Xəbər lenti
29/09/2020 [23:45]:
Əli Əsədovdan 2021-ci il dövlət büdcəsi ilə bağlı QƏRAR
29/09/2020 [23:11]:
Müdafiə Nazirliyi: “Ermənistan ordusunun mövqeləri darmadağın edilib” - Son dəqiqə
29/09/2020 [23:08]:
Dövlət başçısı: "Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı şayiələr feyk-nyusdur"
29/09/2020 [23:06]:
Mixail Qusman: “İnanıram ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmağın vacibliyini dərk edəcək” - VİDEO
29/09/2020 [23:04]:
İlham Əliyev: “Ermənistan bir neçə aydır Azərbaycana qarşı təcavüzə hazırlaşır”
29/09/2020 [23:03]:
Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb
29/09/2020 [23:02]:
Qətər Əmiri Azərbaycan Prezidentinə zəng edib
29/09/2020 [22:20]:
“İrəli, irəli, yalnız irəli! Geriyə haqqımız yoxdur, Azərbaycan əsgəri”
29/09/2020 [22:14]:
Dünya şöhrətli idmançımız da cəbhəyə yollandı - FOTOLOR
29/09/2020 [22:12]:
İlham Əliyev “Rossiya-1” TV-nin “60 dəqiqə” proqramında Paşinyanı ifşa etdi - VİDEO
29/09/2020 [22:11]:
AKP sözçüsü:  “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etdiyi an problem həll olunar”
29/09/2020 [22:10]:
Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - VİDEO
29/09/2020 [21:39]:
Ağdamda yaşayış evinə top mərmisi düşüb
29/09/2020 [21:38]:
“Düşmənin zəif yerləri olduqca çoxdur, bu mənada da üstünlüklərimiz yetərlidir”  
29/09/2020 [21:37]:
“Reuters” ermənilərin yalanını ifşa etdi
29/09/2020 [21:34]:
Paşinyan Putinə zəng edərək narahatlığını ifadə edib
29/09/2020 [21:32]:
Ermənilər Füzuli rayonundakı Zobucuq ikinci qəsəbəsindəki xəstəxananı atəşə tutub - FOTO
29/09/2020 [21:23]:
Azərbaycanın Baş prokuroru Rusiyanın Baş prokuroruna müraciət etdi
29/09/2020 [20:56]:
Azərbaycanın Baş Naziri Türkiyənin Vitse-prezidenti ilə telefonla danışıb
29/09/2020 [20:50]:
ANAMA cəbhəboyu ərazilərdə keçirilmiş əməliyyatlar barədə məlumat yaydı - FOTO
29/09/2020 [20:35]:
“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”
29/09/2020 [20:22]:
“Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur oduq”
29/09/2020 [20:21]:
Prezident İlham Əliyevin “RTR Planeta” kanalına müsahibəsi - CANLI
29/09/2020 [20:01]:
Bir doza peyvənd üçün 250 min köpək balığı öldürülür...
29/09/2020 [19:57]:
Ədliyyə işçiləri Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 600 min manat köçürdü
29/09/2020 [19:39]:
İranda 3 SEPAH üzvü öldürülüb
29/09/2020 [19:36]:
Ermənistan mətbuatının növbəti yalanı ifşa olundu - FOTO
29/09/2020 [19:35]:
Azərbaycan ordusunun uğurlu əks-hücumu Kəlbəcərdəki qızıl yatağını işlədən Rusiya şirkətini də “vurdu"... 
29/09/2020 [19:30]:
Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb - Türkiyə mətbuatı
29/09/2020 [19:29]:
Şagirdlərin kabus görməsinə səbəb olan müəllim işdən qovuldu...
29/09/2020 [19:11]:
Prezident: "Son 15 ildə Azərbaycan 120-yə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərib"
29/09/2020 [19:10]:
"Kartaş Mr. FİX" şirkəti Silahlı Qüvvələrə Dəstək Fonduna 100 min manat vəsait köçürdü
29/09/2020 [19:09]:
Hədiyyə verilən köpəkbalığı dişi iki ölkə arasında gərginlik yaratdı...
29/09/2020 [19:03]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin guya F-16 təyyarəsi ilə vurulması barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:59]:
“Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir”
29/09/2020 [18:57]:
"Ermənistanın etirafları göstərir ki, düşmən bataqlıqdan çıxmaq üçün yollar axtarır"
29/09/2020 [18:48]:
“Türkiyə Ermənistanın təyyarəsini vurmayıb”- Rəsmi Ankara
29/09/2020 [18:44]:
Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha bir mülki şəxs həlak olub
29/09/2020 [18:42]:
