - ( 5379 dəfə baxılıb)

“20 Yanvarda Elmira Qafarova bir çox kişilərin edə bilmədiyini etdi...”- Cahangir Nəcəfov



“Moskvaya qarşı həmin  sərt bəyanatı Şahin Əliyev, Teymur Teymurov və Nizami Sadıqovla birgə hazırladıq...” 

... Maraqlıdır,  görəsən, 28 il öncə baş versə də,  dözülməz ağrıları Azərbaycanın canından  çəkilməmiş 20 Yanvar qətliamı ərəfəsində Bakının meydan və küçələrindəki dəhşətli və qanlı olaylar hökumət kabinetlərindən, parlament dəhlizlərindən necə görünürdü? Deputat və məmurlarımız hansı hissləri keçirirdilər, faciənin qarşısını almaq, yaxud onun nəticələrini dünyaya çatdırmaq üçün hansı çabaları göstərirdilər? Bu və digər suallara cavab tapmaq üçün o dövrdə Azərbaycan SSR Ali Soveti sədri olmuş mərhum Elmira Qafarovanın müşaviri kimi çalışmış Cahangir Nəcəfovdan Moderator.az-a geniş müsahibə verməsini istədik:

-Cahangir müəllim, bildiyimizə görə, siz 1990-cı il yanvarın 14-dən 17-dək  Ali Sovetin sədri Elmira Qafarova ilə birgə Moskvada olmusuz. Qanlı Yanvarın baiskarı M.Qorbaçovun başçılıq etdiyi sovet rəhbərliyi tərəfindən Azərbaycanla bağlı hansı münasibətin şahidi oldunuz?

-Bəli. 1990-cı il yanvarın 14-də - bazar günü axşam Elmira Qafarova ilə birgə Moskvaya yollandıq. Ayın 15-də Qorbaçov Ali Sovetin Rəyasət Heyətini yığdı. Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan edilməsi barədə məsələ müzakirə olunurdu. O vaxtkı qanunlara görə, buna Azərbaycan Ali Sovetinin razılığı lazım idi. Bakıda isə saat 11 olsa da, Ali Sovet Rəyasət Heyətində kvorum toplanmamışdı. Elmira xanım Kremldə Qorbaçovun iclasında idi. Mənə tapşırmışdı ki, otaqda ol, burada qalmaqaldı; Bakıda kvorum toplanmayıb, Qorbaçov çığır-bağır salıb, tez-tez zəng edib Vəzirovun üstünə qışqırır ki, nə edirsən- et, kvorum alınsın. Bu minvalla Qorbaçov iclası saat 11-dən saat 3-ə keçirməyə məcbur olmuşdu. Nəhayət, saat 6-da Elmira xanım nümayəndəliyə gəldi, nəsə çox bikef idi. Aydın oldu ki, bizim Ali Sovetdə kvorum yığılmadığından Elmira xanımın adını yazıblar ki, guya o, Bakıdadır. SSRI Konstitusiyasına görə, hər hansı bir müttəfiq respublika ərazisində fövqəladə vəziyyət yalnız həmin respublikanın Ali Sovetinin rəsmi razılığından sonra SSRİ Ali Sovetinin qərarı ilə elan edilə bilər. Qorbaçov isə Dağlıq Qarababağ Muxtar Vilayəti (DQMV) və ətraf rayonlarda fövqəladə vəziyyət elan edilməsi ilə bağlı qərarı Bakıda zorla saxta kvorum təşkil etməklə, Moskvada isə Ali Sovetin Rəyasət heyətinin qərarı ilə qəbul etdirdi. Bu isə Konstitusuyanın kobud pozuntusu idi. Bakıda fövqəladə vəziyyət elan etmək üçün isə yenə də eyni qaydada Azərbaycan parlamentinin razılığını almaq lazım idi. Fəqət, Bakıda da fövqəladə vəziyyət tam qanunsuz olaraq elan edildi...


- Bəs yanvarın 17-də vətənə qayıtdıqdan sonra paytaxtda hansı olayların şahidi oldunuz?