İlham Əliyev dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib
29/09/2020 [18:39]:
"Küveyt əmiri sağdır" - Hökumət sözçüsü
29/09/2020 [18:37]:
Rusiya XİN-də Azərbaycan və Ermənistan səfirlərinin iştirakı ilə görüş keçirilir
29/09/2020 [18:31]:
Azərbaycan MN ermənilərin Su-25 təyyarəsinin vurulması iddiasına reaksiya verdi
29/09/2020 [18:26]:
Parkda başına gələn hadisə ilə adını tarixə qızl hərflərlə yazdırdı...
29/09/2020 [18:16]:
"Problemin həllində İsveç də məsuldur, odur ki, sizə müraciət etməyə qərar verdim..."
29/09/2020 [18:13]:
Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 12-yə çatıb - RƏSMİ
29/09/2020 [18:07]:
Qənirə Paşayeva Türk dünyasının bir sıra media orqanlarına müsahibə verib
29/09/2020 [18:05]:
Rusiya və ABŞ rəsmiləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edirlər
29/09/2020 [18:03]:
Niyaməddin Orduxanlı qardaşı oğlunu yola saldı - FOTO
29/09/2020 [17:59]:
Aviqdor Liberman: "Haqq-ədalət Azərbaycanın tərəfindədir"
29/09/2020 [17:58]:
Nigar Camaldan ordumuza dəstək - VİDEO
29/09/2020 [17:57]:
Gürcü tarixçi: “Azərbaycan xalqının səbri tükənib”
29/09/2020 [17:56]:
Azərbaycanda sahibkarlara daha 117 milyon manat yardım göstərilib
29/09/2020 [17:55]:
Ermənilərə dua istəyən Kardaşyanı biabır edən türk aparıcıdan - AÇIQLAMA
29/09/2020 [17:45]:
Bakıda polis COVID-19-un qarşının alınması məqsədi ilə tədbirlər keçirir - FOTO
29/09/2020 [17:43]:
Ermənistanın cəbhə xətti boyu mülki əhaliyə qarşı etdiyi hücumlarla bağlı bəyanat
29/09/2020 [17:42]:
Diyanət İşləri Başqanı: "Türk milləti hər zaman azərbaycanlı qardaşlarının yanındadır"
29/09/2020 [17:41]:
Ermənilərin ağır artilleriyadan atdığı mərmi yaşayış evinə düşüb - FOTO
29/09/2020 [17:40]:
Erməni filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarılıb
29/09/2020 [17:13]:
Azərbaycanda son sutkada 58 nəfər COVID-19-a yoluxub, 102 nəfər sağalıb, 2 nəfər vəfat edib
29/09/2020 [17:02]:
Müharibə, yaxud döyüşlər niyə başladı?
29/09/2020 [16:59]:
Küveyt əmiri vəfat edib
29/09/2020 [16:57]:
Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur
29/09/2020 [16:42]:
Səməd Seyidov TBMM rəsmisi Akif Kılıcla telefonla danışııb
29/09/2020 [16:41]:
İraq mediası PKK terrorçularının Ermənistana göndərilməsini təsdiqlədi - FOTOLAR
29/09/2020 [16:38]:
Dövlət Xidməti: Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb
29/09/2020 [16:35]:
Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir - VİDEO
29/09/2020 [16:28]:
Ermənilərin təxribatı nəticəsində yaralanan mülki şəxslərin sayı 33-ə çatıb
29/09/2020 [16:19]:
Rusiyalı iş adamı Azərbaycan xalqını Ali Baş komandanı dəstəkləməyə çağırdı
29/09/2020 [15:57]:
Vaqif Əsədovun oğlu könüllü olaraq döyüşə getdi
29/09/2020 [15:52]:
Texnikumların boş qalan yerlərinə qəbul elan edildi
29/09/2020 [15:49]:
Səfərbərlikdən yayınanları hansı cəza gözləyir?
29/09/2020 [15:44]:
“Kəndimiz uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm...”
29/09/2020 [15:44]:
Məktəblərdə bufetlərin istifadəsinə icazə verilir - RƏSMİ
29/09/2020 [15:43]:
Ermənilər Kəlbəcərdəki qızıl mədənlərini BAĞLADI
29/09/2020 [15:41]:
Çinli gənclər Qarabağla bağlı paylaşım edib
29/09/2020 [15:40]:
FHN: Cəbhəboyu zonada lazımi sayda müvəqqəti daldalanacaqlar yaradılıb
29/09/2020 [15:40]:
Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində daha bir mülki şəxs ölüb
29/09/2020 [15:32]:
Müdafiə Nazirliyindən Ermənistana S-300 XƏBƏRDARLIĞI
29/09/2020 [15:30]:
Şuşakənddə erməni qərargahı məhv edildi - VİDEO
29/09/2020 [15:26]:
Köçəryan Qarabağa gəldi
Bütün arxiv bir sırada
24/01/2018 [01:52] - Köşə - ( 6132 dəfə baxılıb)

Fransızların qəlbini fəth etməyin kreativ yolu: Fransalı səfirə "Meyxana Şoku" yaşadanlar...

Zülfüqar Hüseynzadə

AŞPA-nın növbəti qış sessiyası çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti ənənəvi çıxışlarını etməkdə və qoca qitənin ən nüfuzlu siyasət məkanlarından birinin yüksək tribunasından dünyanı idarə edən bəlli qüvvələrin ikili standartlarını eninə-boyuna qılınclamaqdadırlar. Nümayəndə heyətimizin üzvlərinin cəfakeşliklərini görməzdən gəlmək haqsızlıq olardı və Azərbaycanın haqq səsini ədaləti və nizamı pozulmuş dünyanın batmış qulaqlarına çatdırmadıqlarını iddia etməkdən uzağam. Niyyətim və dəyərli oxucularıma çatdırmaq istədiklərim fərqli məsələdir.

Dünyanın ikili və ya beşli-onlu standartlar məngənəsində əzildiyini nə amerikanlara sübut edə bilmərik, nə ingilislərə, nə fransızlara, nə ruslara. Çünki onlar deyir ki, sizlərin ikili standart kimi gördükləriniz əslində bizim dövlət marağımızdır, sadəcə siz tərəfdən baxanda o cür ikibaşlı görsənir. Haqlıdırlar əslində. Amerikalıdan, yaxud fransızdan öz dövlət və milli maraqlarının bircə elementindən bizim xeyrimizə imtina etmələrini gözləmək sadəlöhvlük olardı. Amma o yerdə ki, onların da bilməli olduqları bəzi həqiqətlər var, o zaman hər birimiz bu gün Strasburqda hayqıraraq dünyadan ədalət tələb edən deputatlarımız kimi davranmalıyıq.

Bir halda ki, söhbət AŞPA-nın yerləşdiyi məkandan – Strasburqdan düşdü, oxucularıma ərz edim ki, mən də dünən gözləmədiyim halda fransızdillilərin əhatəsinə düşdüm və o qədər maraqlı informasiyalar eşitdim ki, özümü Strasburq Universitetinin auditoriyalarından birindəki kimi hiss etdim. 