-Biz yanvarın 18-də səhər işə gələndə Elmira xanım dedi ki, çıx bir şəhərə, gör vəziyyət nə yerdədi. Gəldim ki, Mərkəzi Ordu İdman Klubunun (MOİK)qarşısında kiçik bir barrikada var. Tbilisi prospektindəki keçmiş mebel fabriki yaxınlığında da böyük barrikada var idi. Sonra keçmiş Montin qəsəbəsinə getdim. Orada indiki Nərimanov İcra Hakimiyyətinin yaxınlığında mənə dedilər ki, o tərəfə getməyinizi məsləhət görmürük. Çünki orada hökumət avtomobillərini daşlayırdılar. 

Yanvarın 19-u axşam Elmira xanımın qəbul otağının qarşısındakı dəhlizdə dayanmışdıq. Birdən bayırda işıqlar söndü. Aşağıda parlamentin qarşısında “PAZ” markalı bir avtobus dayandı və içindən ayaqlarında “krassovka” olan, amma hərbi formada bir dəstə adam düşüb telestudiyaya tərəf keçdi. Cəld parlament sədrinin yanına getdim ki, Elmira xanım, maraqlanın, görün, o hərbçilər nə məqsdlə gəliblər. 10-15 dəqiqə sonra həmin dəstə avtobusa əyləşib getdi və işıqlar yandı. Təxminən 20 dəqiqə keçdi və qəflətən güclü partlayış səsi eşitdik. Məlum oldu ki, telestudyanın enerji blokunu partladıblar...


- Həmin gecə Ali Sovetdən evə necə gedib çıxdınız? 

-O dəhşətli gecə böyük çətinliklə evə gəlib çıxdıq. Gecə indiki Müşfiq küçəsindəki mənzilimizin eyvanından baxdım ki, MOİK tərəfdə atəş açılır. Ayın 20-i səhər bunanın yaxınlığında bir neçə hərbçi görüb onlara sual etdim ki, siz gecə nə iş görürdünüz. Onlar cavab verdi ki, bizim xəbərimiz yoxdur, bizi bu səhər tezdən “Nasosnıdan” gətirdilər. Yanvarın 20-i gecə saat təxminən 10.30-da bizim binanın həyətinə bir hərbi yük maşını daxıl oldu və içindən 20-yə yaxın hərbçi töküldü. Başladılar havaya, binaların divarlarına atəş açmağa. Eyvandan baxanda saqqallı hərbçilərdən biri avtomatı mənə tərəf tuşladı. Cəld başımı əydim, güllə başımın üstdən divara sancıldı. Sonra məlum oldu ki, onlar Etibar Məmmədovun dalınca gəlibmişlər. Etibar isə artıq Moskvaya qaçmışdı. Yəqin onu tapmadıqlarına görə qəzəblənib atəş açırdılar. Həyətdə Rəşad adlı bir “dağlı” balasını yaraladıqdan sonra pullarını da cibindən çıxarmışdılar. Çoxu da saqqallı idi. Bəlkə də ehtiyatda olan erməni zabitlər imiş?

-Rəhmətlik Elmira Qafarova 20 Yanvar qətliamından sonra Moskvaya qarşı o dövr üçün sərt cümlələrin işləndiyi bəyanat vermişdi. Həmin bəyanat necə hazırlandı? Onun hazırlanması üçün kimsə göstəriş vermişdimi?

-Yanvarın 20-i səhər tezdən işə getdim. Biz, 4 nəfər: Nizami Sadıqov, Şahin Əliyev, Teymur Teymurov və mən bir bəyanat hazırladıq. Bir neçə kişi deputata zəng etdik. Adlarını çəkmək istəmirəm, amma onlar açıq etiraz etdilər. Heç kəs ürək etmirdi həmin bəyanatı oxumağa. Nəhayət, Elmira xanıma zəng etdik, o, bir çox kişilərin göstərmədiyi cəsarəti nümayiş etdirdi və razılıq verdi. Dedi ki, maşın göndərin, məni işə gətirsin. Ancaq məlum oldu ki, sürücülərin heç biri işə çıxmayıb. Məcbur olub özüm və işçimiz İslam Rəfibəyli ilə birgə parlament sədrinin evinə yollandıq. Böyük çətinliklə, ara yollarla Elmira xanımın indiki ADPU-nun binasının yanındakı mənzilnə gəlib çıxdıq. Mən hər şeydən qorxan adam deyiləm. Amma onda elə qorxdum; bəlkə də şəkər xəstəliyinə düçar olmağıma elə o qorxu səbəb oldu. Elmira xanımın mənzilinə pilləkanlar bayırdan qalxırdı. Oraya qalxanda kimsə üzbəüz binanın damından mənə tərəf avtomatdan atəş yağdırdı. Güllələr başımım üstündən keçdi. Ani olaraq düşündüm ki, vəssalam, məni vurdular...