Sizləri yormayım, bəzi tanınmış dostlarla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetində (UFAZ) imtahan sessiyasının gedişini izləmək fürsətim oldu. Təqdimat və tələbələrlə qısaca ünsiyyətdən bəlli oldu ki, sən demə, hətta media əhli olaraq çox mətləblərdən bixəbərmişik. Azərbaycanda, Bakının göbəyində fransızdilli universitet fəaliyyət göstərirmiş, tələbələr həm də Strasburq Universitetinin tələbələri statusunda eyni tədris və təlim prosesinə yiyələnərək sonucda bir deyil, iki nüfuzlu universitetin diplomunu əldə edəcəklər. Unikallıq ondadır ki, bu universitetə daxil olmaq üçün sadəcə qəbul imtahanında 500-dən yuxarı bal toplamaq kifayət etmirmiş. Strasburqdan gələn professor-müəllim heyəti tələbədən təkrar imtahan götürərək onların həmin təhsil ocağında oxumasına “dobro” verirlər. 

Universitetdə yaradılmış şəraitlə tanışlıqdan sonra bəndəniz rektorun yanındakı toplantıda çıxış üçün ona yaradılmış imkandan istifadə edərək bir neçə vacib məqamı qeyd etməyi lazım bildi. İlk öncə bu gün gözləri parlayan həmin övladlarımızın uğurlarını görərək ani olaraq dünən gecədən xeyli keçmiş Strasburqdan Qənirə xanım Paşayeva ilə fyesbukdakı uzun-uzadı yazışmalarımı xatırladım, cəfakeş millət vəkilimizin Dilqəmlə Şahbaz üçün AŞ PA tribunasından necə həyəcanla hayqırdığını yana-yana vurğulamasından xeyli duyğulandığıma görə o tələbələrimizin hər birini sabahın ədalət hayqıran deputatı-diplomatı ola biləcəklərini vurğuladım. Bəli, oxucularıma da bunu bildirməyi vacib hesab edirəm, bu gün Azərbaycan özü boyda səngərdir və yeddidən yetmişədək hamımız o səngərə doluşmasaq bu Vətəni işağldan və xarici təhdidlərdən xilas edə bilməyəcyik. Ona görə də hamımız sərhədlərimizin o tayına can ataraq dünyaya onların başa düşdükləri dillə həqiqətlərimizi çatdırmalıyıq. Qoy dünya bizim kim olduğumuzu eşitsin, görsün, doğru – yalan qərar verməyin babalı onların boynuna. Ona görə də keçmiş “AZİ”də məhz fransızdilli belə bir sanballı təhsil ocağının yaradılması alqışa layiqdir və onun təşəbbüskarı olan dövlət başçısı İlham Əliyevə də alqış düşür, bu işi yarıdan universitet rəhbərliyinə də. Biz qəbul etsək də, etməsək də ümummilli bəlamızı həll etməyi ingilisdillilərin, fransızdillilərin və mindillilərin öhdəsinə buraxmışıq. Ona görə də onları öz dilləri ilə inandırmaq üçün 5-10 millət vəkilimizin,  3-5 diplomatımızın çabaları yetərli olmayacaq, hamımız bacarmasaq da heç olmasa dili qısa zamanda mənimsəyib bülbül kimi ötməyi bacaran gənc istedadlılarımız  hansı peşənin sirlərinə yiyələnmələrindən asılı olmayaraq dönüb diplomat olmalıdırlar. Biz çox vaxt üzərimizə düşəni etməyi bacarmırıq, amma qarşı tərəfi asanlıqla qınayırıq. Halbuki bizi sevindirən və hətta heyrətləndirən nümunələr də az deyil və bəndəniz dünən tədbirdə iştirak edən Strasburq Universitetinin prorektorunun və Fransa XİN-in məsul əməkdaşının dilindən, eləcə də rektor Mustafa Babanlının təqdimatından maraqlı şeylər öyrəndi. Sən demə, Fransanın Azərbaycandakı səfiri az qala hər gün həmin universitetdə olur və orda tələbələr üçün yaradılmış şəraitdən, tələbələrinsə göstərdikləri fədakarlıqdan, kreativlikdən heyrətini gizlətmir. Hətta tələbələrimiz bir dəfə xanım səfirə həyatının xoş sürprizini yaşadıblar, bilirsiniz nə ilə? Fransız dilində ona meyxana deməklə və onun özünə şeir qoşub mahnı ilə ifa etməklə. Hətta meyxana səfirin o qədər xoşuna gəlibmiş ki, özü də meyxananı əzbərləyib sonradan həvəslə söyləyib. 

Bəli, biz fransızların erməni sevgisini və bu ölkədə yaşayan erməni toplumun sayını, gücünü bilriik. Amma gəlin razılaşaq ki, Fransa və fransız xalqı ilə bağlı bilmədiyimiz bildiklərimizdən dəfələrlə çoxdur. Bu boşluğu doldurmaq üçün çiyinlərini bu taleyüklü işin altına verənlərə eşq olsun deməliyik və günlərin bir günü Fransanın nəinki Strasburq, Sorbonna  və ya digər universitetlərində, Senatda və Yelisey sarayında fransız dilində meyxana deyildiyini eşitsəniz, duysanız, təəccüblənməyin, bu, bizim sıradan bir millət olmadığımızı dünyanın mədəniyyət beşiyinin bilicilərinə anlatmış olacaq. Silahımızla Avropanı fəth edə bilmədiksə, bənzərsiz mədəniyyətimizlə, incəsənətimizlə silahlanaraq fransızların incə qəlblərini fəth etməyin qayğısına qalaq bəlkə...?

loading...
Dünya şöhrətli idmançımız da cəbhəyə yollandı - FOTOLOR
Bir doza peyvənd üçün 250 min köpək balığı öldürülür...
Şagirdlərin kabus görməsinə səbəb olan müəllim işdən qovuldu...
Hədiyyə verilən köpəkbalığı dişi iki ölkə arasında gərginlik yaratdı...
Parkda başına gələn hadisə ilə adını tarixə qızl hərflərlə yazdırdı...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“Kəndimiz uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm...”
Köşə
“Azərbaycan Qarabağda beynəlxalq terrorizmə qarşı mübarizə aparır”
Cəmiyyət
“Vəziyyəti stabildir, reanimasiyadadır” - İnsult keçirən Arif Babayevin oğlu danışdı
Cəmiyyət
"Biz erməni xalqına da başa salacağıq ki, adam qonşusuna qarşı bu cür xəyanətkar olmaz"
Siyasət
"Təmsil etdiyim bögələrin sakinləri silaha sarılaraq torpaqlarımızın işğaldan azad olunmasına hazırdır”

Yazar
Seymur Əliyev
“Azərbaycan Qarabağda beynəlxalq terrorizmə qarşı mübarizə aparır”
İlham İsmayıl
Murovdan Araza qədər – Zəfər sənindir, əsgər!
Seymur Verdizadə
Kişiliyin çatırsa, indi Qarabağa gəl...
Sultan Laçın
“Ön cəbhədə olmayanlar peyğəmbərlərimizin silahına sarılmalıdır... "
Həftənin ən çox oxunanları
Azərbaycan ordusunun itkiləri açıqlandı - RƏSMİ
10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO
Şəbnəm Tovuzlunun erotik dərdi...
Azərbaycanda nazir erməni gözəlçəsinin gecə təklifini rədd edib kabinetindən qovdu...
Separatçı rejim ermənilərin Qarabağdan təcili təxliyyəsi  haqda qərar verdi?..- FOTO-SƏNƏD
“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı...”+FOTOLAR
“Ordumuzun müzəffər savaşının ən ağır cəbhələrində,  birbaşa səngərdə də  vuruşmağa hazıram…”
“Türkiyənin Suriya və Liviyada Rusiyanın başına gətirdiyini, Azərbaycan Cənubi Qafqazda gətirəcək”
"Rusiya bundan imtina etməsə, Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılmalıdır..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247