Xülasə, Elmira xanım gəldi parlamentə və həmin bəyanatı oxudu. Bəyanatda qeyd edilirdi ki, biz oğul və qızlarımızın günahsız yerə qətlə yetrilməsini heç vaxt heç kimə bağışlamayacağıq. Qeyd edim ki, Elmira xanımın bəyanatı sovet rəhbərliyinin və ordu komandanlığının qəzəbini xeyli yatırdı və onları daha çox qırğınlar törətməkdən çəkindirdi. Çünki artıq bütün dünya respublikanın əsas rəsmi şəxslərindən birinin adından Moskvanın Bakıya təcavüz etdiyini eşitdi...

Həmin günlərin ikinci önəmli hadisə isə yanvarın 21-də Moskvada faktiki ev dustaqlığı yaşayan Heydər Əliyevin böyük riskə gedərək, yüksək cəsarət nümunəsi göstərərək Azərbaycan nümayəndəliyinə gəlib mətbuat konfransı keçirməsi və Qorbaçov başda olmaqla bu faciənin baiskarlarını kəskin ittiham etməsi oldu... 

3-cü böyük hadisə isə Bəxtiyar Vahabzadənin deputatları “Azadlıq” radiosu vasitəsilə fövqəladə sessiyaya toplaması oldu. Düzdü, biz də əziyyət çəkdik, onların hamısının telefonlarını bir-bir tapıb zəng etdik və s. Deputatlardan İsmayıl Şıxlı, , Arif Rəhimzadə, Yaşar Əliyev, SSRİ xalq deputatlarından Tofiq İsmayılov, Arif Məlikov və b. da fəallıq göstərdilər. Amma əsas işi mərhum xalq şairi və o vaxt “Azadlıq” radiosunun rəhbəri olan Mirzə Xəzər gördü. Həmin sessiyada Moskva sərt ittiham edildi və qeyd edildi ki, Azərbaycana təcavüz edilib...

(Davamı var)

Sultan Laçın

loading...
loading...
200 il yaşamağın sirrini kəşf edən 11 dəfə Həccdə olan 83 yaşlı kişinin möcüzəsi + VİDEO
Polisdən qaçan oğrular bu cür yaxalandı - MARAQLI...+ VİDEO
“İlham Əliyev Cavid Qurbanovu buna görə təriflədi…”
"Mən özüm münaqişədən sonra Yerevanda 3 dəfə mətbuat konfransı keçirmişəm və..."
İngiltərə Kraliçasından iş elanı: Rəqəmsal texnologiya mütəxəssisi axtarır...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Qərb Rusiyaya “misli görünməmiş hücum” planlaşdırır: Həm də “Qələbə Günü”ndə...
Gündəm
“Azərbaycan qavrayış problemi yaşayır” – İrəvan təhqir etdi və hədələdi...
Maraqlı
Təcavüzçünü öldürən qadınlar bundan sonra cəza almayacaq - İlginc özünümüdafiə...
Cəmiyyət
“Fərizənin atası həyat yoldaşından sonra bu təkliklə yaşamağa çalışır...”
Cəmiyyət
“Psixoloqa dedim ki, ay zalım oğlu, o, özünü pulsuzluğun ucbatından öldürür, sizin də qəbulunuz əlli manatdı...”
Həftənin ən çox oxunanları
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” - VİDEO
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
Deputat keçmiş baş nazirin qızını 3 dəfə zorladı - atası susmağı tələb etdi...- RƏZALƏT
"Milli Məclisin Gəncəyə köçürülməsi həm Bakını fəlakətdən qurtarar, həm də..."
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
Tolik Damla ilə bağlı şok video yaydı: “Bəlkə də buna görə mənimlə düşmən olacaqsan” - VİDEO
"Zaur məni çağırmışdı oxumağa, çağırmamışdı ki, deyə ki, Elnarə ev tikdirir..." - İRAD
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247